Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

 
46 
44,0-60,0  %,  lil  fraksiyasının  miqdarı  isə  18,1-20,4  %  arasında 
olmuşdur . 
Mexaniki  tərkibin  xeyli  yüngülləşməsi  ilk  növbədə 
kolloidlərin yuyulması ilə əlaqədardır. 
Cədvəlin  rəqəmlərindən  göründüyü  kimi  eroziya  prosesi 
humus  və  azotun  miqdarını  kəskin  azaltmışdır  (80%-ə  qədər 
humus,10-15%-ə qədər ümumi azot). 
Eroziya    prosesi    torpaqda    mənimsənilən    fosfor    (P
2
O
5

və  dəyişən    kaliumunda    (K
2
O)    miqdarını    xeyli    azaltmışdır 
(cədvəl 4). 
Göründüyü kimi eroziya prosesi çox böyük torpaqqoruyu-
cu,su  tənzimedici,  kurortoloji  əhəmiyyətə  malik  olan  meşələri 
məhv edir. 
Tədqiqat  apardığımız  qonur  dağ-meşə  zonasında  həmin 
torpaqların tipik yarımtipi də nisbətən geniş ərazidə yayılmışdır. 
Əsasən Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində formalaş-
mışdır. 
Tipik  qonur  dağ-meşə  torpaqlarında  yerin  relyefindən, 
yamacların  cəhətindən,  torpaq  əmələ  gətirən  süxurların  tərki-
bindən, quruluşundan və s. amillərdən asılı olaraq torpaq qatının 
qalınlığı 40-80 sm arasında tərəddüd edib, bəzi hallarda isə 1,5 
m-ə  qədər  artır.  Lakin  yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki, 
cənub yamaclarda inkişaf tapmış qonur meşə torpaqları daha çox 
skletli olurlar. 
Tipik qonur dağ-meşə torpaqların səciyyəvi nişanələrindən 
biri də rütubəti tezliklə dərin qatlara sızdırmasından ibarətdir ki, 
bu  da  torpağı  eroziyadan  qoruyub  saxlamaq  üçün  mühüm 
şərtlərdən biridir. 
Qonur dağ-meşə torpaqları səciyyələndirmək üçün Göygöl 
şəhərindən  10  km  şərqdə,  meylliyi  12-15
0
  olan  yamacda  fıstıq, 
vələs, qoz meşəsində qoyulmuş 3 saylı kəsimin təsvirini veririk.  
0-2 sm - meşə döşənəyi 
A

- 0-8 sm - tünd qonur, yüngül gilli, iri dənəvarı struktur-
lu, quruluşu kipvari və çoxlu köklər, nəmli və keçidi aydın 


 
47 
A

- 8-22 sm - açıq qonur olub, ağır gilli, dənəvari-kəltən-
vari,quruluşu kipvari, çoxlu köklər müşahidə edilir, nəmli və ke-
çidi aydındır 
B

-  22-51  sm  -  sarımtıl,  ağır  gillicəli,  tozvari-kəltənvari, 
quruluşu  kip,ağac  kökləri  müşahidə  edilir,  nəmli  və  keçidi  ay-
dındır. 
B

- 51-68 sm - sarımtıl samanı, ağır gillicəli, struktursuz, 
quruluşu  kip,  ağac  kökləri  müşahidə  edilir,  nəmli  və  keçidi 
aydın deyil. 
Kəsim    profilində  eləcə  də  aşağı  qatlarında  torpaq    HCl 
turşusunun  təsirindən qaynamır. Qonur dağ-meşə  torpaqlar  əsa-
sən meşə ərazisinin yuxarı hissəsində geniş yayılmışdır. Bu tor-
paqlar, meşənin orta qurşağında fıstıq və fıstıq-vələs ağacları al-
tında formalaşmışlar.  
Meşə ağacları qırıldığından, kol bitkiləri çoxluq təşkil etdi-
yindən  meşə döşənəyi dağılır, torpağın üst qatının strukturu po-
zulur, kipləşir və  yağmurlar düşdükdə torpaq asanlıqla yuyulur. 
Meşələrin  seyrəkləşməsində  iqlimin  quraqlaşması    və  bir  çox 
başqa təbii amillərində də rolu az deyildir. 
Qonur dağ-meşə torpaqların mexaniki tərkibi gilli və ağır 
gillicəli olub, profilində fiziki gilin (<0,01 mm)   miqdarı 59,20-
62,00%  təşkil  edir.  Lil  hissəciklərin  yuyulması  ilə  əlaqədar 
olaraq orta dərəcədə eroziyaya uğramış torpaqlarda fiziki gil də 
tədricən    azalmağa  doğru  getmişdir,  fiziki  gilin  miqdar  isə 
59,20-62,00% olmuşdur. 
Eroziya  prosesi  qonur  dağ-meşə  torpaqların  aqrokimyəvi 
göstəricilərinə  də  öz  mənfi  təsirini  etməklə  onların  miqdarını 
azaltmışdır. Belə ki, eroziyaya uğramamış növə nisbətən orta də-
rəcədə eroziyaya uğramış növün profil boyu humus 1,86-7,26%, 
ümumi  azot  0,11-0,26%, mütəhərrik  fosfor 16,40-18,60 mq/kq, 
kalsium-karbonat  (CaCO
3
)  birləşmələrin  miqdarı  4,5-2,4%, 
udulmuş əsaslar içərisində kalsium kationun miqdarı 100 qr tor-
paqda 22,57-16,96 mq/ekv arasında azalmışdır. 
Meşə ağacları qırıldığından, kol bitkiləri çoxluq təşkil etdi-
yindən meşə döşənəyi dağılır, torpağın üst qatının strukturu po-


 
48 
zulur,  kipləşir  və  yağmur  düşdükdə  torpaq  asanlıqla  yuyulur. 
Meşələrin seyrəkləşməsində iqlimin quraqlaşması bir çox başqa 
təbii amillərində də rolu az deyildir. 
Qonur dağ-meşə torpaqların mexaniki tərkibi ağır gillicəli 
olub, profilində fiziki gilin (<0,01 mm)   miqdarı 59,20-62,00% 
təşkil  edir.  Lil  hissəciklərin  yuyulması  ilə  əlaqədar  olaraq  orta 
dərəcədə  eroziyaya  uğramış  torpaqlarda  fiziki  gil  də  tədricən  
azalmağa  doğru  getmiş  və  onun    miqdarı  isə  59,20-62,00%  ol-
muşdur. 
Tünd  qonur  dağ-meşə  torpaqları  -
 
Bu  torpaqlar  fıstıq-
vələs və ya qarışıq meşələrin altında inkişaf edib, qəhvəyi meşə 
torpaqlarına keçid təşkil edir. Bunlar əsasən Göygölün ətrafında, 
xüsusilə Göygöldən şimalda geniş inkişaf etmişlər. 
Tünd qonur dağ-meşə torpaqların, adından məlum olduğu 
kimi  rənginin  tünd  olması  tərkibində  çürüntü  maddəsinin  çox-
luğu ilə izah olunur ki, buna görə də tipik qonur dağ-meşə tor-
paqlardan  fərqlənir.  Profil  boyu  bu  torpaqların  rəngi  tədricən 
dəyişilir. Bu növ torpaqların  əksəriyyətində torpağın  aşağı qat-
ları  karbonatlıdır.  Bu  bir  tərəfdən  rütubət  və  istilik  rejimindən, 
digər tərəfdən isə torpaqəmələgətirən ana süxurlardan asılıdır. 
Çürüntülü-karbonatlı  qonur  dağ-meşə  torpaqları  -  Bu 
torpaqlar  zonallıq  təşkil  etməyib  tünd  qonur  dağ-meşə  torpaq-
ların  içərisində,  xırda  sahələrdə,  gətirilən  aşınma  məhsullarının 
toplandığı sahələrdə çox rast gəlinir. 
Çürüntülü-karbonatlı  torpaqlar  əsasən  aşınmış  əhəng 
daşları  üzərində  əmələ  gəldiyi  üçün  torpaqların  profili  başdan-
başa  karbonatlıdır.  Bu  torpaqlarda  humusun  miqdarı  üst  qatda 
çox, strukturu  qozvari-dənəvari olub,  aşağı  qatlar  keçidi  aydın 
deyildir. 
Çürüntülü-karbonatlı qonur dağ-meşə torpaqları öz ekoloji 
şəraitinə  və  eləcə  də  tərkibində  toplanan  çürüntünün  miqdarına 
görə, qonur torpaqların başqa növlərindən fərqlənirlər. 
Yuxa,  tam  inkişaf  etməmiş  qonur  dağ-meşə  torpaqları  -
Bu torpaqlar Göygölün şərq və şimal-şərq hissəsində əsasən Kə-
pəzdən  qopmuş  süxurların  və  sal  qayalıqların  üzərində  şam  və 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə