Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə30/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Şeiri oxuyun, əzbərləyin.
2. Şeirdən çıxardığınız nəticə barəsində danışın. Şair insanları nəyə səsləyir?
3. Ölkəmizdə yeni qoruqlar yaradılır və meşə massivləri salınır. Bakı şəhərində
neftlə çirklən miş ərazilər təmizlənir və  həmin ərazilərdə yaşıllaşdırma işləri aparılır.
Bü tün bunları  ekoloji ta razlığın qorunmasına doğru atılan addımlar hesab etmək
olarmı?  Paytaxtımızda  və bütün ra yon larımızda yeni­yeni parkların, istirahət gu şə lə ri nin salın­
ması xoşunuza gəlirmi? Şairin istədiyi bu durmu? Fikirlərinizi açıqlayın.
4. “Meyvəli”, “ətirli”, “çiçəkli” sözləri quruluşuna görə necə sözlərdir?
a) sadə              b) düzəltmə             c) mürəkkəb              d) qohum
ÇOXBİLMİŞ ÖYRƏDİR
Əziz dostlar, siz, yəqin ki, rus dilində qohum sözlərin olduğunu bilirsiniz. Azərbaycan
dilində də bəzən  bir söz kökündən bir neçə söz düzəltmək olur. Yeni düzələn sözlər ayrı­
ayrı  mənalar bil dirir. Ancaq kökləri eyni olduğu üçün belə sözlərə  qohum sözlər deyi ­
lir. Məsələn: 
çiçək
– 
çiçək
+lik, 
çiçək
+ li, 
çiçək
+ dəki, 
çiçək
+ lə(mək); 
ətir
– 
ətir
+li,
ətir
+ siz, 
ətir
+ lə(mək); 
gül

gül
+çü, 
gül
+lük, 
gül
+dan, 
gül
+lü, 
gül
+ lə(mək) və s.  
5. Oxuyun, mətnə ad qoyun və məzmununu danışın.                                  
*********
Hava duman idi. Lakin şərq tərəfdən gün çıxmaq istəyirdi.  Hamının nəzərləri Kəpəz dağının
ba şında idi.  Elə bil, Kəpəzin başına ağ duvaq 
səril
mişdi. Böyüklər həyətdə gəzinərək söhbət
edir dilər. Uşaqlar isə 
gül
ləklərinin arasında oynayırdılar. Birdən İradə yerindəcə durdu. Onun
nə zərləri 
qısa  
saplaqlı
, üstü ağ xallı çiçəyə zillənib qaldı. İlkin qıza 
yaxınlaş
ıb soruşdu:
– Hə, İradə, niyə dinməz durmusan?
İradə 
bənövşəyi
çiçəyi göstərib soruşdu:
– O çiçəyin adı nədir?
İlkin çiyinlərini çəkdi.
Bilmirəm, – dedi.
Uşaqlar kimdən soruşdularsa, hərə bir ad dedi. İlkin ağ 
xallı 
çiçəklərdən birini
üzmək
istədi.
Əjdər müəllim onu gördü. İcazə vermədi.
– Mən sizə göstərmək istəyirdim, – deyə İlkin günahkarcasına ləkdən çıxdı.
Əjdər müəllim 
bənövşəyi
çiçəyə diqqətlə baxdı.
– Nə olacaq,  – dedi, – görmürsünüz, 
bəzəkli 
bənövşədir. Üstündəki 
xal
lar olmasaydı, adicə bənövşə
demək olardı. O xallar ona 
bəzək

yaraşıq 
verir. Ona görə də gəlin ona bəzəkli bənövşə deyək.
Uşaqlar hər ikisi birdən:
– 
Bəzəkli 
bənövşə! Bəzəkli bənövşə! – deyə təkrar etdilər.
Çox keçmədi ki, Kəpəz dağının  başının 

örtüyü yox oldu. Günəşin şüaları altında yeddi
rəngə çalan Kəpəzin haça 
qayalı 
başı aydın 
görün
dü.             
Xalidə Hasilova
83
lək – грядка
nəzər – взгляд
dinməz – молчаливый
bənövşəyi – фиолетовый
aydın – ясный
örtük – покрывало
bəzəkli – украшенный
günahkarcasına – виновато
SÖZLÜK__Çap_üçün_deyil__6.'>SÖZLÜK
 Çap üçün deyil


6. Mətndə yaşıl rəngdə verilmiş sözlərin omonimlərini tapın və cümlələrdə işlədin. Cümlələri
rus dilinə tərcümə edin. Bu sözlər rus dilində də omonim ola bilirmi?
7. Mətnin birinci və sonuncu abzasında bir neçə dəfə “baş” sözü işlənmişdir. Həmin abzasları
bir də diqqətlə oxuyun. Necə bilirsiniz, burada “baş” sözü  əsas mənasındadır, yoxsa ?
Çoxbilmiş deyir ki, dostları Şaxta babanı çox sevirlər. Ona görə də sizlərə yeni bir “Şaxta
baba” şerini təqdim etmək istədi. Oxuyun, əzbərləyin, yeni il şənliyinizdə söyləyin.
ŞAXTA BABA
Rafiq Yusifoğlu  
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Hansı fəsli daha çox sevirsiniz? Fikirlərinizi əsaslandırın.
2. Uşaqlar qışı niyə çox sevirlər? Qışda havalar necə olur?
3. Qışda hansı şənliyə hazırlaşırsınız? Bu barədə danışın.
4. Qışda təbiətdə hansı dəyişiklikləri müşahidə edirsiniz? Yayla müqayisə edərək
danışın.
5. Hansı artıqdır?
a) dağ          b) dərə         c) çöl           d) qaya          e) yamac        ə) lüğət
6. Tapmacaları oxuyun. Cavabı çox asan tapacaqsınız.
7. Dekabr ayının 31­də azərbaycanlılar hansı bayramı qeyd edirlər? Bu bayram barəsində nə
bilirsiniz?  Həmrəylik barədə siz də öz fikirlərinizi söyləyin.
84
Yolkamızın üstündə
Yenə yandı işıqlar.
Hardasan, Şaxta baba,
Yol gözləyir uşaqlar.
Zirvələrdən enib gəl,
Dərələrdən keçib gəl.
Yamaclara, çöllərə
Dümağ
libas biçib gəl.
Gözündə ulduz gətir,
Nəfəsində buz gətir.
Saçlarında 
dümağ
qar,
Dilində xoş söz gətir.   
– Göydən endim 
ağappaq
,
Oldum ağ şal, ağ papaq.
Meyvələri düşürtdüm,
Ağacları üşütdüm.
Dağlardan yumalandım,
Küləkdə komalandım.
Gün vurdu birdən­birə,
Əriyib keçdim yerə.
– Söhbətini burda kəs!
– Yaxşı, adım nədir bəs?     
uuu
Pambıq kimi göydən,
Düşər qupquru
Gün dəyəndə olar
Duru, dupduru. 
uuu
Teymur Elçin
duvaq – вуаль
zillənib qalmaq – уставиться
çiyinlərini çəkmək – пожать плечами
haça qayalı – скала в виде рогатки
SÖZ EHTİYATI
zirvə – вершина
biçmək – кроить
libas – одежда
SÖZLÜK
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə