Aydın Paşayev


dəllək doğru söz dedi,  O düzlük istədi, bu da düz dedi (Ġ-438).  Dəlv



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə31/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   27   28   29   30   31   32   33   34   ...   138

93 

ġah gördü kidəllək doğru söz dedi

O düzlük istədi, bu da düz dedi (Ġ-438). 

Dəlv (kos.) – On iki bürcdən biri. Dol da adlanır. Ġran ġəmsi 

ilinin 11-ci ayı – 22 fevral – 22 mart. 

Həməl pərgarından günəĢ baxaraq, 

Etdi Dəlv bürcündən Zühəli parlaq (Xġ-150). 

Bəlkə də, Xosrovun Dəlv ayında taxta çıxmasına iĢarədir. 

 “Leyli  və  Məcnun  “  poemasında  isə  hadisələrin  inkiĢafı  ilə 

əlaqədar olaraq Dəlv parlamırdı. O, ağzına su alıb susmuĢdu. 

Dəlv də günəĢin gileylərindən 

Ağzına su alıb susmuĢdu birdən (LM-185). 



Dəlv,  Hut  (  qoĢa  məc.  kos.)  –  Dəlv  (Dolça),  Hut  (Balıq) 

bürclərinin adları çox vaxt Yusif və Yunis adları ilə yanaĢı iĢlə-

dilir.  Bu  da  Yusifin  dolça  ilə  quyudan  çıxmasına,  Yunisin  isə 

dəryada bir müddət balinanın qarnında yaĢamasına iĢarədir. 

Yusiftək Dəlvdən bir Ģərbət içdi, 

Yunis kimi Hutda duracaq seçdi (Xġ-357). 



Dəmavənd dağı (məc. top.) – Ġranın Ģimalında Xəzər dənizi 

sahilində Rey ilə  Təbəristan arasında sönmüĢ  bir  vulkan adıdır. 

Ġndi  yerində  eyni  adlı  dağ  qalmıĢdır.  Ġranın  ən  yüksək  nöqtəsi 

sayılır. Zirvəsi həmiĢə qarla örtülü olur. Sırsıra bağlamıĢ yalçın 

qayaları, buzlanmıĢ dərələri vardır. Bu dərələrdən biri “Buz də-

nizi” adlanır. Orada həmin adda bir qəsəbə də vardır . 

 “Dəmavənd”  fars  dilində  “Demonlar  qalası”  deməkdir.  “De-

mon” sözünün mənası “püskürən”, “tüstüləyən” deməkdir  (19-75). 

O yerdə Fərhadın qırdığı qaya 

Heç bir tərəziylə gəlməz araya. 

Yarırdı külünglə daĢı, torpağı, 

Özünün qəmi bir Dəmavənd dağı (Xġ-204). 

ġair Fərhadın qəmini Dəmavənd dağına bənzətmiĢdir. 

DəməĢq  (top.)  –  KeçmiĢdə  ġam  (bax)  adlanan  Ģəhərin 

müasir adı. 



DəməĢq daĢı məhəkdir qızılına Rum kimi

Altun eĢqi canını əritməsin mum kimi (SX-121). 




94 

Kiçik Asiyada Bizans imperatorlarının qızıl pulları öz saflığı 

ilə məĢhur olub, məhək daĢını isə DəməĢqdən gətirərmiĢlər. 

Dəniz (məc. ap.) – Makedoniyalı Ġskəndər dənizə bənzədilir. 

Kim görüb kidəniz gəmiyə minə! (Ġ-557). 

Burada dəniz sözü gəmiyə minib gedən Ġskəndərə iĢarədir. 

Dəniz, çeĢmə (qoĢa məc. ap.) – ġair metaforik Ģəkildə Qızıl 

Arslanı dənizə, özünü isə çeĢməyə bənzədir. 

Qapıçı girərək, dedi: “Cahangir, 

Dəniz sahilinə çeĢmə gəlmiĢdir” (Xġ-367). 

Dərbənd  (top.)  –  Dərbənd  Ģəhərinin  tarixi  və  etimologiyası 

haqqında bu vaxta qədər müxtəlif fikirlər söylənmiĢdir. Məsələn, 

N.Nəbiyev  yazır  ki,  Dərbənd  Azərbaycanın  ən  qədim  Ģəhər-

lərindən  biridir.  Hal-hazırda  Dağıstan  Respublikasının  tərki-

bindədir.  V  əsrdən  məlumdur.  Qədim  hissəsi  hündür  qala  ilə 

mühasirəyə  alınmıĢdır.  Buna  görə  fars  dilində  “bənd  qapısı” 

mənasında olan Dərbənd adını alıb. Oğuz türkləri bu Ģəhəri “Ki-

çik  Asiyanın  dəmir  darvazası”  adlandırırdılar.  Güman  edilir  ki, 

“Dərbənd” sözü qıpçaq dilində Dəmirkənd, Debrkənd adının də-

yiĢdirilmiĢ formasıdır (19-55). 

BaĢqa  bir  mənbədə  isə  oxuyuruq:  “Dərbənd  Qafqaz  Albani-

yasının ən qədim Ģəhərlərindən biri olmuĢdur. Dərbənddə arxeoloji 

qazıntılar nəticəsində e.ə. 7-6 – cı əsrlərə aid yaĢayıĢ məskəni aĢkar 

edilmiĢdir.  Hələ  e.ə.  I  əsrdə  Dərbənddəki  üzümlüklər  və  meyvə 

bağları  dənizə  qədər  uzanırdı.  V  əsrdə  Dərbənd  iqtisadi  və  siyasi 

cəhətdən Qafqaz Albaniyasının mühüm Ģəhərlərindən biri, həm də 

Sasani caniĢinlərinin iqamətgahı idi...” (ASE-III c.). 

Digər tədqiqatlarda isə Dərbənd qalasının Sasani hökmdarı I 

Xosrov NuĢirəvan (531-579) tərəfindən tikildiyi haqqında məlu-

matlar  verilir.  Nizami  məlumatına  görə  isə  Dərbəndi  Ġskəndər 

yenidən qurmuĢ və ona səd çəkmiĢdir. 

Dərbəndi deyirlər Ġskəndər qurdu, 

Əqliylə o Ģəhrə böyük səd vurdu (Ġ-56). 

Demək,  Dərbəndin  e.ə.  VII-VI  əsrlərdə  yaĢayıĢ  məskəni  ki-

mi mövcud olması fikri daha düzgündür. 




95 

A.A.Kudryavtsev də “Dərbənd” sözünü fars sözü kimi (uzel, 

svyaz, zapor, vorot) izah etmiĢdir (Drevniy Derbent.  M., 1982. 

səh.3). Bizə elə gəlir ki, “Dərbənd” sözü dar və kənd sözlərindən 

yaranmıĢdır.  Darkənd  adı  Ģəhərin  coğrafi  cəhətcə  yerləĢməsinə 

daha  uyğundur.  Yerli  dərbəndlilər  də  bu  fikirdədirlər.  ġəhərin 

Dəmirkənd  və  Dəmirqapı  Dərbənd  adlanması  isə  daha  sonrakı 

dövrlərin məhsuludur. Darkənd adlanan bu Ģəhərdə istehkamlar 

qurulduqdan  sonra  Dərbənd  adlanmıĢ  və  farslar  tərəfindən  son-

ralar Dərbənd Ģəklinə salınmıĢdır. 

Ovlağı Abxazda və Dərbənddədir (Xġ-38). 

Burada  söhbət  Atabəy  Əbu  Cəfər  Məhəmməd  Eldəgizdən 

gedir. 

Məhərrəm Qasımov “Dəmirqapı Dərbənd” adlı məqaləsində 



yazır: “Bənddən bayırdakı böyük düzənliyin adı qovğalı zaman-

ların olub – olmuĢlarından, yadların, yağıların qərəzli, qara niy-

yətli  gəliĢindən  soraq  verən  bir  niĢanədi:  “Kafər  çölü”.  Həmin 

adla manĢırlanan düzəngah indinin indisində də öz əvvəlki adıy-

la çağırılır. Həmin keçid, dar keçid olduğundan yör – yöndəminə 

baxıb bu yerə “Dar bənd” deyiblər. 

 “Dar  bənd”  –  Dərbənd  kimi  torpağın  yaddaĢına  biryolluq 

yazılıb.  Yurdun  adını  təĢbehləndirən  “Dəmirqapı”  deyimi  də 

möhkəmlik,  keçilməzlik  mənasını  qabartmaq  qəsdiylə  dilə  gə-

tirilib” (“Azərbaycan” jur. N.5. 1989. səh.134). 



Dərbənd  dənizi  (top.)  –  Xəzər  dənizinə  verilmiĢ  çoxsaylı 

adlardan biridir. 



Dərbənd dənizinin bir sahmanında 

Bir gözəl ölkə var dağlar yanında (Xġ-62). 



Dərbənd,  Səmərqənd  (ep.  top.)  –  Əbu  Cəfər  Məhəmməd 

Eldəgizin  ovlağı  olan  yerlərdən  ikisinin  son  hissəsi  fonetik  cə-

hətcə uyğun gəlir. 

Ovlağı Abxazda və Dərbənddədir

ġəbxunu Xarəzmdə, Səmərqənddədir (Xġ-38). 

Yəni Qafqaz və Orta Asiya ona tabedir. 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə