Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə24/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   20   21   22   23   24   25   26   27   ...   138

71 

iĢığından parıldayırmıĢ. Həmin vaxt isə ilin 1-ci günü olduğundan 

və GünəĢ Ģüalarının təsiri ilə 2-ci “GünəĢ” əmələ gəldiyindən bu 

günə “Novruz” – “Yeni  il” deyildi. Bu gündən Cəmin özünə də 

CəmĢid dedilər. ġid – GünəĢin telləri, CəmĢid isə GünəĢin telləri 

ilə birləĢən cəm deməkdir. Guya “Novruz” bayramı bu hadisənin 

il  dönümüdür.  Rəvayətə  görə,  Ģərab  onun  zamanında  kəĢf 

edilmiĢdir. Guya CəmĢid 700 il  yaĢamıĢ, Novruzu ilin əvvəli və 

bayram  elan  etmiĢ,  Ģadlıq  və  kefcilliyə  əsaslanan  bir  məslək 

yaratmıĢdır. CəmĢid adı və Cami-Cəm (CəmĢidin Camı) deyilən 

qədəh ġərq ədəbiyyatında Ģadlıq kimi iĢlənir.  

CəmĢid  (məc.  an.)  –  Ərzincan  hakimi  Bəhram  Ģah  (bax) 

CəmĢidə bənzədilir. 

Camın bənzər CəmĢidin, Keyxosrovun camına, 

GünəĢ bir pərvanədir camalının Ģamına (SX-43). 

Səadətlə yaĢayan insanlar CəmĢidə bənzədilmiĢdir. 

CəmĢidtək səadətlə keçsə dövranın sənin, 

Ağ saçını görəndə qaralar qanın sənin (SX-88). 

Yəni  əgər  sən  CəmĢid  kimi  səadətlə  yaĢayırsansa,  onda  ağaran 

saçlarını görəndə sənin qanın qaralar. Səadətlə yaĢamayanların gənc-

likdə saçlarının ağarması isə təbii haldır, sizi kədərləndirməsin. 

Ġki Alim eyni vaxtda CəmĢidə bənzədilir. 

Ġki CəmĢid bir yerdə dövran sürə bilərmi

Ġki qılınc bir qına, söylə girə bilərmi?(SX-118). 

  Qızıl Arslan (bax) CəmĢidə bənzədilir. 

Ġkinci CəmĢiddir, bilirəm bunu 

Dedim: HəĢrə qədər yaĢasın onu! (Xġ-45). 

ġirin (bax) metaforik Ģəkildə CəmĢidə bənzədilir. 

Firidun təxtinə əyləĢdi Sultan, 

CəmĢid qibləsinə bağladı iman (Xġ-127). 

ġirvanĢah Axsitan CəmĢidlə müqayisə olunur. 

O camdan ki, CəmĢid qıymaz özünə, 

BəxĢ edər qullardan hər gün yüzünə  (LM-55). 

Dünyanı  özündə  əks  etdirən  camı  CəmĢid  özünə  qıymadığı 

halda, ġirvanĢah Axsitan o cür camları öz qullarına hədiyyə verir. 

Bəhram Gur (bax) CəmĢidə, onun tacı isə GünəĢə bənzədilir. 



72 

Aldı CəmĢid kimi qızıl cam ələ, 

Tacı günəĢ kimi nur saçdı elə (YG-163). 

ġair metaforik Ģəkildə Ġskəndəri (bax) CəmĢidə bənzədir. 

Göy soyuq, GünəĢin xeyməsi ocaq

Yer quru, CəmĢidin yastığı yumĢaq (Ġ-222). 

Yəni  havanın  soyuqluğundan  yer  buz  bağlamıĢdı,  quru  idi. 

Lakin  Ġskəndərin  səxavəti  və  CəmĢid  kimi  ucalığı  ilə  o  soyuq 

qıĢda çadır isti, yastıq yumĢaq olmuĢdu. 

CəmĢid  camı  (məc.  ktem.)  –  Əsatirə  görə,  Ģərabı  CəmĢid 

(bax) icad etmiĢdir. Onun qızıldan bir camı da var imiĢ  və heç 

vaxt ondan Ģərab əskik olmazmıĢ. O, bu camın vasitəsilə bütün 

dünyanı  görürmüĢ.  Əfsanəyə  görə,  Zöhhakla  apardığı  mühari-

bədə  məğlub  olacağını  camda  görəndən  sonra  qaçıb  gizlənmiĢ, 

bu  hadisədən  yüz  il  keçəndən  sonra  Zöhhak  onu  tapıb  miĢarla 

doğramıĢdır. CəmĢid hind əsatirində GünəĢ məbududur. ZərdüĢt 

Hind  əsatirindən  istifadə  edərək  “Avesta”  (bax)  əsərində  ondan 

kökmdar  kimi  bəhs  etmiĢdir.  ġərq  ədəbiyyatında  CəmĢid  camı 

“Cami  cahannümay”  (dünyanı  göstərən  cam),  “Cami-Keyxos-

rov”,  “Cami  cəm”,  “Cami  CəmĢid”  və  s.  adlar  da  poetik  adlar 

kimi iĢlədilir. Görkəmli Azərbaycan Ģairi Marağalı Əvhədi “Ca-

mi-Cəm” adlı poema yazmıĢdır. 

CəmĢid camını al, qəm vaxtı deyil, 

Olmasın Bağdadda bir köhnə zənbil (Xġ-218). 

ġair eyni zamanda Məryəmi metaforik Ģəkildə köhnə zənbilə 

bənzətmiĢdir. 



CəmĢid,  Firidun  (  qoĢa  xat.  an.)  –  Klassik  ədəbiyyatda  bu 

ata  və  oğul  adları  çox  vaxt  qoĢa  iĢlədilir.  ġair  bu  iki  qüdrətli 

hökmdar rəmzi olan adları xatırlamaqla Sasanilər sülaləsinə son 

qoyulmasina iĢarə edir. 



CəmĢid, Firiduna bir qələm çəkən 

Böyük peyğəmbərə əhsən, yüz əhsən! (Xġ-356). 

Ġskəndərin  Daraya  yazdığı  cavab  məktubunda  CəmĢid  və 

Firidunin adları xatırlanır. 



CəmĢid tarixini oxu bır daha, 

O ayı gör necə uddu əjdaha. 




73 

Haman əjdahaya sonra Firidun 

Əjdaha gücüylə açdı nə oyun (Ġ-136-137). 

Burada əjdaha – Zöhhak (bax), Ay isə CəmĢiddir. Ġkinci beytdə 

isə CəmĢidin nəvəsi (bəzi mənbələrdə oğlu) Firidun böyük bir qüv-

vətlə hücuma keçib, Zöhhaki məğlub etdi. Ġskəndər ölüm ayağında 

öz keçmiĢ igidliklərini xatırlayarkən bu adları da yada salır. 

CəmĢidtək təxtlərə çıxdım – ucaldım, 

Firidun xəzinə yığdı, mən aldım (Ġ-584). 

CəmĢid,  GünəĢ  (qoĢa  məc.  on.)  –  Xosrov  Pərviz  CəmĢidə, 

hər ikisi də GünəĢə bənzədilir. 

Zamanın CəmĢidi – dünya günəĢi 

Örtüb çadırıyla BənatünnəĢi (Xġ-216 ). 

Yəni  GünəĢ  (Xosrov)  çıxdı,  BənatünnəĢi  (Böyük  Ayı  bür-

cündə olan yeddi ulduz) görünməz oldu. 

ġair Taysız gözəlin dili ilə Ġskəndəri CəmĢidlə, Taysız gözə-

lin özünü isə GünəĢlə müqayisə edir. 

Ġskəndər CəmĢiddən olmuĢsa yüksək, 

Gül üzüm günəĢə üstündür görcək (Ġ-368 ). 



CəmĢid taxti (məc. ktem.) – ġirvanĢah Axsitanın taxtı Cəm-

Ģidin taxtı ilə müqayisə olunur. 

GünəĢin taxtından tacın ucadır, 

CəmĢidin taxtından taxtın qocadır (LM-56 ). 

CəmĢid, Keyqubad, Keyxosrov (qrup məc. an. ) – ġair eyni 

vaxtda ġirvanĢah Axsitanı CəmĢidə, Keyqubada və Keyxosrova 

bənzədir. 

Ġkinci CəmĢidsən taxt almaqda sən, 

Birinci günəĢsən misilsizlikdən. 

Keyqubad görkəmli ġahi- ġirvansan, . . 

Ġkinci Keyxosrov, ey Ģah Axsitan ! ( LM-284 ) . 



CəmĢid, Zöhhak  (qoĢa məc. an. ) – Əbu Cəfər Məhəmməd 

Eldəgiz eyni zamanda CəmĢid və Zöhhakla müqayisə olunur. 



CəmĢidi öldürmüĢ Zöhhak ilanı , 

Sənə göy əjdəri vermiĢdir canı (Xġ-39 ). 

Klassik ədəbiyyatda bu adlar çox vaxt qoĢa iĢlədilmiĢdir. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə