Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə23/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   19   20   21   22   23   24   25   26   ...   138

68 

Beytin mənası: o qədər ceyran ovlanmıĢ ki, yer “Ceyrangöz” 

parçası Ģəklində idi. 

Cəbə (kos.) – Ulduz adı. 

Göydə qovmaq üçün Ģeytanları da 



Cəbədən o bir ox verdi Cövzaya (Xġ-357). 

Söhbət Məhəmməd peyğəmbərin meracından gedir. 



Cəbhə (kos.) – Ġyirmi səkkiz Ay mənzillərindən biri. 

Asimanın alnından gecənin tozunu al

Ucalmağa tapmasın Cəbhə, Əxbiyə macal (SX-25). 

Burada söhbət Məhəmməd peyğəmbərin merac gecəsi səma-

ya səfərindən gedir. 

Cəbhə budaqları yanırdı düm ağ, 

ġölə saçmadaydı ondan yüz çıraq (LM-185). 



Cəbrayıl (mif.) – “Kəniz satan padĢahın hekayəsi”ndə obraz 

adı. 


ġahın sevincindın gözləri doldu

Hər gün Cəbrayıla müntəzir oldu (YG-169). 

Cəbrayıl – Dini etiqada görə, Allahın dörd yaxın mələyindən 

birinin adıdır. O, guya Allahla Məhəmməd peyğəmbər arasında 

qasidlik  edərmiĢ.  “Xəmsə”nin  müxtəlif  əsərlərində  bu  ad  gah 

Cəbrayıl,  gah  da  Cəbrail  kimi  yazılmıĢdır.  Lakin  onun  “Cəbra-

yıl” forması daha düzgündür. 

Cəbrail keçərək yeddi fələyi... (Xġ-357). 

Cəbrayıl səninlə gedə bilmədi (LM-37). 

O yolda qol- qanad tökdü Cəbrail (Ġ-26). 



Cəbrayıl (məc. mif.) – ġair öz ilham atını Cəbrayıla bənzədir. 

Cəbrayıl qanadlıdır Ģairin ilham atı, 

Əlinin yelpiyidir Ġsrafilin qanadı (SX-51). 



Cəbrayıl (məc. mif.) – Cəbrayılın Ģəhpəri könülün qanadına 

bənzədilir. 

Könülün qanadıdır Cəbrayılın Ģəhpəri (SX-53). 

Bəhram  Gur  özünü  metaforik  Ģəkildə  Cəbrayıla,  filə,  öz 

düĢmənlərini isə qarıĢqa və ağcaqanada bənzədir. 

Həmcinsmi qarıĢqa de, Cəbrailə

Ağcaqanad hərif olarmı filə? (YG-88). 



69 

ġair öz təbini, ilhamını Cəbrayıla bənzədir. 

Bu Cəbrayıl təbim cin qələmimlə 

Çəkər səhifəyə cizgilər belə (YG-32). 

Qədim  ərəb  Ģairləri  ən  zərif  və  gözəl  Ģeirlərini,  nadir  bədii 

obrazlarını  cinlərin  müdaxiləsinə  mənsub  edərdilər.  Ən  nəfis 

Ģeirə cinyazan Ģeir deyərdilər. Həmin təsəvvürü  Nizami burada 

Ģairanə qələmə almıĢdır. 

ġair gurlayan təbili göydə qanad çalan Cəbrayıla bənzədir. 

Elə bir dəhĢətlə gurladı təbil, 

Sanki qanad çaldı göydə Cəbrail (Ġ-561) . 

Sokrat  özünü  Cəbrail  ilə  müqayisə  edib.  Cəbrail  kimi  hər 

kiçik  iĢ  üçün  yerindən  tərpənməməyi,  ağır  oturub-  durmağı 

özünə layiq bilir. 

Getməmək üçün də vardır çox dəlil

Hara oynamağa gedib Cəbrail? (Ġ-478) . 

 Cəbrayıl,  Ġsrafil  (ep.mif.)  –  Allaha  ən  yaxın  olan  iki 

mələyin adıdır. 



Cəbrayıl qanadlıdır Ģairin ilham atı, 

Əlinin yelpiyidir Ġsrafilin qanadı  (SX-51 ). 

Söhbət  Məhəmməd  peyğəmbərdən  gedir.  ġair  Məhəmməd 

peyğəmbərin  meraca  getməsini  təsvir  edərkən  sonu  fonetik 

cəhətcə  eyni  səslənən  bu  mələk  adlarını  yanaĢı  iĢlətməklə  öz 

fikrini daha da axıcı etmiĢdir: 

O yolda qol-qanad tökdü Cəbrail, 

Qorxudan durmayıb qaçdı Ġsrafil (Ġ-26). 

Söhbət Məhəmməd peyğəmbərin meracından gedir. 

Cəbrail,  Mikayıl,  Ġsrafil (qrup ep. xat. mif.) – ġair bu mə-

ləkləri  xatırlamaqla  göstərmək  istəyir  ki,  merac  zamanı  Mə-

həmməd peyğəmbər bu mələklərin olduğu yerləri də ötüb keçdi. 

O gəlib çatınca uzaq mənzilə, 

Gördü bağlanmıĢdır yol Cəbrailə. 

Keçdi Mikayılın taxtından haman 



Suri-Ġsrafilin rəsədgahından... (YG-27). 

Dini etiqada görə, Allahın dörd yaxın mələyi vardır: Cəbrail 

–  Allahın  sözlərini  peyğəmbərlərə  çatdırır,  Mikayıl  –  Allahın 



70 

bəndələrinə  ruzi  paylayır,  Ġsrafil  –  Qiyamət  günü  sur-  Ģeypur 

çalıb  ölüləri  qəbirdən  qaldiracaqdır.  Ona  Suri-Ġsrafil  də  deyilir. 

Əzrail isə insanların canını alan mələkdir ki, ona bəzən Mələkül-

mövt  də  deyilir.  “Xəmsə”də  bunlar  həm  ayrılıqda,  həm  də  çox 

vaxt yanaĢı iĢlədilir. 

Arxada qoyaraq Cəbraili də, 

At sürüb keçmiĢdi Mikayili də. 



Ġsrafil qanadı üstünə aldı (Xġ-358). 

Cəbrayıl rütbəsi (məc. on.) – ġair qabiliyyət və bacarığı ol-

mayan  Ģəxslərə  verilən  xəzinə  və  vəzifəni  “Cəbrayıl  rütbəsi”nə 

bənzədir. 

QarıĢqa yemiylə fili yemləyə, 



Cəbrayıl rütbəsi verə milçəyə (Ġ-424 ). 

Cədi  (kos.)  –  On  iki  bürcün  biridir  ki,  ona  Oğlaq  bürcü  də 

deyilir. 



Cədi baĢ kəsməyin sirrin bilərək

BaĢını kəsmiĢdi keçi baĢıtək (LM-185). 



Cəfər  (məc.  an.)  –  MəĢhur  ərəb  xəlifəsi  Harun  ər-RəĢidin 

(783-809)  vəziri  Cəfər  Bərməki.  Onun  əmri  ilə  saf,  yüzə-yüz 

təmiz qızıla sikkə vurmağa baĢlayıblar. 

Cəfər kimi Ģam olsun sarı gülün qəlbinə

Çıraq kimi nur saçsın barı gülün qəlbinə (SX-120). 



Cəmin novruzu (xron.) – Bax: CəmĢid və Novruz. 

Firidun Ģənliyi, Cəmin novruzu 

Üzlərdən silmiĢdi kədəri, tozu (Ġ-222). 

Burada söhbət Ġskəndərlə NüĢabənin məclisdə oturmasından 

gedir. 

CəmĢid (an.) – “CəmĢidlə cavan yavərinin hekayəti”ndə ob-

raz adı. 

Sarayında CəmĢidin vardı yaxın yavəri, 

Ay – GünəĢin yavəri , o da Ģahın yavəri (SX-141). 

Tarixi əfsanələrə görə, ən qədim Ġranda PiĢdadyan sülaləsinin 

IV  Ģahı  olmuĢdur.  Guya  onun  taxtını  divlər  gəzdirərmiĢlər.  Bir 

gün divlər onun taxtını Azərbaycanda bir dağın üstünə qoyurlar. 

Guya  Cəmin  paltarları  və  taxtı  qızıldan  olduğu  üçün  GünəĢin 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə