Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə2/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   2   3   4   5   6   7   8   9   ...   32

 

dağıdıcı  və  yandırıcı  silahlar  vasitəsilə  aparıldığı  üçün  ərazi 
xarabazara  çevrilmiş,  təbii  və  aqrolandşaftlar  dağıdılmış,  geniş 
miqyaslı  hərbi  eroziya  baş  vermişdir.  Eroziya  prosesinə  məruz 
qalan  torpaqların  morfoloji  quruluşu  dağılmış,  strukturu  pozul-
muş münbitliyi xeyli pisləşmişdir (29).    
Torpağın  üst  münbit  qatının  pozulması,  az  münbitliyə 
malik  olan  aşağı  qatların  üzə  çıxmasına  səbəb  olur.  Belə 
torpaqlarda kənd təsərrüfatı bitkilərinin normal inkişafı zəifləyir 
və onların məhsuldarlığı xeyli aşağı düşür. 
Artıq  müəyyən  edilmişdir  ki,  orta  dərəcədə  eroziyaya  uğ-
ramış torpaqlarda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 1,5-
2,0  dəfə,  şiddətli  dərəcədə  eroziyaya  məruz  qalmış  torpaqlarda 
isə 3,0-4,0 dəfə aşağı düşür, məhsulun keyfiyyət göstəricisi xeyli 
pisləşir (21). 
Torpağın münbitliyi onda gedən mürəkkəb bioloji, biokim-
yəvi,  mikrobioloji  proseslər  və  antropogen  amillərin  birgə 
məhsuludur. Yamaclarda uzun illər torpaqdan səmərəsiz istifadə 
edilməsi,  torpaqqoruyucu  aqrotexniki  tədbirlərin  tətbiq  edilmə-
məsi  torpağın  üst  münbit  qatının  yuyulub  dağılması  ilə  nəticə-
lənmişdir  ki,  bu  da  torpaqların  münbitliyinin  xeyli  aşağı  düş-
məsinə  səbəb  olmuşdur.  Dağ  çəmən  zonasında  mal-qaranın 
nizamsız, normadan artıq və qeyri fəsli otarılması həmin zonada 
torpaqların  eroziyaya  uğramasına  səbəb  olur,  bitki  örtüyü  öz 
sıxlığını itirir. Məlum olduğu kimi, torpaqəmələgəlmə prosesin-
də,  torpaq  çürüntüsünün  formalaşmasında  və  torpaqların  erozi-
yadan mühafizə olunmasında çəmən bitkiləri çox böyük rol oy-
nayır.  Torpaqda  üzvi  maddənin  əmələ  gəlməsi  əsas  etibarı  ilə 
hər il ona daxil olan bitki qalıqlarının, ümumiyyətlə onların bio-
kütləsinin hesabına gedir. Bitki qalıqları mikroorqanizmlərin və 
torpaq faunasının biokütləsilə birlikdə humus maddəsinin yaran-
ması üçün ilkin material hesab edilir.     
Qeyd  etmək  lazımdır  ki,  torpaqəmələgəlmə  prosesinin  in-
tensivliyinə  bitki  aləminin məhsuldarlığı  həlledici təsir göstərir. 
Torpağa  daxil  olan  bitki  qalıqlarının  miqdarı  və  keyfiyyəti  tor-
paqda  gedən proseslərin  əsasını təşkil edərək həmin proseslərin 
istiqamətini müəyyənləşdirən amil hesab edilə bilər. 


 

Dağ  əkinçiliyində  növbəli  əkin  sisteminin  tətbiq  edilmə-
məsi,  mineral  gübrələr,  xüsusi  ilə  üzvi  gübrələrin  kifayət  qədər 
sahələrə  verilməməsi  və  aqrotexniki    tədbirlərin  torpağın  qo-
runması  istiqamətində  aparılmaması  nəticəsində  torpağın  üst 
münbit  qatı  yuyularaq  dərə  və  çaylara  tökülür  ki,  bununda 
nəticəsində külli miqdarda humus, azot və başqa qida maddələri 
itir.  Belə  torpaqlarda  humus  qabığının  enerji  ehtiyatı  da  kəskin 
azalır. 
Eroziyaya  məruz  qalmış  torpaqlarda  birinci  növbədə  tor-
pağın profili gödəlir, morfoloji quruluşu pozulur, humusun miq-
darı kəskin azalır, torpaqların su-fiziki və aqrokimyəvi xassələri 
pisləşir. 
Eroziya  prosesi  humusun  miqdarının  azalması  ilə  yanaşı 
onun  tərkib  və  təbiətini  də  pisləşdirir.  Eroziya  prosesinin  ya-
ratdığı fəsadlar təkcə torpaqların sıradan çıxması və kənd təsər-
rüfatı  dövriyyəsindən  kənarlaşması  ilə  bitmir,  eroziya  təbii  və 
aqrolandşaftları  dağıdır,  ekosistemləri    məhv  edir,  ətraf  mühiti 
çirkləndirir  və  beləliklə  təbii  müvazinəti  pozur.  Bütün  bunlar 
A.D.Şabandayevanın apardığı elmi tədqiqat işlərinin aktuallığını 
göstərir və mövzunun əsaslandırılmasına xidmət edir.  
Qeyd  etmək  lazımdır  ki,  müəllifin  elmi-tədqiqat  işləri 
Kiçik  Qafqazın  şimal-şərq  yamacında  yerləşən  Göygöl  bölgəsi 
ərazisində  şaquli  istiqamətdə  formalaşan  dağ-çəmən,  dağ-meşə 
və  dağ-bozqır  qurşaqlarında  aparılmışdır.  Burada  çöl,  kameral 
və  laboratoriya  tədqiqatları  ilə  yanaşı  1970-1980-ci  illərdə 
aparılan  torpaq  eroziya  tədqiqatlarının  monitorinqi  də  keçiril-
mişdir. Aparılan elmi–tədqiqat işlərinin əsas məqsədinə gəldikdə 
qeyd  etmək  lazımdır  ki,  respublikanın  dağlıq  zonasında  torpaq-
qoruyucu tədbirlərin, o cümlədən hidrotexniki, fitomeliorativ və 
aqrotexniki  tədbirlərin  tətbiq  edilməməsi  torpaqların  yuyulub 
dağılmasına,  meşə  və  otlaqların  sıradan  çıxmasına  səbəb  olur. 
Torpaqların münbitliyi pozulur, məhsulvermə qabiliyyəti azalır. 
Göstərilən  proseslər  əsas  etibarı  ilə  antropogen  amillərin  təsiri 
nəticəsində təzahür edir. 
Torpağa  kifayət  qədər  qayğının  olmaması,  ondan  düzgün 
və  səmərəli  istifadə  edilməməsi  onun  münbitlik  parametrlərini 


 

zəiflədir, torpaqəmələgəlmə prosesinin normal istiqamətini dəyi-
şir, orada gedən aqrokimyəvi, aqrofiziki, bioloji, biokimyəvi və 
mikrobioloji  prosesləri  zəiflədir.  Bütün  bu  dəyişiklər  torpağın 
ekoloji  funksiyasını  pozur  və  bitki  örtüyünün  normal  inkişafını 
dayandırır. 
Qeyd  etmək  lazımdır  ki,  torpağın  ekoloji  funksiyası  çox-
cəhətli  olub,  bitki  örtüyündən  ayrılmazdır.  Torpaq  üzvi  mad-
dənin  universal  dəyişdiricisi  və  formadan  formaya  salan,  onu 
özündə toplayan və onun hərəkətini tənzim edən amildir. 
XX  əsrin  II  yarısında  aparılan  tədqiqatların  nəticəsi  belə 
bir  nəzəriyyəni  irəli  sürməyə  imkan  yaratdı  ki,  torpağın  ekoloji 
sistemdə  tutduğu  mövqeyi  mürəkkəb  biokimyəvi  və  biofiziki 
proseslər  kompleksinin  təsiri  nəticəsində  əmələ  gəlmişdir. 
Bunun  nəticəsində  isə  çox  dinamik  olan  landşaft  örtüyündə  
biokimyəvi  proseslərin  getməsi  üçün  obyektiv  şərait  yaranır. 
Onu da qeyd etmək lazımdır ki,  həmin mexanizmləri tədqiq  et-
mədən torpaq örtüyünün müasir ekoloji funksiyasının dinamika-
sını dərk etmək mümkün deyildir. 
Müasir aqroekoloji sistem çox böyük gərginliyə məruz qa-
lır. Bu onunla izah edilir ki, torpaqların qeyri-elmi və səmərəsiz 
istifadəsindən,  bitki  örtüyünün  dağılmasından,  kimyəvi  güb-
rələrin  geniş  və  bəzi  hallarda  səmərəsiz  işlədilməsindən,  müx-
təlif və çox qatı zəhərlərin tərkibindən, suvarma sisteminin düz-
gün qurulmamasından, növbəli əkin sisteminin tətbiq edilməmə-
sindən və başqa amillərin təsirindən əmələ gəlir.  
Torpaq  eroziyası  nəticəsində  münbitlik  zəifləyir,  məhsul-
darlıq  aşağı  düşür,  bu  da  ətraf  mühitdə  ekoloji  gərginliyin  art-
masına  səbəb  olur.  Məlumdur  ki,  eroziyaya  uğrayan  torpaq 
kütləsi ilə birlikdə humus, azot, fosfor və başqa biogen element-
lər  yuyulur,  torpağın  münbitliyinin  aşağı  düşməsi  ilə  həm  də 
ətraf sahələr, o cümlədən su hövzələri çirklənir. 
Bitki  örtüyünün  məhv  olması,  meşə  örtüyünün  intensiv 
qırılması otlaqların nizamsız, normadan artıq və qeyri fəsli istis-
marı  eroziya  prosesini  inkişaf  etdirməklə,  aridləşmə  prosesini 
gücləndirir  və  səhralaşma  üçün  əlverişli  şərait  yaradır.  Hazırda 
təbii-ekoloji şəraiti gərgin olan ərazilərdən biri də Kiçik Qafqa-


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə