Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə50/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   46   47   48   49   50   51   52   53   ...   138

150 

qızların mənəvi dünyasını, ülviyyət və ləyaqətini vəsf etmək üçün 

bir vasitədir...” (“ Ədəbiyyat və incəsənət” q., 4.09.1987). 

Bizə  elə  gəlir  ki,  “Yeddi  gözəl”  haqqında  P.Xəlilovun  fikri 

daha həqiqətə uyğundur. 

Həqə,  Hənə  (qoĢa  kos.)  –  Astronomiyada  ərəbcə  ulduz  ad-

larıdır. 



Həqə gəlin kimi girib duvağa 

DurmuĢdu Hənəylə qulaq-qulağa (LM-184). 



Həmal (kos.) – Bax: Həməl. 

GünəĢ yaxınlaĢdı o gün Həmalə

Gedirdi elmdən çatsın əmələ (Ġ – 64). 

Həmdünyan(top).  –  Qızıl  Arslanın  Nizami  Gəncəviyə  ba-

ğıĢladığı kəndin adı. 

Mənim “Həmdü sənam” xoĢuna getdi, 

Həmdünyan kəndini mənə bəxĢ etdi (Xġ-372). 

Həməl  (kos).  –  On  iki  bürcdən  birincisi.  Həməl(ərəb  sözü-

dür) Azərbaycan dilində Qoç və ya Quzu bürcü də adlanır. 



Həməl pərgarından günəĢ baxaraq, 

Etdi Dəlv bürcündən Zühəli parlaq (Xġ-150). 

Yunan  əsatirində  Qoyun  (Oven  -  qızılyunlu  qoyun)  adı  ilə 

məĢhurdur.  Həmin  əsatirə  görə  bulud  tanrısı  Nefelanın  oğlu 

Friks və onun bacısı Hella qəddar analıqları Ġonun onları Zevsə 

qurban verəcəyindən qorxaraq bu qızılyunlu qoyuna minib ana-

lığın  zülmündən  qaçmıĢlar.  Hella  qoyunun  belindən  Asiyanı 

Avropadan  ayıran  Hellespond  (onun  adı  ilə  əlaqədardır)–indiki 

Dardanel  boğazına düĢüb boğulmuĢ,  Friks isə Qara dəniz sahi-

lindəki Kolxidaya yetiĢərək həmin sehirli qoyunu Zevsə qurban 

kəsib,  onun  dərisini  əfsanəvi  Eyada  (Kolxida  ilə  eyniləĢdiril-

miĢdir) Əjdaha tərəfindən qorunan sehirli çəmənə sərmiĢdir. 

Həməl  bürcü  yaz  ayları  –  mart  və  aprelə  müvafiq  olur.  Sü-

rəyya  bürcünün  üç  hissəsi  Sur  (Öküz)  bürcündə,  bir  hissəsi  isə 

Həməl  bürcündə  olduğu  üçün  Ģair  onu  taxta  bənzədir.  Yəni 

Məhəmməd peyğəmbər Sürəyya taxtını Həməldə qurandan son-

ra Həməl səhra və düzəngahlarına bahar gəldi, gül-çiçək açıldı. 

 



151 

Həməlin sinəsində qurdu Sürəyya taxtı, 

Gül-çiçəyin ordusu düzə axdı, nə axdı (SX-30). 

ġair Xəvərnəq sarayını da Həməl bürcünə bənzətmiĢdir. 

“Bəhram ömür sürür məndə” deyərək, 

Bəzədi dünyanı Həməl bürcütək (YG-63). 

Həqə, Hənə (kos). – Astronomiyada ərəbcə ulduz adıdır. 

Həqə gəlin kimi girib duvağa

DurmuĢdu Hənəylə qulaq-qulağa (LM-184). 



Həri  (top.)  –  Əfqanıstanın  Ģimal-qərbində  yerləĢən  Herat 

Ģəhərinin  qədim  adıdır.  Vaxtilə  Xorasan  ölkəsinin  mərkəzi  idi. 

Ġran,  Türküstan,  Hindistan  və  Çindən  keçən  yolların  birləĢdiyi 

yerdə  salınmıĢ  olduğu  üçün  böyük  ticarət  əhəmiyyəti  var  idi. 

Ġskəndər  Zülqərneyn  bu  Ģəhəri  geniĢləndirmiĢdir.  Ġslamiyyət 

dövründə  də  böyük  mədəniyyət  mərkəzi  imiĢ.  Bir  çox  elmi 

müəssisələri və böyük alimləri ilə məĢhur olmuĢdur. 

Nizaminin  təsvirinə  görə isə  Həri Ģəhərinin  əsasını  Ġskəndər 

qoymuĢdur. 

DüĢmənin baĢını saldığı yerdə 

Bir təpə vardı o yaĢıl çöllərdə. 

Müzəffər və sağlam dövlət adına 

Təpənin baĢında saldı bir bina. 

Qızıldan vurduğu Ģux bəzəkləri, 

Ona pəhləvicə ad qoydu “Həri” (Ġ-257). 

Hərum (top.) – Bərdənin (bax) qədim adı. 

Hərum adlanırdı bu yurd hər yerdə

Ġndisə adına deyirlər Bərdə (Ġ- 204). 

Elmi  ədəbiyyatda  Hərum  toponiminin  mənası  haqqında 

müxtəlif fikirlər söylənmiĢdir. Onu gah “qız Ģəhəri” adlandırmıĢ, 

gah da Orxon-Yenisey abidələrindəki pərum(aparum) sözləri ilə 

eyniləĢdirmiĢlər.  Ġndiyədək  bu  adın  mənası  ermənicə  “qovaq”, 

farsca  “qul  yeri”,  dil  mənsubiyyəti  və  mənası  məlum  olmayan 

tayfa  və  ya  tayfa  baĢçısı  adı,  türk  dillərində  “piyaləli,  kuzəli”, 

qədim fars dilində “qadınlıq Ģəhəri” və s. kimi izah olunmuĢdur. 

Elbrus  Əzizov  yazır:  ”Qar,  ger,  ar,  er(her),  ər(hər),  or  kök-

lərinin  iĢtirakı  ilə  yaranmıĢ  toxuculuq  leksikası  üzərindəki 



152 

müĢahidələr aĢağıdakı nəticələri çıxarmağa imkan verir: Hərum 

toponimi  ya  örüm(qaba  paltar)  sözünün  fonetik  dəyiĢikliyə 

uğramıĢ  Ģəkli,  ya  da  er(burğu)  və  em  –  üm  (Ģalvar)  sözlərinin 

birləĢməsi ola bilər”(“Elm və həyat”, № 6,1987. səh.17 -18). 

Hicab(ap.)  –  Ərəbcə  pərdə,  örtük,  utanma,  utancaqlıq  de-

məkdir. 


Ətirli çiçəklər atınca hicab

O güldən Ġraqda çəkilir gülab (Ġ-44). 

Bizə elə gəlir ki,hicab xüsusi yox, ümumi addır. 

Hilal, Bəhram (qoĢa məc. kos.) – Hilalın (təzə ayın) onuncu 

bürcdə  planet  mənasında  iĢlənən  Bəhramın  (Marsın)  altıncı 

bürcdə olması  həm  ziyafət,  Ģənlik, xoĢ güzəran,  həm  də müha-

ribə əlamətidir. 



Hilal onda idi, altıda Bəhram

Məclisi bəzədi qılınc ilə cam (YG-94). 



Hind, Çin (qoĢa məc. top.) – Hind qara müĢkə, Çin isə ağ 

yasəmənə bənzədilmiĢdir. 

Qara müĢk ağacı əkmiĢəm Hinddə

Fikrim ağ yasəmən tikməkdir Çində (Ġ-278). 

Yəni  Hindistanı  fəth  etmiĢəm,  indi  Çini  də  fəth  etmək  istə-

yirəm.  Burada  qara  müĢk  –  hindlilərin  qaralığına,  ağ  yasəmən 

isə çinlilərin (türklərin) ağlığına iĢarədir. 

Ġskəndərlə  söhbətində  Fəribərz  (bax)  Daranın  onun  ağıllı 

məsləhətlərinə qulaq asmaması ilə əlaqədar olaraq deyir: 

Bir qoca eĢĢəkdən yıxıldı Hinddə

Ölənin oğluysa varlandı Çində (Ġ-165). 

Hind, Çin Ģahı (qoĢa məc. an.) – ġair eyni zamanda özünü 

Hind və Çin Ģahları ilə müqayisə edir. 

Töhfəm yoxdur nə Hind, nə Çin Ģahıtək (Xġ-40). 

Hind,  Yunan  (qoĢa  məc.  et.)  –  Əslində  etnonim  olan  bu 

adları Ģair toponim mənasında iĢlətmiĢ və Ġskəndərin (bax) fəth 

etdiyi ərazinin geniĢliyini göstərmiĢdir.  

Hinddən baĢlayaraq Yunana qədər - 

Hər yerdə tikdirdi böyük Ģəhərlər (Ġ-56). 



Hind qılıncı (növ.) – Hindistanda hazırlanmıĢ qılınc növü. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə