Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə28/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   24   25   26   27   28   29   30   31   32

 
82 
Məlum  olduğu  kimi  meşələrin  doluluğu  0,5-dən  çox  olduqda, 
meşə döşənəyi ilə örtülən sahələrdə intensiv yuyulma hadisələri 
baş verir.  
 
3.  Respublikanın  dağ  meşə  zonasında  eroziya  prose-
si,onu əmələgətirən amillər və ona qarşı kompleks mübarizə 
tədbirləri 
Respubikanın başqa zonalarında olduğu kimi Kiçik Qafqa-
zın dağ yamaclarında yerləşən meşələr çox böyük torpaqqoruyu-
cu,  sutənzimləyici  və  klimotoloji  əhəmiyyətə  malikdir.  Burada 
meşələr  torpaq  örtüyünü  yuyulub  dağılmaqdan  mühafizə  edir, 
dağlıq ərazilərin və çayların su rejimini tənzimlyir, yaşayış mən-
təqələrini, kənd təsərrüfatı, xalq təsərrüfatı obyektlərini, əkin sa-
hələrini sellərin dağıdıcı təsirindən qoruyur.  
Son 50 ildə aparılan tədqiqat işləri göstərir ki,  respublika-
nın  bütün  təbii  zonalarında,  o  cümlədən  Böyük  Qafqaz,  Kiçik 
Qafqaz və Talış zonasında meşələrin daim artan antropogen gər-
ginliyə məruz qalması və bunun da nəticəsində bitki  cəmiyyət-
lərinin  intensiv  məhv  edilməsi  müşahidə  olunur.  Bütün  bunlar 
həyacan təbili  çalınmasının vaxtının çoxdan çatmasını göstərir. 
Respublikanın meşələrində xüsusi ilə dağ meşə qurşağında 
kəsilmiş ağacların yamacın üzü aşağı istiqamətində sürüdülməsi 
nəticəsində torpaqda şırımlar əmələ gəlir ki, bu da eroziya prose-
sini əmələ gətirir və zaman çərçivəsində qobu eroziyasına çevi-
rir. 
 
4. Dağ meşə qurşağı 
Dağ  meşə  torpaqları  Böyük  və  Kiçik  Qafqazın  bütün  ya-
maclarında  xüsusilə  Kiçik  Qafqazın  şimal-şərqində  və  Böyük 
Qafqazın  cənub,  cənub-şərq  və  şimal-şərqində  dəniz  səviy-
yəsindən  600  m-dən  2000-2300  metr  hündürlükləri  əhatə  edir. 
Bu  bölgələrdə  olan  meşələr  böyük  torpaqqoruyucu  və  sutənzi-
medici  rola  malikdirlər.  Respublikanın  dağ  zonasında  olan  me-
şələr çox böyük antropogen gərginliyə məruz qalmışdır. Erməni 
təcavüzü  ilə  əlaqadar  Kiçik  Qafqazın  meşələri  düşmən  tərə-


 
83 
findən  dağılmışdır.  Meşələrin  sistemsiz  qırılması,  yeni  meşə-
liklərin salınmaması meşə örtüyünün sahəsinin xeyli azalması və 
eroziya prosesinin inkişafı üçün əlverişli şərait yaratmışdır. 
Aparılan  çoxlu  tədqiqatlar  göstərmişdir  ki,  normal 
doluluğu  və  meşə  döşənəcəyi  ilə  örtülü  olan  meşə  torpaqları 
hətta  25-30
0
  meyilli  sahələrdə  belə  səthi  [X.M.Mustafayev, 
İ.B.Qarayev və başqaları (1976)]. 
Respublikanın  dağlıq  zonasında  meşə  qurşağı  2  hissəyə  - 
mezofil və seyrək kserofil meşələr yarım zonasına ayrılır.Burada 
meşə zonasının yuxarı hissəsində mezofil meşələr, aşağı hissədə 
isə seyrək kserofil meşələr yayılmışdır    
Qonur  dağ-meşə  torpaqları.  Həmin  meşələr  eroziyaya 
qarşı xeyli davamlıdırlar  və məhz bununla qəhvəyi dağ meşələ-
rindən fərqlənirlər. Tədqiqat regionlarında qonur dağ-meşə, tipik 
qonur dağ-meşə, korbanatlı dağ-meşə torpaqlar yayılmışdır. 
Bu  yarım  tiplər  rənginə,  humusun  miqdarına,  kimyəvi 
göstəricilərinə görə bir-birindən fərqlənir. 
Qəhvəyi  dağ-meşə  torpaqları.  Xüsusilə  Kiçik  Qafqazın 
şimal və şimal-şərqində meşə qurşağının aşağı hissəsində geniş 
sahələri əhatə edir. Qəhvəyi dağ-meşə torpaqları eroziyaya qarşı 
davamlıdır. Belə ki, bu torpaqların üst qatında suya davamlı aq-
reqatların miqdarı 50 %-dən artıq, humus isə 5-7 % arasındadır. 
Bu torpaqlar çox böyük antropogen və ekzogen gərginliyə 
görə eroziya prosesinə məruz qalırlar. 
Bölgədə həm də aşağıdakı torpaqlar mövcuddur : 
Meşə altından çıxmış karbonatlı dağ - qəhvəyi 
 
torpaqlar  bölgədə  nisbətən  geniş  sahəni  əhatə  edir.  Ərazinin 
relyefi  şimaldan  cənuba  doğru  az  maili  yamaclardan  ibarətdir. 
Torpaqəmələgətirən süxurlar dellüvial səciyyəlidir. Bu torpaqlar 
zəif dərəcədə eroziya prosesinə məruz qalmışdır. 
Burada  əsasən  yolotu,  birəotu  (polyqonum,  pyrethum), 
böyürtkən, moruq, itburnu (rubus, rubus idalus, rosa) bitkilərinə, 
habelə  tək-tək  qoz  qovaq,  əzgil,  palıd  (juglas  regia,  populus, 
mespilus, querucus) və s. ağaclara rast gəlmək olar. Belə torpaq-


 
84 
lar  həm  Kiçik  və  həm  də  Böyük  Qafqazın  dağ  sistemlərində 
mövcuddurlar. 
Bu torpaqlar vaxtı ilə meşə altında olmuş, lakin  sonradan 
tədricən  ağaclar  qırılaraq  əkin  sahəsinə  çevrilmiş  və  dağ 
əkinçilik qurşağı torpaq fondunun əsasını təşkil edir. 
Karbonatlardan yuyulmuş çəmən–meşə  torpaqları əsas 
etibarı ilə meşə altından çıxmışdır. Relyefi az mailli, düzən olub 
qismən xırda çökəkliklərdən və hündürlükərdən ibarətdir. 
Torpaqəmələgətirən  süxurlar  allüvial  yığınlardan  ibarətdir 
və  əsas  etibarilə  qalın  profilə  malik  olmaqla,  qismən  orta  və 
yuxa  qalınlıqdadır.  Burada  az  sahə  eroziya  prosesinə  məruz 
qalmış və onun bitki örtüyündə palıd, qarağac, qovaq, yalanqoz, 
yemişan,  zoğal,  alça,  itburnu,  böyürtkən  (querucus,  ulmus, 
populus, pterocarya, crataegus, cornus, prinus, rosa, rubus) və s. 
mövcuddur. 
Karbonatlı  çəmən–meşə  torpaqları  bölgədə  nisbətən 
geniş  sahəni  əhatə  edir  və  onun  relyefi  az  maili  düzən  olsa  da 
orada kiçik çökəkliklərə və hündürlüklərə də rast gəlinir. 
Bitki örtüyünə gəldikdə isə qeyd edək ki, orada palıd, göy-
rüş,  qovaq,  əzgil,  vələs,  qoz,  zoğal  (querucus,  fragsinus,  popu-
lus,  mespilus,  carpinus,  juglans,  regia,  cornus)  və  s.  daha  geniş 
yayılmışdır. Həmin torpaqlarda kol  bitkilərindən böyürtkəndən, 
itburnu,  şingilə  (rubus,  rosa,  chondrilla),  çəmən  otlarından  isə 
yarpız,  andız,  bağayarpağı,  əvəlik  (mentha,  inula,  plantago,  ru-
mex)  və  s.  də  inkişaf  etmişdir.  Bu  torpaqlar  meşə  döşənəyi  ilə 
örtülmüşdür və kifayət qədər humus ehtiyatına malikdir. 
Meşə  altından  çıxmış  çəmən  torpaqları  isə  Kiçik 
Qafqazın dağlıq zonasında nisbətən geniş sahəni əhatə edir. Bu 
sahələrdən çoxillik əkmələr, əkin, biçənək və örüş üçün istifadə 
olunur.  Buradakı  torpaqların  müəyyən  qismi  suvarılan,  çox 
hissəsi isə dəmyədir. 
Burada meşə altından çıxmış torpaqlar interzonal səciyyəli 
olaraq  zonallıq  təşkil  etmir.  Həmin  sahələrdə  kənd  təsərrüfatı 
bitkiləri əkilib-becərildiyi üçün meşə ağaclarının kökü kəsilmiş, 
onun əvəzində çəmən bitkiləri inkişaf etmişdir. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə