Azer-dili 4s Derslik 2017 Layout 1


TAĞI ƏMİDƏN SİZ DƏ ÖYRƏNİN!



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə26/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

TAĞI ƏMİDƏN SİZ DƏ ÖYRƏNİN!
– Tağı əmi, bax gör nə
qəşəng
qurddur!* – deyə
ona göstərdim.
– Doğrudur,  
gözəldir
.
Lakin bu qurd* kəpənək
olanda daha da gözəl ola­
caqdır, – deyə Tağı əmi
əlavə etdi.
Mən təəccüblə* soruş­
dum:
– Bundan necə kə pə ­
nək olacaqdır? Onun qa ­
nadları var, bu nun yox dur.
Tağı əmi cavab verdi:
– Bu qurd* yarpaq* yeyə­yeyə bö yü yəcəkdir. 
Sonra
hörümçək kimi tor hörüb içində qala­
caqdır*. Bir müddətdən sonra onun gözləri, ayaqları* yox olub topal olacaqdır*. Sonra topala
qanadlar*, göz gələcəkdir. 
Yayın isti 
günlərinin birində baramasını deşib çıxacaqdır*. Bağda
uçub çiçəklərə qonduqda*, sən də papağını əlinə alaraq* onu
tutmaq
istəyəcəksən.
Mən o vaxta kimi 
ipəkqurdunun 
saxlanılmasını görməmişdim. Sonralar özümüz qurd
saxladıqda* Tağı əminin nağıl etdiyini öz gözümlə gördüm.    
Süleyman Sani Axundov
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Mətndə narıncı rəngdə verilmiş sözlər arasında  hansı münasibətin olduğunu deyin.
a) sinonim sözlərdir          
b) antonim sözlərdir         
c) omonim sözlərdir  
2. Kəpənəkləri çox vaxt bitkilərin yarpaqların­
dan, çiçəklərindən seçmək olmur. Bunun səbəbi nə
ilə bağlıdır? Bildiklərinizi danışın.
3. Mətndəki  “qurd” sözü ilə omonim olan vəhşi
heyvan adının  rus dilindəki qarşılığını de yin.
4. İpəkqurdunun faydası barədə nə bilirsiniz?
72
qurd – червь
barama – кокон
alabəzək – пестрый
ipəkqurdu – тутовый шелкопряд
SÖZLÜK
topal – хромой
nağıl etmək – рассказывать
əlaqədar olmaq – иметь связь
bir müddətdən sonra – через некоторое время
SÖZ EHTİYATI
Mən əvvəllər qurdlar ilə kəpənəklərin  əlaqədar olduqlarını
bil məzdim. 
Bir dəfə bağda 
alabəzək 
bir qurdu yarpağa büküb gətirdim.
 Çap üçün deyil


5. Mətndə göy rəngdə verilmiş sözlərin quruluşca növünü müəyyən edin və özünüzdən belə
nümunələr deyin.
a) sadə sözlərdir            b) düzəltmə sözlərdir             c) mürəkkəb sözlərdir 
ÇOXBİLMİŞ GÜLDÜRÜR
7. Bilirsinizmi ki,  Şəki, ipəyi, paxlavası ilə bərabər, həm də dadlı­duzlu lətifələri ilə də
məşhurdur. Çoxbilmiş şəkililərdən eşitdiyi bir lətifəni sizə də danışmaq istəyir. Qulaq asın və
özünüz qərar verin.
Razılaşırlar.
Montyor dirəyə dırma­
şıb xətti calayandan son ra
ev yiyəsi onun çax­çax­
dan asdığı pencəyinin döş
ci bi  nə  bir  beşlik  sancaraq
de yir:
– Çox sağ ol, bu da sə ­
nin 
beşdiyin
! Mən 
bor­
cum nan
qurtardım!
– A saqqalı ağarmış,
bəs düşməyimin haqqı?..
– İstəyirsən düş, istə yir­
sən ordaca qal,  – deyə ev
yiyəsi oradan uzaqlaşır.  
73
dırmaşmaq – лезть на ...
calamaq – присоединить
sancmaq – здесь: положить
SÖZLÜK
Bir şəkili dirəyin üstündəki qırılmış elektrik xəttini cala­
maq üçün montyor çağırtdırır.
Montyor xeyli götür­qoy edəndən sonra deyir:
– Qardaş, 
habıra dırmaşmax da

düşmax 
da çətin
məsələdi...
Ev yiyəsi gülümsünərək:
– Bir
beşdik
versəm, düzələr?
Montyor peysərini qaşıya­qaşıya cavab verir:
– Dırmaşmağa düzələr, amma aşağı düşməyi də var! Bir
beşdik
qalxmağa, biri də 
düşmağa
!
İSTƏYİRSƏN ORDACA QAL!
peysər – затылок
götür­qoy etmək – обдумывать
döş cibi – нагрудный карман
SÖZ EHTİYATI
 Çap üçün deyil


8. Çoxbilmiş istəyir ki, siz bu tapmacanı oxuyasınız, səbəbini başa düşəcəksiniz.
9. Uşaqlar, balın necə hazırlandığını bilirsinizmi? 
Çoxbilmiş Həsən bəy Zərdabidən oxu duğu məlumatla 
sizi də tanış etmək istəyir. Oxuyun.
BAL
Bal çiçəklərin 
şirin
suyundan əmələ gəlir. Arı çi çəyin
dibindəki 
şəkərli 
suyu sorur. Sorduğu çi çək şirəsini mə də sin  də yarımhəzm
edib şanlara 
doldurur
. Balı şanların balaca otaqcıqlarına dol durandan sonra ağzını
mumla suvayır. Çi çəklər qurtarana kimi onlar beləcə bal düzəldirlər.
Maraqlı 
burasıdır ki, əgər biz çiçəklərin həmin şirin suyunu bir yerə toplasaq, müəyyən
vaxtdan sonra qıcqırıb xarab olar. Amma həmin su arının mədəsində
yarımhəzm olanda bala çevrilir və xarab olmur.
Əgər arı 
ətirli 
çiçəklərdən şirə çə kir sə, balı da 
dadlı 
olur. Ondan
həmin çi çək lərin xoş ətri gəlir. 
Zəhərli
otların balı acı olur. Ona
görə 
aran
yerlərində 
sulu 
yerlərin balına 
dəli
bal deyirlər.
10. Əziz uşaqlar, Çoxbilmiş deyir ki, bəzi dostlarımız bal yeməyi sevmirlər. Onlar bilmirlər
ki, bal bir çox xəstəliklərin dərmanıdır.
Uşaqlar, Çoxbilmiş doğru deyir. Ona qulaq asmaq lazımdır.
74
Xortumu var, fil deyil,
Ömrü heç bir il deyil.
Qanadları zərifdir,
Sevdiyi gül­çiçəkdir,
Peşəsi işləməkdir.
Ona qonaq gəlsəniz,
Bilin, evi pətəkdir.   
uuu
Teymur Elçin
xortum – хобот
zərif– нежный
peşə – профессия
pətək – улей
SÖZLÜK
şan – соты
mum – воск
aran – равнина
zəhərli – ядовитый
qıcqırmaq – закисать
xarab olmaq – испортиться
sormaq – сосать, всасывать
SÖZLÜK
suvamaq – замазывать
yarımhəzm – полупереваренный
çevrilmək – здесь: превращаться, превратится
SÖZ EHTİYATI
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə