171
miyyətdə mövcud olan haqsızlığa qarĢı kin və nifrətini ifadə
etməyə çalıĢmıĢdır.
Sən ey Xızrın bayrağı, ucal, cihad eylə sən,
Nuhun qeyzi, namərdi batır, bərbad eylə sən (SX-150).
Xızırın bayrağı (məc. ktem.) – Əsatirə görə, Ġskəndərlə
Zülmətə dirilik suyu axtarmağa gedəndə Xızır Ġskəndərin qoĢu-
nunun bayraqdarı olmuĢdur (SX -193).
Sən, ey Xızrın bayrağı, ucal, cihad eylə sən (SX-150).
Xızırın suyu (məc. on.) – ġair Leylinin dilindən Məcnunu
Xızır suyuna bənzədir.
Ey zülmətdə qalan Xızrın suyu, sən
Ġlk səhər Ģəminin pərvanəsisən (LM-195).
Xoca (məc. an.) – Lüğətlərdə fars sözü kimi izah olunan
“xoca” türk dilli xalqlarda müxtəlif mənalarda iĢlənmiĢdir: müəllim,
molla(köhnə məktəblərdə), ruhani Ģəxs, ağa, həkim, fəxri ad, tacir
və s. Azərbaycan dilində “xacə”(bax) Ģəklində də yazılan bu söz,
zənnimizcə, türk dillərində iĢlənən və müdriklik mənasında olan
“qoca” sözündən yaranmıĢdır. Yəqin ki, “Siyasətnamə” əsərinin
müəllifi Xacə Nizam vəzirlik etdiyi zaman öz müdrikliyinə görə bu
ada layiq görülmüĢ və ilk dəfə olaraq “xacə” fəxri adını almıĢdır.
Bundan sonra “xacə, xoca” adı bütün ġərq ölkələrində iĢlənən ən
aktiv sözlərdən birinə çevrilmiĢ, hətta müxtəlif hökmdarların
tapĢırıqlarını yerinə yetirən və saray hərəmxanalarını idarə edən
axtalara da fəxri ad kimi verilmiĢdir. Bu adın tacirlərə verilməsi də
onların kəĢfiyyatçılığı ilə əlaqədardır.
Nizami ġirinin gəlinlik otağında Xosrovu Xocaya bənzədir.
Xuzistana gəldi fərəhli Xoca,
Nabat, qənd sındırdı orda çoxluca (Xġ-315).
“Xuzistan” dedikdə isə ġirinin otağı nəzərdə tutulmuĢdur.
Xorasan (top.) – Orta əsrlərə qədər Orta Asiyanın ən böyük
ölkələrindən biri olmuĢdur. XX əsrə qədər tamamilə Ġrana daxil idi.
Hazırda qərb hissəsi(əsas hissəsi) Ġrana, Ģərq hissəsi Əfqanıstana,
Ģimal hissəsi isə Tacikistana daxildir. Xorasanın hüdudları haq-
qında coğrafiyaĢünasların rəyləri müxtəlif olmuĢdur. Guya buna
səbəb odur ki, müxtəlif dövrlərdə Xorasanın ərazisi geniĢlənmiĢ və
172
kiçilmiĢdir. Qədim Ġran dövlətləri, yəni PiĢdadyan və Kəyanyan
zamanında əsil Ġran Xorasan və onun ətrafından ibarət olmuĢ və
Bəlx Ģəhəri Ġranın paytaxtı olmuĢdur. Xorasan adı bu ölkəyə
Sasanilər zamanında verilmiĢdir. Mənası fars dilində (pəhləvi dilin-
də) GünəĢ yurdu, yəni ġərq deməkdir. ġiələrin 8-ci imamı olan
Rzanın qəbri bu vilayətin mərkəzi olan MəĢhəd Ģəhərində oldu-
ğundan bura ziyarətgah hesab olunur (SX-118).
Xorasanda Səncərin zülmü elə car oldu,
EĢitmədi bunları, bəlaya düçar oldu (SX-87).
Burada Səncərin ədalətsizliyinə və bunun nəticəsində əsir
alınıb, taxt-tacının əlindən çıxmasına və ölümünə iĢarə olunur.
Zəfəri çox asan sanıb dururdu,
Xorasan mülkündən xərac umurdu (Ġ-103).
Burada isə söhbət Ġskəndərdən gedir.
Xorəzm (top.) – Bax: Xarəzm.
Çin, Xorəzm, Qəzneyn, Qur mahalından,
Yer dəmir kəsildi heyvan nalından (Ġ-117).
Xoruz (məc. ap. mif.) – Nizami özünü guya göydə yaĢayan
və hər səhər ilk banlayan xoruza, o biri Ģairləri isə onu təqlid
edərək, yerdə banlayan xoruzlara bənzədir.
Deyirlər: göylərdə bir ağ xoruz var,
O, ərĢin altında tutubdur qərar.
Deyirlər: o xoruz banlar hər səhər,
Yerdəki xoruzlar ona səs verər.
Bilin ki, göylərin o quĢu mənəm (Ġ-425).
Xosrov (an.) – Xosrov Pərvizin(bax) əsl adı.
Bu söhbətdən keçdi bir neçə zaman,
Xosrov hər hünərdə oldu qəhrəman (Xġ-55).
Bu, Pərvizin əsl adı olsa da, ümumiyyətlə Ġran Ģahlarına ve-
rilən ümumi tituldur. Məsələn, Ģair “Xosrov” dedikdə, Xosrov
Pərvizi yox, Bəhram Guru nəzərdə tutur.
ġahın yanındaydı sərhəngin özü,
Xosrovdan eĢidib belə bir sözü (YG-107).
173
“Xosrov qaydası” isə Ģahlıq, hökmranlıq qaydası deməkdir.
Yəni Neman qoy Bəhrama hökmranlıq qayda-qanunlarını – ġah-
lıq fənnini öyrətsin.
Xosrov qaydasını ona öyrətsin,
ġahlıq ədəbini qoy təlim etsin (YG-57).
AtəĢpərəstlik dinini ləğv edən Ġskəndər, camaatdan tələb
edirdi ki, köhnə ayinə, Xosrov dininə itaət etsinlər.
Üz çevirsinlər qoy köhnə ayinə,
PərəstiĢ etsinlər Xosrov dininə (Ġ-171).
Ġbrahim dinini doğru yol bildi,
AtəĢ tüstüsünü dillərdən sildi (Ġ-174).
Ġbrahim(bax) dini isə tək Allaha itaət etməyi təbliğ edirdi.
Xosrov dedikdə, Ģair Keyxosrovu nəzərdə tutmuĢdur.
Bu taxt ki, Xosrovdan qalmıĢ yadigar,
ġahın ölümündən açarmı əsrar? (Ġ-243).
Xosrov (məc. an.) – ġirin Xosrova bənzədilir.
GəlmiĢ kimi hamı Ģah hüzuruna
Hörmət eylədilər Xosrovtək ona (Xġ-96).
Yəni Mədainə gələndən sonra Xosrovun hüzurunda duran
kimi ġirinə qulluq edirdilər.
GünəĢ planeti Xosrova(hökmdar, padĢah deməkdir) bənzə-
dilir.
Tezdən duran Xosrov səhər vaxtında
Sevinclə əyləĢdi Ģahlıq taxtında (LM-248).
Xosrov, Barbət (məc. xat. an.) – ġair “Ġqbalnamə” əsərinin
“Nizaminin rüzgarının sonu” hissəsində Xosrov və Barbəti (bax)
də xatırlayır. Eyni zamanda burada müğənnini Xosrov məcli-
sində çalan Barbətə, Ģair özünü isə Xosrova bənzətmiĢdir.
Müğənni, çal görək bir “RamiĢi-can”,
Açılsın ürəyim o xoĢ havadan!
Xosrov məclisində Barbət çalantək
Çal bir-bir nəğməni, birdən yüzədək! (Ġ-607).
Xosrov, Fərhad (qoĢa an.) – ġair onların adını hadisələrin
təsviri zamanı bir-birinin əksini təĢkil edən obraz adı kimi ya-
naĢı iĢlətmiĢdir.
Dostları ilə paylaş: |