Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə16/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   12   13   14   15   16   17   18   19   ...   138

47 

Üsul, firu ilə oldu aĢina 



BəxtiyĢu rəyinə, ĠyĢu baxtına (YG-307). 

ĠyĢu isə Ġsa peyğəmbərin adlarından biridir.  

Beytin mənası: Körpə Arslan Ģah dinin ehkamlarını, Ģəriətin 

qanunlarını  dəqiq  yerinə  yetirdiyi  üçün  Ġsanın  xoĢbəxtliyi  və 

BəxtiyĢunun fikir dühası ona nəsib olmuĢdur. 

Bəl (kos.) – Ġyirmi səkkiz Ay mənzillərindən biridir.  

Yemək iĢtahında olmasaydı Bəl, 

Duaya açmazdı səhər vaxtı əl (LM-185). 

Bəldə (kos.) – Ġyirmi səkkiz Ay mənzillərindən biridir. 

Nəayim xərcini öyrənsin deyə, 



Bəldə çalıĢırdı iki-üç əllə (LM-185). 

Bəlx (top.) – Asiyanın ən qədim və məĢhur Ģəhərlərindəndir. 

Əfqanıstanın Ģimalında Kabul ilə Buxara arasında yerləĢmiĢdir. 

Rəvayətə görə, Kəyumərs və ya Keykavus tərəfindən tikilmiĢdir. 

Sonralar  XIII-XIV  əsrlərdə  Çingiz  xan  və  Teymurləng  tərəfin-

dən dağıdılmıĢdır. Bir rəvayətə  görə,  ZərdüĢt bu  Ģəhərdə zühur 

etmiĢ və buradan da zərdüĢtilik Ġranın və Hindistanın baĢqa yer-

lərinə yayılmıĢdır. Hazırda bu Ģəhər qəsəbə halında Əfqanıstanın 

Ģimalında yerləĢir (10-107 ). 

ġadlıq təntənəsi, sevincli səslər 

Yayıldı Mərvdən ta Bəlxə qədər (Xġ-151). 

Söhbət Xosrovun taxta çıxmasından gedir. 

“Ġskəndərnamə”  əsərində  Bəlx  xalqının  üsyana  qalxmasın-

dan və ətraf vilayətlərin də bu üsyana qoĢulmaları haqqında mə-

lumat verilir. 



Bəlx ilə NiĢabur boyu hər yerdə 

ĠĢtirak edirlər bu ĢuriĢlərdə (Ġ-254). 

Burada “ĢuriĢ” dedikdə həmin üsyan nəzərədə tutulur. 

Bəlinas  (an.)  –  Bəlinas  və  ya  Pliniy  məĢhur  Roma  naturalisti, 

alim  və  yazıçısıdır  (Eramızdan  23  il  əvvəl  doğulmuĢ  və  eramızın 

79-cu ilində vəfat etmiĢdir). Təbiyyat tarixinin banisi sayılır. 79-cu 

ildə  bir  vulkanı  yaxından  görmək  istəmiĢ,  çox  yaxın  gəldiyi  üçün 

qazdan  boğulmuĢdur.  Botanika,  geologiya,  mineralogiya,  astrono-



48 

miya,  coğrafiya,  fizika,  kimya  kimi  elmlərə  dair  37  kitabı  vardır. 

Tarix, ədəbiyyat, rəsm, heykəltəraĢlıq haqqında da əsərlər yazmıĢdır. 

F.Engeles “Təbiətin dialektikası” əsərində onu bir sıra məsə-

lələrdə  Ərəstu  ilə  yan-yana  qoyur.  Bəlinasın  ən  məĢhur  əsəri 

“Təbiyyat tarixi”dir ki, bir çox dillərə tərcümə edilmiĢdir. Ərəb-

lər  arasında  Bəlinas  tilsim  sahibi  kimi  məĢhurdur.  Nizami  də 

ona ən çox bu cəhətdən yanaĢmıĢdır.  

Ġskəndərlə müxtəlif dövrdə yaĢamasına baxmayaraq, Ģair öz 

məqsədindən asılı olaraq onu Ġskəndərin müasiri kimi təsvir et-

miĢ və orijinal obraz yaratmıĢdır.  

Nizami  Gəncəvinin  üslub  xüsusiyyətlərini  səciyyələndirən 

əsas amillərdən biri də müxtəlif dövrlərdə yaĢayan tarixi Ģəxsiy-

yətləri müasirləĢdirməsidir.  

Bu gizli əsrarı Bəlinas bilir, 

Tilsimə tanıĢdır tökər bir tədbir (Ġ-175). 

Əjdaha görüncə gəlir Bəlinas

Bildi ki, ĢüĢəni qıracaq almas (Ġ-176). 

Burada  sonuncu  misrada  cadugər  qız  ĢüĢəyə,  Bəlinas  isə 

almaza bənzədilmiĢdir. Almazın xassəsi ĢüĢəni kəsməkdir. Yəni 

o  əjdaha  kimi  görünən  qız  Bəlinası  gördükdə  bildi  ki,  sehrinin 

ĢüĢəsinə doğru almaz gəlir. Demək, Bəlinas ona qalib gələcəkdir.  

ġair  “Bəlinas”dan  məcazı  ad  kimi  də  çox  yerdə  istifadə  et-

miĢdir. Məsələn, o, məĢhur Rumlu memar Simnarı (bax) Bəlina-

sa bənzətmiĢdir.  

Rumlu Bəlinastək hünərlər saçar, 

Rəsədxana tikər, tilsimlər açar (YG-59). 

Bəlinas-cadu  (an.)  –  Bax:  Bəlinas.  Azər  Humayunla  (bax.) 

evlənəndən sonra Bəlinas ondan Ģox cadular öyrəndi və nəhayət , 

xalq tərəfindən bu adı aldı. 

O qızdan çox cadu öyrənmiĢdi bu, 

Onunçün deyildi “Bəlinas cadu” (Ġ-177). 

BənatinnəĢ (kos.) – Böyük Ayı bürcündə bir-birindən asılı olan 

yeddi sabit ulduza deyilir. Məcazi mənası rühani qızlar deməkdir. 

ġirinə üz tutdu kənizlər yeyin

BənatinnəĢ ikən oldular Pərvin (Xġ-82). 



49 

BənatinnəĢ,  Pərvin (ant. məc. kos.)  – BənatinnəĢ  – Böyük 

Ayı bürcündə bir-birindən asılı olan sabit ulduza, Pərvin (bax.) 

isə bir-birinə yaxın olan Ülkər ulduzlarına deyilir. ġirinin rəfiqə-

ləri ardıcıllıqla əvvəl BənatinnəĢə, sonra isə Pərvinə bənzədilir. 

ġirinə üz tutdu kənizlər yeyin, 

BənatinnəĢ ikən oldular Pərvin (Xġ-82). 

Beytin  mənası:  qızlar  dağılmıĢ  (səpələnmiĢ)  halda,  birdən 

ġirinə tərəf qaçdılar, Pərvin kimi toplaĢdırlar.  

Bəni-Əsəd (et.) – Ġbn-Səlamın (bax.) mənsub olduğu qəbilə-

nin adı. 

Yolda Bəni-Əsəd qəbiləsindən 

Bir nəfər Leyliyə rast gəldi birdən (LM-117). 



Bəni-Səd (et.) – Ərəb qəbilələrindən birinin adıdır. 

Bəni-Səd adlanan yad bir tayfadan

Bir nəfər Məcnuna rast gəldi bu an (LM-101). 

“Bəni”  ərəbcə  “ibn”  (oğlu  və  ya  qızı)  sözünün  cəmidir. 

“Bəni Səd” – hərfən “Sədin övladları” deməkdir.  



“Bənna” (id.) – “Quran”da olan hədislərdən biridir. ġair öz 

əsərini bu hədisə bənzədir.  



“Bənna” hədisinə bənzər hekayəm (Xġ-371). 

Bərbər  (et.)  –  ġimali  Afrikada  yaĢayan  ən  qədim  tayfalar-

dandır.  Misrin  Cənubundan  baĢlayaraq  Qırmızı  dəniz  ilə  Ədən 

körfəzinə qədər olan sahənin qədim sakinləri olmuĢlar. HəbəĢis-

tanın  Ģərqində  və  cənubunda  yerləĢən  tayfaların  adı  ilə  orda 

“Bərbərə”  adlı  bir  yer  də  mövcuddur.  Bəzi  tarixçilərin  fikrinə 

görə,  onlar  yunan  mənĢəli  tayfalardır.  Ərəblər  qədimdə  onları 

ərəb  mənĢəli  olmayan  tayfalar  hesab  etmiĢlər.  XI  əsrə  qədər 

bərbərlər  Afrikanın  Misir  sərhəddindən  qərb  hissəsinə  qədər 

olan  ərazisində  hakim  mövqe  tutmuĢlar.  Ərəblər  Məğribi  iĢğal 

etdikdən sonra güclü assimiliasiyaya uğramıĢlar. Dağlara, səhra-

lara çəkilmiĢ, tədricən islam dinini qəbul etmiĢlər. Afrikanın ən 

gözəl yerlərində sakin olan bərbərlərin yaĢadıqları əraziyə, ümu-

miyyətlə Bərbəristan da deyilir. Bərbəristan Ģimalda Ağ dəniz və 

cənubda isə Səhrayi-Kəbirlə əhatə olunmuĢdur.  




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə