Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə19/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   15   16   17   18   19   20   21   22   ...   138

56 

bəxtlik rəmzi daĢıyır. Buna görə də Ģair çox vaxt  bu adları qoĢa 

iĢlətmiĢdir. 

Dedi: “Təsdis idi Zöhrəyə məkan, 

Evdə oturmuĢdu Bilqeys, Süleyman (YG-169). 

Təsdis  –  altı  bucaq  deməkdir.  Zöhrənin  Təsdisdə  -  yəni  altı 

planetin  ortasında  oturması  məhəbbət  və  xoĢbəxtlik  rəmzidir. 

Beytin  mənası:  Məhəbbətlə  əhatə  olunmuĢ    Zöhrə  altı  planetin 

arasında oturan kimi Bilqeys Süleymanla oturmuĢdu. 

ġair  bu  adlardan  məcazi  ad  kimi  də  istifadə  etmiĢ,  “Yeddi 

gözəl” əsərində Qara geyənlərin Ģahını (bax) Süleymana, Türkü-

nazı (bax) isə Bilqeysə bənzətmiĢdir. 

De, Bilqeys taxtı hara, mən hara? 

Səltənət yaraĢır Süleymanlara (YG-148). 

“Xosrov və ġirin” poemasında da ġirin Bilqeysə, Xosrov isə 

Süleymana bənzədilmiĢdir. 

Bir neçə qarınca söylədi pünhan: 

“Biri Bilqeysdir, biri Süleyman... (Xġ-117). 



Bir qədəh mey  (məc. ap.) – ġair “Ġqbalnamə” əsərini meta-

forik Ģəkildə bir qədəh meyə bənzədir. 



Bir qədəh mey verir sənə Nizami, 

Gərək nuĢ edəsən Keykavus kimi (Ġ-428). 



Bir, iki, üç (qrup məc. xron.) – Dini rəvayətlərə görə, bu rə-

qəmlərin hər biri müəyyən rəmzi mənaya malikdir. 



Bir sapın ucundan tut kiĢilərtək, 

Ġkini at, üçü bir etmək gərək (YG-54). 

Bir – yəni vahid Allah. 

Ġki (ikilik) – dualizm – atəĢpərəstliyin əsasını iki tanrı – iĢıq, 

nur  tanrısı  Ahura-Mayda  (Hörmüzd)  və  qaranlıq  və  fəsadın 

tanrısı Anqru-Manyu(Əhrimən) təĢkil edir. 

Üç (üçlük) – xristianlıq, onun əsasını üç ilahi təĢkil edir – ata 

Tanrı, oğul Tanrı (Ġsus Xristos) və ana (Məryəm). Bu sözlərlə Ģair 

demək istəyir ki, Allah bir olan kimi kiĢinin də dostu bir olmalıdır. 



Birinci  adam  (ap.)  –  “Yeddi  gözəl”  poemasında  obraz  adı. 

Rastü-RövĢən tərəfindən qardaĢının və özünün var-yoxu əlindən 




57 

çıxan, qardaĢı  öldürülən və haqsız olaraq zindana salınan məh-

buslardan biri. 

Söylədi Bəhrama birinci adam: 

“Sənin düĢmənindən düĢmən alsın kam”(YG-286). 

Bisütun  (top.)  –  Ġranda  KirmanĢah  Ģəhərinin  20  kilometr-

liyində  yüksək bir dağdır. Fərhad (bax) ġirinin eĢqi ilə bu dağı 

çapmaq  istəmiĢdir.  “Bisütun”  sözü  məcazi  olaraq  göy,  səma 

mənasında da iĢlənir. Məkkə  yolu onun ətrafından keçir. Ġranın 

qədim  padĢahı  Birinci  Daranın  (e.ə.  522-486)  hərbi  yürüĢləri 

mixi əlifba ilə bu dağın qayalarına həkk olunmuĢdur. Rəvayətə 

görə, Fərhad ġirinin sifariĢi ilə həmin dağdan süd arxı çəkmiĢdir. 

Bisütunda sevdiyi ġirinin surətini tiĢə ilə canlandırmıĢdır. Dağın 

bir  tərəfində  kaha  vardır  və  bulaq  çağlayır.  Bisütunda  əli 

ĢəmĢirli, baĢı taclı bir hökmdar rəsmi və onun qarĢısında isə qa-

dın surəti vardır ki, bu da ehtimala görə Xosrov və ġirinin əksi-

dir. Bu dağın min beĢ yüz arĢınlıq uca bir yerinə fransız səyyah-

ları böyük çətinliklə çıxaraq oradakı mixi yazıların və rəsmlərin 

əksini  götürmüĢlər.  Orada  əlləri  zəncirlə  arxadan  bağlı  doqquz 

nəfər məhbusun daĢ üzərində rəsmi vardır. Bax: Fərhad. 

Xosrov niĢan verdi ona uzaği

Ġndi adlanır o Bisütun daği (Xġ-195). 

“Sütunsuz dağ” kimi izah olunan Bisütun “Baqestan” sozü-

nün fonetik cəhətcə dəyiĢilməsindən yaranmıĢ və Allahlar məka-

nı deməkdir.”Baqestan” isə türk mənĢəli sözdür. 

Nizami bu addan məcazi ad kimi də geniĢ istifadə etmiĢdir.                 

Bir dağ çapmadınsa bu “kaf” ilə “nun”, 

Göy adlı bir böyük Bisütun qurdun (LM-28). 

Burada “Bisütun” iki mənada iĢlənmiĢdir: I. Göylərin sütun-

suz dayanması: II. Bisütun dağı. 

“Kaf” (k) və “nun” (n) birləĢməsindən ərəbcə “kun”(ol!) kəl-

məsi  əmələ  gəlir.  Beytin mənası: Sən (Allah) bir dəfə “ol!” de-

məklə dağ çapmadan fələk kimi bir Bisütun qurdun. 

ġidənin (bax) tikdiyi yeddi günbəz Bisütun dağına bənzədilir. 

Yerdən bir Bisütun ucaldı göyə, 

Fərhadın etdiyi döndü kölgəyə (YG-133). 



58 

Ġskəndərin  qoĢunu  ilə  üz-üzə  dayanmıĢ  Zəngibar  Ģahın 

ordusu Bisütuna bənzədilmiĢdir. 

QarĢıda zəncilər kin ilə durdu

Çıxardı Bisütun kimi bir ordu (Ġ-84). 

Ġskəndərin ordusunun bayraqları Bisütun dağına bənzədilir. 

Aydan da yuxarı ucaldı bayraq, 

Bisutun kimi bir sütun vuraraq (Ġ-255). 

Bisütun,  Fərhad  (qoĢa  məc.  on.)  –  “Yeddi  gözəl”  poema-

sında  Xacənin  (bax)  bağında  kef  məclisi  təĢkil  edən  gözəllərin 

boyu Bisütuna, Xacə isə Fərhada bənzədilmiĢdir. 

Bisütunlar sütun qaldırmıĢdılar, 

Fərhadı baltayla öldürmüĢdülər (YG-260). 

Yəni  hovuzda  çimən  Bisütun  boylu  gözəllər  Xacəni  elə  bil 

baltayla öldürürdülər. 

BiĢkin(an.)  –  Atabəy  Nüsrətəddin  Əbubəkr  ibn  Məhəmmə-

din ləqəblərindən biridir. 

DüĢmən son düĢünən, ürəyində kin

Ġstiqbal görəndir, ləqəbi BiĢkin (Ġ-48). 

Yəni  düĢmən  iĢə  keçəndən  sonra  o,  iĢ  haqqında  düĢünür. 

BiĢkin isə qabağı görmək istedadına malik olduğu üçün, hadisə 

baĢ verməmiĢdən qabaq onun çarəsini tapır. 

ġair  bu  ləqəbin  Atabəy  Nüsrətəddinə  düzgün  verilməməsi 

haqqında yazır: 

Neçün BiĢkin demiĢ ona bu dövran? 

O ki mehribandır bütün Ģahlardan. 

BiĢkin kəlməsini düzgün yazsalar, 

Ona layiq bir ad KeypiĢin olar (Ġ-426). 

BiĢkin sözünün lüğəti mənası çox kinli deməkdir. Nizami bu 

ləqəbin  Atabəy  Nüsrətəddinin  xasiyyətinə  uyğun  olmadığını  bil-

dirir və deyir ki, onun kini deyil,  əksinə mehribanlığı bütün Ģah-

lardan artıqdır. Buna görə də Ģair BiĢkin (yaxud PiĢkin) sözünün 

hərflərini  dəyiĢməklə  onu  KeypiĢin  Ģəklinə  salır  və  bu  adı  Ģaha 

daha layiq bilir; çünki KeypiĢin Ġranın əfsanəvi padĢahı və Keylər 

sülaləsinin birinci Ģahı olan Keyqubadın oğlu Keykavusun adıdır. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə