Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə47/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   43   44   45   46   47   48   49   50   ...   138

141 

ġirin, ġəkərlə evləndikdən sonra onun yanına gələn Xosrovu 

məzəmmət  edərkən  onu  GünəĢə  bənzədir.  Çünki  GünəĢə  bir 

bürc (yəni bir qadın) yaraĢır. 

Bir ürəkdə olmaz iki sevgili

Ġki ürəklinin düz olmaz dili. 

Ütarid cüt bürclü olsa, yeri var, 

Sən günəĢsən, sənə bir bürc yaraĢar (Xġ-248). 

Nücum  elminə  görə:  səyyarələrdən  Ütarid  (Merkuri)  öz 

hərəkəti  zamanı  Cövza  (Əkizlər)  və  Sünbülə  bürclərindən  keç-

diyi halda, GünəĢ ancaq Əsəd(ġir) bürcündən keçir. Ütarid kiçik 

səyyarədir;  o,  GünəĢə  çox  yaxın  olduğundan  həyat  əlamət-

lərindən məhrumdur. 

ġair GünəĢi güldana, onun Ģüalarını isə güldanda boy atmıĢ 

reyhana bənzətmiĢdir. 

GünəĢin çeĢməsi saxsı güldanda 

Reyhanlar yetirib açan zamanda...(YG-296). 

Ġndiki kimi qədim zamanlarda da saxsı dibçəklərdə gül-çiçək 

əkərdilər. Burada saxsıdan yoğrulmuĢ kuzə deyərkən Yer kurəsi 

nəzərdə tutulur. Yəni GünəĢin Ģüaları Yer üzünü gül-çiçək kimi 

bəzəyəndə,  səhər  açılanda,  Ģah  ədalət  suyu  üçün  susuzluqdan 

yanaqlara  dürrə  bənzər  ədalət  yağıĢı  yağdırdı  və  onları  suva-

rılmıĢ reyhan kimi xoĢ və təravətli etdi. 

GünəĢ planeti Göyün əsərinə, bu əsər (GünəĢ) isə Körpə 

Arslan Ģahın kəmərinə bənzədilir. 

Göy ki, günəĢ kimi əsəri vardir, 

Kəməri olmağa yəqin ki, dardır (YG-39) və s. 



GünəĢ,  Ay(qoĢa  məc.  kos.)  –  Məhəmməd  peyğəmbər  Aya 

nur verən GünəĢə bənzədilir. 

Sənintək GünəĢə müntəzirdir Ay (LM-36). 

ġair eyni vaxtda ġapuru GünəĢə, ġirini isə Aya bənzətmiĢdir. 

ġapur burdan inam və ümid aldı, 

Tez getdi günəĢtək, Ay yalqız qaldı (Xġ-32). 

Nizami insan hünərinin böyüklüyünü göstərmək üçün, onu 

GünəĢ və Aydan üstün tutur. Bu adların təkrar olunması isə fikri 

daha da qüvvətləndirir. 



142 

Nə GünəĢi, nə Ayı hünərinlə say göydə, 

Daldalansın kölgəndə GünəĢ göydə, Ay göydə  (SX- 119). 

GünəĢ, CəmĢid(qoĢa məc. on.) – ġair eyni vaxtda ġirvanĢah 

Axsitanın taxt – tacını GünəĢin və CəmĢidin taxtı ilə müqayisə 

edir. 

GünəĢin taxtindan tacın ucadır, 

CəmĢidin taxtından taxtın qocadır (LM-56). 

CəmĢidin qızıl paltarı, taxt-tacı GünəĢin Ģüasını əks etdirərkən 

camaat  onun  özünü  ikinci  GünəĢ  adlandırır.  ġair  yəqin  elə  buna 

görə də çox vaxt GünəĢ və CəmĢid adlarını yanaĢı iĢlətmiĢdir. 



GünəĢin beĢiyi düĢərkən yola, 

CəmĢid bəzəyini geyindi dünya (Xġ-284). 

GünəĢ,  Dəlv,  Hut  (qrup  məc.  kos.)  –  ġair  GünəĢ  və 

bürclərin yerini təsvir etməklə, Ġskəndərin NüĢabə Ģərəfinə təĢkil 

etdiyi məclisin vaxtını göstərmək istəmiĢdir. 

GünəĢ Dəlv bürcündən çıxdı qırağa, 

Girdi Hut bürcünə balıq tutmağa (Ġ-222). 

UlduzĢünaslıqda  Dəlv  bürcü  GünəĢin  “ev”lərindən  biri  sa-

yılır. GünəĢ bu bürcə yanvar ayında girir. Hüt, yəni Balıq və ya 

Su  bürcünə  isə  GünəĢ  fevral  ayında  girir.  Yəni  bu  məclis 

düzələn zaman il yanvardan fevrala keçirdi. 



GünəĢ  qürsəli (məc. kos.)  – Qürsə - kökə, qürs  – GünəĢin 

dairəsi, GünəĢin Ģarı deməkdir. 

Əzrəq gülü ki var, göy əlbəsəli, 

Bu üzdən olmuĢdur günəĢ qürsəli (YG-233). 

Bu  omonimiyadan istifadə  edərək Ģair söz oyunu  yaradır və 

demək istəyir ki, göy gül(Əzrəq gülü) ona görə gözəl və ətirlidir 

ki, öz qidasını GünəĢdən alır. 

GünəĢ,  MəĢriq,  Məğrib  (qrup  məc.  on.)  –  Ġskəndər  özünü 

və atını MəĢriqdən Məğribə çapan GünəĢə bənzədir. 

Sizin bu Ģəhərdə uca günəĢ var, 

Atını MəĢriqdən Məğribə çapar. 

günəĢ, bax mənəm, gəlib çatmıĢam, 

Ordunu Məğribdən ġərqə atmıĢam (Ġ-278). 




143 

GünəĢ,  Sürəyya  (qoĢa  məc.  kos.)  –  ġair  rus  Ģahzadəsini 

GünəĢə, Qala gözəlini isə Sürəyyaya bənzədir. 

Elçi verdi dürrü öz dəryasına, 

Yetirdi günəĢi Sürəyyasına (YG-205). 



GünəĢ, Ütarid (qoĢa məc. kos.) – Taxta çıxan Bəhram Gur 

GünəĢə, Ütarid isə ona yaxınlaĢan Ģəxsə bənzədilir. 

Ən uca nöqtədə o bir günəĢdi, 

Ütarid ülkəri ona bir eĢdi (YG-94). 

Ütarid(Merkuri) planeti GünəĢə yaxınlaĢmıĢdı, bu isə qədim 

astroloqların nəzəriyyəsinə görə səadətə dəlalət edir. 

GünəĢin evi (məc. kos.) – Astrologiyada Aslan (Əsəd) bürcü 

mənasında iĢlədilir. 



GünəĢ öz evinə edəndə Ģitab 

Ġstidən aslanlar oldular kabab (Ġ-567). 

Beytin  mənası:  GünəĢ  Aslan  bürcünə  girəndə  -  yəni  ən  isti 

vaxtı gələndə meĢədəki aslanlar da istidən biĢdilər. 



GünəĢin  köynəyi  (məc.  ktem.)  –  Ağacın  yarpaqları  meta-

forik Ģəkildə GünəĢin köynəyinə bənzədilmiĢdir. 



GünəĢin köynəyini suya çəkdi buludlar (SX-67). 

GünəĢin  qılıncı  (məc.  kos.)  –  Bu  metaforada  “qılınc”  Ģüa 

(GünəĢin Ģüası) mənasında iĢlənmiĢdir. 



GünəĢin bir mıxlı qılıncı söndü 

Min mıxlı zirehə gecə büründü (YG-265). 

Min mıxlı zireh isə gecə ulduzlarla dolu göy qübbəsi demək-

dir. Yəni GünəĢ batandan sonra gecə düĢdü və ulduzlar göründü. 



GünəĢin  nuru (məc. kos.) – ġair metaforik  Ģəkildə həqiqət 

və doğruluğu GünəĢin nuruna bənzətmiĢdir.            



GünəĢin nuruna yedəkçi ol sən, 

Səni tərk etsə də düĢmə ümiddən (Ġ-482). 

Yəni: sən həmiĢə həqiqətdən, doğruluqdan yapıĢ. O, səni bir 

müddət  tərk  etsə  də,  ümidsiz  olma.  Burada  Nizami  həqiqət  və 

mərifət günəĢini kəcavədə gedən bir gözələ bənzədir. 

GünəĢin  sürəti (məc. kos.) – Tulanın qaçıĢı GünəĢin sürəti 

ilə müqayisə olunur. 

Bir tulası vardı ki, cürəti Ģir cürəti, 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə