Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə7/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   2   3   4   5   6   7   8   9   10   ...   32

 
19 
1 saylı cədvəldə Kiçik Qafqazın şimal-şərq hissəsində orta 
aylıq və illik iqlim göstəriciləri gətirilir. Cədvəlin rəqəmlərindən 
göründüyü  kimi  iqlim  parametrləri  ərazinin  geomorfoloji 
quruluşundan,  dəniz  səviyyəsindən  hündürlüyündən,  təbii 
qurşaqlarından  xeyli  asılıdır.  Tədqiqat  obyekti  bölgəsinin  iqlim 
parametrlərinin  izahı  göstərir  ki,  bölgədə  kənd  təsərrüfatı 
bitkilərinin  inkişafı,  yüksək  və  sabit  məhsul  verməsi  üçün 
əlverişli şərait vardır. İqlimin müsbət durumunu, ekosistemlərin 
mövcud  vəziyyətini,  təbii  müvazinətin  saxlanılması  üçün  təbiət 
qoruyucu tədbirlər tətbiq edilməli, meşələrin, otlaqların, torpaq-
bitki örtüyünün mühafizəsi ön plana çəkilməlidir. 
 
1.5
 
Bitki örtüyü və torpaqəmələgəlmə prosesində  
onun rolu 
Bitki  örtüyü  torpaqəmələgəlmə  prosesində  və  torpağın 
yuyulmadan qoruyub saxlayan ən mühüm amillərdən biridir. O, 
torpağa düşən yağmuru özündə saxlamaqla bərabər, torpağın su 
sızdırma qabiliyyətini artırır ki, bunun da nəticəsində səthi axı-
mın və torpağın yuyulmasının qarşısı alınır. 
Bitki örtüyü zəif inkişaf etmiş və ondan tamamilə məhrum 
olan  sahələrdə  yağmurlar  bir  başqa  torpağın  üzərinə  düşdüyün-
dən onun az bir hissəsi torpağa hopub, qalan hissəsi isə torpağın 
səthi ilə axaraq torpağın yuyulmasına səbəb olur. 
Qeyd etmək lazımdır ki, Kiçik Qafqazın başqa yamacların-
da olduğu kimi onun şimal-şərq yamacında  da bitki örtüyü şa-
quli  zonallıq  qanununa  əsasən  formalaşmışdır.  Ərazinin  dağlıq 
zonasından aşağı  endikcə bitki  formasiyalarında  dəyişiklik mü-
şahidə edilir. Hündürlüyü dəniz səviyyəsindən 2700-2800 m-dən 
çox  olan  qayalıqlı  və  çınqıllı  yerlərdə  alp  çəmənliyinə  mənsub 
olan,  yerə  yapışan  bitkilər  və  zınqırov  fəsiləsinə  aid  olan  otlar 
inkişaf  etmişdir.  Bundan  aşağıda  çəmən  zonasının  normal  rü-
tubətli yamacları müxtəlif alp və subalp ot bitkiləri ilə örtülmüş-
dür. Lakin alp çəmənliklərinə mənsub olan bitkilərin boyları qı-
sa və növləri nisbətən azdır. Aparılan tədqiqatdan aydın oldu ki,  
alp zonasında bitki örtüyü seyrək və onların boyları qısadır. Belə 
sahələrdə  mal-qaranın  sistemsiz  və  çox  otarılması  bitki  örtüyü-


 
20 
nün daha da seyrəkləşməsinə və bəzi sahələrin isə tamamilə bit-
ki örtüyündən məhrum olmasına səbəb olur ki, bunun da nəticə-
sində eroziya prosesi geniş inkişaf edərək torpaqların deqradasi-
yasına şərait yaranır. 
Dağların yüksəkliyindən, yamacların cəhətindən və.s amil-
lərdən  asılı  olaraq  subalp  çəmənliklərinin  sərhədləri  1700  m-ə 
qədər  aşağı  düşür.  Bunun  əsas  səbəbi  yuxarı  meşə  sərhəddində 
olan ağacların insanlar tərəfindən qırılmasıdır. Bunun nəticəsin-
də meşə bitki örtüyü əvəzinə çəmən bitki qrupları əmələ gəlmiş-
dir.  Məhz  buna  görə  də  bu  sahələrin  torpaqları  hazırda  dağ-çə-
mən  torpaqlarına  meyil  edirlər.  Subalp  çəmənlərinin  səciyyəvi 
bitki nümayəndələrindən dəyişən tonqalotu, alp qırtıcı, üçyarpaq 
yonca, mərcanotu və s. göstərmək olar. Bu bitkilərə alp çəmən-
liyində də təsadüf edilir, lakin onların boyları qısa olur. 
Subalp  bitkilərinin  boyları  hündür  və  çox  olduğu  üçün 
bunlardan biçənək kimi də istifadə edilir. Təbii bitki örtüyü po-
zulmamış sahələrdə subalp çəmənliyinin böyük torpaqqoruyucu 
qabiliyyəti vardır. Burada bitən müxtəlif dənli və paxlalı bitkilər 
torpağı  atmosfer  çöküntülərinin  dağıdıcı  qüvvəsindən  mühafizə 
edir. Dağ-çəmən zonası tədricən meşə zonasına keçir. Lakin belə 
qanunauyğunluq  Göygöl  rayonunda  pozulur.  Çünki  meşərlərin 
qırılması ilə əlaqədar olaraq çəmən bitkiləri meşə zonasına soxu-
lub birbaşa mezofil çəmən bitkilərini o cümlədən pişikquyruğu, 
qıyıq otu, qısaayaq, orta titrək, mərcan otu, quzu qulağı, üçyar-
paq yonca, qara yonca və s. inkişafı üçün əlverişli şərait yaradır.  
Tədqiqat bölgəsi ərazisində olan meşələr Gəncəçay və Kü-
rəkçay  hövzələrində  daha  çox  yayılmaqla,  dəniz  səviyyəsindən 
700 m-dən 2100 m-ə qədər olan yüksəklikdə inkişaf tapmışdır.  
Burada zonalardan asılı olaraq meşələr müxtəlif ağac cins-
lərindən  əmələ  gəlmişlər,  bunların  içərisində    fıstıq,  ağcaqayın, 
palıd, vələs və bəzi ağac növləri üstünlük təşkil edir. Təkcə qa-
yın  ağacı  meşələri  yalnız  meşələrin  yuxarı  hissəsində,  başlıca 
olaraq Göygöl ətrafında müşahidə edilir.  
Kiçik  Qafqazın  şimal-şərq  hissəsində  meşə  bitki  formasi-
yaları şaqüli istiqamətdə aşağıdakı qayda ilə bir-birini əvəz edir. 
Alçaq  dağlıq  qurşaqda  gürcü  palıdı,  orta  dağlıq  qurşaqda  şərq 


 
21 
fıstığı,  vələs  və  yuxarı  dağ  qurşağında  isə  şərq  palıdını  gös-
tərmək  olar.  Burada  olan  palıd  meşələri  tək-tək  hallarda    başqa 
ağac  cinslərilə  qarışır.  Bəzən  bu  ağacların  arasında  başqa  ağac 
cinsləri,  ağcaqayın  və  vələs  ağaclarına  rast  gəlinir.  Bunlar  me-
şənin  yuxarı  və  orta  hissəsində  inkişaf  edirlər.  Aşağı  qurşaqda 
gürcü  palıdı,  şimal  yamacları  da  daxil  olmaqla,  müxtəlif  eks-
pozisiyalarda bitmişlər. Burada kolluqlara da rast gəlmək olur.  
Tədqiqat apardığımız ərazinin  iqlimi, relyefi, torpaq örtü-
yü  və torpaqəmələgətirən süxurlarının müxtəlif olması orada bi-
tən  meşə  bitkilərinin  rəngarəng  olmasına  səbəb  olmuşdur.  Belə 
ki,  meşənin aşağı qurşağında olan ağacların boyu qısa və meşə-
nin  sıxlığı  isə  0,1-0,3  təşkil  edir.  Dağ  yamacı  ilə  yüksəkliyə 
qalxdıqca  bu  ağaclar  sıxlaşmaqla  yanaşı,  hündür  boylu  və  çox 
növlü  meşələrə  çevrilir.  Beləliklə  quraqlığa  davamlı  olan  meşə 
ağacları yüksəkliyə qalxdıqca nəmlik sevən (rütubət) ağac növ-
ləri ilə əvəz olunurlar. 
Alçaq dağ-meşə qurşağı  dəniz səviyyəsindən 600-1000 m 
hündürlüyü  olan  sahələri  tutaraq,  əsasən  kol  bitkilərindən  ye-
mişan,  əzgil,  qaramurdarça,  zoğal,  alça,  vələs  və  palıd  ağacla-
rından  ibarətdir.  Orta  dağ  qurşağına  qalxdıqca  bu  kollar  azalır. 
Orta  dağ-meşə  qurşağı  dəniz  səviyyəsindən  1000-1700  m 
hündürlükdə,  yüksək  boylu  fıstıq  meşələrilə  örtülmüş  olurlar. 
Lakin  1300-1700  m  hündürlükdə  inkişaf  tapmış  fıstıq  ağacları 
hündür boylu olmaqla sıxlaşaraq  az növlü ağaclardan ibarət ti-
pik  fıstıq  sahələri  yaradırlar.  Burada  3-5  sm  qalınlığında  meşə 
döşənəyi əmələ gəlir, ot bitkisi isə inkişaf edə bilmir. 
Yuxarı dağ-meşə qurşağı 1700 m-dən 2100 m-ə qədər qal-
xaraq  meşə  ağacları  bir  qədər  xırda  boylu  və  seyrək  olduqları 
üçün  ot  örtüyünün  də  inkişafına  şərait  yaranır.  Bu  qurşaqda  ən 
çox işıq sevən şərq palıdına, şimal yamaclarda isə palıd ilə qarı-
şıq şərq fıstığına rast gəlinir. Daha yüksəyə qalxdıqca palıdın sa-
yı çoxalır, fıstıq isə azalır və nəhayət itir. Bəzi sahələrdə bu toz 
ağacı ilə əvəz olunur. 
Müəyyən  edilmişdir  ki,  meşə  bitki  formasiyasının  şaquli 
zonalıq üzrə belə dəyişməsi başqa amillərlə birlikdə torpaq tiplə-
rinin  də  dəyişməsinə  böyük  təsir  göstərir.  Belə  ki,  alçaq  dağlıq 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə