Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə28/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   24   25   26   27   28   29   30   31   ...   138

84 

Çindən Ruma qədər deyilir namın, 

Qədrxan qulundur, Qeysər qulamin (Xġ-258). 

Çin  sövdəgəri  (an.)  –  “Kəniz  satan  padĢahın  hekayəsi”ndə 

obraz adı. Çindən kəniz gətirən və satan sövdəgərin ləqəbi. 

Açdı öz dilini Çin sövdəgəri... (YG-167). 

Çin  Ģahı  (an.)  –  Çin  xaqanı  deməkdir.  ġair  bir  beytdə  iki 

“xaqan” sözü olmasın deyə “Ģah” sözündən istifadə etmiĢdir. 



Çin Ģahı qorxurdu gecə basqından, 

O gecə sübhədək yatmadı xaqan (Ġ-286). 



Çin Ģahı (məc. an.) – ġair GünəĢi metaforik Ģəkildə Çin Ģa-

hına bənzətmiĢdir. 



Çin Ģahı atına qoyarkən yəhər 

Zəncinin nalına od vurdu göylər (Ġ-76). 

Yəni səhər açılmağa baĢlayanda gecə atını sürətlə sürüb getdi. 

Burada gecə də metaforik Ģəkildə Zəncinin nalına bənzədilmiĢdir. 



Çin,  ġirin  (ep.  an.)  –  Çin  toponim,  ġirin  antroponimdir. 

Onların son səsləri fonetik cəhətcə eyni səslənir. 

Çin nəqqaĢını ġirin görərkən 

ġirin arzusuna yetmiĢdi birdən (Xġ-108). 

Çin tacidarı (an.) – “Ġskəndərnamə” əsərində Çin xaqanına 

iĢarədir. 

Xütən Ģəhriyarı, Çin tacidarı 

Tədbirlə geyindi elçi paltarı (Ġ-288). 



Çin, Təraz (qoĢa məc. top.) – Türkünaz (bax) eyni zamanda 

Çin və Təraz(bax) gözəlinə bənzədilir. 

Arzularım gecə tez gəlsin ələ, 

Çin, Təraz Ģuxuyla vuraq piyalə (YG-156). 

Çin-zənci (qoĢa məc. et.) – Qasidin gətirdiyi kağızın ağ his-

səsi, ağlıq rəmzi olan Çinə, yazısı isə qaralıq rəmzi olan zənciyə 

bənzədilir. 

Çin-zənci xətli bir məktub gətirdi (Xġ-109). 

Çin-Zəngibar (top.) – ġair bu toponimləri yanaĢı iĢlətməklə 

Çindən  Zəngibara  qədər  olan  ölkələrin  Hürmüzün  itaətində  ol-

masına  iĢarə  edir.  Eyni  zamanda  Ġran  taxtı-tacı  Çin-Zəngibar 

təxtinə bənzədilir. 




85 

Çin-Zəngibar təxti Ģahı itirdi (Xġ-109). 

Çini  libas (növ.) – Çində hazırlanmıĢ, Çin parçasından, ya-

xud Çin üslubunda tikilmiĢ paltar. 



Çini libaslı Ģah qoydu qızıl tac (YG-307). 

Söhbət Körpə Arslan Ģahdan gedir. 



Çinin  aynası (məc. ktem.)  – ġair GünəĢi  metaforik  Ģəkildə 

Çinin aynasına bənzədir. 

Bax, Çinin aynası parladı Çindən, 

HəbəĢin qaĢları çatıldı birdən (LM-140). 

Yəni, GünəĢ parladı, qaranlıq (həbəĢ) çəkildi. 

Çinli  (et.)  –  Çin  dövlətinin  ərazisində  yaĢayan  xalqların 

ümumi adı. 

Qulu olsun Çində gəzən gözəllər

Çinlidən gəlməsin ona qəm, kədər (Xġ-45). 

Burada söhbət Qızıl Arslandan gedir. 

Rəyi bir güzgüdür çinlilər üçün (Ġ-55). 

Burada isə Makedoniyalı Ġskəndər nəzərdə tutulur. 



Çinli, HəbəĢ (məc. ant. et.) – ġair ağlıq rəmzi olan Çin xaqa-

nını qaralıq rəmzi olan HəbəĢə bənzədir. Antonim mənalı bu mə-

cazi etnonimlər Ģair tərəfindən ən uğurlu təĢbeh kimi iĢlədilmiĢdir. 

Özümə çinliyəm, həbəĢəm sənə (YG-298). 

Yəni, mən özüm ağlığın və gözəlliyin rəmzi olan türk olsam 

da, sənin qarĢında üzü qarayam, həbəĢəm. 



Çinli,  türk,  hindu  (qrup  məc.  et.)  –  ġair  Ġskəndərin  ArĢi-

midesə  bağıĢladığı  gözəli  çinli  türkə,  ArĢimidesin  qəm  və  kə-

dərini isə hinduya bənzədir. 

Sevdi çinli türkü, könlü Ģad oldu, 

Qəmlər hindusunda o, azad oldu (Ġ-444). 

Türk  sözü  gözəl  mənasında  da  iĢlənir.  Hindu  sözü  qaralıq, 

qəm, kədər rəmzi kimi alınır. 

Beytin mənası: ArĢimed o ağ çinli türk gözəli ilə o qədər zövqə 

dalmıĢdır ki, qəmin, kədərin qaranlığı onun qəlbini tərk etmiĢdi. 

Çipal (an.) – Hindistanda Lahur padĢahına verilən addır. La-

hur – Hindistanda əla Ģal toxunması ilə məĢhur olan bir Ģəhərdir. 

 



86 

Mən o qatil Furun boynunu vurdum



Çipalın yerində Çində oturdum  (Ġ-584). 

Yəqin ki, Lahur padĢahlığı o dövrdə Çinə (Türküstana) tabe 

imiĢ. 

Çoban (ap. an.) – “Ġqbalnamə” əsərində epizodik obraz adı. 

Çoban söylədi ki: ”Ey tacidar, sən 

Özünsən aləmi abad eyləyən... (Ġ-440). 



Çoban  (ap.  an.)  –  “Əflatunun  keçmiĢdən  hekayə  söyləmə-

si”ndə obraz adı.  



Çoban cavab verdi: “Mən peyğəmbərəm, 

Ġman gətir, səni xoĢbəxt edərəm” (Ġ-474). 



Çöllərin hayili (mif.) – “Mahanın hekayəsi”ndə obraz adı. Ma-

hana insan sifətində görünən bu divin adı bir mifik obrazın səciy-

yəsinə uyğun gəlir. “Hayil” sözü ərəbcə qorxunc, nəhəng deməkdir 

və  “Çöllərin  nəhəngi”  mənasında  iĢlənmiĢdir.  O,  Mahanı  səhrada 

azdırmıĢdır ki, bu da divlərə xas olan əsas xüsusiyyətlərdən biridir. 

O, divmiĢ, insantək görünmüĢ sana, 



“Çöllərin hayili” deyilir ona (YG-213). 

Çörəkçi  (ap.) – “Fağır çörəkçinin hekayəsi və onun varlan-

ması”nda obraz adı. 



Çörəkçi gördü ki, qəzəblənib Ģah, 

Bildi ki, düzlüyə qalıbdır pənah (Ġ-458). 



Çuğul, Çuğulçu ( ap. an.) – “Zalım Ģahla düz danıĢan qoca-

nın hekayəti”ndə obraz adı. 

ġah yanına bir çuğul səhər tezdən qaçardı... 

Çuğulçunun sözündən qəzəblənib Ģah dindi (SX-126). 

- D 



Dara  (an.)  –  “Ġskəndərnamə”  əsərində  obraz  adı.  “Dara” 

ərəb sözüdür və “sahib, malik, malik olan” deməkdir. Bu ad Da-

ra obrazının əsərdəki oynadığı rola tam uyğun gəlir. 

Sildi ĢuriĢləri köhnə dünyadan

Taxt aldı, tac aldı qoca Daradan (Ġ-55). 

Dara  –  Ġranın  qədim  padĢahlarından  Kəyan  sülaləsinin  son 

hökmdarı olmuĢdur. O, e.ə. 342-ci ildən 330-cu ilə qədər Ģahlıq et-

miĢdir. Ġskəndər Ġrana hücum etdiyi zaman qaçarkən öldürülmüĢdür. 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə