Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə21/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   17   18   19   20   21   22   23   24   ...   138

62 

xəritəsində  isə  Bulqarların  dövləti  artiq  Volqaboyunda  yaĢayan 

Burtaslardan  Ģimalda  yerləĢirdi  (Göstərilən  əsər.  “Nauka”, 

M.,1986, səh .16 və 47).                      



Bulqar quzusu (zo.) – Bulqarlar əsasən heyvandarlıqla məĢ-

ğul olurdular və öz cins qoyun sürüləri və at ilxıları ilə məĢhur 

idilər.  Görünür,  Nizami  Gəncəvinin  dövründə  də  bulqarların 

cins quzuları daha məĢhur imiĢ. ġair məhz buna iĢarə edir. 

Tər bulqar quzusu, toyuq, yaĢ balıq... (YG -227). 

Buraq  (mif.)  -  Ġslam  əsatirinə  görə,  Məhəmməd  peyğəm-

bərin  merac  gecəsi  mindiyi  adam  baĢlı,  it  bədənli  və  əfsanəvi 

heyvanın adi. Məhəmməd bu heyvanın belində Məkkədən Qüd-

sə, oradan da Allahın göydəki məskəninə səyahət etmiĢdir. 

Bu merac gecəsində qatı zülmət hec nədi

Buraqın ayağından ĢimĢək öpmək istədi (SX-31). 

Guya bu atı Məhəmməd peyğəmbərə Cəbrail göydən 

gətirmiĢdi. 

Özünü Cəbrail göydən yetirdi

Ġldırım tək nurdan Buraq gətirdi (Xġ-357). 

Bizcə,  Buraq  (Büraq)  adı  “buri”  (boz  qurd)  və  “  ağ”  söz-

lərindən düzəlmiĢdir. “Buri” türk xalqlarının ən qədim totemidir. 

“Ağ” isə böyük mənasındadır. Beləliklə, “Burak” – “Böyük boz 

qurd” deməkdir. 

Məhəmməd peyğəmbərin türk xalqlarının totemi olan Buraq-

la –  Boz qurdla  (“Ġvan və  Boz qurd” adlı rus xalq  nağılında da 

buna  oxĢar  hadisələr  mövcuddur)  meraca  getmiĢdir.  Bəlkə  də, 

bu,  bir  növ  türk  xalqlarının  toteminin  nüfuzunun  islamın  qarĢı-

sında aĢağı salmaq məqsədi güdür. Halbuki (dini səciyyə daĢısa 

da ) bu, həqiqətdir ki, Məhəmməd peyğəmbərin meraca getməsi 

ancaq  türk  xalqlarının  totemi  olan  Buraqla  mümkün  olmuĢdur. 

Əlbətki  bu  da  türk  xalqlarının  zəngin  tarixi  keçmiĢə  malik 

olmaları və o dövrdə ġərq xalqları aləmində oynadığı mühüm və 

həlledici rol ilə əlaqədardır. 

Fəzlullah RəĢidəddin “Oğuznamə”də qeyd edir ki, Oğuz xan 

iki dəfə Ġt-barak qəbiləsi ilə vuruĢmuĢdur. Onların xanı Ġt-barak-

xan adlanır. “Ġt-barak” Ģamanların göyə qalxdıqları uzun tüklü it 




63 

deməkdir.  Kitabın  Ģərhində  göstərilir  ki,  guya  okeanda  bir  yer 

var,  orada  insanların  sifəti  it  üzünə  oxĢayır.  Guya  onlar  maral-

dan  da  bərk  qaçırlar.  Fəzlullaha  görə,  onların  kiĢiləri  qara  dəri-

lidir, üzləri isə itə oxĢayır, qadınları isə ağ dərili və qəĢəngdirlər 

(Həmin əsər. səh. 34-104).  



Burtas (top.) – Bax: Bərtas. 

Qara samur ilə qaranlıq gecə 



Burtas pərdəsini örtdü gizlicə (YG-265). 

Bərtaslar əsasən ovçuluq və heyvandarlıqla məĢğul olmuĢlar. 

Nizaminin  vaxtında  xəzi  Azərbaycan  bazarlarına  əsasən 

bərtaslar və ruslar gətirərmiĢlər. Bərtasların yorğanları parlaq ağ 

qaqum  və  dələ  dərisindən  olduğu  üçün  gündüzün  iĢığını  Ģair 

onunla müqayisə etmiĢdir. 



Busəhaq  (top.)  –  Ġranın  NiĢabur  Ģəhərindəki  firuzə  mədən-

lərindən birinin adıdır ki, ondan çıxan firuzəyə Busəhaq deyirlər. 

Gecə al günəĢdən düyümü dəldi, 

ġəfəqin əlinə bir əqiq gəldi. 

Onu da uddu Busəhaq firuzə 

Busəhaqlara bax, iliĢdi sözə (Ġ-182). 

Əqiq  –  burada  qırmızı  deməkdir,  axĢam  Ģəfəqinə  iĢarə  olu-

nur. GünəĢ qırmızı qızıldan düyümlənmiĢ böyük bir düyüm kimi 

alınır: gecə bu düyümü açır, açıldıqca ondan Ģəfəq doğur, sonra 

gecə  Ģəfəqin  qırmızılığını  Busəhaq  firuzənin  köy  rəngi  ilə  də-

yiĢdirir, yəni Ģəfəq də çəkilir, o səma göy olur. 

Burada  günəĢ  düyümünün  açılması,  Ģəfəq  əqiqinin  görün-

məsi, sonra qırmızının göylə örtülməsi – Ġskəndərlə RövĢənəyin 

zifaf gecəsindəki vəziyyətini təsvir edir. 

Bülbül (zo.) – “Bülbül ilə qızılquĢun hekayəti”ndə alleqorik 

obraz adı. 

QızılquĢa söylədi Ģeyda bülbül bağında: 

“Cəh-cəhi var hər quĢun, çıxarmırsan səs niyə

Niyə üstün olmusan sən quĢlardan bəs niyə,” (CX-151) 

ġair  Bülbül  dedikdə  özü  kimi  Ģairləri,  QızılquĢ  dedikdə  isə 

hökmdarları nəzərdə tutmuĢdur. 

Bünğar (top.) – Bax: Bulqar. 



64 

Çölbəyi o yerə ad verdi: Bünğar

Get-gedə o Ģəhər adlandı Bulqar ( Ġ-376). 

Büraq (mif.) – Bax: Buraq. 

Cəbrayıl gətirdi Büraq: - Qalx, deyə, 

Bu alçaq torpaqdan o yüksək göyə (Ġ-25). 

Bürcis  (  kos.)  –  MüĢtəri  (Yupiter).  Bu  səyyarə  Hermes  də 

adlanır. “Fələyin katibi” kimi də məĢhurdur. Qədim nücum elminə 

görə,  böyük  səadət  ulduzudur.  Sitarələr  içində  ən  iĢıqlı  və  böyük 

olduğuna  görə  gözəllik  rəmzi  kimi  iĢlədilir.  Bu  səyyarə  əvvəlcə 

irəliyə,  sonra  isə  geriyə  hərəkət  edir.  Yunan  əsatirində  Zevs  ilə 

ilahiləĢdirilmiĢ  göy  allahlarından  biridir.  YağıĢ  ilahəsi  sayılır. 

ġimĢək onun iradəsi ilə çaxır. Buna görə də ildırım vurmuĢ yerlər 

bir  zamanlar  müqəddəs  hesab  olunurmuĢ.  GünəĢ  sistemindəki  ən 

böyük səyyarələrdəndir. Onun Aydan da böyük bir neçə peyki var-

dır. 1610 – cu ildə Qaliley bu planetin dörd peykini kəĢf etmiĢdir. 

Hazırda elm aləmində onun on bir peyki məlumdur. 

GünəĢ ordusunun ilk kəĢfiyyatı 



Bürcislə Zöhrəyə nizələr atdı (Xġ-120). 

ġair eyni vaxtda burada Bürcis və Zöhrəni metaforik Ģəkildə 

insana  bənzətmiĢdir.  Birinci  misra  GünəĢin  Ģüalarını  göstırir. 

Səmada  ən  parlaq  səyyarələrdən  biri  olan  Zöhrə  (Venera)  və 

Bürcis (Yupiter) belə bu Ģüaların təsiri ilə görünməz oldu. Yəni 

gecə keçdi, səhər açıldı. 



Büzürk (an.) – Xosrov Pərvizin müəllimi və vəziri Büzürkü-

mid (bax) adının ixtisar forması. Fars dilində “bozorq” olub “bö-

yük” deməkdir. 

Büzürk cavab verdi: “Uzağa getmə!...” (Xġ-231). 

Büzürgimehr (xat. an.) – Sasani Ģahlarından NuĢirəvanın (bax) 

vəziri olmuĢdur. O, Büzürgimehr və Zərcmehr də adlanır. Öz ağlı 

və  hikməti  ilə  məĢhur  olmaqla  bərabər  Hindistandan  bir  sıra 

qiymətli  əsərlər  əldə  edərək,  onların  pəhləvi  dilinə  (orta  fars  dili) 

tərcümə  etdirmiĢdir.  Rəvayətə  görə,  nərd  oyununu  da  icad  edən 

Büzürgimehr olmuĢdur. Miladi tarixin 580-ci illərində ölmüĢdür. 

Nizami  hökmdarların  fəaliyyətində  ağıllı  və  bacarıqlı  vəzir-

lərin oynadığı rolu sadalayanda onun da adını xatırlayır. 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə