Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə29/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   25   26   27   28   29   30   31   32   ...   138

87 

Ən  qədim  Ġranda  hökmdarı  “xĢatradara”  adlandırırdılar 

(A.Qafurov. “Lev i Kiparis”. M., 1971. səh. 58). Tədqiqatlarda bu 

titulun etimologiyası haqqında ətraflı məlumat verilməsə də, bizə 

elə  gəlir  ki,  bu  söz  iki  hissədən  ibarətdir:  ərəbcə  “xĢatra”  (“Ģah” 

titulu da bu sözdən əmələ gəlmiĢdir) və “Dara”. Çünki bu tituldan 

ilk dəfə I Dara istifadə etmiĢdir (Yenə orada, səh.148). Burada isə 

söhbət Makedoniyalı Ġskəndərin müasiri olan III Daradan gedir. 

Nizami bu addan məcazi ad kimi də geniĢ istifadə etmiĢdir. 

RövĢənəyin anası öz qızına öyüd-nəsihət verərkən Ġskəndəri 

Daraya bənzədir. 

Rəftar et ki, odur bu gündə Dara



Daratək bizimlə edər müdara (Ġ-183). 

Dara, Bəhmən (qoĢa məc. an.) – ġair Bəhram Guru Dara və 

Bəhməndən qalan tuma bənzədir. 



Daradan, Bəhməndən tum sən qalmısan (YG-87). 

Dara,CəmĢid (qoĢa xat. an.) – ġirin Xosrovu yaxĢı ad çıxarma-

ğa, ədalətli olmağa təhrik etdikdə, Dara və CəmĢidin adlarını çəkir. 



Daranı, CəmĢidi yadına salsan, 

Görərsən nə etmiĢ bu qoca dövran... 

Xosrov gördü ġirin belə yollarla 

Ġstəyir ki, ondan yaxĢı ad qala (Xġ-320). 



Dara,  Fur  (qoĢa xat.  an.)  –  Ġskəndər bu  adları  xatırlamaqla 

Hindistanı, Ġranı fəth etməsini nəzərə çarpdırır. 

Söndürdüm Darada olan qüruru, 

Nə qədər kiçiltdim, bax, coĢqun Furu (Ġ-278). 



Dara, HəbəĢ, Rey, Buxara (xat. on.) – Hindistan Ģahı Keyd 

Ġskəndər haqqında düĢünərkən onun Daranı necə məğlub etmə-

sini, HəbəĢ, Rey və Buxaranı necə dağıtmasını xatırlayır. 

DüĢmənlik neylədi, bax, o Daraya

Nə etdi HəbəĢə, Rey, Buxaraya (Ġ-262). 

Dara miĢkusu (er.) - “MiĢku” – hərəmxana, “Dara miĢkusu” 

isə Dara hərəmxanası deməkdir. 

Ġki gün nəĢəyə daldı Ġskəndər, 

Dara miĢkusundan tutunca xəbər (Ġ-178). 



88 

Darülxilafət  (top.)  –  Xilafət  mərkəzi,  paytaxt  deməkdir. 

Yəqin ki, xilafətin paytaxtı Bağdad nəzərdə tutulur. 



Darülxilafətə yaydı bir xəbər 

Ki, gəlib bir nəfər usta kimyagər (Ġ-452). 



Davud  (an.)  –  Ərzincan  hakimi  Fəxrəddin  Bəhram  Ģahın 

atasının adı. Bax: Davud oğlu Məlik Fəxrəddin Bəhram Ģah. 

Əzəldən xoĢbəxtdir ki, Davud atası olub (SX-41). 

Davud (məc. ag.) – Dinlər tarixinə görə, Süleyman peyğəm-

bərin  atası  olmuĢdur.  Guya  Davudun  o  qədər  gözəl  səsi  varmıĢ 

ki,  oxuyanda  heyvanlar  və  quĢlar  da  onu  dunlərmiĢlər.  Bu  səs 

ġərq  Ģairlərinin  əsərlərində  “ləhni-Davudi”  adlanıb,  tərif  edilir. 

Lakin  Davud  peyğəmbərə  yaraĢmayan  bəzi  hərəkətlər  etmiĢ  və 

nəticədə  peĢman  olmuĢdur  ki,  bu  da  ġərq  ədəbiyyatında  öz  ək-

sini tapmıĢdır. Guya Allah tərəfindən göndərilən “Zəbur”u gözəl 

səslə  oxuyarmıĢ.  Onun  möcüzələrindən  biri  bu  imiĢ  ki,  dəmir 

onun  əlində  mum  kimi  yumĢalarmıĢ.  Guya  dünyada  ən  əvvəl 

zireh  toxuyan  Davud  olmuĢdur.  Gündə  bir  zireh  toxuyub  satar 

və bununla da dolanarmıĢ. 

Davudtək könlümü təzələ hər an, 

Qalsın Zəburumun Ģöhrəti haman (Xġ-21). 

ġair Davud dedikdə özünü, “Zəbur” dedikdə isə “Xosrov və 

ġirin”  poemasını  nəzərdə  tutmuĢdur.  Nizami  bu  addan  məcazi 

ad kimi də istifadə etmiĢdir. 

Davudun boğulanda, tutulanda nəfəsi

Zilə qalxa bilmədi, inlədi bəmdə səsi (SX-39). 

Burada Məhəmməd peyğəmbər Davudla müqayisə olunmuĢ, 

üstünlük  Məhəmmədə verilmiĢdir. Çünki  əsatirə  görə, nəğməni 

icad  edən  Davud  Uryaya  evlənəndən  sonra  biabır  olub  səsini 

itirdi.  Peyğəmbərlik  topunu  aparmaq  üçün  o,  gərək  bəm  səslə 

Alaha  yalvaraydı,  lakin  o,  səsini  itirdiyinə  görə  zilə  keçdi  və 

duası qəbul olunmadı. 

Hophopun nəğməsi ilə Davudun naləsi muqayisə olunur. 

Süleymanın ətrinə aĢiq hophopdu bağda, 

Sinəsində Davudun naləsi qopdu bağda (SX-60). 

QuĢların cəh-cəhi Davudun nəğməsi ilə müqayisə olunur. 




89 

Davuddan daha artıq quĢlar cəh-cəhli idi (SX-61). 

AĢağıdakı  misrada  isə  nəğmənin  Davud  peyğəmbər  tərəfin-

dən icad olunması xatırlanır. 

Davudun nəğmələri dildən-dilə car oldu (SX-66). 

Davud,  Məhəmməd  (müq.  ag.)  –  Davud  peyğəmbərlə  Mə-

həmməd peyğəmbər müqayisə olunur. 



Davuddan yadigar tək bir zireh var

Məhəmməd yüz zireh qoyub yadigar (Ġ-414). 

Yəni:  Davud  peyğəmbər  öləndən  sonra  ondan  insanlara  ya-

digar kimi zireh qayırmaq bacarığı qalmıĢdır. Məhəmmədin tə-

limi isə yüz zirehə bərabərdir. 



Davud  nəğməsi  (məc. id.) –  Barbədin udda çaldığı və oxu-

duğu nəğmə Davud nəğməsinə bənzədilmiĢdir. 

Qalxıb ucaldıqca udunun səsi 

Hər teli çalırdı Davud nəğməsi (Xġ-286). 



Davud oğlu Məlik Fəxrəddin Bəhram Ģah (an. birləĢmə) – 

Ərzincan  vilayətinin  hakimi.  Nizami  Gəncəvi  “Sirlər  xəzinəsi” 

əsərini ona ithaf etmiĢdir. 

O, Süleyman üzüklü, günəĢ taclı hökmdar, 



Məlik Fəxrəddin adı – dünyamıza iftixar (SX-41). 

Bu  antroponimik  birləĢmədə  Davud  –  ata  adı,  Məlik  –  titul 

(ərəbcə  padĢah,  hökmdar  deməkdir),  Fəxrəddin  –  dini  fəxri  ad 

(fəxr və din sözlərindən düzəlmiĢ, “dinin fəxri” deməkdir). Bəh-

ram  –  əsl  ad,  Ģah  da  tituldur.  Orta  əsrlərdə  titul  və  dini  fəxri 

adlar  çox  vaxt  əsl  ad  yerində  iĢləndiyi  üçün  Nizami  də  “Məlik 

Fəxrəddin” antroponimik birləĢməsini “ad” kimi göstərmiĢdir. 

Davud, Süleyman (qoĢa məc. ag.) – Süleyman peyğəmbərin 

də,  Fəxrəddin  Bəhram  Ģahın  da  atasının  adı  Davud  olmuĢdur. 

Elə  buna  görə  də  Ģair  Fəxrəddin  Bəhram  Ģahın  atası  Davudu 

Süleyman peyğəmbərin atası Davuda, onun özünü isə Süleyman 

peyğəmbərə bənzətmiĢdir. 

Əzəldən xoĢbəxtdir ki, Davud atası olub, 



Süleyman Ģöhrətinə gəlib çatası olub (SX-163). 

Davudi  geyim  (ktem.)  –  Zirehi  ilk  dəfə  Davud  peyğəmbər 

icad  etdiyinə  görə  Ģair  bu  növ  zirehi  “Davudi  geyim”  adlandır-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə