Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə11/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

 
31 
tüyünün  şaquli  zonallıq  əsasında  formalaşmasına  səbəb  olmuş-
dur. 
2.2 Göygöl bölgəsində yayılan əsas torpaq tipləri 
Bölgənin  ərazisi  coğrafi  mövqeyinə  görə  yüksək,  orta, 
alçaq və dağətəyi zonaları əhatə edir. Onun dəniz səviyyəsindən 
hündürlüyü    300-3400  m-ə  qədərdir.  Ərazinin    müxtəlif  fiziki 
coğrafi  zonaları  arasındakı  yüksəklik  fərq  orada  torpaqların 
şaquli  zonallıq  qanununa  uyğun  şəkildə  yayılmasına  səbəb  ol-
muşdur. Burada yüksək dağlıq zonadan dağətəyinə endikcə bir-
birini əvəz edən aşağıdakı torpaq tipləri (onların yarım tipləri və 
növ müxtəlifliyi) mövcuddur (10). 
Aşağıda regionda yayılan genetik torpaq tipləri və onların 
yarımtipləri göstərilir. 
 
I.Dağ-çəmən torpaqları 
 1.Torflu dağ-çəmən torpaqları   
 2.Çimli dağ-çəmən torpaqları   
 3.İbtidai dağ-çəmən torpaqları 
 4.Dağ-çəmənləşən meşə torpaqları    
 5.Çəmənləşmiş dağ- meşə torpaqları   
 6.Qaratorpağabənzər dağ-çəmən torpaqları   
 
II.Qonur dağ-meşə torpaqları 
1.Açıq qonur dağ-meşə torpaqları 
2.Qonur dağ-meşə torpaqları                      
3.Tünd qonur dağ-meşə torpaqları 
 
III.Qəhvəyi dağ- meşə torpaqları 
1.Tipik qəhvəyi dağ-meşə torpaqları 
2.Karbonatlardan yuyulmuş qəhvəyi dağ-meşə torpaqları 
3.Karbonatlı qəhvəyi dağ-meşə torpaqları 
4.Bozqırlaşmış dağ-qəhvəyi  torpaqları 
5.Dağ boz-qəhvəyi             
 
IV.Dağ şabalıdı (boz-qəhvəyi )torpaqları 
1.Dağ tünd şabalıdı (boz-qəhvəyi ) torpaqları 
2.Dağ şabalıdı (boz-qəhvəyi ) torpaqları 


 
32 
3.Dağ açıq şabalıdı (boz-qəhvəyi ) torpaqları 
4.İnkişaf etməmiş dağ-şabalıdı (boz-qəhvəyi ) torpaqları 
5.Gəcli şabalıdı (boz-qəhvəyi ) torpaqları 
6.Açıq şabalıdı (boz-qəhvəyi ) torpaqları 
7.Çəmən şabalıdı torpaqları 
 
V.Allüvial torpaqlar 
1.Allüvial çəmən torpaqları 
 
VI.Torpaq örtüyü inkişaf etməmiş sahələr 
 1.Çay yataqları və konuslarının daşlı yataqları 
 2.Çılpaq və sərt qayalıqlar və onların töküntüləri 
 
VII. Şoranlar 
I. Dağ-çəmən torpaqları (distrik regosols) 
Bu torpaqlar tədqiqat apardığımız ərazinin cənubunda, də-
niz  səviyyəsindən  2000  m-dən  3400  m-ə  qədər  yüksəkliyi  olan 
sahələrdə inkişaf  etmişdir.  Zonada  geomorfoloji  quruluşun, tor-
paqəmələgətirən  süxurların  tərkibinin,  sahənin  yaşı,  iqlim,  bitki 
örtüyü və s. amillərin müxtəlif olması torpaqəmələgəlmə prose-
sinə  də  öz  təsirini  göstərmişdir.  Belə  ki,  yüksək  dağlıq  zonanın 
güney  yamaclarında  ibtidai  və  yuxa  dağ-çəmən  torpaqları  ya-
yıldığı halda, quzey yamaclarda, suayrıcında dağüstü düzənlikdə 
və  dağüstü  çökəkliklərdə  torflu-çimli  dağ-çəmən  və  torflu  dağ-
çəmən torpaqlarına təsadüf edilir. 
Torflu dağ-çəmən torpaqları - Bu torpaqların sahəsi bir o 
qədər  də  çox  olmayaraq  ümumi  ərazinin  2,48  %-ni  əhatə  edir, 
əmələgəlmə prosesi, eləcə də öz xassəsinə görə onlar çimli dağ-
çəmən  torpaqlarından  fərqlənirlər.  Torflu  dağ-çəmən  torpaqları 
Murovdağ  silsiləsinin  su  ayrıcında  və  eləcə  də  yan  silsilənin 
suayrıcı  düzənliklərində  az  meyilli  yamaclarda,  dəniz  səviyyə-
sindən 2800 m-dən 3400 m-ə qədər olan  yüksəklikdə  yayılmış-
lar. Bu torpaqların yayıldığı zonanın iqlimi soyuq və vegetasiya 
dövrü qısa olduğundan bitki qalıqlarının tez parçalanıb çürümə-
sinə və üzvi maddə ehtiyatının artmasına səbəb olur. Torpaqların 
ümumi qalınlığı 10-20 sm olub, bəzi hallarda 30 m-ə qədər artır. 
Torpağın üst çim qatı yarıçürümüş halda kökcüklərlə zəngindir. 


 
33 
Bu qatın qalınlığı relyefdən asılı olaraq 2-5 sm-dən 7-8 sm-ə qə-
dər olur. Həmin qatdan aşağıda köklər azalaraq torpağın struktu-
ru  tozvari  şəkildə  ifadə  olunur.  Ümumiyyətlə  torflu  dağ-çəmən 
torpaqları,  mütləq  çəkisi  yüngül,  humus  maddəsi  ilə    zəngin 
olurlar. 
Torflu  dağ-çəmən  torpaqların  rəngi  üst  qatda  qaramtıl 
olub, aşağı qatda isə nisbətən açıq qəhvəyi rəng ilə əvəz olunur. 
Bu torpaqların mexaniki tərkibi əsasən  yüngül və orta gillicəli-
dir. Bəzi hallarda dağ-çəmən torpaqların keçid sahələrində  ağır 
gillicəli və  gilli mexaniki tərkibli olan növlərinə də rast gəlinir. 
Gil  hissəcikləri,  ümumiyyətlə  bu  torpaqların  aşağı  qatlarında 
müşahidə olunur. 
Torflu  dağ-çəmən  torpaqların  yayıldığı  zonada  bitkilərin 
boyları  alçaq,  vegetasiya  dövrü  isə  qısadır.  Bu  səbəbdən  də 
bunların  torpaqqoruyucu  qabiliyyətləri  xeyli  zəifdir.  Məhz  ona 
görə  də  burada  torpağı  qoruyan  üst  qat  pozulduğundan  sonra 
eroziya prosesi daha da şiddətli gedir. Belə ki, bitki örtüyü məhv 
edildikdən  sonra  düşən  atmosfer  çöküntüləri  heç  bir  maniyəyə 
rast  gəlmədən  yamac  boyu  axır,  özü  ilə  xırda  torpaq  hissəcik-
lərini  də  yuyaraq  ana  süxurların  səthə  çıxmasına  səbəb  olurlar. 
Torflu  dağ-çəmən  torpaqları  yayılan  zonada  eroziya  prosesi 
daha  sürətli  gedir.  Çünki    buna  səbəb  ərazinin  mürəkkəb  geo-
morfoloji quruluşu və  zonada bitki örtüyünün zəif inkişaf etmə-
sidir. Həmin zonada eroziya prosesinin əmələ gəlməsində ekzo-
gen proseslərində rolu böyükdür. 
Çimli dağ-çəmən torpaqları (distrik regosols) - Bu yarım-
tip əsasən yüksək dağlıq ilə orta dağlıq arasında yerləşərək, təx-
minən  dəniz  səviyyəsindən  1800  m-dən  2500  m-ə  qədər  hün-
dürlüyü olan sahələri  əhatə edir. 
Çimli  dağ-çəmən  torpaqları  rayon  ərazisinin  cənubunda, 
xüsusilə Kəpəz və Sarıqaya dağlarının ətrafında, İlxı-dərə, Mor-
çay,  Bənövşəçay,  Gəncəçay,  Zivlançay  hövzələrində  çox  geniş 
sahə tutur. Bu torpaqlar əksərən quzey yamaclarda inkişaf etmiş-
dir.  Bunlar  cənubda  dəniz  səviyyəsindən  2500  m  hündürlükdə 
torflu  çimli  dağ-çəmən  və  ya  ibtidai  dağ-çəmən  torpaqları  ilə, 
şimaldan isə təxminən 1700-1800 m-ə qədər enib zonallıq etiba-
rı ilə bozqır dağ-çəmən və yaxud da qonur dağ-meşə torpaqlarla 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə