183
ġahadır hər zaman göyün xidməti,
Ġkicə çörəkdir onun ücrəti (YG-307).
Göy Körpə Arslan Ģaha xidmət etmək üçün ayağı üstə
durubdur və öz xidmətinə görə də iki girdə çörək (Ay və GünəĢ)
sahibi olubdur. Ücrət – zəhmət haqqı deməkdir.
Ġkinci məzlum (ap. an.) – “Yeddi Gözəl” poemasında obraz
adı. Rastü-RövĢən tərəfindən haqsız olaraq zindana salınmıĢ
məhbuslardan biri.
Ġkinci dayandı, əl üstündə əl,
ġaha dua etdi hər Ģeydən əvvəl (YG-286).
“Ġqbalnamə” (id.) – Nizami Gəncəvinin “Ġskəndərnamə”
əsərinin ikinci kitabının adıdır. Bu, Ģairin sonuncu kitabıdır.
Çoxları istədi “Ġqbalnamə”ni,
Tək ona həsr etdim mən bu naməni (Ġ-424).
Burada “namə” sözü “Ġqbalnamə”yə, “ona” sözü isə bu əsə-
rin ithaf olunduğu Ġzzəddin Məsuda(bax) iĢarədir.
Ġqlidis (məc. an.) – Eramızdan əvvəl IY əsrdə yaĢamıĢ yu-
nan alimidir. Riyaziyyatçıların baĢçısı sayılır. Ġskəndər Zül-
qərneyn onun Ģagirdlırindən olmuĢdur. Onun riyaziyyata, həndə-
səyə dair bir çox əsərləri ərəb və Avropa dillərinə tərcümə və
Ģərh edilmiĢdir.
Rəsmində Ġqlidis qüdrəti vardır (Xġ-62).
Burada Ģair ġapuru Ġqlidisə bənzətmiĢdir.
Ġlahi (teon.) – “Allah” (Tanrı) adının sinonimidir və ərəbcə
“Allaha aid”, “Allaha dair” deməkdir.
Ġlahi! Məni sən canana yetir!
Oduna yandığım o Ģəmi gətir! (LM-248).
Ġlyas (an.) – Dünya ədəbiyyatında “Xəmsə” ustadı kimi
tanınan XII əsr Azərbaycan Ģairi Nizami Gəncəvinin əsl adı.
Baxsan Nizaminin cizgisinə sən,
Min bir ad sayını orda görərsən.
Ġlyasın “əlf”ini “lam”ından kəssən,
Yenə doxsan doqquz tamı görərsən (LM-62).
Yəni: Ġlyas adının “əlif” hərflərini atsan və onun “l” hər-
findən də “əlif”, yəni bir rəqəmini çıxsan, iyirmi doqquz rəqəmi
184
alınar. Xüsusi say sistemi olan əbcəd hesabına görə, “l” hərfi 30-
dur, birini çıxanda 29 qalar, “y” hərfi 10 və “e” hərfi 60-dır.
Cəmi 29+10+60=99.
Birinci beytdə “min bir ad” ifadəsi isə Allahın “min bir adı
var” dini ehkamına iĢarədir.
Ġlyas (ag.) – “Ġskəndərnamə” əsərində epizodik obraz adı.
Bax: Xızır.
Bu yolda Ġlyasa Xızır yoldaĢdı,
ÇeĢməyə gedərkən dostlar yanaĢdı (Ġ-383).
Ġlyas, dini rəvayətlərə görə, peyğəmbərlərdən biridir. Yə-
hudilərə bütpərəstlikdən əl çəkməyi təbliğ etmiĢ, bunun üçün
təqib olunaraq qaçıb mağaralarda yaĢamıĢ, möcüzələr göstərmiĢ,
sonra isə “qeyb olmuĢdur”. BaĢqa bir rəvayətə görə, Ġlyas da
Xızır ilə Zülmətə getmiĢ, Dirilik suyundan içmiĢdir. Guya indi
də Xızır quruda, Ġlyas isə suda yaĢayır.
Xıdır və ya Xızır həmiĢə Ġlyasla xatırlanmıĢmı? Əlbəttə, yox.
Vaxtilə Xıdır – Xızır göy-göyərti, yaĢıllıq məbudu, Ġlyas isə su
məbudu olmuĢdur. Ġlyas haqqında bir çox türk dilli xalqlar
arasında bəzi əfsanələr vardır. Bu əfsanələr müəyyən dərəcədə
onu türkdilli xalqların əski əsatiri təfəkkürləri ilə bağlayır. Türk
əfsanəsində deyilir: “Ġlyas qəbiləsinin yolunu təkrar azdığını gö-
rür və Ģəhərdən çıxır. Allaha dua edir. Allah “Filan Ģəhərə get,
filan gündə nə görürsən, qorxma, onun üstünə min” – deyə əmr
edir. Ġlyas əmr olunan yerə gedir. AtəĢdən bir at görür. Ona mi-
nir və gözdən qeyb olur. Allah onu mələklər məqamına yük-
səldir. Qiyamətə qədər ömür verərək, dənizlər üstündə ağa, ha-
kim edir”. Bu parçadan görünür ki, islam dini Ġlyas əsatirinə
təsir edərək həm Ġlyasın, həm də türkdilli xalqin əsatirinin do-
nunu dəyiĢmiĢdir (47 – 58-59).
Ġnhiraq (top.) – Qaya adı.
Gözəl Ġnhiraqın ətəyində tək,
Qart daĢdan tikilmiĢ bir kilsə vardır.
Ġnhiraq adlanan daĢ qayadan sən
Ayaqlara düĢmüĢ bir baĢ görərsən (Xġ-69).
Ġnsan (an.) – ġair “insan” dedikdə özünü nəzərdə tutur.
185
Qapını döydüm, dedi: “Gələn kimdir bu zaman?!”
Dedim: “GörüĢə gəlib pak niyyətli bir Ġnsan”.
Könül mülkünün Ģahı – məhəbbət adlı pəri
Söyləyərək dedi ki: “Nizami, gəl içəri” (SX-56).
AĢağıdakı beytdə isə “insan” dedikdə, ümumiyyətlə insanlar
nəzərdə tutulur.
Gördü ki, tərbiyəsiz, təlimsiz bir naĢıyam,
Təlim-ədəb verdi ki, Ġnsan adı daĢıyam (SX-57).
ġairin təsvir etdiyi Ġnsan mələklərdən də, fələklərdən də üs-
tün tutulur. Eyni zamanda Ģairin “mən”i bütün insanları təmsil
edir.
Ġntiyaxis (an. və id.) – Ġskəndərdən sonra Ġranda hakimiyyət
sürmüĢ sultanlar nəslindən birinin adıdır. Bu söz eyni zamanda
həmin hökmdarların adına yazılmıĢ bir kitabdır ki, Nizami bu-
rada “yadigar qalıb” dedikdə, onu nəzərdə tutmuĢdur.
O gövhər kanını yox edib ruzgar,
Bircə “Ġntiyaxis” qalıb yadigar (Ġ-430).
Ġradəli Bəhram (an. birləĢmə) – Bax: Bəhram Çubin.
Ġradəli Bəhram aldı bir xəbər
Ki, olmuĢ Xosrova qul çox ölkələr (Xġ-114).
Ġraq (top.) – Ġranla Ərəbistan və Bəsrə körfəzi arasında ge-
niĢ bir ölkədir. Qədimdə bu ad Babilistana və ya Mesopotamiya-
ya məxsus olmuĢ, sonralar Ġranın bir hissəsinə də bu ad verildi-
yindən bunları qarıĢdırmamaq üçün birincisi Ġraqi- Ərəb, ikincisi
isə Ġraqi-Əcəm adlandırılmıĢdır.
GümüĢ küp, ya qızıl bir teĢt istəsən,
Ġraq torpağından uzaq getmə sən (Ġ-44).
Əgər sənətin gümüĢ küpünü, Ģeirin qızıl teĢtini istəyirsənsə,
bunu Ġraqda axtar.
Ġraq xəznəsi (məc. top.) – “Ġraq xəzinəsi” dedikdə Ģair Ġraq
Atabəylər dövləti və Ġraq-Ərəb xilafətinin xəzinələri nəzərdə
tutulur.
Boğazımı gör necə düyünləyibdi Gəncə,
Yoxsa, Ġraq xəznəsi mənim olardı, məncə.
Dostları ilə paylaş: |