Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə26/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

 
76 
tinə  malikdir.  Çox  böyük  həyatı  funksiyalara  malik  olan  tor-
paqlar  təbii  və  antropogen  amillərin  təsiri  nəticəsində  müxtəlif 
dərəcədə  eroziya  prosesinə  məruz  qalaraq  əsas  xassəsi  olan 
münbitliyini  itirir  və  zaman  çərçivəsində  deqradasiyaya  uğra-
yaraq kənd təsərrüfatı dövriyyəsindən çıxır.  
Azərbaycan  respublikası  ərazisində  istər  su  və  istərsə  də 
külək eroziyası geniş yayılmış və ayrı-ayrı rayonlarda bu hadisə 
müxtəlif şəkildə və gərginlikdə özünü götərir. Səthi su eroziyası 
Kiçik  və  Böyük  Qafqazda  geniş  yayılmış  və  sürətli  şəkildə 
inkişaf edir. Eroziya prosesi respublikanın bütün dağ və dağətəyi 
zonalarında, o cümlədən dağ-çəmən, dağ-meşə və dağ-əkinçilik 
zonasında  intensiv  inkişaf  edərək  böyük  areal  kəsb  etmişdir. 
B.Q.Şəkuri  göstərir  ki,  eroziyaya  uğramış  qara  torpaqlarda 
humusun, mübadilə olunan kationların miqdarı azalır. Yuyulmuş  
qara  torpaqlarda  humusun  ehtiyatı  da  kəskin  azalır.  Belə  ki, 
torpaqların yuyulmamış növünün “A” qatında humusun ehtiyatı 
1  hektarda  462  ton  olduğu  halda,  zəif  dərəcədə  yuyulmuş 
torpaqlarda  192  ton  olmuşdur.  Eroziyaya  uğramış  torpaqlarda 
humusun tərkibində olan humin turşularının miqdarının azalma-
sı nəticəsində humusun təbiəti pisləşir (2005). 
M.M.Kononova (1961), N.N.Baqdanova (1964) göstərirlər 
ki, humusun mütəhərrik hissələrinin torpaqda strukturun əmələ-
gəlmə  prosesi  ilə  sıx  əlaqəsi  vardır.  M.N.Zaslavskinin  (1979-
1983)  çoxillik  tədqiqatlarına  əsasən  apardığı  hesablamalar  gös-
tərdi  ki,  keçmiş  Sovet  İttifaqında  eroziya  prosesi  nəticəsində  1 
ildə  4  milyard  ton  torpaq  yuyulur,  bunun  da  tərkibində  200 
milyon tona qədər humus vardır. 
H.H.Bennet  (1958)  götstərir  ki,  ABŞ-da  aparılmış  təd-
qiqatlar nəticəsində hər il külli miqdarda azot, fosfor, kalium və 
eləcə  də  manqan  molibden,  bor  və  başqalarının  bitki  üçün 
mənimsənilə  bilən  formalarının  miqdarı  kəskin  azalır.  Yamac-
larda  eroziya  nəticəsində  qida  elementlərinin  itkisinin  miqdarı 
yamacın  meyilliyi  və baxarından  torpaqların  kimyəvi  tərkibin-
dən,  və  fiziki  xassələrindən  də  çox  asılıdır.  Yamaclarda  qida 
maddələri  yağış  sularında  həll  olaraq  itir,  həm  də  yuyulub  sa-


 
77 
hədən  aparılan  torpaq  hissəcikləri  ilə  birlikdə  çaylara  və  də-
nizlərə tökülür. B.Q.Şəkuri, H.Ə.Qiyasi göstərirlər ki, şaquli is-
tiqamətdə  yerləşən  torpaqların  yuyulmamış  növlərində  nisbətən 
orta  dərəcədə  eroziyaya  uğramış  növlərinin  (0-10  sm  qatından) 
hər hektarından orta hesabla 25-75 ton humus, 2,0-5,0 ton azot, 
fosfor və kalium ehtiyyatının 50%-ə qədəri yuyulur. Burada həm 
də hektardan 2-5 kq molibden, 6-45 kobalt, 8-120 kq sink, 120-
280 kq mis, 60-150 kq bor yuyulur. Müəyyən edilmişdir ki, dağ 
əkinçilik zonasında yuyulmamış torpaqlarla müqayisədə orta də-
rəcədə  eroziyaya  uğramış  torpaqlarda  dənli  bitkilərin  məhsul-
darlığı  1,5-2,0  dəfə,  şiddətli  yuyulmuş  torpaqlarda  isə  3,0-4,0 
dəfə  aşağı  düşür,  məhsulun  keyfiyyət  göstəricisi  xeyli  pisləşir. 
Bəzi  hallarda  səpilən  toxumu  belə  yığmaq  mümkün  olmur. 
Eroziyaya uğramış torpaqlarda bir tərəfdən  yuyulma prosesi ilə 
qida  maddələrinin  itirilməsi,  digər  tərəfdən  orada  əkilən  bitki-
lərin  gövdə  və  məhsulları  ilə  külli  miqdarda  qida  maddələrinin 
aparılması  nəticəsində  torpağın  qida  rejimi  xeyli  pisləşir  və 
bitkilərin  normal  məhsuldarlığı  xeyli  aşağı  düşür.  Bütün  bunlar 
kənd  təsərrüfatı  dövriyyəsində  olan  eroziyaya  uğramış  torpaq-
larda  mineral  və  üzvi  gübrələrin  geniş,  səmərəli  və  kartoqram-
lara  əsasən  istifadəsinin  zəruriyyətini  qarşıya  qoyur  (X.M.Mus-
tafayev, B.Q.Şəkuri 1991). 
Məlum olduğu kimi yüksək dağ sistemlərində hidrotermik 
şərait kənd təsərrüfatı bitkilərinin boy, inkişaf və məhsuldarlığı 
üçün  çox  da  əlverişli  deyil.  Burada  yaz-yay  aylarında,  xüsusən 
payızlıq  buğdanın  süd  və  mum  yetişmə  fazalarında  torpaqda 
rütubət çatışmamazlığı ciddi hiss olunur. Tədqiqatlar göstərir ki, 
bu dövrdə torpaqda rütubətin miqdarı maksimal hiqroskopikliyə 
yaxınlaşır, bu da mədəni bitkilərin soluxma əmsalından da aşağı 
səviyyədədir.  Elmi  tədqiqat  bölməsi  əməkdaşlarının  çoxillik 
tədqiqatları göstərmişdir ki, eroziyaya məruz qalmış sahədə 13-
14 sentner, orta dərəcədə 10-12 sentner və şiddətli dərəcədə ero-
ziyaya uğramış sahədə isə 4,4-5,8 sentner olmuşdur. Eroziyaya 
uğramış sahələrdə məhsuldarlıq azalmaqla məhsulun keyfiyyəti 
də  pisləşir.  Dağ  meşələrində  meşənin  qırılmasının  düzgün  apa-


 
78 
rılmaması,  kəsilmiş  ağacların  yamac  boyu  sürüdülməsi  nəticə-
sində  səthi  eroziya  inkişaf  edərək  yamaclarda  torpağı  yuyur  və 
meşə bitmə şəraitini çətinləşdirir. Buna misal olaraq göstərmək 
olar  ki,  Azərbaycanda  ərazisində    Böyük  və  Kiçik  Qafqazın 
müxtəlif yamaclarda meşələrin qırılması ilə əlaqədar olaraq səthi 
eroziyanin  sürətlə  getməsi  nəticəsində  meşə  bitmə  şəraiti  xeyli 
pisləşmiş və təbii bərpa xeyli azalmışdır. Yüksək dağlıq cəmən-
liklərində  mal-qaranın  intensiv  və  normadan  artıq  otarılması 
nəticəsində heyvanların dırnaqları yamacda çim qatını tapdalayır 
və bunun da nəticəsində torpağın səthində müxtəlif ölçüdə cığır-
lar əmələ gəlir. Beləliklə, eroziyanın bir növü olan otlaq eroziya-
sını əmələ gətirir. 
Kiçik və Böyük Qafqazın dağ-çəmən qurşaqlarında otarma 
qaydalarına  diqqət  yetirilmədiyindən  otlaq  eroziyası  geniş  in-
kişaf  etmişdir.  Sistemsiz,  qeyri  fəsil  və  normadan  çox  mal-qa-
ranın  otarılması  biçənək  və  otlaqların  vəziyyətini  xeyli  pisləş-
dirir. Heyvanların dırnaqları çim qatını dağıdır, yamacın müxtə-
lif  istiqamətində  çoxlu  cığırlar  əmələ  gətirir,  torpaqaltı  qatın 
bərkiməsi  gedir.  Eroziya  prosesi  nəticəsində  torpaqların  daha 
çox münbit olan bioloji fəal qatı dağılır. Xam torpaqlarda humus 
horizontunun,  əkin  sahələrində  becərməyə  yararlı  şum  qatının 
qalınlığı azalır. B.Q.Şəkuri (2010) göstərir ki, ABŞ-ın Virciniya  
əyalətində aparılan  tədqiqatlarda müəyyən edilmişdir ki, erozi-
yaya  uğramış  torpaqlarda  şum  qatının  qalınlığı  15  sm-ə  qədər, 
rütubət  tutumu  17%  azalmış,  bitkilərin  məhsuldarlığı  və  key-
fiyyət  göstəriciləri aşağı  düşmüşdür. Əkin qatı münbit olmayan 
əkinaltı qatın hesabına bərpa olunduğundan bu torpaqların üzvi 
maddəsi, qeyri kapilyar məsamələri azalır, kipliyi artır, su, hava, 
istilik  rejimləri  pisləşir,  qida  maddələrinin,  mikroorqanizmlərin 
qanunauyğun  paylanması  pozulur.  Belə  torpaqların  əkinçilikdə 
istifadəsi çox çətinləşir və orada becərilən  bitkilərdən aşağı key-
fiyyətli az məhsul alınır (4). 
Aparılan tədqiqatlardan  görünür ki, eroziya prosesi bütün 
mikroorqanizmlər  qrupunu  azaldır.  Naxçıvanda  aparılan  təd-
qiqatlarda  müəyyən  edilmişdir  ki,  Muxtar  Respublikanın  erozi-


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə