Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə63/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   59   60   61   62   63   64   65   66   ...   138

189 

 

Ġrəm bağı kimi vardı bir bağı, 

Bağ deyil, bağların nurlu çırağı (YG-256). 



Ġrəm  bazarı  (məc.  mif.)  –  Füsunkarlıq  və  təbiət  gözəlliyi 

meydanı mənasında iĢlədilmiĢdir. 

O məst gözlərinə həsrət qalanlar

Ġrəm bazarında reyhan satanlar... (Xġ-65). 

“Ġrhəm-türhəm” (id.) – Ərəbcə “Rəhm et, sənə də rəhm et-

sinlər” məsəlinin adıdır. 

Nədir mənə qarĢı mərhəmətsizsən? 

Bəs “Ġrhəm-türhəm”i oxumadın sən? (LM-94). 

Yəni  sən  aciz  insanların  əlindən  yapıĢ  ki,  çətin  gündə  baĢ-

qaları da sənə əl tutsunlar. 



Ġsa (ag.) –  Xristian dininin banisi hesab olunur. Guya o,  yeni 

eranın birinci ilində yanvar ayının 1-də anadan olmuĢdur. Dini əf-

sanələrə görə, anası Mariya (Məryəm) ərə getmədən hamilə olmuĢ 

və  Ġsanı  doğmuĢdur.  Cəbrail  Allahın  ruhunu  Məryəmin  bətninə 

daxil edərkən onun oğlan doğacağını da bildirir və tapĢırır ki, uĢa-

ğın adını da Ġsa qoysunlar. Məryəmlə həyat quran Davuda da yu-

xuda bəyan olunur ki, Məryəmə toxunmasın, çünki o artıq Allahın 

ruhundan  uĢağa  qalmıĢdır.  Saleh  bir  adam  olan  Davud  bu  vəziy-

yətlə  barıĢır,  Ġsa  anadan  anadan  oluncaya  qədər  Məryəmə  toxun-

mayır... Bütpərəst yəhudilər isə Ġsanı “Göylər oğlu”, “Allahın oğlu” 

kimi yox, “Davudun oğlu” kimi tanıyardılar. Peyğəmbərlik iddia-

sında olan Ġsanı yəhudilər “Musanın qanunlarını təhrif edir”, - deyə  

dövrünün ən dəhĢətli cəza üsulu ilə çarmıxa çəkmiĢlər. “Ġncil”ə və 

xristianların  etiqadına  görə,  Ġsa  ölməmiĢ  və  guya  ölümündən  üç 

gün sonra dirilərək dördüncü göyə qalxmıĢdır. 

“Ġncil” adlı müqəddəs kitab guya Allah tərəfindən ona gön-

dərilmiĢdir. Əslinə qalsa isə “Ġncil”(“Bibliya” – Müqəddəs Yazı-

lar külliyyatı və ya sadəcə olaraq “Kitab” iki kitabdan ibarətdir. 

Onlardan  birincisi  Musa  peyğəmbərin  Qanunlar  kitabı  olan 

“Tövrat”, ikincisi isə Ġsa peyğəmbərə aid edilən “Ġncil”dir. Dini 

ədəbiyyatda  birinci  “Əhdi  Ətiq”,  ikincisi  isə  “Əhdi  Cədid”  ad-

lanır. “Əhdi Ətiq” miladdan əvvəl, “Əhdi Cədid” isə Miladın bi-




190 

rinci  əsri  ərzində  Müqəddəs  Ruhdan  ilham  almıĢ  40-dan  artıq 

müəllif tərəfindən yazılmıĢdır (46-5). 

Dini  əfsanələrə  görə,  Ġsa  peyğəmbərin  möcüzələrindən  biri 

ölüyə  nəfəsi  ilə  can  verməsidir.  ġərq  Ģeirində  Ġsa  nəfəsi  insana 

ruh verən söz mənasında iĢlənir. 

Guya “Qara qüvvələr” üzərində qələbə çalmaq və ölüləri di-

riltmək üçün Ġsa peyğəmbər bir zaman yenidən Yerə enəcəkdir... 

Yer üzünə elçidir, Ġsatək qulu vardır, 

Müjdəçi müjdəçidir, çapar da ki çapardır (SX-28). 

Burada Ġsa peyğəmbər Məhəmməd peyğəmbərin quluna bən-

zədilmiĢdir. 

Nizami  “Ġsanın  hekayəti”ndə  onun  bədii  obrazını  da  yarat-

mıĢdır. 


Ġz qoyaraq dünyanın torpağında, daĢında, 

Ġsa ayaq saxladı bir bazarın baĢında. 

Ġsa necə söz açdı indi görək eyibdən... (SX-111). 

ġair Ġsa adından məcazi ad kimi də çox geniĢ istifadə etmiĢ 

və  yeri  gəldikcə  onunla  bağlı  hadisə  və  rəvayətləri  də  xatırla-

mıĢdır. Nizami Ġsa peyğəmbəri əsasən Məhəmməd peyğəmbərlə 

müqayisə etmiĢdir. 

Niyyət bais deyildi təlaĢına Ġsanın, 

Atasızlıq qaxıncdı öz baĢına Ġsanın (SX-39). 

Yəni  Ġsa  peyğəmbər  qəbul  təamını  (qidasını)  arzulamadı. 

Çünki atası məlum olmadığı üçün xalq tərəfindən ləkələnmiĢdi. 

MəĢuqənin öpüĢü ölüləri dirildən Ġsanın dodağına bənzədilir. 

Dodağı Ġsa kimi cansız cana can verər (SX-65). 

Zəmanənin hökmdarları ilə Ġsa peyğəmbər müqayisə olunur. 



Ġsatək bu çırağı söndür öz nəfəsinlə, 

Onsuz yanan çıraqsan eĢqinlə, həvəsinlə... 

Dördüncü asimanı Ġsatək yarsan özün, 

GünəĢə yüksələrək günəĢ olarsan özün

Bu dünyanın nəbzini kim tutsa Ġsa kimi, 

Ġnsafı, mürvətiylə olar dünya hakimi (SX-76). 

Dini əsatirə görə, Ġsa peyğəmbər GünəĢ çırağını öz nəfəsi ilə 

üfürüb keçirmək və insanları  atəĢpərəstlikdən xilas etmək üçün 




191 

göyün  dördüncü  qatına  qalxmıĢdır.  AĢağıdakı  beytdə  isə  Ġsa 

peyğəmbər boyaqçıya bənzədilmiĢdir. 

Fələk – boyaq küpüdür, sanma boyası azdır, 



Ġsa bir boyaqçıdır, GünəĢ də ki rəngsazdır. 

Ġsaya boyadıbdır libasını asiman (SX-89). 

GünəĢ öz hərarəti və Ģüaları ilə bütün rəngləri ağardır. GünəĢ 

kimi göyün dördüncü  qatında qərar tutan Ġsa peyğəmbər isə bo-

yaqçıdır. Dini əsatirə görə, Ġsa peyğəmbərin möcüzələrindən biri 

də  küpəyə  bir  rəng  töküb  ondan  istədiyi  əlvan  rəngləri  çıxara 

bilmək imiĢ. Beytin məzmunu: Ġnsanın saçları istər qara, istər ağ 

olsun, ikisi də  bir Ģeydir. Biri  cavanlığın  hesabına qara, biri isə 

zəmanənin sel-sularında yuyularaq ağ olmuĢdur. 

Bütün insanlar zirəklikdə Ġsaya bənzədilir. 

Daim könül mülkünə sən də can at Ġsatək

Ulaqsızca, yüksüzcə mənzilə çat Ġsatək (SX-136). 

Xosrov Ġsa peyğəmbərə bənzədilir. 

YaxĢısı budur ki, Məryəmi unut, 

Ġsaya dönsən də, qayıtmaz vücud (Xġ-217). 

Birinci  misrada  adı  çəkilən  Məryəm  Xosrovun  vəfat  etmiĢ 

arvadıdır. Yəni Məryəm ölmüĢdür. Əgər ölüləri dirildə bilən Ġsa 

da olsan, onu bir də geri qaytara (dirildə) bilməyəcəksən. AĢağı-

dakı beytdə isə Ģair oğlu Məhəmmədə Ġsa mərifətli həkim olma-

ğı məsləhət görür. 



Ġsa mərifətli həkim ol, amma 

Ġnsanı öldürən bir həkim olma (LM-65). 

Məhəmməd peyğəmbərin dodağı Ġsanın nəfəsinə bənzədilir. 

Dodağın Ġsadan daha möcüzkar, 

Zülmətin suyutək geyinmiĢ paltar (Ġ-23). 

Yəni  Məhəmməd peyğəmbərin nəfəsi  ölüləri dirildən  Ġsanın 

nəfəsindən daha möcüzəlidir. Ġkinci misranın mənası isə belədir: 

Dirilik  suyu  Zülmətdə,  qaranlıqda  ikən,  Məhəmməd  peyğəm-

bərin  də  vücudu  qara  paltarla  örtülü  idi.  AĢağıdakı  beytdə  isə 

Ģair özünü Ġsa peyğəmbərə bənzədir. 

Bu lacivərd küpdən mən də Ġsatək 

Ġplər çıxarıram hər an rəngbərəng (Ġ-416). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə