147
Haruttək'>Haruttək Zöhrənin canını alar,
Yüzlərlə Harutun qəlbini ovlar (Ġ-175).
Əgər Harut(Marut ilə) təkcə Zöhrənin qəlbini ovlayıbsa,
Azər Humayun isə yüzlərlə Harutun qəlbini ovlaya bilər.
Əfsunda Harutu vurub keçənlər,
Neçə əfsun quran, neçə cadugər (Ġ-432).
Ġskəndər öz yanında Harutdan da mahir cadugərlər aparardı.
Harut, Babil (qoĢa on.) – Harut adı ən çox Babil adı ilə
yanaĢı iĢlədilir. Burada Harut mifonim(mələk adı), Babil isə real
Ģəhər adıdır.
Harut hələ Babilə qanad salan deyildi (SX-101).
Harut, Zöhrə (qoĢa xat. on.) – ġair yeni bir əsər yazmaq
üçün düĢüncələrə dalarkən Harut və Zöhrəni xatırlayır.
BaĢladı ürək, dil: “ġeir yaz” deyə,
Harut, Zöhrə kimi cadugərliyə (Ġ-30).
Yəni Harut və Zöhrə bir-biri ilə eĢqbazlıqda Ģirin, gözəl söh-
bətlər və sehrbazlıqlar etdikləri kimi, mənim də qəlbim, dilim bədii
söz yaradıcılığında möcüzəli sənət əsəri yaratmaqla məĢğuldur.
Haruti kəslər (məc. ap.) – “Harutun ardınca gedənlər” de-
məkdir. ġair Ġranda sehrbazlıqla məĢğul olanları Haruta bənzədir.
Mifologiyaya görə, Zöhrə ulduzu sehr və cadu hamisi sayılır.
Zöhrətək Babildən parladı öncə,
Haruti kəsləri təmizləyincə... (Ġ-174).
HəbəĢ (et.) – Afrikanin Ģərqində yerləĢən HəbəĢistanda
yaĢayan əhalinin ümumi adı. ġərq ədəbiyyatında “həbəĢ” məcazi
olaraq “qara” mənasında iĢlənir.
HəbəĢ qayıdarkən HəbəĢistandan
Kafur qabı sındı yolda bu zaman (Xġ-341).
HəbəĢ (məc. et.) – Qara saçlar həbəĢə bənzədilir.
Tərazlıtək gözəldin, saçin həbəĢ saçıydı (SX-88).
ġair gecəni metaforik Ģəkildə həbəĢə bənzədir.
Səhər çöhrəsindən pərdə atarkən
HəbəĢə bac üçün dağ çəkdi Xütən (Ġ-185).
Burada Xütən dedikdə GünəĢ nəzərdə tutulur. Yəni GünəĢ
çıxdı, qaranlıq yox oldu.
148
HəbəĢ, Mazandaran (qoĢa məc. top.) – ġair metaforik Ģəkil-
də kömürü həbəĢə, ocağı Mazandarana (bax), közləri isə saf
qızıla bənzətmiĢdir.
HəbəĢ müĢk aparmıĢ Mazandarana,
Yerinə saf qızıl vermiĢdir ona (Ġ-223).
HəbəĢ, rus (məc. et.) – ġair metaforik Ģəkildə kömürü hə-
bəĢə, közü isə rusa(bax) bənzədir.
Ya qoca insafsız, rəhmsiz məcus
Əmr etmiĢ həbəĢi qarət etsin rus (Ġ-223).
Yəni od yandıran qoca atəĢpərəst həbəĢin qaranlığını – kö-
mürü rusun qırmızılığına – oda qarət etdirdi (Ġ-642).
HəbəĢistan (top.) – Afrikanın Ģərqində yerləĢən ölkədir.
Mərkəzi Əddis-Əbəbə Ģəhəridir.
Yoxdur onun kimi xoĢbəxt doğulan,
Onun hökmündədir Çin, HəbəĢistan (Xġ-38).
Burada söhbət Atabəy Əbu Cəfər Məhəmməd Eldəgizdən
gedir.
Həcc (məc. top.) – Ərəbcə Məkkəyə getmə, Məkkədə ziyarət
mərasimini yerinə yetirmə deməkdir. Fərhad ġirini Aya, onunla
görüĢünü isə Həccə bənzədir və xəyalən onunla danıĢır.
Ey ayım, gəlmiĢəm mən xatirinə
Həccdən, Əmrədən sonra da yenə (Xġ-197).
Həccac (məc. an.) – Həccac Ġbn Yusif Əs-Səqəfi (661-715) –
Bəni Üməyyə (Əməvi) xəlifəsi Əbdül Məlik ibn-Mərvan tərə-
findən Ġraqa təyin edilmiĢ ən qəddar və zülmkar hakim olmuĢdur.
O, qəddarlığı ilə zərb-məsəl olmuĢ və ədəbiyyatda bu adla ta-
nınmıĢdır. Təsadüfi deyildir ki, Ģair “Zalım Ģahla düz danıĢan qo-
canın hekayəti”ndəki Ģahı zülmkarlıqda həccaca bənzədir.
Xalqa yağı Ģah vardı, zülmkarın biriydi,
Həccacdan da betərdi, lap qəddarın biriydi (SX-126).
Həcc vaxtı (xron.) – Kəbədə (bax) “Qara daĢ”ın ziyarət
olunma vaxtı. Ziyarət ildə bir ay müddətində, ancaq “zilhiccə”
(“Həcc ayı”) ayında həyata keçirilir.
Dedilər: “Həcc vaxtı gələndə yenə,
Gedərik Məkkənin ziyarətinə” (LM-96).
149
“Həft peykər” (id.) – “Yeddi gözəl” poemasının orijinalda
(fars dilində) olan adı.
Bitirdim dastanı, bir nəĢə tapdım,
Atımı “Həft peykər” üstünə çapdım (Ġ-60).
“Həft peykər” adının “Yeddi gözəl” kimi tərcümə olunması
haqqında bu vaxta bir-birinə zidd olan müxtəlif fikirlər söylən-
miĢdir. Tağı Xalisbəyli “Yeddi gözəl”, yoxsa “Yeddi Ģəkil” adlı
məqaləsində bununla əlaqədar olaraq yazır: “Böyük Azərbaycan
Ģairi Nizami Gəncəvinin “Həft peykər” əsərinə bu gün “Yeddi
gözəl” əvəzinə hər hansı baĢqa bir ad verilsə, Ģübhəsiz, oxucu üçün
müəmmalı görünəcək. Çünki çoxdan bəri bu ada adət etdiyimizdən
elə bilirik ki, belə də olmalı imiĢ. Əsəri diqqətlə oxuyandan,
müxtəlif alimlərin söylədikləri fikirləri götür-qoy edib düĢün-
dükdən sonra “Həft peykər” ifadəsinin “Yeddi gözəl” kimi tərcümə
edilməsi istər-istəməz narahatlıq doğurur...Bizcə, əsərin belə adlan-
dırılması Nizami Gəncəvinin elmi dünyagörüĢü ilə bir araya sığ-
mır... Əsərin adının bu cür tərcüməsi zamanı ilk növbədə onun
məzmunu nəzərə alınmalı, özündən əvvəlki elmi məsələlərə Ģairin
münasibəti və baĢqa amillər götür-qoy edilməlidir...
Əsərdə gözəllərin təsviri, fəaliyyəti, qəhrəmanlığı və s.
xüsusiyyətləri deyil, Ģairin müəyyən elmi əsasları olan astro-
nomik dünyagörüĢü əksini tapır. Burada peykər, ulduzlar, bürc-
lər, iqlimlər haqqında söhbət gedir.
Əsərin məzmunu, qayəsi, ideyasi, ruhu və Ģairin qaldırdığı
məsələlər də “peykər” sözünün “gözəl”lə əvəz olunmasına uyuĢ-
mur” (“Elm və həyat”, № 5,1987. səh.15).
Pənah Xəlilov isə “Herodot “Tarix”i və N.Gəncəvi poemaları”
adlı məqaləsində yazır: ”Nizami yeddi peykəri, yoxsa hər biri göy-
dəki peykərdən gözəl olan yer ülkərlərini ön plana çəkmiĢdir? Sua-
lına biz belə cavab verərdik: Yeddi ulduz – yeddi peykər Nizami
poemasının adını təĢkil edə bilməzdi, çünki poemanın ideya-məz-
munu yeddi ulduzdan deyil, yeddi gözəldən, onların danıĢdığı na-
ğıllar dünyasından asılıdır. Yeddi ulduz yerin yeddi ülkərinin gö-
zəlliyini, ağlını, nəcibliyini, ülfətini, onların nağıllarında cilvələnən
Dostları ilə paylaş: |