Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə14/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

 
40 
yayılmış  sahələrdə  meşə  bitkiləri  çoxdan  tərk  edilmiş,  yalnız 
tək-tək palıd və armud ağaclarına təsadüf olunur. 
Çəmənləşmiş  dağ-meşə  torpaqları  -  Çəmənləşmiş  dağ-
meşə  torpaqlarının  özünəməxsus  xüsusi zonası  olmayıb,  talalar 
şəklində  meşə  torpaqlarının  yuxarı  və  çəmən  zonasının  aşağı 
hissəsində  yayılmışdır.  Meşə  bitkiləri  məhv  edildikdən  sonra 
torpağın quruluşu, strukturu, kimyəvi tərkibi dəyişməklə yanaşı 
onun  eroziyaya  qarşı  davamlılığı  da  xeyli  azalmışdır.  Bu 
torpaqların tərkibində çürüntünün azlığı, rənginin açıq boz və ya 
ağımtıllığı,  bitki  örtüyünün  zəifliyi,  ana  süxurun  çox  yerlərdə 
üzə  çıxması  və  xüsusən  şiddətli  eroziyaya  uğraması  ilə  alp  və 
subalp zonasının digər torpaqlarından fərqlənir. 
Bu  zonada  cənuba  baxanlı  yamacların  iqlimi  qismən  isti 
olduğundan  çəmənləşmə  prosesi  daha  intensiv  gedir.  Meşə 
qırıldıqdan sonra meşə bitkilərinin ot bitkiləri ilə əvəz olunması, 
torpağın  kimyəvi  və  morfoloji  tərkibinin  dəyişməsinə  səbəb 
olur.  Çəmənləşmiş  dağ-meşə  torpaqlarının  əmələ  gəlməsində 
çəmən  bitkilərinin  fəaliyyəti  meşə  bitkilərindən  daha  üstündür. 
Bu  da  onunla  izah  olunur  ki,  meşə  ağaclarının  qırılması  və  ya 
seyrəkləşməsi  nəticəsində  çəmən bitkilərinin  inkişafı  güclənmiş 
və  get-gedə  torpaqda  çürüntünün  miqdarı  çoxalmışdır.  Həmin 
torpaqlarda  çim qatının  zəif və  yaxud da heç olmaması,  torpaq 
qatında  allüvial  horizontun  əmələ  gəlməsi  və  s.  amillər  bu 
torpaqların  keçmişdə  meşə  altında  olmalarını  bir  daha  sübut 
edir. 
Çəmən meşə torpaqlardan ən mühüm təsərrüfat əhəmiyyəti 
olanı qaratorpağabənzər dağ-çəmən torpaqlarıdır. 
Qaratorpağabənzər  dağ-çəmən torpaqlar - Bu torpaqların 
çürüntü  qatının  qaramtıl-qəhvəyi  rəngdə,  qalınlığının  isə  çox 
olması  (40-60  sm)  həmçinin  üst  qatın  dənəvər  struktura  malik 
olması, onları dağ-çəmən torpaqlarından fərqləndirir. 
Bu  zonada  bitki  örtüyü  taxıl  və  paxlalılar  fəsiləsinə  mən-
sub  olan  bitkilərlə  çox  zəngin  olduğundan  kənd  təsərrüfatında 
bunlardan biçənək və otlaq kimi daha çox istifadə olunur. 
Qaratorpağabənzər dağ-çəmən torpaqları yayılmış sahələr-
də də otlaqdan düzgün istifadə edilməməsi orada eroziya prose-


 
41 
sinin bu və  ya digər dərəcədə inkişaf etməsinə səbəb olmuşdur. 
Belə  sahələrə  xüsusilə  Zivlançay  hövzəsində  daha  çox  təsadüf 
edilir, burada əsas etibarı ilə otlaq eroziyası geniş yayılmışdır. 
II.Dağ-meşə zonası torpaqları 
Azərbaycanda  dağ-meşə  torpaqları  S.A.Zaxarov  (1927), 
M.N.Sabaşvili  (1965),  S.Z.Zonn  (1950),  H.Ə.Əliyev  (1964-
1965),  M.E.Salayev  (1965,  1966),  B.İ.Həsənov  (1962), 
X.M.Mustafayev  (1975),  B.Q.Şəkuri  (1975-2006)  və  başqaları 
tərəfindən öyrənilmişdir.  
1. Qonur dağ-meşə torpaqları (Butruc Cambisol) -  Əsa-
sən Kiçik və Böyük Qafqazın orta və yüksək dağlıq zonalarında 
formalaşmışlar. Əsasən dəniz səviyyəsindən 1500-2000 m  müt-
ləq hündürlükdə yerləşirlər. Bu torpaq tipinin yarım tipləri içəri-
sində tipik qonur meşə torpaqları daha geniş ərazidə yerləşir. 
Qonur  dağ  meşə  torpaqları  ilk  dəfə  1905-ci  ildə  mərkəzi 
Avropa  meşələrində  Ramman  tərəfindən  ayrılmış.  Həmin  tor-
paqların ətraflı tədqiqi K.D.Qlinka (1911), A.Antipov-Karatayev 
(1936),  L.İ.Prosolov  (1947),  M.N.Salaşvili  (1948),  V.A.Kovda 
(1974),  H.Ə.Əliyev  (1965),  M.E.Salayev  (1966),  B.A.Cəfərov 
(1968),  B.Q.Şəkuri  (1970-2004),  X.M.Mustafayev  (1975)  və  
başqaları  tərəfindən  öyrənilmişdir.  Kiçik  Qafqazın  şimal-şərq 
hissəsində bu torpaqlar orta və yüksək dağlıq hissədə 1300-2300 
m dəniz səviyyəsindən hündürdə yerləşir. Bu qurşaqlar mülayim 
isti  iqlim,  çox  miqdarda  yağıntıların  olması  ilə  səciyyələnir. 
Bütün  bunlar  meşə  döşənəyinin  formalaşmasına  əlverişli  şərait  
yaradır. Kiçik Qafqazın şimal- şərqində bu torpaqlar fıstıq, vələs 
qismən  isə  palıd ağacları altında formalaşmışlar. Burada  əsasən 
qonur  torpaq  tipinin  karbonatlı  və    tipik  yarım  tipləri  inkişaf 
etmişlər. 
Qonur dağ-meşə  torpaqlar Gəncəçayın və Kürəkçayın sağ 
və  sol  sahil  yamaclarında,  Hacıkəndin,  Göygölün  ətrafında 
hündürlükdə  yerləşir.  Meşə  örtüyünün  şaquli  vəziyyətdə  və 
müxtəlif ekoloji şəraitdə inkişaf etməsi çox tipli, çox növlü meşə 
torpaqlarının  əmələ  gəlməsinə  səbəb  olmuşdur.  Bu  torpaqların 
yayılması, əmələ gəlmə şəraiti və səciyyəsi aşağıda izah olunur. 


 
42 
Açıq  qonur  dağ-meşə  torpaqları  -  Bu  torpaqlar  meşə 
zonasının  yuxarı  hissəsində,  fısdıq  və  fısdıq-vələs  meşələri 
altında inkişaf etmişlər. Bu zonanın aşağı sahələrində isə həmin 
torpaqlar tədricən tünd rəngli növlərlə əvəz olunurlar. Bu zonada 
atmosfer çöküntülərinin nisbətən çox, havanın  orta illik tempe-
raturu isə az olub, təzə xəzəl çöküntüləri altında 2-3 sm qalınlı-
ğında çürüntü döşəməsi əmələ gəlmişdir.  
Qonur  dağ-meşə  torpaqları 

Bu  torpaqlar  meşənin  orta 
qurşağında  fıstıq,  vələs,  qoz  və  bəzi  hallarda  isə  palıd  qarışığı 
olan  meşə  ağacları  altında  əmələ  gəlir.  Bunların  açıq  növləri 
yüksəkliyi  nisbətən  az  olan  sahələrdə  inkişaf  tapmışdır.  Tünd 
qonur dağ-meşə torpaqlarını açıq  növlərindən fərqləndirən əsas 
cəhət ondan ibarətdir ki, açıq  rəngli dağ-meşə torpaqları  yalnız 
fıstıq  meşəsi  altında  əmələ    gələrək  inkişaf  edir.  Bu  torpaqlar 
zəif  inkişaf  etmiş  profilə  malikdir.  Meşə  döşənəyi  (A
0
), 
çürüntülü akkumulyativ qat (A
1
) yerləşir. 
Qonur  dağ-meşə  torpaqlar  qurşağında  torpaqəmələgətirən 
süxurları: qalıq karbonatlı, daşlı-çınqıllı və s. növlərə ayrılır. Bu 
torpaqlar  yüksək  humuslu  və  humus  qatının  qalınlığına  görə 
fərqlənir.  Meşə  ağacları  qırıldığından  meşə  döşənəyi  dağılır, 
torpağın  üst  qatının  strukturu  pozulur,  kipləşir  və  yağmur 
düşdükdə torpaq asanlıqla yuyulur. Meşələrin seyrəkləşməsində 
iqlimin  quraqlaşması  bir  çox  başqa  təbii  amillərində  də  rolu  az 
deyildir. 
  Tünd qonur dağ-meşə torpaqlarının morfo-genetik xüsu-
siyyətlərini  öyrənmək  məqsədilə  B.Q.Şəkuri  tərəfindən  Göygöl 
gölü ətrafında qoyduğu 17 saylı kəsimin çöl təsvirini veririk. 
  17 saylı kəsim Göygöl gölünün şimal-şərq istiqamətində  
meyilliyi 20-25
0
 olan yamacda əsasən fıstıq-vələs ağacları altın-
da  qoyulmuşdur.Bu  torpaqlarda  karbonat  birləşmələri  yoxdur. 
Torpağın reaksiyası zəif turşdur.  
0-2 sm - meşə döşənəyi 
A
1
  2-7 sm – tünd qonur, gilli, dənəvər, quruluşu kip, çoxlu 
ot kökləri, nəmli, HCl təsirindən qaynamır, keçidi aydındır. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə