Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə5/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   2   3   4   5   6   7   8   9   ...   32

 
14 
Kürəkçay  həmin  akkumliyativ  çöküntüləri  kəsən  yerdən  əlavə, 
kiçik çay dərələri, qobular və yarğanlar əmələ gətirərək, relyefin 
mürəkkəbləşməsinə şərait yaratmışlar. 
Göstərilən  çökəklikləri  bir-birindən  ayıran  dağ  silsilələri-
nin yamacları çox kəskin surətdə fərqlənərək meyilliyi 30-45
0
 və 
bəzən daha çox olur. 
Zonanın  şimal-şərq  hissəsindən  axan  Kürəkçay  ətrafında 
dərə və  yarğanlara da təsadüf edilir. Bunların dərinliyi 10-15 m 
və bəzi hallarda daha çox olur. 
4. Dağətəyi zona - Bu geomorfoloji zona rayonun qərb və 
şərq hissəsində 700 m-dən 450-400 m-ə qədər hündürlüyü olan 
sahələri  əhatə  edir.  Təsvir  etdiyimiz  bu  geomorfoloji  rayonun 
ümumi  meyilliyi  azdır  və  şimal  istiqamətində  olmasına  bax-
mayaraq,  yarğan,  qobu  və  dərələr  vasitəsilə  kəskin  parçalan-
mışdır. Rayonların bu hissəsinin relyefi kiçik təpə və düzənlik-
lərin olması ilə səciyyələnir. Həmin təpəciklərin hündürlüyü isə 
20-50 m arasında dəyişir.Təsvir etdiyimiz zonanın meyilliyi cə-
nub-şərq və cənub-qərbə getdikcə daha da artır. Rayonun bu his-
səsindən  axan  çaylar  Qoşqarçay,  Gəncəçay,  Kürəkçay  öz  yerli 
eroziya  bazislərini daha da aşağı salaraq maili düzənliyə çıxır. 
Ərazinin  cənub-şərq  hissəsinə  gəldikdə  ümumi  meyillik 
şimal  istiqamətində olmaqla orada çoxlu  dərə,  yarğan, qobu və 
çaylaqlar əmələ gəlmişdir ki, bunların da istiqaməti Gəncə maili 
düzənliyinə  doğru  çevrilmişdir.  Bu  şəkildə  parçalanma 
nəticəsində  çoxlu  əlavə  yamaclar  əmələ  gəlib  ki,  bunlarında 
meyilliyi  artaraq  bəzi  yerlərdə  hətta  15-20
0
-dən  çox  olur.  Belə 
parçalanmış  yamaclarda  meyilliyin  artması  nəticəsində  yeni 
qobu,  yarğan  və  s.  əmələ  gəlmiş  və  hazırda  da  bu  hadisənin 
davam  etməsi  müşahidə  olunur.  Rayonun  qərbində  meyillik 
tədricən  azalır  və  geniş  düzənlik  sahəyə  çevrilir.  Burada  əmələ 
gəlmiş  yarğanlar,  dərələr,  qobular  və  çaylar  düz  istiqamətdə 
şimala doğru inkişaf edərək uzunluğu 8-10 km-ə çatır. Bunların 
da dərinliyi 10-15 m, eni isə 20-30 və bəzi yerlərdə 50 m-dən də 
artıq  olur.  Bu  relyef  formaları  bəzi  yerlərdə  Gəncə  maili  dü-
zənliyinə çıxdıqdan sonra, yenə də istiqamətlərində inkişaflarını 


 
15 
davam  etdirirlər.  Təsvir  olunan  zonada  şimala  doğru  relyefin 
meyilliyi tədricən azalaraq maili düzənlikdə itirlər. 
5. Gəncə  maili  düzənliyi  -  Bu  geomorfoloji zona tədqiqat 
apardığımız  ərazinin  şimal  hissəsini  əhatə  etməklə  hündürlüyü 
dəniz səviyyəsindən 450-400 m-dən az olan sahələri əhatə  edir. 
Bu  sahə  dağətəyi  zona  ilə  Kürçayı  arasında  yerləşir.  Onun 
qərbdən sərhəddi Şəmkirçay, şərqdən isə Kürəkçaydır. 
Gəncə  maili  düzənliyi  relyefin  sadəliyi  ilə  o  biri  zona-
lardan  kəskin  surətdə  fərqlənir.  Bu  zonadan  şimala  doğru  get-
dikcə  yastı  maili  düzənliyin  sahəsi  genişlənir  və  şimalda  Kür-
çayı dərəsi ilə kəsilir. Düzənliyin Kürçayı ilə kəsişdiyi yer çoxlu 
miqdarda qobu, yarğan, dərə və s. vasitəsilə parçalanmışdır, əra-
zinin  bu  hissəsindən  axan  çaylar  düzənliyin  dərin  parçalan-
masına səbəb olubdur. Belə ki, düzənliyə çıxdıqdan sonra Şəm-
kirçayın dərəsinin dərinliyi 30-40 m, Gəncəçayın isə 40-60 m və 
daha çoxdur. Çay dərələrinin dərinliyinin belə artması bu sahə-
lərdə qobu eroziyasının da intensiv surətdə getməsinə təsir gös-
tərmişdir.  Bəzi  çaylar  isə  dayaz  yataqlarla  axaraq,  gətirdikləri 
çöküntüləri  düzənliyin  səthinə  yayır.  Buna  misal  Kürəkçay, 
Qoşqarçay və s. çayları göstərmək olar. 
 
1.3 Torpaqəmələgətirən süxurlar 
Məlum  olduğu  kimi  torpaqəmələgətirən  süxurlar  torpaq-
ların formalaşmasında çox böyük rol oynayırlar. Belə süxurların 
mineraloji tərkibi torpaqların geokimyəvi tərkibini əmələ gətirir 
və  onun  münbitliyini  zənginləşdirir.  Kiçik  Qafqazın  şimal-şərq 
yamacı  sinklinallarında,  xüsusilə  də  Murovdağ,  Şahdağ  silsi-
ləsinin 
şimal  yamacları  püskürmə  və  çökmə  süxur 
komplekslərinin olması ilə səciyyələnir. Tədqiq etdiyimiz region 
daxilində yura çöküntüləri vulkanogen xarakter daşıyaraq dağlıq 
zonada  daha  çox  yayılmışdır.  O,  müxtəlif  kvarslı  porfirlərin, 
onların  tuflarının  və  tuf  brekçiyalarının  qalın  qatlarından  iba-
rətdir. Onların arasında qumdaşı tipli normal çökmə süxurlara və 
gilli şistlərə də rast gəlinir. 


 
16 
 Əhəng  daşları  adətən  sinklinallarda  olmaqla  Göygöl 
yaxınlığında və Kəpəz dağında xeyli inkişaf etmişdir. 
Senoman  çöküntüləri  Qoşqarçay  ilə  Gəncəçay  arasında 
yayılmışdır.  Tədqiqat  apardığımız  rayonun  şimal  hissəsində 
akkumulyasiya prosesi üstünlük təşkil edir. Təsvir edilən sahədə 
dördüncü  dövürə  aid  olan  karbonatlı  gilli  və  gilləcəli  süxurlar 
geniş yayılmışdır. 
 
1.4
 
Göygöl bölgəsi ərazisində iqlimin əsas xüsusiyyətləri 
Torpaqəmələgəlmə  prosesində  və  eləcədə  torpaqların  ero-
ziya prosesinə məruz qalmasında iqlimin çox böyük rolu vardır. 
Qeyd  etmək  lazımdır  ki,  təbii  amillər  içərisində  eroziya 
prosesinin əmələ gəlib inkişafında başqa amillərə nisbətən iqlim 
və ilk növbədə yağıntılar həlledici rola malikdir. 
İqlim parametrləri torpaqəmələgəlmə prosesində də böyük 
əhəmiyyətə malikdir. 
Ərazinin  dağətəyi  düzən  hissəsində    yağıntıların  azlığı  və 
orta temperaturun nisbətən yüksək olması səciyyəvidir. Ərazinin 
orta  dağlıq  və  yüksək  dağətəyi  zonalarında  illik  yağıntıların 
miqdarının tədricən artması və orta illik temperaturun yüksəkli-
yə qalxdıqca aşağı düşməsi nəzərə çarpır. Yüksək dağlıq qurşaq-
da yağıntıların miqdarı artır, temperaturun miqdarı xeyli azalır. 
Göygöl  bölgəsi  ərazisi  mürəkkəb  geomorfoloji  quruluşa 
malik olduğu ilə əlaqədar burada müxtəlif iqlim tipləri mövcud-
dur. 
E.M.Şıxlinski  Kiçik  Qafqazın  şimal  və  şimal-şərq  his-
səsində iqlimi rayonlaşdırarkən 4 iqlim tipi ayırmışdır  ki, bunlar 
şaquli zonallıq qanununa uyğunluq təşkil edir. 
1.Yüksək dağlıq tundra iqlimi 
2.Soyuq və quru qış iqlimi 
3.Mülayim isti və quru qış iqlimi 
4.Mülayim isti yarımsəhra və quru çöllərin quru qış iqlimi 
Bu  zonaların  içərisində  yamacın  baxarlığı  mütləq  yük-
səkliklərdən 
relyefin  formalarından  asılı  olaraq  iqlim 
parametrləri dəyişir. Tədqiqat obyekti olan Kiçik Qafqazın şimal 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə