Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə22/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

 
63 
8 saylı cədvəlin rəqəmlərindən göründüyü kimi eroziyaya 
uğramamış  bozqırlaşmış  dağ-qəhvəyi  torpaqların  mexaniki 
tərkibi əsasən gilli və ağır gillicəlidir, belə ki, torpağın profilində 
fiziki  gilin  (<  0,01)  miqdarı  56,80-63,64%,  lil  fraksiyasının 
miqdarı  18,08-19,00%  arasında  artıb  azalır.  Bu  torpaqların 
profilində  hiqroskopik  nəmlik  5,9-6,6%,  humus  1,81-2,69% 
arasındadır.  Humus  əsasən  üst  qatlarda  toplanmış  aşağı  qatlara 
doğru azalır. Ümumi azot üst qatda 0,21%, aşağı qatlarda kəskin 
azalır.  Ümumi  fosfor    (P
2
O
5
)  profildə  0,21-0,14%,  karbonat 
birləşmələri  (CaCO
3
)  9,77-25,30%  arasında  tərəddüd  edir. 
Bozqırlaşmış dağ-qəhvəyi torpaqlar əsaslarla doymuşlar, belə ki, 
profildə    əsasların  cəmi  30,48-36,00  m/ekv  (100  q  torpaqda) 
təşkil edir. Kationlar içərisində üstünlüyü kalsium kationu tutur. 
Eroziya  prosesinin  bozqırlaşmış  dağ-qəhvəyi  torpaqların 
münbitlik  potensialına  təsirini  müəyyən  etmək  məqsədilə  24 
saylı  kəsimdən  500  m  məsafədə,  cənub  yamacda,  ot  örtüyü 
seyrək olan sahədə 18 saylı kəsim qoyulmuşdur. Eroziya prosesi 
“A” qatını təmiz yuyaraq “B” qatını üzə çıxarmışdır. Götürülən 
torpaq nümunələrinin analitik təhlili göstərdi ki, (cədvəl 8) ero-
ziyaya  məruz  qalmamış  torpaqla  müqayisədə  humus  və  ümumi 
azot  kəskin  azalmışdır.  Torpağın  ümumi  morfoloji  quruluşuna 
gəldikdə isə xeyli dəyişmişdir, belə ki, “A” qatı (30-32 sm) tam 
yuyularaq  profil  xeyli  gödəlmişdir.  Yuyulmamış  növlə  müqa-
yisədə,  orta  dərəcədə  yuyulmuş  növün  üst  qatında  1%-ə  yaxın 
humus və 0,06% ümumi azot azalmışdır. Eroziya prosesi həm də 
torpağın,  udma  tutumunu  xeyli  azaltmışdır.  Göründüyü  kimi 
ekosistemlərin anası olan torpaq eroziya prosesi nəticəsində da-
ğılır  və  bunun  da  ekosistemlərə    o  cümlədən  bitki  örtüyü,  su 
ehtiyatları  və  mənbələri,  canlı  sistemlərə  xeyli  zərər  vuraraq 
təbii durumu xeyli pisləşdirir və təbiətin müvazinətini pozur.  
5 . Dağ boz-qəhəyi torpaqlar 
Dağ  boz-qəhvəyi  torpaqlar  Böyük  və  Kiçik  Qafqaz 
ərazisində  müxtəlif  dağ  silsilələrində  yerləşir  və  bu  torpaq 
yayılan  ərazi  quru  iqlimə,  nisbətən  seyrək  bitki  örtüyünə  və 
ümumiyyətlə mürəkkəb təbii şəraitə malikdir (1). 


 
64 
Dağ boz-qəhvəyi torpaqlar dəniz səviyyəsindən 600-800 m 
yüksəklikdə  geniş  sahəni  əhatə  edir.  Ərazinin  relyefi  xeyli 
parçalanmışdır.  Burada  yağıntıların  miqdarı  az,  buxarlanma  isə 
çoxdur.  Buna  baxmayaraq  torpaqlar  əkinçilikdə  geniş  istifadə 
edilir.  Ərazidə  quraqlığa  davamlı  bitkilər  o  cümlədən  armud, 
itburnu,  zərinc,  yemişan,  ot  bitkilərindən  isə  ucyarpaq  yonca, 
kəklikotu, dovşan topalı və s. inkişaf edir.  
Dağ  boz-qəhvəyi  torpaqlar  kənd  təsərrüfatında  intensiv 
istifadə 
edilir. 
Burada 
torpaqqoruyucu 
tədbirlər 
tətbiq 
edilmədiyinə və ilbə-il antropogen təzyiqlər artdığı üçün eroziya 
prosesi geniş inkişaf etmşdir. Burada təbii bitki örtüyü pozulmuş 
və  ya seyrəkləşmişdir ki, bu da yamaclardan torpağın  yuyulma-
sını sürətləndirir. Torpağın üst münbit qatının yuyulması ilə ya-
naşı onun tərkibində olan humus, azot və qida maddələri ilə yu-
yulur və  beləliklə  torpaqlar məhsul vermə qabiliyyətini  itirir və 
deqradasiyaya uğraması üçün əlverişli şərait yaranır. 
Dağ  boz-qəhvəyi  torpaqlar  ayrı-ayrı  tədqiqatçılar  tərə-
findən  öyrənilmişdir.  S.A.Zaxarov  bu  torpaqları  boz-şabalıdı 
adlandırmışdır.  Müəllif  göstərir  ki,  həmin  torpaqlar  meşə  bit-
kiləri  altında  əmələ  gəlmişlər.  1950-ci  ildən  sonra  tədqiqatçılar 
həmin torpaqların  “boz  şabalıdı”  deyil “boz-qəhvəyi” olduğunu 
müəyyən  etmişlər.  Beləliklə  müəyyən  edilmişdir  ki,  dağ  boz-
qəhvəyi  torpaqlar  qəhvəyi  dağ-meşə  torpaqlarının  bozqırlaşmış 
mərhələsinə  aiddirlər.  Həmin  torpaqlar  əmələgəlmə  xüsusiyyət-
lərinə  görə  dağ-meşə  torpaqla  bozqır  torpaqlardan  daha  yaxın-
dırlar.  Mexaniki  tərkibinə  və  humusun  miqdarına  görə  bu  tor-
paqların tünd və adi yarım tipləri müəyyən edilmişlər. 
Tünd  boz-qəhvəyi  torpaqlar.  Həmin  torpaqların  morfoloji 
quruluşunu öyrənmək məqsədilə ərazidə kəsim qoyulmuşdur. 
1  saylı  kəsim  Göygöl  şəhərindən  3  km  aralı  şimal-şərq 
istiqamətində  meyilliyi  4-5  olan  yamacda  payızlıq  buğda  olan 
sahədə qoyulmuşdur.
  
 
 
 


 
65 
Ao 0- 1sm - kolluqların yaraqları  və ot qalıqları. 
A
1
 0-21 sm - tünd qəvəyi, ağır gillicəli, dənəvari, quruluşu 
yumşaq,    bitki  kökləri,  rütubətli,  HCl  təsirindən  qaynamır, 
keçidi aydındır.  
B
1
  21-36  sm  -  qəhvəyi,  ağır  gillicəli,  dənəvari–topavari, 
quruluşu  bir  az  bərkimiş,  köklər,  rütubətli,  HCl  təsirindən 
qaynamır, keçidi aydındır. 
B
2
  36-58  sm  -  açıq  qəhvəyi,  ağır  gillicəli,  xırda  topavari 
quruluşu  bir  az  bərkimiş,  köklər,  rütubətli,  HCl  təsirindən 
qaynamır, keçidi aydındır. 
Ərazidə  həm  də  2  saylı  kəsimdə  qoyulmuşdur.  2  saylı 
kəsim Göygöl şəhərindən şimal-şərq istiqamətində meyilliyi 10-
12
0
,  yabanı  ot  bitkiləri  olan  yamacda  qoyulmuşdur.  Sahə 
bitkilərlə 40% örtülmüşdür. 
B
1
  0-20  sm  -  qəhvəyi,  ağır  gillicəli,  dənəvər,  quruluşu 
yumşaq,  ot  köklər,  rütubətli,  HCl  təsirindən  zəif    qaynayır, 
keçidi aydındır. 
B
2
  20-38  sm  -  açıq  qəhvəyi,  ağır  gillicəli,  xırda  dənəvari, 
quruluşu  yumşaq,  seyrək  ot    kökləri,  rütubətli,  HCl  təsirindən 
qaynayır, keçidi aydındır. 
B/C  38-48  sm  –  açıq  samanı,  ağır  gillicəli,  xırda  topavari 
quruluşu  bir  az  kip,  kökcüklər  müşahidə  olunur,  rütubətli  HCl 
təsirindən qaynayır, keçidi aydındır. 
Kəsim qoyulan sahə orta dərəcədə eroziyaya uğramışdır.   
 İnsanın  təsərrüfat  fəaliyyəti  nəticəsində  ən  çox  dəyişik-
likliyə uğramış torpaqlar qəhvəyi dağ-meşə torpaqlarıdır. Əvvəl-
lər  meşə  altında  olmuş  sahələr  əkin  məqsədi  üçün  tamamilə 
qırılmışdır.  Bu  isə  eroziya  prosesinin  güclənməsinə  səbəb  ol-
muşdur.  Həmin  torpaqların  rəngi  üst  qatda  tünd  qəhvəyi  olub, 
tərkibində  çürüntü  maddəsinin  çoxluğu  və  profil  üzrə  tədricən 
dəyişməsi ilə digər meşə torpaqlarından fərqlənir. 
Apardığımız  analitik  təhlillərdən    görünür  ki,  tünd  boz-
qəhvəyi torpaqların profil boyu 1 mm-dən böyük struktur hissə-
ciklər eroziyaya uğramamış  torpaqlarda 60,19-70,28% suya da-
vamlı  aqreqat  hissəciklər  16,40-36,92%  olduğu  halda,  orta 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə