Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə10/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

 
28 
dəniz  səviyyəsindən  500-700  m  hündürlükdə  yerləşərək,  dağa-
rası çökəkliklərdə və çay hövzələrində yayılır. Həmin landşaftın 
relyefi  qravitasiya  və  eroziya-denudasiya  prosesləri  altında  for-
malaşır. Burada eroziyanın fəlakətli növü olan torpaq sürüşməsi 
geniş vüsət alaraq xalq təsərrüfatına böyük ziyanlar vurur. 
5.Dağ-bozqır kompleksi - Alçaq dağlıq və orta dağlıq dağ-
bozqır  kompleksi  Kiçik  Qafqazın  bütün  yamaclarında  bu 
landşaft  tipi  geniş  əraziləri  əhatə  edir.  Burada  əsasən  arid-
denudasiya və eroziya-denudasiya prosesləri hökm sürür. Həmin 
proseslərin  intensivliyi  mütləq  və  nisbi  yüksəklikdən  səthin  
meyilliyindən, litoloji tərkibdən və iqlim şəraitindən asılıdır. 
6.Dağətəyi  düzənlik  və  yarımsəhra  zonası  -  bu  landşaft 
forması geniş areala malikdir, dağətəyi düzənliyi və yarımsəhra 
zonasını əhatə edir. Zonada arid şərait hakimdir. Həmin landşaft 
üçün  yüksək  minerallaşmış  qrunt  sularının  olması  səciyyəvidir. 
Burada  şorlaşmış  və  şorakətləşmiş  torpaqlar  mövcuddur  ki, 
meliorativ tədbirlərin tətbiqini zəruri edir. 
Kiçik  Qafqazın  şimal-şərq hissəsinin təbii tarixi şəraitinin 
tədqiqi  göstərdi  ki,  az  bir  məsafədə  təbii  qurşaqlar  biri-birini 
əvəz  edərək  yüksək  dağlıqdan  yarımsəhra  zonasına  qədər  gəlib 
çatır.  Belə  vəziyyəti  dünyada  az  yerdə  müşahidə  etmək  olar. 
Təbiət  respublikamıza  dəyərli  və  göz  oxşayan  landşaftlar 
hədiyyə etmişdir. Bizim isə borcumuz bu təbii gözəl landşaftları 
qoruyub gələcək nəsillərə təhvil verməkdən ibarətdir. 
 
 
 
 
 
 
 
 
 


 
29 
II  FƏSİL 
 
KİÇİK  QAFQAZIN  ŞİMAL-ŞƏRQ  HİSSƏSİNİN 
TORPAQ  ÖRTÜYÜ,  TORPAQLARIN  MORFO-
GENETİK  XÜSUSİYYƏTLƏRİ,  EKZOGEN  VƏ 
ANTROPOGEN  PROSESLƏRİN  ONLARIN 
MÜNBİTLİYİNƏ  TƏSİRİ 
 
2.1 Bölgənin torpaq örtüyünün öyrənilməsi 
Təbiətdə  mövcud  olan  başqa  ekosistemlərlə  müqayisədə 
torpaq ekosistemi malik olduğu funksiyalara görə xüsusi yerə və 
çəkiyə malikdir. Torpaq ekosistemi başqa ekosistemlərin inkişaf 
bazası  hesab edilə bilər (5), belə ki, o əksər ekosistemlərə həyat 
vermə qabililyyətinə malikdir. 
Rus  imperiyasının  Azərbaycana  təsəllütü
 
dovründə    res-
publika  ərazisində  o  cümlədən  Kiçik  Qafqaz  ərazilərində    tam 
həcmli  torpaq tədqiqatları aparılmamış, torpaqların tip və təsni-
fatı  haqqında  məlumatlar  olmamışdır.  Bu  dövrdə  rus  torpaq 
elminin  banisi  V.V.Dokuçayev  1899-cu  ildə  Qafqaza  səfər 
çərçivəsində  regionun  torpaqları  haqqında  ümumi  fikir  söylə-
mişdir.  V.V.Dokuçayevdən  sonra  Qafqaz  torpaqlarının  forma-
laşması və dağlıq zonada torpaqların şaquli zonallıq qanunu əsa-
sında formalaşması haqda fikir söyləmişdir.  Şaquli zonallıq qa-
nununa  tabeliliyi  haqda  da  S.A.Zaxarov  (1927)  məlumat  ver-
mişdir. S.A.Zaxarov hər bir torpaq zonasında, torpaqların  mor-
foloji  quruluşu  və  torpaqəmələgəlmə    şəraitini  nəzərə  almaqla, 
torpaq müxtəliflikləri ayırmışdır. 
Kiçik  Qafqazın  torpaq örtüyünün miqyaslı  tədqiqi 1924-
cü ildə V.P.Smirnov–Loqinovun (1974) rəhbərliyi ilə “Azərbay-
canın öyrənilməsi” cəmiyyətinin, köməyi ilə  başlanmışdır. Hə-
min ildə torpaq ekspedisiyası təşkil olaraq regionun şərq  hissə-
sinə, əsasən Daglıq Qarabağ ərazisinə göndərilmişdir. Lakin Ki-
çik  Qafqaz  ərazisində,  miqyaslı  və  əsaslı  tədqiqat  S.A.Zaxaro-
vun    rəhbərliyi  ilə  başlanmış  və  böyük  həcmli  torpaq  tədqiqatı 
aparılmışdır. 
Həmin  ekspedisiyanın  apardığı  həcmli  tədqiqatlara  əsasən 
S.A.Zaxarov  respublika  ərazisində  torpaq  ehtiyyatlarının  səmə-


 
30 
rəli  istifadəsi məqsədi  ilə rayonlaşdırma aparmış və əldə  etdiyi 
nəticələrə əsasən yazdığı və nəşr  etdiyi hesabatda torpaqəmələ-
gəlmə şəraitini göstərmişdir. 
1927-1936-ci  illərdə  böyük  rus  torpaqşünası  V.V.Akimt-
sov  Gəncə  bölgəsində  torpaq  tədqiqatı  apararaq  pambıqçılığın 
inkişafı üçün torpaqları  ayırmış və onların təsnifatını vermişdir. 
Sonralar  bölgədə  A.S.Preobrajenski  (1934-1936)  tərəfindən 
Göygöl  və  Goranboy  rayonlarının  dağlıq  hissəsi  tədqiq  edil-
mişdir.  Kiçik  Qafqazın  cənub  və  şimal-şərq  hissəsində  (əsasən 
Murovdağ  və  Şahdağ  zonasında)  1939-cu  ildən  başlayaraq  
M.E.Salayev,  B.A.Klopatovski,  Ə.K.Zeynalov  torpaq  tədqiqatı 
apararaq  bölgədə  dəmyə  şəraitində  əkinçiliyin  inkişafı,  otlaqla-
rın vəziyyətinin yaxşılaşdırılması yollarını müəyyənləşdirmişlər. 
Kiçik  Qafqazın  müxtəlif  yamaclarında  1954-cü  ildən 
etibarən  B.M.Ağayev  (1955),  F.İ.İsmayılova,  Ş.Q.Həsənov, 
H.Q.Babayev  (1971),  M.E.Salayev  (1965),  B.Q.Şəkuri  (2005), 
Q.Q.Həsənov, Ə.Ə.İbrahimov və  başqaları ətraflı tədqiqat işləri 
aparmışlar.  1970-1980-ci  illərdə  B.Q.Şəkurinin  rəhbərliyi  altın-
da  Kiçik  Qafqazın  şimal  və  şimal-şərq  hissəsində  beynəlxalq 
proqram  əsasında  torpaqların  bioloji  məhsuldarlığı  tədqiq  edil-
miş ki, bunun da nəticələri bir neçə monoqrafiya dərc edilmişdir.  
Kiçik Qafqazın torpaq örtüyü, torpaqların təsnifatı, morfo-
genetik  xüsusiyyətləri  köklü  şəkildə  M.E.Salayev  (1965), 
B.Q.Şəkuri (2004) tərəfindən verilmiş və həmin bölgəyə  bir ne-
çə monoqrafiya həsr edilmişdir. 
Aparılan çox saylı və miqyaslı tədqiqatlara əsasən göstər-
mək  lazımdır  ki,  özünün  təbii  və  geomorfoloji  xüsusiyyətlərinə 
görə  Kiçik  Qafqazın  şimal-şərq  hissəsi  relyefinin  mürəkkəbliyi 
və  müxtəlifliyi  ilə başqa bölgələrdən xeyli fərqlənir. Bunu  gös-
tərmək  kifayətdir  ki,  bölgədə  yüksəklik  amplitudası  85-3724  m 
(dəniz  səviyyəsindən)  təşkil  edir.  Bu  həm  də  bölgə  ərazisinin 
geoloji quruluşunun xeyli mürəkkəbliyini göstərir. 
Bölgədə təbii amillərin mürəkkəbliyi və alabəzəkliyi bura-
da özünəməxsus iqlim parametrlərinin formalaşmasına səbəb ol-
muşdur. Təbii şəraitin mürəkkəbliyi həm də bitki örtüyünün rən-
garəngliyinə və şaquli qurşaqlarda formalaşmasına səbəb olmuş-
dur. Göstərilən amillər bölgədə bioloji potensiyalın və torpaq ör-


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə