Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə58/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   54   55   56   57   58   59   60   61   ...   138

174 

Xosrov'>Xosrov əvvəl sordu: “Hardansan, cavan?” 

Fərhad cavab verdi: “Dost diyarından”... (Xġ-193). 

Xosrov,  Keyxosrov  (ep.  an.)  –  Xosrov  adı  və  Keyxosrov 

adının ikinci komponenti fonetik cəhətcə eynidir. 



Xosrov yox, Keyxosrov olsa da biĢəkk, 

Ayla vuruĢmağa çıxmasın gərək (Xġ-176). 

ġirin özünü həm də Ay adlandırır və onlarla müqayisə edir. 

AĢağıdakı beytdə isə Xosrov Keyxosrovla müqayisə olunur. 



Xosrovun taxtına hər kim baxanda 

Min Keyxosrov camı görərdi onda (Xġ-221). 



Xosrov, Keyqubad, CəmĢid (qrup məc. an.) – ġair Leylinin 

ölümünü  təsvir  edərkən  ġərq  ədəbiyyatında  qüdrətli  hökmdar 

rəmzi olan bu Ģəxsləri xatırladır. 

Xosrov, Keyqubad, CəmĢid hanı? 

Onlar gedən yolu gedəcək hamı (LM-266). 

Yəni, hamı onlar gedən yolu gedəcəkdir – öləcəkdir. 



Xosrov Pərviz (an.) – Ġranın qədim padĢahlarından Sasanilər 

sülaləsinin  22-ci  hökmdarı  olmuĢdur.  Hörmüzün  oğlu,  NuĢirə-

van  Adilin  nəvəsidir.  38  il(590-628-ci  illərdə)  hakimiyyət  sür-

müĢ, sonra səfahətə qapılmıĢdır. 628-ci ildə taxtdan salınıb həbs 

edilmiĢ, yerinə oğlu ġiruyə keçmiĢdir. 

ġair öz məqsədinə uyğun olaraq bu hadisəni müəyyən dərə-

cədə  dəyiĢdirmiĢ  və  onun  yadda  qalan  obrazını  yaratmıĢdır. 

Xosrov(Farsca  hökmdar,  padĢah  deməkdir.  Bu  adın  “Kəsra”  və 

yaxud  “Qeysər”  adından  yaranması  haqqında  fikirlər  vardır) 

onun  əsl  adı,  Pərviz  isə(Farsca  “pərvaz”  sözündən  olub,  uçma, 

uçuĢ; uçmağa  yeni baĢlamıĢ quĢ deməkdir. “Pərvaz” sözündəki 

“pər”, bəlkə də, türk dillərindəki “par”, “parlamaq” və s. ilə əla-

qədardır) onun ləqəbidir. 

Atası görəndə istedadını, 



Xosrov Pərviz qoydu onun adını. 

Kimi görsə sarılırdı boynuna, 

Bu səbəbdən Pərviz dedilər ona (Xġ-54). 



175 

Xosrov,  ġirin  (qoĢa  an.)  –  “Xosrov  və  ġirin”  poemasının 

qəhrəmanlarının adları çox vaxt Leyli və Məcnun, Vis və Ramin 

və baĢqa aĢiq və məĢuqələrin adları kimi yanaĢı iĢlədilir. 

    Xosrovdan, ġirindən qalan yadigar... (Xġ-48). 

Xosrov, ġirin (qoĢa məc. an.) – Ġskəndərin NüĢabənin Ģərə-

finə  təĢkil  etdiyi  Ģənlik  məclisi  Xosrovla  ġirinin  məclisləri  ilə 

müqayisə olunur və üstünlük birincilərə verilir. 

Gülab kimi axan bu arxı, yəqin 

Yuxuda nə Xosrov görmüĢ, nə ġirin (Ġ-220). 

“Xosrov – ġirin” (id.) – “Xosrov və ġirin” poeması. 

Mətləb gəlib çatdı “Xosrov – ġirin”ə... 

Çox tərif elədi “Xosrov – ġirin”i (Xġ-370). 

Adətən, məhəbbət dastanlarının adları belə yazılır. 



“Xosrov  və  ġirin”(id.)  –  ġairin  1180-ci  ildə  tamamladığı 

əsərinin  adı.  N.Gəncəvi  bu  əsəri  Atabəy  Məhəmməd  Cahan 

Pəhləvana  ithaf  etmiĢ,  lakin  o,  səlib  müharibələrində  öldürül-

düyü üçün hakimiyyət baĢına keçən qardaĢı Qızıl Arslan 1187-ci 

ildə  Ģairlə  görüĢmüĢ  və  əsəri  qiymətləndirmiĢdir.  Nizami  Qızıl 

Arslanla görüĢünü sonralar nəzmə çəkmiĢ və əsərin sonuna artır-

mıĢdır.  ġairdən  sonra  müxtəlif  sənətkarlar  tərəfindən  bu  əsərə 

50-dən çox bənzətmə yazılmıĢdır. 

Məlum hekayətdir “Xosrov və ġirin” 

Dastan yoxdur əsla bu qədər Ģirin (Xġ-48). 

ġair digər əsərlərində də “Xosrov və ġirin” poemasının adını 

çəkmiĢdir. 



“Xosrov və ġirin”i yazıb yaratdım, 

Hər duyan könüldə bir zövq oyatdım (LM-48). 

Ġncəlik, Ģirinlik yağaraq ondan, 

“Xosrov və ġirin”çin düzdüm bir dastan (Ġ60).. 

Xosrovnamə”  (məc.  id.)  –  ġair  “Xosrovnamə”  dedikdə 

“Ġqbalnamə”  (yaxud  “Xiridnamə)  əsərini  nəzərdə  tutur.  Xosrov 

–  böyük  Ģah  deməkdir.  Əsər  Ġskəndərə  həsr  edildiyi  üçün  onu 

“Xosrovnamə” də adlandırmaq olar. 

Mən “Xosrovnamə”ni yazmaqçün rəvan (Ġ-524). 




176 

Xosrovun camı (ktem.) – ġair Xosrovun camı dedikdə, Cəm-

Ģidin camı (bax) və ya Keyxosrov camını nəzərdə tutmuĢdur. 

Əmr etdi: bir qızıl kürsü qoyulsun, 

Xosrovun camı da yanında olsun. 

Kürsüyə oturdu adlı tacidar, 



Keyxosrov camını ələ aldılar (Ġ-245). 

Burada isə söhbət Sərir qalasında olan Ġskəndərdən gedir. 



Xoylu Ġmad (xat. an.) – Xoy Cənubi Azərbaycanın Ģəhərlə-

rindən biridir.  Ġmad isə  Ġmadəddin  və  ya  Ġmadəddövlə  fəxri adı 

olan  bir  Ģəxsdir.  Dövrünün  məĢhur  simalarından  və  Nizaminin 

dostlarından olmuĢdur. 

Mötəbər bir Ģəxsdir o Xoylu Ġmad

Qalxmaq istəyənə o edər imdad (Ġ-417). 

Bu antroponimik birləĢmədə birinci komponent nisbə finksi-

yasını  oynayır  və  Ġmadın  vətənini  bildirən  toponimdir.  Ġkinci 

komponent  isə  onun  əsl  adı  yox,  dini  fəxri  adının  qısaldılmıĢ 

formasıdır. 



Xozan  (top.)  –  ġirvanĢah  dövləti  ərazisində  olan  və  Ģairin 

dövründə  tanınmıĢ  toponim.  Bəlkə  də,  Xozan  Xorasan  əyalə-

tində olan Xuzan (bax) toponiminin özüdür.  

ġirvan bəzənmiĢdir əzəmətinlə, 



Xozan abadlaĢmıĢ ədalətinlə (LM-59). 

Burada söhbət ġirvanĢah Axsitandan gedir. 



Xötən (məc. top.) – Bax: Xütən. 

Zəncilər Xötənə qoĢun çəkmədən 

ġənlik meydanını Ģah etmiĢdi gen (YG-254). 

Xuda (teon.) – Fars sözüdür və Allah, Tanrı deməkdir. 

Xudaya! Gilimiz mayələnərkən 

Bir vəsiqə yazdın o gün bizə sən (Xġ-26). 



Xurma  ağacı  (məc.  fit.)  –  Xurma  ağacı  dedikdə,  Məryəm 

ağacı (bax) nəzərdə tutulur. ġair öz Ģeir və poemalarını müqəd-

dəs hesab edilən Məryəm ağacının barına bənzədir. 

Xurma ağacındır vermisən çox bar, 

Hər zaman görəydim səni bəxtiyar (YG-33). 



XurĢid (kos.) – Farsca GünəĢ deməkdir. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə