Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə25/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

 
72 
aşağı  hissəsindən  yarım  səhra  zonanın  sərhədində  yerləşir.  Bu 
torpaqlar  səthdən  kabonatlı  olub,  əksər  hallarda  şorakətlidirlər. 
Ümumiyyətlə  şabalıdı  (boz–qəhvəyi)  torpaqlar  rayon  ərazisinin 
4%-ni  əhatə  edir.  Şabalıdı  (boz–qəhvəyi)  torpaqların  bütün 
yarım  tipləri  kənd  təsərrüfatı  bitkiləri  altında  istifadə  edilir. 
Torpaqların  uzun illər əkilib  becərilməsi,  torpaqqoruyucu aqro-
texniki,  fitomeliorativ  tədbirlərin  tətbiq  edilməməsi,  keçmişdə 
zəhərli  maddələrdən  və  mineral  gübrələrdən  hesabsız  və  qeyri 
elmi istifadə edilməsi, növbəli əkin sisteminin tətbiq edilməməsi 
ilə  əlaqədar  bu  torpaqların  münbitlik  potensialı  xeyli  zəifləmiş, 
eroziya  prosesi  geniş  inkişaf  etmişdir.  Rayon  ərazisində  gəcli 
şabalıdı, gəcli sulfatlı, çəmən şabalıdı, boz qonur və boz torpaq-
larda mövcuddur. 
 
 
  
 
 
 
 
 
 
 
 
 


 
73 
III  FƏSİL 
 
1.EROZİYA  PROSESİNİN  TORPAQLARIN  GENETİK  
XÜSUSİYYƏTLƏRİNƏ,  MÜNBİTLİK  
POTENSİYALINA  TƏSİRİ 
 
Azərbaycan  respublikası  tipik  dağlıq  ölkə  olub,  orada  uca 
dağlar özünə məxsus relyef  yaratmışdır ki, bu da çox yaxşı for-
malaşmış  torpaq-bitki  qurşaqlarının  əmələ  gəlməsinə  şərait  ya-
radır.  Respublikada  relyef  şəraitinin  müxtəlifliyi  və  mürəkkəb-
liyi  iqlimin  özünə  məxsus  xüsusiyyətləri,  çox  meyilli  yamac-
larda şum və becərmə işlərinin yamacın eni istiqamətində deyil 
uzununa  aparılması  və  torpaqqoruyucu  tədbirlərin  tətbiq  edil-
məməsi,  ekzogen  proseslərin  intensivliyi  eroziya  prosesinin 
əmələ  gəlməsinə,  inkişafına  və  geniş  yayılmasına  səbəb 
olmuşdur (8). Respublika  ərazisi 8,6 mln hektardan ibarət  olub 
ki, bununda 60%-ni dağlıq və dağətəyi rayonları əhatə edir. 
XX  əsrin  ikinci  yarısından  etibarən  Elmi  tədqiqat  eroziya 
bölməsinin  apardığı  çoxillik  (1970-1990)  miqyaslı  torpaq-
eroziya  tədqiqatları  nəticəsində  müəyyən  edilmişdir  ki,  res-
publika ərazisinin təxminən 42%-ni eroziyaya uğramış torpaqlar 
təşkil  edir.  Respublika  ərazisində  o  cümlədən  Kiçik  və  Böyük 
Qafqazda,  Naxçıvan  MR-da  eroziya  prosesinin  bütün  növləri  o 
cümlədən səthi, xətti, külək, otlaq, irriqasiya eroziyası mövcud-
dur.  Keçən  əsrin  80-ci  illərindən  etibarən  respublikanın  geniş 
ərazisi xəyanətkar qonşumuz ermənistan respublikası tərəfindən 
basqına məruz qalaraq hərbi əməliyyatlar meydanına çevrilmiş-
dir.  Hərbi  əməliyyatlar  müasir  dağıdıcı  və  yandırıcı  silahlar 
vasitəsilə  aparıldığı  üçün  ərazi  xarabazara  çevrilmiş,  təbii  və 
aqrolandşaftlar dağıdılmış, geniş miqyaslı hərbi eroziya baş ver-
mişdir.  Eroziya  prosesinə  məruz  qalan  torpaqların  morfoloji 
quruluşu  dağılmış,  strukturu  pozulmuş  münbitliyi  xeyli  pisləş-
mişdir (B.Q.Şəkuri 2007,2009). 
Torpağın üst münbit qatının pozulması, az münbitliyə ma-
lik olan aşağı qatların üzə çıxmasına səbəb olur. Belə torpaqlar-


 
74 
da kənd təsərrüfatı bitkilərinin normal inkişafı zəifləyir və onla-
rın məhsuldarlığı xeyli aşağı düşür. 
Artıq müəyyən edilmişdir ki, orta dərəcədə eroziyaya uğra-
mış  torpaqlarda  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığı  1,5-
2,0  dəfə,  şiddətli  dərəcədə  eroziyaya  məruz  qalmış  torpaqlarda 
isə 3,0-4,0 dəfə aşağı düşür, məhsulun keyfiyyət göstəricisi xeyli 
pisləşir (3). 
B.Q.Şəkuri  göstərir  ki,  torpağın  münbitliyi  onda  gedən 
mürəkkəb  bioloji,  biokimyəvi,  mikrobioloji  proseslər  və 
antropogen  amillərin  birgə  məhsuludur.  Yamaclarda  uzun  illər 
torpaqdan  səmərəsiz  istifadə  edilməsi,  torpaqqoruyucu  aqrotex-
niki  tədbirlərin  tətbiq  edilməməsi  torpağın  üst  münbit  qatının 
yuyulub dağılması ilə nəticələnmişdir ki, bu da torpaqların mün-
bitliyinin xeyli aşağı düşməsinə səbəb olmuşdur. Dağ-çəmən zo-
nasında mal-qaranın nizamsız, normadan artıq və qeyri fəsli ota-
rılması  həmin  zonada  torpaqların  eroziyaya  uğramasına  səbəb 
olur, bitki örtüyü öz sıxlığını itirir. Məlum olduğu kimi, torpaqə-
mələgəlmə prosesində, torpaq çürüntüsünün formalaşmasında və 
torpaqların  eroziyadan  mühafizə  olunmasında  çəmən  bitkiləri 
çox böyük rol oynayır. Torpaqda üzvi maddənin əmələ gəlməsi 
əsas etibarı ilə hər il ona daxil olan bitki qalıqlarının, ümumiy-
yətlə  onların  biokütləsinin  hesabına  gedir.  Bitki  qalıqları  mik-
roorqanizmlərin  və  torpaq  faunasının  biokütləsilə  birlikdə  hu-
mus maddəsinin yaranması üçün ilkin material hesab edilir.     
Qeyd  etmək  lazımdır  ki,  torpaqəmələgəlmə  prosesinin 
intensivliyinə  bitki  aləminin  məhsuldarlığı  həlledici  təsir  gös-
tərir. Torpağa daxil olan bitki qalıqlarının miqdarı və keyfiyyəti 
torpaqda  gedən  proseslərin  əsasını  təşkil  edərək  həmin  proses-
lərin istiqamətini müəyyənləşdirən amil hesab edilə bilər. 
Dağ əkinçiliyində xüsusilə son 20 ildə növbəli əkin  siste-
minin  tətbiq  edilməməsi,  mineral  gübrələr,  xüsusi  ilə  üzvi  güb-
rələrin  kifayət  qədər  sahələrə  verilməməsi,  aqrotexniki  tədbir-
lərin torpağın qorunması istiqamətində aparılmaması nəticəsində 
torpağın  üst  münbit  qatı  yuyularaq  dərə  və  çaylara  tökülür  ki, 
bunun da nəticəsində külli miqdarda humus, azot və başqa qida 


 
75 
maddələri  itir.  Artıq  müəyyən  edilmişdir  ki,  eroziyaya  məruz 
qalmış  torpaqlarda  birinci  növbədə  torpağın  profili  gödəlir, 
morfoloji  quruluşu  pozulur,  humusun  miqdarı  kəskin  azalır, 
torpaqların su-fiziki və aqrokimyəvi xassələri pisləşir. 
Eroziya  prosesi  humusun  miqdarının  azalması  ilə  yanaşı 
onun tərkib və təbiətini də pisləşdirir.  
Belə ki, humin turşularının mütəhərrik fraksiyalarının miq-
darı eroziyaya uğramış torpaqlarda kəskin azalır. Eroziya prosesi 
torpağın bioloji fəallığını da kəskin azaldır. Məlum olduğu kimi, 
torpaqdan ixrac olunan CO
2
 onda gedən biokimyəvi  proseslərlə 
əlaqədardır. Eroziyaya uğramış torpaqların biokimyəvi, xüsusilə 
mikrobioloji fəallığı zəifləyir. Qeyd etmək lazımdır ki, torpaqda 
mikroorqanizmlər minerallaşma və humifikasiya prosesinin get-
məsində  əsas  rol  oynayır.  Mikroorqanizmlər  üzvi  qalıqları  par-
çalayaraq torpaqda qida elementlərinin miqdarını artırır və bitki-
nin onlarla təmin edilməsi üçün əlverişli şərait yaradır (2). 
Azərbaycanın  dağ  sistemlərində,  o  cümlədən  Kiçik  və 
Böyük Qafqazın şimal-şərq, cənub, cənub-şərq yamaclarında da 
eroziya  prosesi  geniş  yayılmış  və  şaquli  istiqamətdə  yerləşən 
torpaqların münbitliyini xeyli pisləşdirir. Bunu nəzərə alaraq son 
50  ildə  respublika  təbiətinin  maraqlı  regionları  olan  Böyük    və  
Kiçik Qafqazın müxtəlif meyilli yamaclarında dağ-çəmən, dağ-
meşə  və  dağ-əkinçilik  zonalarında  eroziya  prosesinin    əmələ 
gəlməsi, inkişaf intensivliyi, yayılma arealı və yaratdığı fəsadlar 
kompleks  şəkildə  tədqiq  edilmişdir.  Eroziya  prosesinin  torpaq-
ların morfo-genetik xüsusiyyətlərinə, humusun formalaşmasına, 
tərkibinin  dəyişməsinə  təsiri  öyrənilmişdir.  Son  40  ildə  eroziya 
prosesinin  torpaqda  gedən  bioloji,  mikrobioloji  və  fermentativ 
proseslərdə  də  təsiri  tədqiq  edilmiş,  qanunauyğunluqlar  müəy-
yənləşdirilmişdir.  Ümumiyyətlə  eroziya  prosesi  nəticəsində  tor-
paqda baş verən patoloji proseslər təhlil edilmişdir (2). Təbiətdə 
olan başqa ekosistemlərlə müqayisədə, torpaq ekosistemi malik 
olduğu funksiyalara görə xüsusi yer tutur. Qeyd etmək lazımdır 
ki,  torpaq  ekosistemi  başqa  ekosistemlərin  inkişaf  bazisi  hesab 
edilə bilər, belə ki, o əksər ekosistemlərə həyat vermə qabiliyyə-


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə