Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə55/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   51   52   53   54   55   56   57   58   ...   138

165 

Xətlan atı (zo.) – KeçmiĢdə Mavərənnəhrdə Səmərqənd yaxın-

lığında Xətlan(Xətlanlı, Xətdan) adlı bir vilayət olmuĢdur (Ġ-414). 

Görünür, keçmiĢdə Xətlanda yetiĢdirilən cins atları məĢhur imiĢ. 

Səkil Xətlan atını minib ucal fələyə, 

Al qurğuĢun qalanı, qələbə çal fələyə (SX-146). 

Xəvərnəq (top.) – Yəmən hökmdarı Nemanın Ģahzadə Bəh-

ram üçün rumlu memar Sam oğlu Simnara tikdirdiyi sarayın adı. 

Bəhramın hünəri saçınca Ģəfəq 

Döndü bir bəzəkli bağa Xavərnəq (YG-62). 



Xəvərnəq  Allahı (məc.  teon.)  – Xəvərnəq sarayını  tikən və 

Neman  tərəfindən  onun  qülləsindən  atdırılan  Simnara  xalq  tə-

rəfindən verilən ad. 

Bu yüksək binadan Nemanın adı 

Göydəki ay kimi qalxıb parladı. 

Cadugər çağırdı adını torpaq, 



Xəvərnəq allahı saydı onu xalq (YG-62). 

Xəzər  (et.  top.)  –  Xəzər  dənizinin  Ģimal-qərbində  və  Volqa 

çayının hər iki sahilində yerləĢən türk dövlətinin adı. 



Xəzər yoxsulları, Rum varlıları 

Lütfsüz görməmiĢ bu hökmdarı (Xġ-43). 

Burada söhbət Qızıl Arslandan gedir. Birinci misradakı Xə-

zər və Rum neytral toponimləri yoxsul və varlı sözləri ilə anto-

nim məna kəsb etmiĢdir. 

MəĢhur  tarixçi-türkoloq  L.N.Qumilev  ”Otkrıtie  Xazarii”  ki-

tabında  (Moskva.  “Nauka”.  1986)  göstərir  ki,  Xəzər  dövləti 

Ģərqdən Xarəzmlə, daha doğrusu ManqıĢlaq və Çetyurdla həm-

sərhəd  idi.  Bütün  Uralın  cənub  hissəsi  onların  dövlətinə  tabe 

idi(səh.9).  IV  əsrin  ortalarından  baĢlayaraq  qərbə  irəlilədikcə 

Xəzər dövləti daha fəallaĢdı. 

S.A.Pletnevanın “Xazari” adlı kitabında (M. ”Nauka”, 1986) 

VIII-IX  əsrlərə  aid  bir  xəritədə  Xəzər  dövlətinin  ərazisi  daha 

geniĢdir.  Qafqaz  sıra  dağları  və  Qara  dənizdən  Ģimala  doğru, 

Volqa çayından müasir PolĢaya qədər bütün ərazi Xəzərlərə tabe 

idi(səh.47).  X  əsrdə  Xəzər  dövlətinin  xaqanı  (Onlar  bəzən  bəy, 

bek,  Ģad  da  adlanırdılar)  olan  Ġosif  Xəzər  dövlətinin  tarixi  haq-



166 

qında  daha  geniĢ  məlumat  verir.  Onun  fikrincə,  xəzərlərin  ulu 

babası  Yafəs(Yafət)  peyğəmbərin(Yafəs  isə  Nuh  peyğəmbərin 

oğlu  Toqarm  olmuĢdur.  (Qədim  Yəhudi  mənbələrində  bütün 

türk xalqları Toqarm adlanırlar). Toqarmın isə on oğlu olmuĢdur. 

Aqiyor  (Abiyor  və  ya  Uyur),  Tur-e  (Turis),  Abar  (Abaz),  Uqin 

(Uquz), Biz-l, T-r-na, Xəzər, Znur(Yanur), Savir və s.(səh. 7). 

Ġosif özünə qədər xaqan olan 13 hökmdarın adını çəkir. Bu-

lan,  onun  oğlu  Obadiya,  onun  oğlu  Yezenukki,  onun  oğlu  Ma-

nassiya,  onun  qardaĢı  Obadin,  onun  oğlu  Xanukka,onun  oğlu 

Ġsaak, onun oğlu Zavulon, onun oğlu Manassiya, onun oğlu Nis-

si,  onun  oğlu  Manaxem,  onun  oğlu  Veniamin,  onun  oğlu  La-

ron(səh.8).  Qədim  türk  ad  sisteminin  tədqiq  edilməsində  bu 

nümunələrin  böyük  əhəmiyyəti  vardır.  Ġosif  qeyd  edir  ki,  əgər 

mən  rusları  bir  saat  nəzarətsiz  buraxsam,  onlar  Bağdada  qədər 

bütün ölkələri yerlə-yeksan edərlər (səh. 10).  

Xəzər  dövlətinin  ən  böyük  Ģəhərləri  bunlar  idi:  Səmən-

dər(Ölkənin paytaxtı olan bu Ģəhər bəzən Tarku da adlanır), Ber-

sil,  Biləncər,  Ġtil,  Xamlic,  Bayda(VIII  əsrdə  xanın  qalası  yer-

ləĢən bu Ģəhər həm  də  SaraĢen  adlanır),  Sabqar  Xtlq,  Lkn, Sur, 

Masmada və s. (səh. 29). 

Kiyev-Rus dövlətinin knyazı Svyatoslav(Onun qadını Xəzər 

xaqanının qızı olmuĢ və “Xatun” adlanmıĢdır) 6473(965)-ci ildə 

Xəzər  dövlətini  iĢğal  etdi.  Bolqar,  Xazaran,  Util,  Səməndər  və 

digər Ģəhər və  kəndlər  yerlə-yeksan olundu.  Ġtil  Ģəhərinin adına 

ancaq  XII  əsr  mənbələrində  Saksun  adı  ilə  təsadüf  olu-

nur(“Xazari”. səh. 71-72). 

Xəzər  dağı  (top.)  –  Xəzər  dənizinin  qərbində  yerləĢən  ya 

Qafqaz dağlarına, ya da həmin dənizin cənubunda yerləĢən Elb-

rus dağına iĢarədir. 

Xəzər dağından Çin suyuna qədər 

Türklərlə doludur bütün bu yerlər (Ġ-324). 



Xəzər dənizi (top.) – Qafqazla Orta Asiya arasında yerləĢir. 

KeçmiĢdə dənizin qərb sahillərində yaĢayan “Qas” və ya “Xas” 

tayfasının  adını  daĢıyır.  Ədəbiyyatda  dənizin  60-dan  çox  adı 

məlumdur. Bu adlar sırasına Kaspi, Avesta, Alban, Bakı, Kirkan, 




167 

Qərb, ġimal, Xvalın, Təbəristan, Salyan, ġirvan, Dərbənd, Gilan, 

Türkmən,  HəĢtərxan,  Teymsan  və  s.  daxildir.  ”Xəzər”  və 

“Kaspi” eyni mənanı ifadə edən tayfa adıdır (19- 258). 



Xəzər dənizinə durdum baxım mən, 

Damlalar çiləyim suya qədəhdən (Ġ-228). 

Nümunə Ġskəndərin dilindən söylənmiĢdir. 

Xəzərli  (et.)  –  Xəzər  dənizinin  Ģimal-qərbində  və  Volqa 

çayının hər iki sahilində yerləĢən türk qəbilələrindən biri olmuĢ-

dur. ”Xəzərli” isə Xəzər dövlətinin ərazisində yaĢayanlardır. 

Buxaralı, gilək, kürd və xəzərli 

Bir parça çörəyi tutmuĢ dörd əlli (Ġ-44). 

Xəzinə (ap.) – ġair “Ġqbalnamə” əsərini xəzinəyə bənzədir. 

Belə xəzinəni bəxt verir ancaq

Xəzinən dünyanı nurlandıracaq (Ġ-425). 

Xəzran (top. et.) – Xəzər dövlətinin ən böyük Ģəhərlərindən 

birinin  adı.  Lakin  bu  Ģəhər  adı  kiçik  hərflə  yazılmıĢ-

dır. ”Xəzran”ı Xəzər dövlətinin ərazisində yaĢayan xalqın adı ki-

mi də baĢa düĢmək olar. Bəlkə də, tərcüməçilər bunu nəzərə al-

mıĢlar. Əslində bütün etnonimlər də böyük hərflə yazılmalıdır. 

Onda çöl xalqının axınlarından 

Rahatlıq içində dincələr xəzran (Ġ-238). 

Xırxız (top.) – Bax: Xərxiz. 

Ġskəndər gözündən qovub yuxunu, 

Ġstədi Xırxıza çəksin qoĢunu (Ġ-568). 

Bizə  elə  gəlir  ki,”Xərxiz”  adının  bu  cür  yazılıĢı  daha  düz-

gündür. 

Xızır  (ag.)  –  “Mahanın  hekayəsi”ndə  obraz  adı.  Mahanı 

qorxunc  səhradan,  müxtəlif  Ģəkillərə  düĢən  cin  və  əjdahaların 

əlindən xilas edən yaĢıl paltarlı Xızır olur. 

Mahan – Kimsən? – dedi. – Niyyətin nədir? 

Qiymətli gövhərsən, Ģöhrətin nədir? 

– Xilaskarın Xızram -dedi, -mən sənin 

GəlmiĢəm tutmağa əlindən sənin (YG-232). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə