72
aşağı hissəsindən yarım səhra zonanın sərhədində yerləşir. Bu
torpaqlar səthdən kabonatlı olub, əksər hallarda şorakətlidirlər.
Ümumiyyətlə şabalıdı (boz–qəhvəyi) torpaqlar rayon ərazisinin
4%-ni əhatə edir. Şabalıdı (boz–qəhvəyi) torpaqların bütün
yarım tipləri kənd təsərrüfatı bitkiləri altında istifadə edilir.
Torpaqların uzun illər əkilib becərilməsi, torpaqqoruyucu aqro-
texniki, fitomeliorativ tədbirlərin tətbiq edilməməsi, keçmişdə
zəhərli maddələrdən və mineral gübrələrdən hesabsız və qeyri
elmi istifadə edilməsi, növbəli əkin sisteminin tətbiq edilməməsi
ilə əlaqədar bu torpaqların münbitlik potensialı xeyli zəifləmiş,
eroziya prosesi geniş inkişaf etmişdir. Rayon ərazisində gəcli
şabalıdı, gəcli sulfatlı, çəmən şabalıdı, boz qonur və boz torpaq-
larda mövcuddur.
73
III FƏSİL
1.EROZİYA PROSESİNİN TORPAQLARIN GENETİK
XÜSUSİYYƏTLƏRİNƏ, MÜNBİTLİK
POTENSİYALINA TƏSİRİ
Azərbaycan respublikası tipik dağlıq ölkə olub, orada uca
dağlar özünə məxsus relyef yaratmışdır ki, bu da çox yaxşı for-
malaşmış torpaq-bitki qurşaqlarının əmələ gəlməsinə şərait ya-
radır. Respublikada relyef şəraitinin müxtəlifliyi və mürəkkəb-
liyi iqlimin özünə məxsus xüsusiyyətləri, çox meyilli yamac-
larda şum və becərmə işlərinin yamacın eni istiqamətində deyil
uzununa aparılması və torpaqqoruyucu tədbirlərin tətbiq edil-
məməsi, ekzogen proseslərin intensivliyi eroziya prosesinin
əmələ gəlməsinə, inkişafına və geniş yayılmasına səbəb
olmuşdur (8). Respublika ərazisi 8,6 mln hektardan ibarət olub
ki, bununda 60%-ni dağlıq və dağətəyi rayonları əhatə edir.
XX əsrin ikinci yarısından etibarən Elmi tədqiqat eroziya
bölməsinin apardığı çoxillik (1970-1990) miqyaslı torpaq-
eroziya tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, res-
publika ərazisinin təxminən 42%-ni eroziyaya uğramış torpaqlar
təşkil edir. Respublika ərazisində o cümlədən Kiçik və Böyük
Qafqazda, Naxçıvan MR-da eroziya prosesinin bütün növləri o
cümlədən səthi, xətti, külək, otlaq, irriqasiya eroziyası mövcud-
dur. Keçən əsrin 80-ci illərindən etibarən respublikanın geniş
ərazisi xəyanətkar qonşumuz ermənistan respublikası tərəfindən
basqına məruz qalaraq hərbi əməliyyatlar meydanına çevrilmiş-
dir. Hərbi əməliyyatlar müasir dağıdıcı və yandırıcı silahlar
vasitəsilə aparıldığı üçün ərazi xarabazara çevrilmiş, təbii və
aqrolandşaftlar dağıdılmış, geniş miqyaslı hərbi eroziya baş ver-
mişdir. Eroziya prosesinə məruz qalan torpaqların morfoloji
quruluşu dağılmış, strukturu pozulmuş münbitliyi xeyli pisləş-
mişdir (B.Q.Şəkuri 2007,2009).
Torpağın üst münbit qatının pozulması, az münbitliyə ma-
lik olan aşağı qatların üzə çıxmasına səbəb olur. Belə torpaqlar-
74
da kənd təsərrüfatı bitkilərinin normal inkişafı zəifləyir və onla-
rın məhsuldarlığı xeyli aşağı düşür.
Artıq müəyyən edilmişdir ki, orta dərəcədə eroziyaya uğra-
mış torpaqlarda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 1,5-
2,0 dəfə, şiddətli dərəcədə eroziyaya məruz qalmış torpaqlarda
isə 3,0-4,0 dəfə aşağı düşür, məhsulun keyfiyyət göstəricisi xeyli
pisləşir (3).
B.Q.Şəkuri göstərir ki, torpağın münbitliyi onda gedən
mürəkkəb bioloji, biokimyəvi, mikrobioloji proseslər və
antropogen amillərin birgə məhsuludur. Yamaclarda uzun illər
torpaqdan səmərəsiz istifadə edilməsi, torpaqqoruyucu aqrotex-
niki tədbirlərin tətbiq edilməməsi torpağın üst münbit qatının
yuyulub dağılması ilə nəticələnmişdir ki, bu da torpaqların mün-
bitliyinin xeyli aşağı düşməsinə səbəb olmuşdur. Dağ-çəmən zo-
nasında mal-qaranın nizamsız, normadan artıq və qeyri fəsli ota-
rılması həmin zonada torpaqların eroziyaya uğramasına səbəb
olur, bitki örtüyü öz sıxlığını itirir. Məlum olduğu kimi, torpaqə-
mələgəlmə prosesində, torpaq çürüntüsünün formalaşmasında və
torpaqların eroziyadan mühafizə olunmasında çəmən bitkiləri
çox böyük rol oynayır. Torpaqda üzvi maddənin əmələ gəlməsi
əsas etibarı ilə hər il ona daxil olan bitki qalıqlarının, ümumiy-
yətlə onların biokütləsinin hesabına gedir. Bitki qalıqları mik-
roorqanizmlərin və torpaq faunasının biokütləsilə birlikdə hu-
mus maddəsinin yaranması üçün ilkin material hesab edilir.
Qeyd etmək lazımdır ki, torpaqəmələgəlmə prosesinin
intensivliyinə bitki aləminin məhsuldarlığı həlledici təsir gös-
tərir. Torpağa daxil olan bitki qalıqlarının miqdarı və keyfiyyəti
torpaqda gedən proseslərin əsasını təşkil edərək həmin proses-
lərin istiqamətini müəyyənləşdirən amil hesab edilə bilər.
Dağ əkinçiliyində xüsusilə son 20 ildə növbəli əkin siste-
minin tətbiq edilməməsi, mineral gübrələr, xüsusi ilə üzvi güb-
rələrin kifayət qədər sahələrə verilməməsi, aqrotexniki tədbir-
lərin torpağın qorunması istiqamətində aparılmaması nəticəsində
torpağın üst münbit qatı yuyularaq dərə və çaylara tökülür ki,
bunun da nəticəsində külli miqdarda humus, azot və başqa qida
75
maddələri itir. Artıq müəyyən edilmişdir ki, eroziyaya məruz
qalmış torpaqlarda birinci növbədə torpağın profili gödəlir,
morfoloji quruluşu pozulur, humusun miqdarı kəskin azalır,
torpaqların su-fiziki və aqrokimyəvi xassələri pisləşir.
Eroziya prosesi humusun miqdarının azalması ilə yanaşı
onun tərkib və təbiətini də pisləşdirir.
Belə ki, humin turşularının mütəhərrik fraksiyalarının miq-
darı eroziyaya uğramış torpaqlarda kəskin azalır. Eroziya prosesi
torpağın bioloji fəallığını da kəskin azaldır. Məlum olduğu kimi,
torpaqdan ixrac olunan CO
2
onda gedən biokimyəvi proseslərlə
əlaqədardır. Eroziyaya uğramış torpaqların biokimyəvi, xüsusilə
mikrobioloji fəallığı zəifləyir. Qeyd etmək lazımdır ki, torpaqda
mikroorqanizmlər minerallaşma və humifikasiya prosesinin get-
məsində əsas rol oynayır. Mikroorqanizmlər üzvi qalıqları par-
çalayaraq torpaqda qida elementlərinin miqdarını artırır və bitki-
nin onlarla təmin edilməsi üçün əlverişli şərait yaradır (2).
Azərbaycanın dağ sistemlərində, o cümlədən Kiçik və
Böyük Qafqazın şimal-şərq, cənub, cənub-şərq yamaclarında da
eroziya prosesi geniş yayılmış və şaquli istiqamətdə yerləşən
torpaqların münbitliyini xeyli pisləşdirir. Bunu nəzərə alaraq son
50 ildə respublika təbiətinin maraqlı regionları olan Böyük və
Kiçik Qafqazın müxtəlif meyilli yamaclarında dağ-çəmən, dağ-
meşə və dağ-əkinçilik zonalarında eroziya prosesinin əmələ
gəlməsi, inkişaf intensivliyi, yayılma arealı və yaratdığı fəsadlar
kompleks şəkildə tədqiq edilmişdir. Eroziya prosesinin torpaq-
ların morfo-genetik xüsusiyyətlərinə, humusun formalaşmasına,
tərkibinin dəyişməsinə təsiri öyrənilmişdir. Son 40 ildə eroziya
prosesinin torpaqda gedən bioloji, mikrobioloji və fermentativ
proseslərdə də təsiri tədqiq edilmiş, qanunauyğunluqlar müəy-
yənləşdirilmişdir. Ümumiyyətlə eroziya prosesi nəticəsində tor-
paqda baş verən patoloji proseslər təhlil edilmişdir (2). Təbiətdə
olan başqa ekosistemlərlə müqayisədə, torpaq ekosistemi malik
olduğu funksiyalara görə xüsusi yer tutur. Qeyd etmək lazımdır
ki, torpaq ekosistemi başqa ekosistemlərin inkişaf bazisi hesab
edilə bilər, belə ki, o əksər ekosistemlərə həyat vermə qabiliyyə-
Dostları ilə paylaş: |