Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə31/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

8. Aşağıdakı atalar məsəlini oxuyun və yadda saxlayın.                                 
Qorx payızdan, qabağından qış gəlir.
Qorxma qışdan, qabağından yaz gəlir.
9.  Çoxbilmişlə dostunun dialoqunu oxuyun və səhnələşdirin. Çox maraqlıdır, xoşunuza
gələcək. 
ÇOXBİLMİŞLƏ DOSTUNUN SÖHBƏTİ
Mənim bir dostum var, özü də müsəlmandır, amma məni görəndə rus dilindən savayı, özgə
dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm:
– Hardan gəlirsən?
O mənə belə cavab verir:
– Ya xodil na poçtu.
Deyirəm:
– Dünən niyə bizə gəlmədin?
Cavab verir:
– K nam prişli qosti.
Deyirəm:
– Yaxşı, qonaqlar gedəndən sonra gələydin!
Cavab verir:
–Net, uje bılo pozdno. 
Deyirəm:
– Söz verirsən ki, sabah gələsən, bir az söhbət edək?
Cavab verir:                       
– Postarayus, no slovo ne dayu.
Deyirəm:
– Xudahafiz!
Cavab verir:
– Do svidaniya!
Amma dostumun bir şeydən xəbəri yoxdur: xəbəri yoxdur ki, mən də rusca bir az danışa bilirəm!..    
Cəlil Məmmədquluzadə
ÇOXBİLMİŞ ÖYRƏDİR
Uşaqlar, Azərbaycan dilində istifadə etdiyiniz sözlərin bəziləri rus dilindən bil di ­
yi niz sözlərdir. Deməli, bu sözlər Azərbaycan dilinə rus dilindən keçib. Yadınızda
saxlayın ki, dünyanın bütün dillərindən bir­birinə söz keçir. Məsələn, 
konfet, tort,
kotlet, kompot, komandir, avtomat, prezident, parlament
kimi onlarla söz dilimizə
ya rus dilindən, ya da rus dilinin vasitəsi ilə Avropa dillərindən keçib. Bizim dilimizə
ərəb və fars dillərindən də xeyli söz daxil olub.   Bəs rus dilinə Azərbaycan dilindən
söz keçdiyi barədə məlumatınız varmı? Çoxbilmiş deyir ki, rus dilində istifadə etdiyiniz 
arbuz,
bek, bekmez, buran, utyuq, izyum, saray, karandaş, kamış, karavan,  kirpiç, karaul,
kaban, sunduk, şakal, çerdak, çubuk, xalat, ayva
Azərbaycan sözləridir.  Bunu bilirdinizmi?
10. Çoxbilmişin dostu haqqında eşitdiyi söhbətə qulaq asın ki, siz də onun kimi danışmayın.
Çoxbilmişin dostunun rus dilində işlətdiyi sözləri Azərbaycan dilindəki uyğun sözlərlə əvəz edib
dialoqu səhnələşdirin.
85
savayı – кроме
xəbəri yoxdur – не имеет представления
SÖZLÜK
 Çap üçün deyil


Deyirlər ki, mənim həmin dostum rus şkolunda oxuyan vaxt bir gün anasına deyib:
– Ana! Pajaluysta, mənə bir şey svarit elə! 
Anası cavab verib:
– Bala nə dedin?
Dostum cavab verib:
– Ox, ox!..  Mən deyirəm: bir zad bişir.
– Bala, nə bişirim?
– Çort yeqo znaet!.. Yadımdan çıxıb... Yumru olur, əti döyüb salırlar tavaya, ya qazana... Bir
cür adı var...
– Bala, küftə deyirsən?
– Hə... hə... qofta, qofta!   
Cəlil Məmmədquluzadə
11. Çoxbilmişin sizin üçün hazırladığı yanıltmacı oxuyun. [C] səsinin düzgün tələffüzünə
diqqət yetirin. Digər spesifik səslərimizi də təkrar edin.
Cəmil Cəmiləni cırnatdı. Cəmilə cin atına mindi, ancaq cınqırını çıxarmadı. Gecə Cəmilə
Cəmili cəzalandırdı. Cəmilin cibinə cücü qoydu. Cəmil cücünun cırıltısını eşitdi, ancaq cınqırını
çıxarmadı. Cəmil cücünü cəld cibindən çıxarıb Cəmilənin cücəsinə verdi. Cəmilə cin atına
mindi...
ÜMUMİLƏŞDİRİCİ  DƏRS
1. Üzərində ulduz işarəsi qoyulmuş sözləri düzgün tələffüz edərək şeiri oxuyun, sonra şeirin
məzmununu öz sözlərinizlə danışın. 
YER  KÜRƏMİZ
Rafiq  Yusifoğlu
86
Biz insanıq*, 
dünyanın
Baharıyıq*, yazıyıq*.
Bircə vətənimiz var,
Yer oğlu, yer qızıyıq*.
Sudu, ağacdı, otdu,
Havadı, torpaqdı* o.
Anamız 
kainatda
Bir yaşıl yarpaqdı* o.
Öz qoynunda hamıya
Yer verib
yer kürəmiz.
Gülüstana dönər o,
Bir gül əksək hərəmiz.
Əgər istəmiriksə,
Ağac* kimi quruyaq*,
Gərək göz bəbəyi tək
Təbiəti* qoruyaq*.
cırıltı – скрип
cırnatmaq – дразнить
cəzalandırmaq – наказать
SÖZLÜK
cınqırını çıxarmaq – пикнуть
cin atına minmək – взбеситься
SÖZ EHTİYATI
kainat –  вселенная
yer kürəsi – земной шар
gülüstan – цветущий сад
SÖZLÜK
yer vermək – уступить место
gülüstana döndərmək – превратить в
цветущий край
SÖZ EHTİYATI
 Çap üçün deyil


ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
2. Şairin fikirləri ilə razısınızmı? Şeirdən çıxardığınız nəticə barəsində danışın.
3. Şeirdə göy rəngdə verilmiş sözlərin bir­birinə münasibətini müəyyənləşdirin.
a) əksmənalı          b) yaxınmənalı               c) omonim             d) mürəkkəb                    
4. Aşağıdakı sözlərdən hansılar  şeirdə göy rəngdə verilmiş sözlərə sinonimdir? 
a) cahan                 b) aləm                           c) sülh                   d) müharibə
5. Mətni oxuyun və fikirləşin: nə üçün Çoxbilmiş sizin bu mətni oxumanızı istədi?
SƏRÇƏNİN SƏDAQƏTİ
Biri vardı, biri yoxdu, bir sərçə vardı. Bu sərçə başqa sərçələrə bənzəmirdi. Yayı aranda, qışı,
pa yızı isə meşədə keçirirdi. Həmişə meşəni arandan çox sevərdi. Ona görə ki, qışda nə qədər qa ­
lın qar yağsa da, ağacların altı quru qalırdı. Sərçə bu quru yerlərdə 
dənlən
ər, qışın sərt keç mə ­
sini 
hiss etməzdi
.
Payız günlərinin birində sərçə meşəyə doğru uçurdu. Bir də gördü ki, meşə 
od tutub
yanır.
Meşəbəyidən başqa, onun alovunu söndürən yoxdu. Meşəbəyi çox əziyyətlə çaydan vedrə­vedrə
su daşıyır, meşənin yanan yerinə tökürdü ki, alov çox yayılmasın. Yazıq meşəbəyi qan­tər içində
idi. Sərçə bu yanğını görüb çox təlaş keçirdi. 
Fikirləş
mədən qanadlarını geniş açıb işə başladı.
O, tez­tez çaya baş vurur, dimdiyində su gətirir və meşənin yanan yerinə tökürdü.
Meşəbəyi sərçənin bu köməyini görüb çox təəccüb etdi:
– Ay allahın quşcuğazı, sənin dimdiyində gətirdiyin su bu yanğına nə edəcək? – dedi.
Sərçə 
dilə gələrək
:
– Bunu mən də bilirəm, – dedi. Ancaq mən meşəyə olan məhəbbətimi, sədaqətimi göstərirəm.
Sərçə bunu deyib sürətini bir qədər də artırdı. Tez­tez çaya baş vurub, dimdiyində gətirdiyi
suyu  meşənin yanan yerinə tökürdü. Meşəbəyinin və sərçənin gətirdiyi sular, elə bil, bircə anda
çoxal 
dı, selə­suya döndü. Meşənin alovu 
tüstülən
ib söndü. Qoca meşəbəyi rahat nəfəs aldı.
Sərçə də yaşıl budağa qonub 
dincəl
irdi. Meşəbəyi sərçəyə baxdı, baxdı, sonra dedi:
– Ay allahın zərif quşcuğazı, kaş bəzi nankorlar, meşəni gizli qıranlar da sənin kimi meşənin
qədrini biləydilər.
Əli Səmədov
6. Mətndə yaşıl rəngdə verilmiş sözlərə və həmin sözlərin köklərinə ayrı­ayrılıqda sual verin.
Sözləri aid olduğu sualların altında yazın və rus dilinə tərcümə edin. Sözlərdə mənanın dəyiş ­
mə  sinin səbəbini izah etməyə çalışın. 
87
sərt – жесткий
daşımaq – носить
əziyyətlə – с трудом
sədaqət – верность
tüstülənmək – дымиться
dənlənmək – кормиться зерном
SÖZLÜK
qədrini bilmək – ценить
nankor – неблагодарный
təlaş keçirmək – беспокоиться
od tutmaq – загореться, начать гореть
baş vurmaq – здесь: ходить за водой
SÖZ EHTİYATI
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə