Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə4/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   2   3   4   5   6   7   8   9   ...   32

 
11 
Göygöl  rayonunun  ayrı-ayrı  geomorfoloji  zonalarının  təs-
virinə  keçməzdən  əvvəl  qeyd  etmək  lazımdır  ki,  dağlıq  zonada 
əsasən denudasiya relyef forması mövcuddur. Burada akkumul-
yasiya sahələri kiçik olmaqla müvəqqəti xarakter daşıyır. Dağə-
təyi zonada isə bunun əksinə olaraq əsasən akkumulyasiya pro-
sesi  daha  çox  inkişaf  tapmışdır.  Region  daxilində  olan  dağlar 
bir-birlərindən tektonik çökəkliklərlə seçilirlər. 
Tədqiqat  apardığımız  Göygöl  regionu  səthi  quruluşuna, 
hündürlüyünə  və  s.  fiziki-coğrafi  xüsusiyyətlərinə  görə,  şimal-
dan cənuba doğru, bir-birindən kəskin fərqlənən 5 əsas geomor-
foloji zonaya bölünür. 
1.Yüksək dağlıq zona - Bu geomorfoloji zona rayonun də-
niz səviyyəsindən 2000 m-dən 3000 m və daha çox hündürlüyü 
olan sahələrini  əhatə  edir. Həmin zonanın  cənub qurtaracağı öz 
relyef formasına  görə başqa sahələrdən daha çox fərqlənir. Bu-
ranın hündürlüyü 3000 m və daha çox olmaqla, Murovdağ, Şah-
dağ  silsilələrindən  başlamış  Murovdağ  silsiləsi  üzrə  şərqdən-
qərbə  doğru  ensiz  suayrıcı  boyu  qayalıq  zonadan  ibarətdir.  Bu 
zonada  bitki  örtüyünün  inkişafı  üçün  əlverişli    şərait  olma-
dığından torpaqəmələgəlmə prosesi  son dərəcə ibtidai mərhələ-
dədir. Bitki örtüyü çox zəif, bəzi sahələr isə hətta ondan tamami-
lə məhrumdur. Bu qayalıqların  ətəklərində  müxtəlif irilikdə  daş 
səpintiləri və çınqıllıqları əmələ gəlmişdir ki, bu da əsasən fiziki
mexaniki  və  kimyəvi  aşınma  məhsulunun  toplanması  yolu  ilə 
baş vermişdir. 
Qayalıq  zonadan  şimala  doğru  getdikcə  dağların  hündür-
lüyü  azalır,  çay  şəbəkəsinin  sıxlığı  isə  çoxalır.  Həmin  çaylar 
müxtəlif istiqamətlərdə axmaqla relyefin parçalanmasına, meyil-
liyin  artmasına  və  məhəlli  eroziya  bazisinin  dərinləşməsinə  sə-
bəb olur. Bu zona oroqrafik cəhətdən də çox mürəkkəbdir. Mu-
rovdağ antiklinorisindən şimala doğru bir çox antiklinal və sink-
linallar uzanır. Buranın relyefinin əmələ gəlməsində qədim dövr 
buzlaşmalarının da böyük rolu olmuşdur. Murovdağ  və Şahdağ 
antiklinorisinin  dik  yamaclı  ensiz  suayrıcı  tili  üzərində  qədim 
buzlaq izləri aydın seçilir. Belə ki, “Kamış”, “Bənövşə” və baş-


 
12 
qa zirvələrdə qədim buzlaq formalarından olan karlara, morenlə-
rə və s. buzlaq relyef formalarına rast gəlinir. 
Məlum  olduğu  kimi  Kiçik  Qafqazda  2  dəfə  buzlaşma  ol-
muşdur.  Bu  zonanın  yüksək  dağlıq  hissəsində    ikinci  buzlaş-
manın  izləri  çox  yaxşı  qalmışdır.  Qədim  buzlaşmanın  izlərini 
yamacların yuxarı hissələrində daha aydın görmək olur. Əksinə, 
yamacların  aşağı  hissələrində  isə  buzlaq  izləri  eroziya  prosesi 
nəticəsində pozulmuş və ya onların üzəri töküntü materialları ilə 
örtülmüşdür.  Həmin  zonanın  əsas  relyef  tiplərindən  çay  vadi-
lərini,  dağarası  çökəklikləri, buzlaq formalarını  və s. göstərmək 
olar. Çay dərələrinin əksəriyyəti “Y” formasındadır. 
Həmin  zonada  yerləşən  Kəpəz  sinklinalı  titon  yaşlı  əhəng 
daşları  və  dolamitlərdən  təşkil  olunmuşdur.  Burada  uçqun 
daşlarının səpələnmə sahələrinin uzunluğu 10 km-ə çatır. 
Tədqiq  etdiyimiz  zona  relyef  cəhətdən  cənubdan  şimala 
doğru  fərqləndiyi  kimi,  qərbdən  şərqə  doğru  da  bir  çox  xü-
susiyyətlərinə  görə  fərqlənir.  Belə  ki,  bu  zonanın  şərq  hissəsi 
nisbətən  daha  çox  mürəkkəb  relyefə  malikdir.  Buranın  ən  yük-
sək hissələrində çılpaq qayalıqlara, ayrı-ayrı zirvələrə, dərin də-
rələrə, çay dərələrinə və dağarası düzənliklərə rast gəlinir. Qeyd 
etmək lazımdır ki, yamacların orta meyilliyi 30-45
0
 və daha çox 
olmaqla, məhəlli eroziya bazisinin dərinliyi 500-800 m arasında 
tərəddüd  edir.  Eroziya  prosesinin  intensivliyinə  təsir  edən 
amillər  burada  maksimum  fəaldırlar.  Buradan  qərbə  doğru  hə-
rəkət etdikcə, xüsusilə Kürəkçay hövzəsi müxtəlif istiqamətlərdə 
parçalandığından kiçik antiklinal və sinklinallara ayrılırlar, eyni 
zamanda relyef yenidən mürəkkəbləşir və nəhayətdə həmin zona 
nisbətən az hündürlüyü olan ikinci geomorfoloji zonaya keçir. 
2.  Orta  dağlıq  zona  -  Bu  geomorfoji  zona  tədqiqat 
apardığımız  rayonun  cənub  hissəsində  yüksək  dağlıq  ilə  alçaq 
dağlıq  zonaları  arasında  keçid  təşkil  edərək,  1200  m-dən  2000 
m-ə  kimi  olan  yüksəklikləri əhatə  edir.  Zonanın  relyefi daha iri 
formalara  malikdir.  Burada  çay  dərələri  nisbətən  böyükdürlər. 
Orta  dağlıq  zonada  əsasən  mezozoy  və  üçüncü  dövrün  vulka-
nogen suxurlarına, çökmə suxurlardan əhəng daşları və gil şist-


 
13 
lərinə və s. rast gəlinir. Bu süxurlar çox asan aşındığından onla-
rın üzərində torpaq və bitki örtüyü yaxşı inkişaf edir. 
Yüksək  dağlıq  zonada  olduğu  kimi  burada  relyefin  əsas 
formalarından biri çay vadiləridir. Bu zonada da dağların şaquli 
və  üfüqi  istiqamətlərdə  parçalanmasına  çayların  böyük  təsiri 
olmuşdur.  Təsvir  olunan  sahədə  pant  silsiləsinin    antiklinal 
qırışıqları müstəsnalıq təşkil edir. Ona görə ki, burada yamaclar 
dik və parçalanmaqla asimmetrik xarakter daşıyırlar. Həmin zo-
nada relyefin erozion denudasion tektonik formaya malik olması 
da səciyyəvidir. 
Orta dağlıq zonada qədim buzlaşma formalarının  əksəriy-
yəti  eroziya  prosesi  nəticəsində  öz  izlərini  itirmişlər.  Orta  dağ 
zonada  bitki  örtüyü  yaxşı  mühafizə  olunduğu  üçün  burada  ero-
ziya  prosesi  zəif    inkişaf  etmişdir.  Lakin  burada  axan  çayların, 
dərələrin  hamısında  akkummulyativ  terraslar  nəzəri  cəlb  edir. 
Yüksək dağ zonasında isə müşahidə olunmur. Əsas çaylar möh-
kəm  süxurları  kəsdiyi  yerdə  erozion  terraslar  və  dar  dərələr 
əmələ gəlmişdir. 
3.  Alçaq  dağlıq  zona  -    Bu  zona  rayonun  mərkəz,  şimal-
şərq  və  şimal-qərb  hissələrində  yerləşərək  hündürlüyü  dəniz 
səviyyəsindən  1200  m-dən  700  m-ə  qədər  olan  sahələri  əhatə 
edir. Ərazi ikinci geomorfoloji zonanın ardı olmasına baxmaya-
raq,  özünün  mürəkkəb  relyef  xüsusiyyətlərinə  görə  əvvəlki  zo-
nadan  kəskin  surətdə  fərqlənir.  Belə  ki,  təsvir  etdiyimiz  geo-
morfoloji rayon  bir neçə dağüstü düzənliklərə və çökəkliyə ay-
rılır. Bu düzənliklərin və çökəkliklərin hündürlüyü dəniz səviy-
yəsindən 1000-1200 m-dir. 
Təsvir etdiyimiz çökəkliklər hər tərəfdən hündür dağlar ilə 
əhatə  olunaraq  bir-birindən  ayrılır.  Həmin  çökəkliklər  ərazinin 
yalnız  şimal  hissəsindən  çay  dərələri  (Gəncəçay,  Zurnabadçay, 
Qoşqarçay,  Kürəkçay)  vasitəsilə  açılır.  Məhz  bu  səbəbdən  də 
burada  aşınıb  gətirilmiş  materialların  çoxusu  akkumulyasiyaya 
uğrayır və bu sahələrin düzənləşməsinə imkan yaradıblar. Lakin 
sonradan  zaman  çərçivəsində  yerli  eroziya  bazisinin  aşağı 
düşməsi  nəticəsində  Gəncəçay,  Zurnabadçay,  Qoşqarçay  və 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə