Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə3/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   2   3   4   5   6   7   8   9   ...   32

 

zın şimal-şərq yamacında yerləşən Göygöl rayonu ərazisidir. Bu 
bölgənin  iqtisadiyyatında  heyvandarlığın  xüsusi  yeri  vardır  ki, 
onun əsas  yem bazasının mənbəyi sayılan dağ-çəmən zonasının 
eroziyadan mühafizəsi yollarını müəyyən etmək işin aktuallığını 
və  məqsədini  təşkil  edir.  Hazırda  eroziya  proseslərinin 
öyrənilməsi,  onun  ekoloji  mühitə  təsirinin  müəyyənləşdirilməsi 
və  onlara  qarşı  qoruyucu  tədbirlərin  işlənib  hazırlanması  və 
həyata keçirilməsi, elmi və praktiki cəhətdən çox əhəmiyyətlidir. 
Tədqiq  edilən  ərazi  haqqında  ədəbiyyatlar  və  arxiv  material-
larının araşdırılması əsasında müəyyən edilmişdir ki, Kiçik Qaf-
qazın  şimal-şərq  yamacında  torpaq  sahələrinin  əksər  hissəsi 
müxtəlif dərəcədə eroziya prosesinə məruz qalmış, ekoloji funk-
siyaları  zəifləmiş  və  ya  tamamilə  itmişdir.  Ona  görə  də  erozi-
yaya  uğramış  bu  torpaqların  ekoloji  funksiyasını  bərpa  etmək 
məqsədilə  həmin  torpaqlarda  eroziya  prosesi  və  onun  torpağın 
ekoloji  funksiyasına  təsirinin  tədqiqi  müəllif  tərəfindən  məq-
sədəuyğun hesab edilmişdir. 
Eroziya  prosesinin  ekoloji  dəyişkənliyə  və  ekosistemlərə 
təsirinin  öyrənilməsi,  torpaqların  münbitliyinin    mühafizəsi  və 
dayanıqlığının təmin olunması üçün, təbii müvazinətin saxlanıl-
ması yollarını müəyyənləşdirmək məqsədi ilə elmi tədqiqat işlə-
rinin  aparılması  və  eroziyaya  qarşı  tədbirlərin  işlənib  hazırlan-
ması 
vacib 
məsələlərdəndir. 
Bunları 
nəzərə 
alaraq  
A.D.Şabandayevanın  apardığı  elmi  tədqiqat  işlərinin  əsas  məq-
sədi aşağıdakılardan ibarət olmuşdur. 
1.Regionda  şaquli  qurşaqlarda  yerləşən  torpaq  tipi  və 
yarımtiplərinin tədqiqi və monitorinqi
2.Dağ və dağətəyi zonalarda eroziya prosesinin etiologiya-
sı, əmələgətirən amillər, yaratdığı fəsadların öyrənilməlsi, 
3.Eroziya prosesinin təbii və aqrolandşaftlarda törətdiyi fə-
sadların tədqiqi, 
4.Eroziya  prosesinin  ekosistemlərə,  ətraf  mühitə  təsirinin 
tədqiqi, 
5.Eroziya  prosesinin  torpaqların  münbitliyinə,  humus  və 
qida  maddələrin  yuyulmasına  və  ekoloji  funksiyasına  təsirinin 
müəyyənləşdirilməsi, 


 

6.Bölgədə  təbii  müvazinətin  bərpası,  torpaqların  ekoloji 
funksiyasını  sabitləşdirmək,  eroziyaya  uğramış  torpaqların 
münbitliyini  bərpa  etmək,  kənd  təsərrüfatı  bitkilərinin  məhsul-
darlığını  artıqmaq  məqsədi  ilə  torpaq-su  qoruyucu  müasir 
texnologiyaların işlənib hazırlanması, 
7.Torpaq  bitki  örtüyünün  mühafizəsi,  eroziya  və  deqra-
dasiyadan qorunması məqsədilə kompleks zonal tədbirlərin işlə-
nib hazırlanması, 
8.Təbii ekosistemlərin qorunması, bərpası, optimallaşdırıl-
ması və beləliklə təbii müvazinətin bərpasının təmin edilməsi
Qeyd  etmək  lazımdır  ki,  tədqiqat  obyekti  çox  mürəkkəb 
geoloji  və  geomorfoloji  şəraitdə  yerləşərək  daim  artan  ekzogen 
və  antropogen  təzyiqlərə  məruz  qalaraq  təbii  ekosistemlər 
torpaq-bitki  örtüyü  deformasiyaya  və  deqradasiyaya  məruz 
qalmışdır. A.D.Şabandayeva tərəfindən ilk dəfə olaraq regionda 
kompleks torpaq-eroziya tədqiqatları ekosistemlərin monitorinqi 
aparılmışdır. Tədqiqatlar çöl, kameral və laboratoriya şəraitində 
dağ-çəmən, dağ-meşə və bozqır zonaları əhatə etmişdir. Burada 
torpaqların  formalaşma  şəraiti,  morfo-genetik  xüsusiyyətləri 
orada  baş  verən  eroziya  prosesinin  etiologiyası,  onu  əmələ 
gətirən  amillər,  onun  törətdiyi  fəsadlar  tədqiq  edilmiş  torpaq-
ların  eroziyadan  və  deqradasiyadan  qorunması  üçün  tədbirlər 
hazırlanmışdır. Aparılan kompleks torpaq-eroziya tədqiqatları və 
monitorinq  müşahidələri  nəticəsində  torpaq  eroziyasına  qarşı 
kompleks  mübarizə  tədbirləri  o  cümlədən  təsərrüfat  təşkilat, 
hidrotexniki,  fitomeliorativ  və  aqrotexniki  tədbirlərin  istehsa-
latda  tətbiqi  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Həmin  tədbirlərin 
tətbiqi  nəticəsində  yay  və  qış  otlaqlarının  yaxşılaşdırılması, 
meşərlərin  və  torpaqların  qorunması,  ekosistemlərin  və  torpaq-
ların  ekoloji  funksiyasının  bərpası  təmin  ediləcəkdir  ki,  bu  da 
təbiətin və ətraf mühitin sağlaşması ilə nəticələnəcəkdir. İşlənib 
hazırlanan  tədbirlərin  tətbiqi  heyvandarlığın  yem  bazasını 
yaxşılaşdıracaq,  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığını 
artıracaqdır. 
Coğrafiya elmləri doktoru, professor,  
Nyu-York elmlər akademiyasının  üzvü B.Şəkuri  


 
10 
I  FƏSİL 
 
KİÇİK  QAFQAZIN  TƏBİİ  TARİXİ  ŞƏRAİTİNİN 
QISA  SƏCİYYƏSİ 
 
1.1 Regionun coğrafi mövqeyi 
Tədqiqat  obyekti  olan  Göygöl  bölgəsi  Kiçik  Qafqazın  şi-
mal və şimal-şərq yamacında, respublikanın qərb hissəsində yer-
ləşir. Bölgənin ərazisi  şimaldan Gürcüstan Respublikası, şimal-
şərqdən Qax, şərqdən Yevlax, Goranboy, cənubdan Kəlbəcər və 
Qərbdən isə Daşkəsən və Şəmkir rayonları ilə həmsərhəddir. 
Göygöl rayonu ərazisində əsasən taxıl, üzüm, meyvə, bos-
tan və tərəvəz bitkiləri əkilir. Burada şərabçılıq qədim tarixə ma-
lik  olaraq  bölgənin  iqtisadiyyatında  böyük  rol  oynayır.  Burada 
həm də heyvandarlıq yaxşı inkişaf etmişdir. 
 
1.2 Tədqiqat obyektinin geoloji və geomorfoloji qurulu-
şunun xüsusiyyətləri 
Kiçik  Qafqazın  xüsusilə  onun  şimal-şərq  hissəsi  çox 
mürəkkəb geomorfoloji quruluşa malikdir. Respublikanın başqa 
dağlıq  zonlarında  olduğu  kimi  burada  da  torpaq-bitki  örtüyü 
şaquli zonallıq istiqamətində formalaşmışdır. Kiçik Qafqazın bu 
hissəsinin  geomorfoloji  quruluşu  Ş.A.Əzizbəyov  (1954)  və 
başqaları tərəfindən tədqiq edilmişdir. 
 Geomorfoloji  quruluşuna  görə  Kiçik  Qafqazın  şimal-şərq 
hissəsi biri-birindən fərqlənən o cümlədən yüksək dağlıq, dağlıq 
və dağətəyi düzən hissələrin olması ilə fərqlənir. 
Tədqiqat  obyekti  olan  Göygöl  rayonu  Kiçik  Qafqazın 
şimal-şərqində,  Murovdağ  silsilələrinin  şimal  yamacında, 
Murovdağ və Şahdağ silsiləsinin şimal yamacında yerləşmişdir. 
Kiçik  Qafqaz  geomorfoloji  xüsusiyyətinə  görə  müstəqil 
vilayət olub, dörd geomorfoloji rayona bölünür. 
Göygöl    rayonu  bu  dörd  rayonlardan  biri  olan  Murovdağ 
və Şahdağ silsiləsini və onun yan qollarını əhatə edir. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə