Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə9/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

 
25 
yamac boyu axırlar. Gəncəçay iki böyük qol qəbul edir ki, onlar 
Göygöl  rayonu  ərazisinə  axırlar.  Kiçik  qollardan  Mirzikçay, 
Zəncirliçay da rayon daxilinə axırlar. 
Gəncəçay başlanğıcını 2800-2850 m  yüksəklikdən götürə-
rək biləvasitə Kür çayına tökülür uzunlugu – 99 km, sutoplayıcı 
hövzəsinin  sahəsi  752  km
2
,  sutoplayıcı  hövzəsinin  orta  yük-
səkliyi  2501  m-dir.  Axımının  orta  illik  sərfi  (1956-60-cı  illərin 
müşahidəsinə əsasən) 4,06 m
3
 san-dır. Kürəkçay rayon daxilində 
aşağıdakı qolları qəbul edir, Ağsu, Sarısu, Qarabulaq, İlxındərə, 
Ömərçay, Bənövşəçayı və s. 
Kürəkçay  öz  başlanğıcını  2850-2900  m-ə  yaxın  yüksək-
likdən  götürərək  Kür  çayına  çatmamış  allüvial  düzənlikdə  itir. 
Sonra  bir  qədər  (Kür  çayı  istıqamətində)  irəlidə  Gərçay  adı  ilə 
qara sular şəklində üzə çıxır, yeni çay şəbəkəsi əmələ gətirir. 
Kürəkçayın  uzunluğu  126  km,  sutoplayıcı  hövzəsinin 
sahəsi  2080  km
2
,  hövzənin  orta  yüksəkliyi  2089  m,  onun 
axınının orta illik sərfi 2,88 m
3
/ san. Bu çayın
 
hövzəsində 10-dan 
çox  dağ  gölü  vardır.  Ən  böyüyü  Göygöldür.  Sonra  Maralgöl, 
Qaragöl,  Zəligöl,  Ördəkgöl,  Şamlıqgöl  və  s.  Bu  göllər  mən-
şəyinə  görə  “bənd”  göllər sırasına daxildirlər. Gölgöl  dəniz sə-
viyyəsindən    1576  m  yüksəklikdə  sıx  meşəliklər  arasında  mən-
zərəli bir dərədə  yerləşmişdir. Sahəsi  791,5 min  m
2
, orta dərin-
liyi 30 m, maksimum dərinliyi 96 m-ə çatır. 
Rayon  ərazisində  çay  şəbəkəsinin  müxtəlif  yüksəkliyə 
malik  olan  coğrafi  zonalarda  sıxlığı  eyni  deyildir.  Bu  onunla 
izah  olunur  ki,  yüksəklik  kompleks  fiziki-coğrafi  şəraitin  əsas 
göstəricisi  olmaq  etibarilə  eyni  zamanda  şəbəkə  sıxlığında  əks 
olunur . 
 
1.7
 
Tədqiqat obyektinin landşaftları 
Kiçik  Qafqazın  o  cümlədən  onun  şimal-şərq  hissəsinin 
landşaftları  Ş.A.Əzizbəyov,  M.A.Qaşqay,  R.N.Abdullayev 
(1954),  B.A.Budaqov  (1973)  və  başqaları  tərəfindən  ayrı-ayrı 
vaxtlarda  öyrənilmişdir.  Tədqiqat  obyekti  ərazisində  dağlıq  və 
düzənlik landşaft klasları mövcuddur ki, onlar da öz növbəsində 
bir neçə tipləri birləşdirir: 


 
26 
1.Dağlıq landşaft klası 
2.Yüksək dağ-çəmən kompleksi 
3.Dağ-meşə kompleksi və ya dağ-meşə zonası 
4.Dağ-meşə bozqır çəmən-kolluq kompleksi 
5.Alçaq və orta dağlıq dağ-bozqır kompleksi 
   
I.Dağlıq landşaft klası - aşağıdakı kompleksləri birləşdirir. 
1.Nival-subnival  kompleksi  -  göstərilən  landşaft  tipi 
dağların  zirvəsində  bəzi  yerlərdə  qar  sərhəddindən  də  yuxarıda 
yerləşir.  Bunu  Kəpəz  dağı  zirvəsində  müşahidə  etmək  olar. 
Burada  subnival-nival-glyatsiyal  kompleks  mövcuddur.  Bu 
zonada  süxurların  fiziki  aşınması  və  parçalanması  nəzəri  cəlb 
edir.  Burada  həm  də  külli  miqdarda  süxur  qırıntıları  böyük  və 
kiçik  ölçüdə  mövcuddur  ki,  bunlar  eroziya  məhsuludurlar.  Bu 
məhsullar Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində böyük 
sahələrdə müşahidə olunur.   
Həmin  zonada  landşaft  çılpaq  yamaclardan  ibarət  olub 
süxur  qırıntılarının  ətrafa  səpilməsi  ilə  nəzəri  cəlb  edir. 
Landşaftların inkişafı, onların müasir formalaşmasında əsas rolu 
qravitasiya  prosesi  və  eroziya  oynayır.  Göstərilən  proseslər 
landşaftın dinamik inkişafını və yeniləşməsini təmin edirlər. 
Qeyd  etmək  lazımdır  ki,  həmin  landşaft  ərazisində  bitki 
örtüyü  çox  zəif  inkişaf  etmişdir,  bəzi  yerlərdə  isə  bitki  örtüyü 
yox  dərəcəsindədir.  Həmin  landşaft  əhatəsində  olan  yerlərdə 
yosunlar və ibtidai bitkilər müşahidə edilir. Qeyd etmək lazımdır 
ki,  subnival  kompleks  zonasında  bitki  örtüyü  xırda  ləkələr 
şəklindədir.  Burada  əsasən  alp  zonası  bitkilərinin  bəzi  nüma-
yəndələrinə təsadüf edilir. Təsvir etdiyimiz təbii-ərazi kompleksi 
nisbətən  gənc  olaraq  əsasən  buzlaşma  dövründən  sonra  əmələ 
gəlmişdir. Burada relyef çox mürəkkəbdir. 
2.Yüksək  dağ-çəmən  kompleksi  -    Kiçik  Qafqazın  şimal 
və  şimal-şərq  hissələrində  yüksək  dağ-çəmən  kompleksi  land-
şaftı  çox  geniş  əraziləri  əhatə  edir.  Yüksək  dağ-çəmən  zonası 
çox  mürəkkəb  relyef  şəraitinə  və  geomorfoloji  quruluşa  malik-
dir. Həmin landşaft şaquli və üfüqi  istiqamətlərdə çox parçalan-
maya məruz qalmışdır. Kompleksdə  meyillik 40-45
0
 olub  bura-


 
27 
da çoxlu qobu şəbəkələri mövcuddur. Uçqunların geniş miqyas-
da olması dağ çəmənliklərinin parçalanmasına gətirib çıxarmış-
dır. 
Qeyd etmək lazımdır ki, dağ-çəmən zonası heyvandarlığın 
yem bazası hesab edilir. Burada mal-qaranın intensiv, normadan 
çox,  qeyri  fəsli  otarılması  nəticəsində  çəmənliklər  tapdalanmış, 
bitki örtüyü dağılaraq eroziya prosesinin əmələ gətirmiş və geniş 
areal kəsb etmişdir. Burada otlaq eroziyası baş verir. 
3.Dağ-meşə kompleksi və ya dağ-meşə zonası - haqqında 
danışdığımız  meşə  kompleksi  həmin  kompleksin  ərazisi  böyük 
meyillik  və  relyefin  parçalanması  ilə  səciyyələnir.  Burada  həm 
də  qobu  şəbəkəsi  geniş  sahəni  əhatə  edir.  Kiçik  Qafqazın  əra-
zisində  xüsusi  ilə  onun  şimal  və  şimal-şərq  hissəsində  təbii  və 
antropogen amillərin təsiri nəticəsində ərazi böyük dəyişikliklərə 
məruz  qalmışdır.  Əsasən  tektonik  hərəkətlər,  uçqunlar, 
sürüşmələr və eləcə də eroziya prosesləri ərazinin deformasiya-
sına səbəb olmuşdur.  
Dağ-meşə kompleksinin yuxarı hissəsində qonur dağ-meşə 
torpaqları  yayılmışdır.  Burada  əsasən  palıd,  fıstıq  ağacları 
inkişaf  edir.  Dəniz  səviyyəsindən  1800-2000  m  hündürlükdə 
alçaq boylu qayın ağacı (beryeza) da inkişaf edir. 
Meşə  kompleksinin  aşağı  qurşağında  qəhvəyi  dağ-meşə 
torpaqları  formalaşmışdır.  Burada  əsasən  palıd  və  palıd-vələs 
ağacları  meşə  örtüyünü  formalaşdırır.  Meşə  kompleksinin  bu 
hissəsində  ağacların  sistematik  qırılması,  mal-qaranın  meşədə 
otarılması nəticəsində eroziya prosesi geniş miqyasda yayılmış-
dır.  Ağacların  intensiv  qırılması  nəticəsində  düşən  yağmurlar 
torpağı  dağıdır,  aşağı  qatlara  hopma  əvəzinə  axın  yaradaraq  
fəlakətli səthi eroziya  yaradır və sel  axınlarının formalaşmasına 
şərait yaradır. 
Meşələrin  qırılması  təbii  müvazinəti  pozur.  Qeyd  etmək 
lazımdır  ki,  meşələr  xüsusi  ilə  dağ  meşələri  torpaqqoruyucu, 
sutənzimedici və kurortoloji əhəmiyyətə malikdirlər. 
4.Dağ-meşə  bozqır  çəmən  kolluq  kompleksi  -  Landşaft 
tipləri  içərisində  dağ-meşə,  çəmən  kolluq  kompleksi  nisbətən 
məhdud  ərazini  əhatə  edir.  Əsasən  Göygöl-Şəmkir  ərazisində 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə