Aygün Dağıstan qızı Şabandayeva


Tipik  qəhvəyi  dağ-meşə    torpaqları  -



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə18/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

 
52 
1.Tipik  qəhvəyi  dağ-meşə    torpaqları  -  Həmin  torpaqlar 
Göygöl rayonu ərazisində məhdud ərazidə yayılmışdır. Azərbay-
can Dövlət Yer Quruluşu Layihə İnstitutunun verdiyi  məlumata 
əsasən  (1983)  Göygöl  rayonu  ərazisində  bu  torpaqların    sahəsi 
300 hektar və ya ümumi ərazisinin 0,17%-ni  əhatə edir. 
Tipik qəhvəyi  dağ-meşə  torpaqların  yayıldığı  ərazinin rel-
yefi  əsasən  daglıq-dərəlik  olub,  qismən  meyilli  yamac  və  da-
ğüstü düzənlikdən ibarətdir. Bu torpaqlar mexaniki tərkibinə və 
torpaq  qatının    qalınlığına  görə    növ  müxtəlifliyinə  ayrılırlar. 
Həmin torpaqların morfoloji əlamətləri ilə tanış olmaq üçün əra-
zidə qoyulmuş 8 saylı kəsimin çöl təsvirini veririk. 
Kəsim 8. 
0-1 sm - meşə döşənəyi 
0-14 sm - qəhvəyi, orta və ağır gillicəli, dənəvari, yumşaq, 
kök, çoxlu kökcüklər az nəmli, HCl təsirindən qaynamır, keçidi 
aydındır. 
14-32  sm  -  açıq  qəhvəyi,  dənəvari,  ağır  gillicəli,  az 
yumşaq, qurd yuvaları, HCl təsirindən zəif qaynayır, az nəmli. 
Kəsimin  morfoloji  təsvirindən  görünür  ki,  bu  torpaqların 
üst qatının rəngi qəhvəyi olub, alt qatı açıq qəhvəyidir. Strukturu 
qozvari və dənəvərdir.  
  Tədqiq  etdiyimiz  bu  torpaqların  mexaniki  tərkibi  profil 
boyu orta və ağır gillicəlidir. 
Tipik qəhvəyi dağ meşə torpaqların analitik təhlilinin nəti-
cələri  5  saylı  cədvəldə  verilir.  Göründüyü  kimi  bu  torpaqların 
mexaniki  tərkibi  profildə  orta  və  ağır  gillicəlidir.  Belə  ki    üst 
qatda  fiziki  gilin  miqdarı  45,12%,  aşağı  qatda  isə  47,56%-dir. 
Lil fraksiyasının miqdarı isə profildə 16,40-17,23% arasındadır. 
 
 
 
 
 
 
 
 


 
53 
Cədvəl 5 
 
Tipik qəhvəyi dağ-meşə torpaqlarının mexaniki tərkibi və bəzi 
kimyəvi göstəriciləri 
 
Udul
m

 
əs
as
la
rın 

mi
 
M
q.e
kv
.1
0
0
 
to
rpa
qd
a
n
 
Me
şə
  

şə
n
əyi
 
3
4
,0
9
 
3
0
,0
9
 
Ca
CO
3
 
CO
2
 y
ə 
gör
ə 
%
 
yox
 
0
,4
3
 
Ümum

%
 
P
2
O
5
 
F
o
sf
o
r 
0
,2
2
 
0
,1
9
 
N
 
A
zo
t 
0
,4
0
 
0
,2
2
 
H
um
us
%
 
8
,0
9
 
4
,2
6
 
H
iq
ro
sko
pik
 
n
əmlik 
%
 
3
,7
 
3
,8
 
M
ex
a
nik


rkib 
fra
ks
iy
a
la

 
%
-l
ə 
F
iziki
 
G
il
 
<
0
,0
1
 
4
5
,1
2
 
4
7
,5
6
 
L
il
 
<
0
,0
0
1
 
1
6
,4
0
 
1
7
,2
5
 
D
ərinl
ik 
sm
-l
ə 
0
-1
 
1
-14
 
14
-32
 
K
əs
imi
n
 

-si
 
8
 
 
 


 
54 
Hiqroskopik  nəmlik  mexaniki  tərkibə  uyğun  olaraq  pro-
fildə  3,7-3,8%  humus,  üst  qatda  8,09%,  aşağı  qatda  isə  kəskin 
azalaraq  4,26%  təşkil  edir.  Ümumi  azotun  miqdarı  humusun 
miqdarına  uyğun  olaraq  0,40-0,225,  ümumi  fosfor  (P
2
O
5
)  isə 
0,22-0,19% arasında artıb azalır. 
Tədqiq  etdiyimiz  torpaqların  üst  qatında  karbonat  birləş-
mələri  yoxdur,  lakin  aşağı  qatda  cüzi  miqdarda  mövcuddur 
(CaCO
3
-0,43%). Bu torpaqlar udulmuş  əsaslarla doymuşlar, be-
lə ki profildə udulmuş kationların miqdarı 100 q torpaqda 34,09-
30,09 m/ekv arasında olmuşdur. (cədvəl 5) 
Tipik  qonur  dağ-meşə  torpaqların  analitik  təhlili  göstərir 
ki, bu torpaqlar yaxşı münbitlik potensiyalına malikdirlər. Hazır-
da bu torpaqların əsas problemi onların qorunub saxlanılmasıdır. 
Bunun  üçün  meşələrin  qırılmasının  qarşısı  alınmalı,  sıxlığı  az 
olan yerlərdə payız və yaz aylarında əkinin aparılması böyük zə-
rurət kəsb edir.  
3. Karbonatlı qəhvəyi dağ-meşə torpaqlar 
Qəhvəyi  dağ-meşə  torpaqların  karbonatlı  yarım  tipi, 
Göygöl rayonu ərazisində başqa yarımtiplərə nisbətən bir qədər 
geniş  yayılmışdır. Ümumi ərazinin 1,66%-ni əhatə edir. Həmin 
torpaqlar enli yarpaq ağaclar o cümlədən palıd meşələri altında 
formalaşmışlar. 
Bu  torpaqların  yayıldığı  ərazinin  relyefi  əsasən  dağlıq 
olub,  dərələrdən  və  çox  meyilli  yamaclardan  ibarətdir.  Qalınlı-
ğının və mexaniki tərkibinin müxtəlifliyinə görə həmin torpaqla-
rın müxtəlif növ müxtəlifliyi mövcuddur. 
Karbonatlı qəhvəyi dağ-meşə torpaqların morfoloji əlamət-
ləri ilə tanış olmaq üçün ərazidə qoyulmuş 13 saylı kəsimin çöl 
təsvirini veririk. 
Kəsim  Hacıkənd  ərazisində  şərq  baxarlı,  meyilliyi  20-25

olan yamacda qoyulmuşdur. 
A

- 0-2 sm - quru meşə döşənəyi, çürümüş və çürümükdə 
olan yarpaqlar və otlar. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə