Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə27/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

BABA  VƏ  NƏVƏ
Kəndin kənarında 
iri
bir sö ­
yüd ağacı vardı. Yayın 
isti 
ayla ­
rında o hər tərəfə qol­budaq atıb
sərinlik yayırdı. 
Uzaq 
yoldan gə ­
lən lər bu ağacın kölgəsində din ­
cəl 
məmiş kəndə girməzdilər.
Üzüm salxımları kimi sallanmış
bu daqlar* az qala yerə dəyirdi.
Ba şında da hər yay sağsağanlar
yu va tikərdi. O qədər 
hündür
idi
ki, kəndin yeddi kilometrliyindən
də onu görmək olurdu.
Bu ağac nə vaxt əkilmişdi?
Bunu hamıdan 
yaxşı 
Cəlal bilir ­
di. Cəlalın cəmi doqquz yaşı var ­
dı. Ağacın tarixini isə ona qoca babası Nüsrət danışmışdı. Nüsrət ba banın yaşı səksəni 
ötmüşdü
.
Ancaq o, sağlam bədənli, qədd­qamətli bir kişi idi. O, bağban idi. Kəndin bütün meyvə bağları ona
tapşırılmışdı. O 
həmişə
, xüsusilə 
yay 
aylarında Cəlalı özü ilə meyvə bağlarına aparır, ağacları ona
göstərir, onlara necə qulluq* etməyi nəvəsinə öyrədirdi.
Bir gün onlar meyvə bağlarından kəndə qayıdarkən, 
dincəlmək
üçün yolun
kənarındakı
söyüd ağacının kölgəsində oturdular. Qoca başını qaldırıb ağacın qol­budaqlarına* baxdı, sonra
üzünü nəvəsinə tutdu:
– Cəlal, görürsənmi, bu, kənddə ən 
qoca 
ağacdır. O məndən azca kiçikdir.
Cəlal babasının sözlərini yaxşı 
başa düşmədi
. Çünki ona elə gəlirdi ki, kənddə, bəlkə də,
dün ya da  babasından  qoca
adam 
yoxdur.
– Nə üçün səndən kiçikdir? – deyə Cəlal təəccüblə soruşdu.
Onu mən 
əkmişəm
. Onda mən sən yaşda olardım...
Babası bu sözləri deyib fikrə getdi. Gözlərini qıyıb dedi:
– Mənim babam da sənin baban kimi bağban idi. Mənə ağac əkməyi öyrətmişdi. O zaman
kən dimizdə ağac az idi.  Bu yerlər elə isti olurdu ki, adamın 
nəfəsi tutulurdu
. Bir gün babam
mə nə dedi ki, “Nüsrət, burada ağac əkək...” Axı o hər şeyi mənə öyrətmişdi. İndi gördüyün bu
ağa cı, bir də yolun o tərəfindəki ağacı öz əlimlə yerə basdırdım. Onlara qulluq* elədim. Biri
tutdu,  bi ri isə qurudu.
Qoca 
sözünü qurtardı 
və qurumuş ağacın yerini göstərib ah çəkdi:
–Yoxsa indi qoşa söyüd olacaqdı!
Babası
susdu
. Söyüdün yarpaqları* yenicə başlayan küləkdən əsməyə başladı. Cəlal gözlərini
babasının gözlərinə zilləyib soruşdu:
– İndi daha əkmək olmaz? Qoy o tərəfdə də olsun.
– Nə üçün olmur, bala! Qoy o da sənin adınla olsun!
– Bəs daha qurumazmı?
– Yox, bala, o zamanlar çoxdan keçdi. İndi suyumuz 
boldur

Bu söhbətdən düz bir il sonra 
yekə 
söyüdün yanında bir söyüd tingi yarpaqladı*. Qollu­budaqlı*
qoca söyüdün yanında onun 
zərif 
yaşıl yarpaqları* ipək kimi parıldayırdı. Bir il də 
keçdi

Körpə
75
GƏLİN TƏBİƏTİ BIZ DƏ DÜŞÜNƏK,
O ÖZÜ HƏR ŞEYİ DÜŞÜNƏN KİMİ...
 Çap üçün deyil


söyüd 
yekəldi
. Kəndin girəcəyində  söyüdlər kölgə saldı. Nüsrət baba nəvəsinin əkdiyi ağaca
baxdıqca* 
fəxr edirdi
. Kəndin 
böyüyü
də, kiçiyi də bu söyüd ağaclarına  “baba və nəvə” deyirdilər.   
Xalidə Hasilova
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Mətni aşağıdakı ardıcıllıq üzrə danışmaq olarmı? Ardıcıllıq, mətnə uyğun gəlmirsə,
düzgün sıralayın.
1) Söyüd ağacı.
4) Nüsrət baba.
2) Düz bir il sonra.
5) Söyüd ağacının kölgəsində.
3) Qurumuş ağac.
6) O zamanlar çoxdan keçdi.
2. Suallardan hansına mətndə cavab tapdınız? Sualları və cavabları səsləndirin.
1)  Söyüd ağacını nə qədər məsafədən görmək olurdu?
2) Ağacın tarixini Cəlal haradan bilirdi?
3) Söyüd ağacının hündürlüyü neçə metr idi?
4) Ağaclara qulluq etməyi babası  Cəlala nə vaxt öyrətmişdi?
5) Babası bu söyüd ağacını neçə yaşında olanda əkmişdi?
6) Nüsrət kişi niyə ah çəkdi?
7) Cəlal söyüd tingini hansı ayda əkmişdi?
3. Bəs siz  təbiəti qorumaq üçün nə edirsiniz? Heç ağac əkmisinizmi? Yersiz olaraq ağacları
kəsənlərə münasibətiniz necədir? Müzakirə edin və fikirlərinizi təqdim edin.
4. Mətndəki  “Biri tutdu, biri isə qurudu” cümləsində işlənmiş  “tutdu” sözünü hansı sözlə
əvəz etmək olmaz? 
a) bitdi               b) göyərdi                c) saxladı                   d) alındı
5. Tut(maq)  sözü hansı birləşmədə əsl(birinci) mənasında işlənib?
a) qələmi tutmaq         b)  qrip tutmaq        c) quş tutmaq           d) taksi tutmaq
6. Ağacları qorumaq, artırmaq nə üçün lazımdır? Ağacların faydası haqqında danışın.
7. Mətndə narıncı rənglə fərqləndirilmiş ifadələri bir sözlə əvəz edib oxuyun. Hansı variant
daha çox xoşunuza gəldi? 
8. Atalar sözlərində yalnız bir hərfinə görə fərqlənən sözləri səsləndirin. Özünüz də belə
misal lar  deyin.
ATALAR SÖZÜ  –  SÖZLƏRİN GÖZÜ 
76
Cavanlıqda daş daşı, qocalıqda ye aşı!
Babanın əlindən nəvə tutar.
Dövlətdə dəvə, övladda nəvə.
Bar verən ağacı kəsməzlər.
Barsız ağaca daş atmazlar.
Biri itməyincə biri bitməz.
söyüd – ива
salxım – гроздь, кисть
tutmaq – здесь: приняться
qədd­qamətli – стройный, статный
basdırmaq – здесь: сажать, посадить
qoşa – пара
ting – саженец
girəcək – вход
yenicə – только что
fəxr etmək – гордиться
SÖZLÜK
fikrə getmək – задуматься
gözlərini qıymaq – прищуриваться
üzünü tutmaq – обратиться
yaymaq – здесь: распространять, рассеивать
gözlərini zilləmək – уставиться
nəfəsi tutulmaq – дышать с трудом, задыхаться
SÖZ EHTİYATI
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə