Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə17/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

 
49 
fıstıq, vələs meşəsi altında əmələ gəlmişdir.Torpaqlar tam inki-
şaf etmədiyindən orada heç bir inkişaf etmiş genetik qat yoxdur. 
Yalnız  üst  qatdan  qayanın  üzərində  4-5  sm  qalınlığında  tünd 
qəhvəyi və qaramtıl yumşaq çürümüş və yarımçürümüş döşəmə 
ilə torpaq qarışığından ibarətdir. 
Yuxa, tam inkişaf etməmiş qonur dağ-meşə torpaqları, tor-
paqəmələgəlmə  prosesində  ibtidai  xarakter  daşıdığından  bunla-
rın aydınlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu 
kimi  1139-cu  ildə  Kəpəz  dağı,  yeraltı  güclü  təkan  nəticəsində 
(zəlzələ)  dağın  təxminən  yarı  hissəsi  uçaraq  Ağ-su  çayının  də-
rəsini doldurmuş və Göygölün əmələ gəlməsinə səbəb olmuşdur. 
Sonradan uçub gələn süxurlar üzərində meşə formasiyası inkişaf 
etmişdir.  Həmin  müddətdən  871  il  keçməsinə  baxmayaraq 
torpaq qatı 4-5 sm-dən çox inkişaf etməyibdir. Buradan belə nə-
ticə çıxır ki, 1 sm torpağın əmələ gəlməsi üçün azı 200 il lazım-
dır.  Bunu  nəzərə  alaraq  torpaqları  eroziyadan    mühafizə  etmək 
ən mühüm məsələlərdən biri olmalıdır.   
2.Qəhvəyi  dag-meşə  torpaqlar  (chromic  Cambisol)  -  Bu 
torpaqlar  ilk  dəfə  S.A.Zaxarov  tərəfindən  1904-cü  ildə  Gürcüs-
tan ərazisində ayrılmışdır. Müəllif ilk dəfə olaraq həmin torpaq-
ları  genetik  tip  kimi  ayırıb  torpaq  təsnifatına  daxil  etmişdir. 
1949-cu ildə İ.P.Qerasimov (1949) qəhvəyi dağ meşə torpaqları-
nın əmələgəlmə prosesini ətraflı əsaslandırmışdır. 
S.A.Zaxarov quru meşə və kolluqların altındakı torpaqların 
xüsusi  genetik  bir  tip  kimi  ayrılması  ilə  əlaqədar  belə  bir  fikir 
irəliyə sürmüşdür ki,bu torpaqlara müstəqil olaraq geniş coğrafi 
arealda böyük massivlər şəklində Orta Asiya və Şərqi Qafqazda 
təsadüf edilir.Quru meşələrin qəhvəyi torpaqlarının mövcudluğu 
və  genezisi  haqqında  M.N.Sabaşvili  (1948),  H.Ə.Əliyev(1965), 
M.Ə.Salayev (1955) və başqaları fikir söyləmişlər. 
Azərbaycanda  qəhvəyi  dağ  meşə  torpaqları  Ə.K.Zeynalov 
(1949),  A.N.İzyumov  (1955),  M.Ə.Salayev  (1955,1966), 
H.Ə.Əliyev (1965), A.R.Axundova (1967), Ş.Q.Həsənov(1971), 
X.M.Mustafayev  (1975),  B.Q.Şəkuri  (1988,  2004,  2006,  2009) 


 
50 
öyrənilmiş və onların morfo-genetik xüsusiyyətləri müəyyənləş-
dirilmişdir. 
Bu  torpaqlara  Gürcüstanda,  Özbəkistanda,  Tacikistanda 
şimali Qafqaz bölgələrində Çeçen və Dağıstan respublikalarında 
da geniş miqyasda rast gəlinir. 
Qəhvəyi  dağ-meşə  torparlar  Kiçik  Qafqazın  şimal,  şimal-
şərq  və  cənub  yamaclarında  və  Böyük  Qafqazın  şimal-şərq, 
cənub-şərq və cənub yamaclarında geniş yayılmışlar. 
Həmin torpaqlar Göygöl rayonunda geniş  yayılmaqla  əsas 
etibarı  ilə  Mirzik,  Zurnabad,  Hacıkənd,  Çaykənd  və  Sarı-su 
kəndlərinin  ətrafında  dəniz  səviyyəsindən  700-1500  m  hündür-
lük, palıd, fıstıq meşələri altında inkişaf etmişdir. 
Aparılan  tədqiqatdan  aydın  oldu  ki,  qəhvəyi  dağ-meşə 
torpaqların  əmələ  gəlmə  prosesi,  qonur  dağ-meşə  torpaqlarına 
nisbətən  quraq  şəraitdə  keçir.  Ona  görə  də  bu  torpaqlarda  pod-
zollaşma əlaməti yoxdur. Meşə zonasının yuxarı hissəsində, xü-
susilə  az  meyilli  yamaclarda  karbonatlardan  yuyulmuş  qəhvəyi 
dağ-meşə  torpaqlarına,  aşağı  zonada  isə  onun  karbonatlı  növ-
lərinə təsadüf edilir. 
Aparılan tədqiqatın nəticəsində aydın oldu ki, qəhvəyi dağ-
meşə  torpaqları  yuxarı  zonada  tünd  qonur-meşə  torpaqları  ilə, 
aşağıda  isə  boz-qəhvəyi  və  yaxud  da  tünd  şabalıdı  torpaqlarla 
sərhədlənir və torpaqların şaquli zonallıq qanununa uyğun gəlir. 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  tədqiqat  apardı-
ğımız  ərazidə  insanın  təsərrüfat  fəaliyyəti  nəticəsində  ən  çox 
dəyişkənliyə  uğramış  torpaqlar  qəhvəyi  dağ-meşə  torpaqlarıdır. 
Əvvəllərdə  meşə  altında  olmuş  sahələr  əkin  məqsədi  üçün 
tamamilə  qırılmışdır.  Bu  isə  eroziya  prosesinin  güclənməsinə 
şərait  yaratmışdır.  Ona  görə  də  hazırda  meşələri  məhv  edilmiş 
səhələrin  yalnız  bir  qismində  dənli    bitkilər  becərilir,  qalmış 
hissəsi  isə  eroziyaya  uğradığından  kol  basmış  və  qismən  də 
otlaq  kimi  istifadə  edilir.  Hazırda  bozqırlaşmış  qəhvəyi  dağ-
meşə  torpaqlarında  eroziya  prosesi  daha  çox  inkişaf  tapmışdır. 
Bu  torpaqların  rəngi  üst  qatda  tünd  qəhvəyi  olub,  tərkibində 
çürüntü  maddəsinin  nisbətən  çoxluğu  və  profil  üzrə  tədricən 


 
51 
dəyişməsi ilə digər meşə torpaqlarından fərqlənir. Qəhvəyi dağ-
meşə  torpaqlarında  xüsusən  karbonatlı  allüvial  qat  daha  aydın 
ifadə  olunur.  Humusun  miqdarı  üst  qatda  4-8%  olub,  dərinə 
getdikcə tədricən azalır. Lakin qonur dağ-meşə torpaqlarında bu 
qanun pozulur və alt qatda humusun birdən-birə kəskin azalması 
müşahidə edilir. Torpağın üst qatının strukturu qozvari-topavari 
orta  hissəsi  isə    gilləşmiş  bir  qədər  bərk  qozvari  olur.  Mühit 
reaksiyası  profilin  üst  hissəsində  neytral  və  ya  zəif  turş,  dərin 
qatlarda isə qələvidir.  
Aparılan  tədqiqatdan  aydın  oldu  ki,  burada  formalaşmış 
qəhvəyi dağ-meşə torpaqları üç yarımtipə bölünür. 
1.Tipik qəhvəyi dağ-meşə torpaqları, 
2.Karbonatlardan yuyulmuş qəhvəyi dağ-meşə torpaqları, 
3.Karbonatlı qəhvəyi dağ-meşə torpaqları 
Həmin torpaqlar morfoloji nişanələrinə görə bir-birinə çox 
oxşadıqları üçün bunların təsvirini və izahını bir yerdə veririk. 
Qəhvəyi  dağ-meşə  torpaqları  yayılmış  sahələr  yaşayış 
məntəqələrinə  yaxın  olduğuna  görə  çox  yerdə  meşələr qırılmış-
dır. Qalın sahələrdə isə ağacların seyrəldilməsi nəticəsində onla-
rın  qalınlığı  yuxa  və  ya  orta  qalınlıqlıdırlar.  Meşə  örtüyünün 
seyrək olmasına görə lazımi qədər xəzəl toplanması və ya köhnə  
meşə döşənəyi müşahidə olunmur. 
Qəhvəyi  dağ-meşə  torpaqlarının  karbonatlardan  yuyulmuş 
növünə meşə zonasının yuxarı hissəsində, xüsusilə meyilliyi az 
olan  şimal  yamaclarda,  meşə  ağaclarının  sıxlığı  çox  olan 
yerlərdə müşahidə edilir. 
Qəhvəyi  dağ-meşə  torpaqlar  yayılan  zonada  elə  sahələrə 
rast  gəlinir  ki,  əvvəllər  əkin  və  s.  məqsədlər  üçün  meşəsi  qırı-
lıbdır. Sonradan bu sahələr eroziyaya uğradığına görə başlı-başı-
na buraxılıb. Hazırda bu sahələri meşə ağacları və kollar basmış-
dır. Bunun isə istər torpağı qorumaqda və istərsə də təsərrüfatda 
əhəmiyyəti olduqca azdır. Ona görə də meşə ağaclarını qırmağı 
qadağan  etmək,  otarmanın  qarşısını  almaq  və  həmin  zona  üçün 
münasib,  xüsusilə  quraqlıq  iqlim  şəraitinə  davamlı  olan  ağac-
ların əkilməsi məsləhətdir. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə