Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə12/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

 
34 
sərhədlənir.  Çimli  dağ-çəmən  torpaqları  inkişaf  tapmış  zonada 
münasib  rütubət  və  istilik  olduğundan  burada  qalın  ot  örtüyü 
əmələ gəlmişdir. Burada müxtəlif çəmən bitkilərindən əlavə, ta-
xıl və paxlalılar fəsiləsindən olan otların kök sistemi torpağın üst 
qatında  narın  hissəcikləri  bir-birinə  bitişdirir  və  bunun  nəticə-
sində də üst qatda 3-8 sm qalınlığında çimli təbəqə əmələ gətirir. 
Çimli  təbəqənin  qalınlığı  və  onun  tərkibində  olan  üzvü  mad-
dələrin  miqdarı  ot  örtüyünün  növləri  və  zənginliyindən  asılıdır. 
Çimli dağ-çəmən torpaqların bitki kökləri ilə belə möhkəm bitiş-
məsi  onları  eroziya  prosesinə  qarşı  davamlı  edir.  Zonada  çimli 
dağ-çəmən  torpaqlar  zonasında    torpaqəmələgətirən  süxur  əsa-
sən bərk vulkanogen kvarslı porfiritli süxurlarından ibarət oldu-
ğu  üçün  xətti  eroziyanın  da  inkişafına  mənfi  təsir  göstərirlər. 
Ümumiyyətlə  bu  zonada  bitki  örtüyü  torpaqqoruyucu  əhəmiy-
yətə malikdir. 
Morfoloji  quruluşlarına  görə  bu  torpaqların  üst  qatı  qəh-
vəyi  və  ya  qonur  qəhvəyi  rəngdə  olur.  Bu  da  yəqin  ki,  çürün-
tünün  miqdarından və onun tərkibindən asılıdır. Lakin alt qatla-
rın rənginə süxurların təsiri daha çoxdur. Çünki süxurun rəngin-
dən  asılı  olaraq  torpağın  rəngi  də  müxtəlif  olur.  Bizim  tədqiq 
etdiyimiz    yuyulmamış  çimli  dağ-çəmən  torpaqların  tərkibində 
üst qatda 8-12%-ə qədər humus vardır. Lakin eroziyaya uğramış 
növlərində  isə  humusun  miqdarı  3-2%-dən  artıq  olmur.  Bunun 
əsas  səbəbi  yerin  relyefindən  asılı  olaraq  torpağın  və  onun  tər-
kibində  olan  humus  maddəsinin  səthi  yuyulma  vasitəsilə  yuyu-
lub  itməsidir.  Beləliklə  eroziya  prosesi  torpağın  profilini  xeyli 
gödəldir,  üst  humuslu  qatı  dağıdır  və  torpağın  tərkibində  olan 
humus və qida elementlərini kəskin azaldır. 
Çimli dağ-çəmən torpaqların mexaniki tərkibinə gəldikdə, 
onların yerin relyefindən, meyillik dərəcəsindən və ana süxurun 
tərkibindən asılı olaraq müxtəlifdir. Belə ki, yüngül və ağır gilli-
cəli növlərindən başqa gilli mexaniki tərkibə malik növlərinə də 
təsadüf olunur. 
2 saylı cədvəldə çimli dağ-çəmən torpaqların mexaniki tər-
kibi və bəzi kimyəvi göstəriciləri verilir. 


 
35 
Cədvəl 2 
 
Çimli dağ-çəmən torpaqların mexaniki tərkibi və bəzi kimyəvi 
göstəriciləri 
 
Udul
m

 
əs
as
la
rın 

mi
 
M
q.e
kv
.1
0
0
 
to
rpa
qd
a
n
 
4
4
,3
0
 
4
6
,0
0
 
Ca
CO
3
 
CO
2
 y
ə 
gör
ə 
%
 
yox
 
-//

Ümum

%
 
P
2
O
5
 
F
o
sf
o
r 
0
,2
3
 
0
,2
0
 
N
 
Azo
t 
0
,2
5
 
0
,2
4
 
H
um
us
%
 
4
,7
4
 
4
,2
8
 
H
iq
ro
s-
ko
pik
 
n
əmlik 
%
 
4
,5
 
4
,8
 
M
ex
a
nik


rkib 
fra
ks
iy
a
la
r
 
%
-l
ə 
F
iziki
 
G
il
 
<
0
,0
1
 
4
5
,7
6
 
4
8
,2
0
 
L
il
 
<
0
,0
0
1
 
1
5
,2
0
 
1
2
,4
0
 
D
ərinlik
 
sm
-l
ə 
0
-18
 
18
-45
 
K
əs
imi
n
 

-si
 
1
 

vl
ət
 
fo
nd
u
 
 


 
36 
Cədvəldən  göründüyü  kimi  çimli  dağ-çəmən  torpaqların 
mexaniki  tərkibi  ağır  və  orta  gillicəlidir.  Fiziki  gilin  (<0,01) 
miqdarı  profildə  45,76-48,20%  arasında  artıb  azalır.  Həmin 
torpaqlar  üzvi    maddə  ilə  yaxşı  təmin  olunmuşlar.  Profildə  hu-
musun  miqdarı  4,28-4,74%,  ümumi  azot  0,24-0,25%,  ümumi 
fosfor  (P
2
O
5
)  0,20-0,23%  təşkil  edir.  Bu  torpaqlarda  karbonat 
birləşmələri  yoxdur.  Tədqiq  etdiyimiz  torpaqlar  udulmuş  əsas-
larla  doymuşlar,  bunu  2  saylı  cədvəlin  rəqəmlərindən  görmək 
olar. 
2.Çimli  dağ-çəmən  torpaqları  -  Həmin  torpaqlar  yüksək 
dağlıq  zonada  məhdud  çərçivədə  yayılır.  Ümumi  ərazinin 
1,72%-ni əhatə edir. 
Çimli  dağ-çəmən  torpaqların  yayıldığı  ərazinin  geo-
morfoloji  quruluşu  çox  mürəkkəb  olaraq  relyefi  əsasən  dağlıq-
dərəlik,  meyilli  yamaclardan  və  meyilli  düzənlikdən  ibarətdir. 
Burada torpaq səthi nisbətən hamar, çim qatının qalınlığı 2-5 sm 
təşkil edir. Çimli dağ-çəmən torpaqları yuxa və orta qalınlıqlıdır. 
Çimli  dağ-çəmən  torpaqların  morfoloji  quruluşu  ilə  tanış 
olmaq məqsədi ilə 2 saylı kəsimin çöl təsvirini veririk.  
Kəsim Keçmış Əzizbəyov sovxozu ərazisində şimal baxar-
lıqda qoyulmuşdur. 
 0-3 sm - çim qatı, tünd boz 
A
1
 3-21 sm - tünd qəhvəyi, dənəvər orta və yüngül, gillicə-
li, az bərk, çoxlu kök və kökcüklər, HCl təsirindən qaynamır, az 
nəmli, keçidi aydındır. 
A 21-42 sm - qəhvəyi, topavari, orta və yüngül gillicəli, az 
bərk,  çoxlu  kökcüklər,  qurd  yuvaları,  az  nəmli,  HCl  təsirindən 
qaynamır, keçidi tədricidir. 
B 42-67 sm - rəngi üst qatdan açıq, topavari, yüngül gilli-
cəli, karbonat birləşmələri az nəmli, HCl təsirindən qaynamır. 
 
 
 
 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə