153
Əldə Hind qılıncı gəldim “Hind” deyə,
SərxoĢ fil ətindən kabab yeməyə (Ġ-261).
Hind poladı (növ. ) – Hindistanda istehsal olunan polad növü.
Saysız Hind poladı, bağlanmıĢ yüklər,
Xalvarla tökülmüĢ ud ilə ənbər (Ġ-226).
Hind Ģahı (an.) – Hindistan Ģahının əsl adını əvəz edən ləqə-
bi. Furəkin atası.
Hind Ģahının qızı sevimli Furək (YG-74).
AĢağıdakı beytə isə Hind Ģahı dedikdə, Ģair Keydi nəzərdə
tutmuĢdur.
Hind Ģahı gördü ki, ağlı, anlağı,
Möhkəmdir, büdrəyən deyil ayağı (Ġ-263).
Hindi (an.) – Ġskəndərin Reydən olan pəhləvanının əsl adı.
Dəvalı Abxazdan, Hindi də Reydən... (Ġ-323).
Hindistan (top.) – Asiyada dövlət. Hind okeanı hövzəsində
yerləĢir. Paytaxtı Dehli Ģəhəridir. Ölkənin ərazisindən keçən
Hind çayının adını daĢıyır (19-264). Amma bizə elə gəlir ki,
Hind çayı, Hind okeanı, Hindistan və s. adlar “hind” etnonimi
ilə əlaqədardır.
Paltarını boyadı fələyin lil gölündə,
Hindistanda yas tutdu, gözu yaĢlıydı gündə.
Fələyin lilini ki, yudu harda göz yaĢı,
KəndalaĢlar bitirdi dərhal orda göz yaĢı (SX-71).
Dini əsatirə görə, Adəm Hindistanda qırx il göy paltar geyib
tövbə edərək o qədər göz yaĢı tökdü ki, nəhayət, fələyin fəlakəti
ondan uzaqlaĢdı və onun ayaqları altında göy otlar bitdi.
...Adəm Cənnətdə olarkən oranın xəzinədarı güllərin, meyvə
ağaclarının və baĢqa bitkilərin toxumunu ona vermiĢdi, o isə Yer
üzünə gələndən sonra o toxumların hamısını çöllərə səpdi.
Hindistan (məc. top.) – Kainat öz gözəlliyinə və cazibədar-
lığına görə zəngin tarixi keçmiĢə malik olan Hindistana bənzədilir.
Qəmzəyə, qara xala hamı heyran, hamı mat,
Babilistan, Hindistan timsalıdı kainat (SX-65).
ġair öz könlünü tutuquĢuna, eĢq və gənclik dövrünü Hin-
distana bənzədir. TutuquĢu isə əsasən isti ölkələrdə, xüsusən
154
Hindistanda yaĢayır. Oradan baĢqa ölkələrə aparılan tutuquĢu
daima öz vətənini arzulayar.
Tutiyə dönübsən, ey Ģad könül, sən,
Yadına Hindistan düĢüb deyəsən! (Ġ-551).
Hindistan, Babil (qoĢa məc. top.) – ġirin metaforik Ģəkildə
Bərdəni Hindistana, Ġsfahanı isə Babilə bənzədir.
Atı Hindistana sürürdün yavaĢ,
Yolu azıb getdin Babilə birbaĢ (Xġ-268).
Yəni Bərdəyə mənimlə evlənmək üçün gəlib gedirdin, amma
gedib Ġsfahanda ġəkərlə evləndin.
Hindistan, Çin (qoĢa məc. top.) – Klassik ədəbiyyatda Hin-
distan – qara, Çin isə ağ rəmzi mənalar daĢıyır. ġair Qızıl
Arslanın saçını gah Hindistana, gah da Çinə bənzətməsindən
baĢa düĢmək olur ki, hökmdarın saçının çoxu ağarmıĢdır. Çünki
Çin (bütün türk xalqlarının yaĢadığı ərazi) Hindistana nisbətən
ərazi cəhətdən də böyük hesab olunur.
Küləklər oxĢayıb sığal verməkçün,
Saçını gah edər Hindistan, gah Çin (Xġ-45).
Hindli (məc. et.) – Lalənin ortası qara olduğu üçün o,
qaranlıq rəmzi olan hindli ilə müqayisə edilmiĢdir.
Lalənin atəĢgahı – laləzardır burada,
Hindli atəĢpərəstdir, yanıb çatıb murada (SX-59).
ġair Bəhram Guru (bax) basqınçı hindliyə bənzədir.
ġah bildi Fitnədir onu danlayan,
Hindlitək üstünə atıldı haman (YG-111).
Yəni hindli qarətgərləri xəzinə üzərinə atılan kimi Bəhram
Fitnənin üstünə atıldı.
Hindli həkim (an.) – “Hindli həkimin Ġskəndərlə söhbəti”
hekayəsində obraz adı. Lakin əsərdə Ģair onu həmiĢə “hindli”
kimi təqdim edir:
Hindli sənasını tamam elədi,
Sözün pərdəsini açaraq dedi:... (Ġ-484).
Hindli, Pəri, Utarid, MüĢtəri (qrup məc. onim) – ġair eyni
vaxtda ġapuru hindliyə və Utaridə(bax), ġirini(bax) isə Pə-
riyə(bax) və MüĢtəriyə(bax) bənzədir.
155
Hindlitək eylədi səcdə pəriyə,
Sanki Utariddi o, MüĢtəriyə (Xġ-182).
Burada hindlilərin buddaya və mələk heykəllərinə səcdə et-
məsi ən kiçik ulduz olan Utarid(Merkuri) səyyarəsinin ən böyük
səyyarə olan MüĢtəriyə (Yupiterə) münasibəti kimi göstərilir.
Hindu (məc. et.) – Bax: Hindli, Hindistan.
Hindu paltar güdəndir? Lüt qoyubdur hamını (SX-122).
“Hindu” dedikdə bütün hind xalqı nəzərdə tutulur.
Hindu sözünün qara, quldur, qul, keĢikçi, oğru, xal kimi mə-
naları vardır.
Necə oğulsan ki, hörmət edirsən
Atanı öldürən bir Hinduya sən?(Xġ-158).
Nizami burada hindu sözünü üçüncü mənada iĢlədərək dün-
yanı can alan quldura bənzətmiĢdir.
Hindustani qılınc (ktem.) – Hindistanda hazırlanan və öz
keyfiyyətinə görə fərqlənən qılınc növü.
Qılınc – Hindustani, geyim – Davudi (YG-124).
Bəhram Gurun(bax) Nemana(bax) verdiyi hədiyyələr içə-
risində bu cür çoxlu Hindustani qılınclar var idi.
“Hoqqeyi-Kavus” (id.) – Orta əsr ġərq musiqi havalarından
biri.
“Hoqqeyi -Kavus”dan qənd versə əgər,
Onun mətaından öpərdi Ģəkər (Xġ-167).
Humay (an.) – “Yeddi gözəl” poemasında Xəvərnəq sara-
yında Ģəkli çəkilən yeddi gözəldən biri. O, Rum qeysərinin qı-
zıdır. “Humay” adı Huma və ya Humay adlanan əfsanəvi quĢun
adından düzəlmiĢdir (mifonimlə ifadə olunan antroponimdir).
ġanlı qeysər qızı, Ģöhrəti Humay,
Humayun gözəli, surəti Humay (YG-75).
ġair eyni zamanda Humayı əfsanəvi Humaya bənzədir.
Humay (məc. mif.) – Ərəbcə Huma(y) Cənnət quĢu, Dövlət
quĢu deməkdir. Əfsanəvi olan bu quĢ adından Azərbaycan folk-
lorunda da geniĢ istifadə olunmuĢdur.
At deyil, göyərçindi, kəklikdi, qızıl quĢdu,
Ya Humaydı, qumrudu, - bəs bu necə uçuĢdu, (SX-31).
Dostları ilə paylaş: |