Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   30   31   32   33   34   35   36   37   38

Ayı dedi:
– Siz hamınız haqlısınız. Buna görə də sizin hər birinizdə alma olmalıdır. 
– Axı burada 
vur­tut 
bircə alma var! – deyə kirpi, qarğa və dovşan 
dilləndilər
.
– Bu almanı bərabər hissələrə bölün, qoy hər kəs öz payını götürsün.
Hamı 
bir ağızdan
dedi:
– Dovşan, bu sənindir, sən
almanı birinci gör müsən.
İkinci hissəni qarğaya verdi:
– Qarğa, bu da sənindir, sən
almanı dərmisən.
Üçüncü hissəni kirpi öz ağ ­
zı na  apardı:
– Bu mənimkidir, çünki al­
manı mən tutmu şam.
Dördüncü hissəni kirpi ayı ­
nın pəncəsinə qoy du:
– Bu isə səninkidir, ayı
baba!
– Mənə nə üçün? – deyə ayı dilləndi.
Çünki sən bizi
barışdırdın
və 
başımıza ağıl qoydun
!
Hər kəs
öz payını yedi, hamı razı qaldı.               
Rus xalq nağılı
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Nağılı rollar üzrə oxuyun, nəticə çıxarın və səhnələşdirin.
2. Suallar ətrafında danışın.
1) Dovşan almanı niyə dərə bilmədi?
2) Bəs nə üçün dovşan almanı götürə bilmədi?
3) Kirpi almanı niyə dovşana vermək istəmirdi?
4) Kirpi, qarğa və dovşanın mübahisəsi nə ilə nəticələndi?
5) Ayı məsələni necə həll etdi?
6) Ayıya nə üçün pay düşməli idi?
3. Çoxbilmişin qoyduğu suallardan xoşunuza gəlməyən varmı? Nağılın məzmunu ilə bağlı
siz yoldaşlarınıza daha hansı sualları vermək istərdiniz? Suallarınızı səsləndirin.
4*. Aşağıdakı atalar sözlərini oxuyun. Necə düşünürsünüz, bu atalar sözlərindən mətnin məz­
mununa uyğun olmayanı varmı?
94
cır – дикий
birbaş – прямо
vur­tut – всего
çığırmaq – кричать
hay­küy – шум­гам
ayılmaq – проснуться
nərildəmək – зарычать
SÖZLÜK
ilişib qalmaq – застрять
bir ağızdan – заговорили разом
ağlına gəlmək – пришло в голову
başına ağıl qoymaq – учить уму разуму
qulağının ardını qaşımaq – чесать за ухо
yerindən oynamaq – уйти со своего места
SÖZ EHTİYATI
– Bax bu bizim
ağlımıza gəlməmişdi
!
Kirpi almanı götürüb dörd hissəyə böldü. Bir his səsini
dovşana verdi.
 Çap üçün deyil


ATALAR SÖZÜ  –  SÖZLƏRİN GÖZÜ
ÇOXBİLMİŞ ÖYRƏDİR
* Əziz uşaqlar, sizin hər biriniz onlarla atalar sözü bilirsiniz.  Bəs öz nitqinizdə
məsəllərdən istifadə edirsinizmi?
Çoxbilmiş istəyir ki, dostları atalar sözlərinə çox oxşayan məsəllərlə də tanış ol­
sunlar. Çox vaxt atalar sözləri və məsəlləri bir­birindən ayırmaq olmur. Onları
fərqləndirmək üçün bilmək lazımdır ki, məsəllər müəyyən bir hadisə, əhvalatla bağlı
olur. Yəqin ki, “O olmasın, bu olsun”, “Bəyin oğurlanması” filmlərinə baxmısınız.
Danışığımızda “o olmasın, bu olsun”, “salam, sağ ol” ifadələrini işlədəndə həmin filmlər yada
düşür. Bunun kimi, “Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu!” məsəli “Koroğlu”
dastanı ilə, “Sən çaldın” məsəli Molla Nəsrəddinin danışdığı bir əhvalatla bağlıdır. “Bərəkallah
ustadına!”, “Yalançının evi yandı, heç kəs inanmadı” məsəllərini eşitməmiş olmazsınız! Onların
hansı əhvalatla bağlı olduğunu soruşub öyrənin. 
5*. “Karın könlündəki” məsəlini eşitmisinizmi? Oxusanız, bu məsəlin necə yarandığını da
biləcəksiniz.
KAR VƏ XƏSTƏ
Kar olan bir şəxs bir xəstənin ziyarətinə gəldi. Soruşdu: – Necəsən?
Xəstə dedi ki, ölürəm.
Kar elə bildi ki, deyir, yaxşıyam. Dedi ki, əlhəmdülillah.
Və yenə soruşdu ki, nə yeyirsən?
Xəstə dedi ki, zəhrimar.
Kar dedi ki, nuşican olsun! Soruşdu: – Həkimin kimdir?
Dedi ki, əzrayıl.
Kar elə bildi ki, deyir filan həkim. Dedi ki, ayağı düşərli olsun*!
Bax elə “karın könlündəki” məsəli də ondan qalıb.        
95
Yaxşı məsləhət hər şeydən yaxşıdır.
Ağıl ağıldan üstün olar.
Acıqla iş görən zərər çəkər.
Acıqlı başda ağıl olmaz.
Artıq tamah daş yarar,
Daş qayıdıb baş yarar. 
 Çap üçün deyil


6. Tapmacanı oxuyun, Çoxbilmiş deyir ki, siz onun  cavabını bilirsiniz. Belədirmi?   
7. Şeir parçasını oxuyun, əzbərləyin. Kirpi ­
nin qidalanması və yaşayışı barədə bildiklərinizi
da nışın.
KİRPİ
Xanımana Əlibəyli
8*. Nağılda göy rəngdə verilmiş ifadələrdən hansıları bir sözlə əvəz edə bilərsiniz? Axtarın.
9. Yanıltmacı oxuyun, spesifik səslərin tələffüzünə diqqət yetirin.
Getdim gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Dişi kar, kor, kürkü yırtıq kirpi
erkək kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor, kürkü yırtıq kirpi
dişi kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamayır.
İKİ  QARDAŞ 
İki qardaş var idi. Biri 
varlı 
idi, biri isə 
kasıb
. Bir dəfə kasıb qardaş varlı qardaşın 
qapısına
gedib deyir ki, 
kömək
* elə, nə yeməyə çörəyim var, nə yandırmağa odunum.  
Bu vaxt varlı qardaşın bir inəyi ölüm ayağında idi. Odur ki: – Götür, bu inəyi apar, kəs, əti sə ­
nin, dərisi mənim, – deyə se vinc lə bildirir.
Kasıb qardaş inəyi götürüb gəlir evə. Çıxmayan cana ümid çoxdu, – deyiblər. Ər­arvad inəyə
ne cə qulluq edirlərsə, heyvan 
sa ğa lır
. Sonra elə 
südlü
inək olur ki, so ra ğı gedib varlı qardaşa da
çatır.
“Heyif ki, inəyi verdim”, – deyə varlı qardaş 
başlayır
kasıbdan inəyin dərisini 
tələb etməyə
.
Kasıb deyir:
– Ay qardaş, inək ölməyib ki dərisini verəm. Qoy öz 
ömrünü başa vursun
, sonra kəsib, soyub
dərisini verim sənə.
Varlı 
razı olmur
. Axırda iş gedib çıxır məhkəməyə. Hakim 
şərt kəsir
:
– Sizə üç sual verəcəyəm. Hansınız 
düz
cavab versə, o, məhkəməni 
udmuş* 
hesab olunacaq.
Qardaşlar 
razılaşırlar
. Hakim so r uşur:
96
İynəsi çox,
Tikəni yox,
Əti dərman,
Özü heyvan. 
yırtıq – дырка
yamamaq – латать
erkək – самец
SÖZLÜK
ziyarət – визит
zəhrimar – отрава
məsəl – поговорка
filan – какой­то
nuşican – на здоровье
əzrayıl – ангел смерти
SÖZLÜK
Suda görüb özünü,
Kirpi qıydı gözünü:                                  
“Duman kimi boz rəngəm,
İynəm nə çoxmuş mənim...
Sir­sifətdən qəşəngəm,
Xəbərim yoxmuş mənim...”    
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə