168
ġair “Ġskəndərnamə” əsərində də onun obrazını yaratmıĢdır.
Ġskəndər Dirilik suyu dalınca Zülmətə gedəndə Xızırı da özü ilə
aparmıĢdı.
Xızır iz salmıĢdı sanki bu yola,
Yainki gedirdi Ģahla qol-qola (Ġ-376).
Söylədi o zaman böyük Ġskəndər,
Ona rəhbər olsun Xızır peyğəmbər (Ġ-381).
Xızır (xat. ag.) – YaĢıl geyimli əsrarəngiz bir qeyri-rəsmi
peyğəmbərdir. O, Zülmətdə yerləĢən Dirilik suyunu tapıb, ondan
içmiĢ və gözəgörünməz Ģəkildə əbədi yaĢayır. Xızır biyaban-
larda azmıĢları, tufana qərq olmuĢları ölümdən xilas edir.
Xızır, eyni zamanda Ģairlərin məsləhətçisi, köməkçisi və
ilham mənbəyidir.
Xızır – türkdilli sözdür; ”xız”( “xıd” ) və “ır” tərkibindən ya-
ranmıĢdır. Xız // xuz bir çox türk dillərində çoxmənalıdır. Onun
“qızmaq”, “hərarət”, “atəĢ”, “qız(ğınlıq)”, “coĢ(ğunluq)” və eləcə
də “qüvvət–qut”(Azərbaycan dilində iĢlənən “Ürəyində qut ol-
sun” ifadəsindəki “qut”la müqayisə et) mənası vardır... Bir sözlə
“xız” istiliklə, odla əlaqədar sözdür. Azərbaycanda “xız” sözün-
dən yaranmıĢ Xız+ı yer adı vardır. Xız+ı qüvvə güc yeri mənasını
verir. Bizcə, ”Xəzər” sözü də “xız”la əlaqədardır və
“xəz”//“xız”+ər güclü, coĢqun, qüvvətli ər mənasındadır(47-106).
Qəlbindən dərya açdı buludların zöhrəsi,
Xızırın çeĢməsilə güldü çəmən çöhrəsi (SX-23).
Xızır peyğəmbərin Dirilik çeĢməsinə yetiĢməsinə iĢarədir.
Xızır (məc. ag.) – ġair Xızırı Məhəmməd peyğəmbərlə mü-
qayisə edir.
Gedərgəlməz səfərə atını çapdı Xızır,
Ətəyini isladıb çeĢməni tapdı Xızır (SX-39).
ġair burada baĢa çatdırılmayan səfəri nəzərdə tutub.
Xızır zülmətdə tapdığı dirilik suyuna aludə olub öz ətəyini
yaĢ etdi. Ətəyini yaĢ etmək – islatmaq ifadəsinin məcazi mənası
“günahkar”dır deməkdir. Yəni əbədi həyat naminə Xızır pey-
ğəmbərlik topunun arxasınca getməyib dirilik suyunun dalınca
qaçdı və beləliklə, Allahın qarĢısında günahkar oldu.
169
ġair özünü Xızır peyğəmbərlə müqayisə edir.
Xızır – sənət çeĢməmdə sındırar kuzəsini (SX-45).
Yəni: Xızır peyğəmbər dirilik suyu içib əbədiyyət qazansa
da, mənim sənət çeĢməmdən içə bilməz. AĢağıda isə Ģair özünü
Xızıra bənzədir.
Bütün örtülmüĢlər bizə sehirdir,
Xızır adını çəkdin, Xızır hazırdır.
ġeiri oxunanda bu Nizaminin
Özü də hər sözdə görünər yəqin (Xġ-362).
ġair Rus Ģahzadəsinə(bax) tilsimləri açmağın yolunu öyrə-
dən qocanı Xızıra bənzədir.
Səadət üzündən igid, qəhrəman
Aldı bu Xızırdan xeylicə ürfan (YG-200).
“Xəmsə”nin bir çox yerində Xızır adı “Xızr” kimi yazıl-
mıĢdır. Məsələn, Ģair metaforik Ģəkildə Körpə Arslan Ģahı(bax)
Xızır peyğəmbərə bənzədərkən yazır:
Bu Xızrın payidar olsun Ģöhrəti,
Onun abi-həyat tapsın xisləti (YG-38).
Beytin mənası: Qoy Körpə Arslan Xızır kimi həmiĢə yaĢasın və
onun zövcəsi dirilik suyu kimi onun əbədiyyət mənbəyi olsun!
ġair “Yeddi gözəl” poemasını dirilik suyuna, Körpə Arslan
Ģahı(bax) isə Xızır peyğəmbərə bənzədir.
ġeirimdən həyatın suyunu iç, al,
Sən də Xızr kimi daim diri qal (YG-311).
ġair Ġskəndəri Xızra, Çin(Türk) xaqanının onun Ģərəfinə
təĢkil etdiyi məclisi isə dirilik suyuna bənzədir.
Ġskəndər çatınca süfrə suyuna,
Elə bil çatdı Xızr həyat suyuna (Ġ-304).
Xızır, Ġlyas (qoĢa ag.) – Guya Ġlyas da(bax) Xızırla birlikdə
Dırılık suyu içmiĢ, əbədiyyətə qovuĢmuĢdur. Klassik ədəbiyyat-
da, o cümlədən “Xəmsə”də çox vaxt onların adları yanaĢı çəkilir.
Xızr, Ġlyas kam aldı həyat suyundan
Ancaq vermədilər özgəyə niĢan (Ġ-384).
Bəlinas ölüm ayağında Xızr və Ġlyas kimi əbədi yaĢayaca-
ğından xəbər verir.
170
Səhralar, dənizlər qarĢımı almaz,
Çöldə Xızr olaram, dənizdə Ġlyas (Ġ-605).
Xızır, Ġskəndər (qoĢa məc. ag.) – ġair eyni zamanda
Məcnunu Xızıra və Ġskəndərə bənzədir.
GünəĢ çeĢməsindən Xızr kimi iç,
Ġskəndər kimi də üfüqləri keç (LM-217).
ġair eyni vaxtda Atabəy Nüsrətəddin Əbubəkri də Xızır və
Ġskəndərə bənzədir.
Dünyanın Xızrısan, Ġskəndərisən,
Həm mülkün, həm həyat suyun var, əhsən.
Fəth etdin Ġskəndər kimi dünyanı,
Xızrtək doğrultdun yoldan azanı (Ġ-50).
Xızır, Məhəmməd (müq. ag.) – Burada Xızır və Məhəmməd
müqayisə olunur və üstünlük Məhəmməd peyğəmbərə verilir.
Xızra abi- həyat oldusa qismət,
Həyat çeĢməsindən içdi Məhəmməd (Ġ-414).
Əgər Xızr Zülmata gedib Dirilik suyuna çatdısa, Məhəmməd
peyğəmbər merac gecəsi daha yüksək məqama çatdı (Ġ-653).
Xızır, Musa (qoĢa məc. ag.) – Əbədiyyət yolunun yolçuları
Xızıra və Musaya(bax) bənzədilir.
Əbədiyyət yoluna kim yolçusa cahanda,
Odur Xızrın yoldaĢı, odur Musa cahanda (SX-138).
Qəza və qədərin fəlakətli yoluna yalnız möhkəm iradəli, sa-
bitqədəm adamlar dözə bilərlər. Çətin, təhlükəli yollarda fəla-
kətə düçar olmuĢ insanları xilas etmək üçün Xızır kimi çalıĢqan
bir adama Musa peyğəmbər kimi mətin və möhkəm bir insan
yoldaĢlıq edə bilər (SX-190).
Xızır, Musa, Ġsa (qrup məc. ag.) – ġair eyni vaxtda Xızır və
Musanı Məhəmməd peyğəmbərin qasidinə, Ġsa peyğəmbəri isə
onun mehtərinə bənzədir.
Yanında qasiddi Xızr ilə Musa,
Atının önündə gedirdi Ġsa (Ġ-26).
Xızır, Nuh (qoĢa ag.) – ġair həm Xızırı, həm də Nuhu na-
mərdlərə qarĢı mübarizədə köməyə çağırmaq məqsədi ilə cə-
Dostları ilə paylaş: |