Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə28/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

məh  rumedilmə kimi qanun da var.  Bu qanunun yazıldığı kitab “Qırmızı
ki tab”  adlanır.
Qırmızı rəng qadağan siqnalı kimi bütün dünyadakı insanlara məlum­
dur. Siz dəfələrlə avtomobil yolunu keçərkən işıqforun qırmızı işığı ya ­
nan da bütün avtomobillərin dayandığının şahidi olmuşsunuz. Deməli,
qır mızı rəng “olmaz” kimi də başa düşülə bilər. Ona görə də insanlar nəsli
tü kənməkdə olan, sayı azalan və kökü tamamilə kəsilməkdə olan hey ­
vanla rı və bitkiləri qorumaq üçün yaradılan kitabı belə adlandırıblar.
Ümumdünya “Qırmızı kitab”ı  bir neçə hissədən ibarətdir. Kökü kə ­
sil məkdə olan heyvanlar haqqında məlumatlar qırmızı səhifələrdə yerləş ­
di rilmişdir. Bu kitabda sarı səhifələr də mövcuddur. Bu səhifələrə yer
üzün də sayları azalan heyvanların adları salınıb. Yaşıl səhifələrdə isə nəsli
bər pa olunmuş, qırılmaqdan xilas olmuş heyvanlar haqqında məlumatlar
ya zılmışdır. Son zamanlar xilas olmuş heyvanların sayı xeyli artmışdır.
17. “Qırmızı kitab”ı nə üçün  belə adlandırıblar? 
A) Qırmızı rəng qadağan siqnalı kimi bütün dünyadakı insanlara
məlumdur.
B) Qırmızı rəng “olmaz” kimi də başa düşülür.
C) İnsanlar kökü tamamilə kəsilməkdə olan heyvanları və bitkiləri qo­
rumaq üçün bu kitabı belə adlandırıblar.
Ç) Bu kitabların cildi qırmızı rəngdə olur.
18. Aşağıdakı suallardan biri mətnə aid deyil. Həmin sualı səsləndirin.
A) “Qırmızı kitab”da nə barədə qanunlar var? 
B) Sarı səhifələrə hansı heyvanların adları salınıb?
C) Göy səhifədə nə barədə yazılıb?
D) Qırmızı səhifələrdə hansı məlumatlar yerləşdirilib?
101
SÖZLÜK_fərqlənmək_–_отличаться_qadağan_–_запрещение,_запрет_cərimə_–_штраф_məbləğ_–_сумма_mövcud_–_сушествующий_SÖZ_EHTİYATI'>SÖZLÜK
fərqlənmək – отличаться
qadağan – запрещение, запрет
cərimə – штраф
məbləğ – сумма
mövcud – сушествующий
SÖZ EHTİYATI
azadlıqdan məhrum edilmə – лишение свободы 
kökü kəsilməkdə olan – в процессе исчезновения
nəsli tükənməkdə olan – в процессе вымирания
qırılmaqdan xilas olmuş – спасенные от вымирания
bərpa olunmuş – востановленный
Çap üçün deyil
Çap üçün deyil


19. “Qırmızı kitab”ın xeyri nədir?
1) Cildi qırmızı olduğu üçün insanların diqqətini cəlb edir.
2) Kökü kəsilməkdə olan heyvanların və quşların adları bu kitaba
yazıldığı üçün onları ovlamaq qadağan edilir.
3) “Qırmızı kitab”da dövlət qanunları yazıldığı üçün hamı ona riayət
etməlidir.
20. Sizcə, təbiətdə heyvanların və quşların kökü getdikcə kəsilsə, nə
baş verər? Nə üçün heyvanlar və quşlar “canlı təbiət” adlanır?
Yoldaşlarınızla fikirlərinizi bölüşün. Müzakirə edin.
21. Təbiəti qorumasaq, nə baş verər? “Təbiət bizim ümumi evimizdir”
mövzusunda təqdimat hazırlayın və onu gələcək dərslərinizin birində nü­
mayiş etdirin.
22. Mətndə işlənmiş sifətləri seçib yazın. Həmin sifətləri başqa hansı
formalarda işlədə bilərsiniz? Qarşılarında düzəltdiyiniz formaları da qeyd
edin.
NÜMUNƏ:
boz – bozumtul, bozumtraq, bomboz, boztəhər, açıq­boz,
tünd­boz...
23. Şeiri ifadəli oxuyun və əzbərləməyə çalışın.
TURAC
Bu quş bizim turacdır,
Dənlənir, yəqin, 
acdır
.
Uçan vaxtı pırhapır
Qanadları səs salır.
Döşündə ağ xallar var
Qara ata turacın.
Turacın düşmənidir
Ley, qırğı, tərlan, laçın.    
Rəsul Rza
24. Qırmızı hərflərlə verilmiş söz rus dilində hansı mənada işlənib?
a) голодный
b) горький
c) белый          d) сытый
25. Şeirin məzmununa aid olmayan cümlə hansıdır?
A) Turac xallı quşdur.
102
SÖZLÜK
dənlənmək – искать корм
xal – здесь: пятно (пятнистый)
döşündə – на груди
qırğı, ley – ястреб
tərlan, laçın – сокол
Çap üçün deyil
Çap üçün deyil


B) Turac uçduqda qanadlarının səsi eşidilir.
C) Turac çox sürətlə uçur.
D) Turacın düşmənləri var.
26. Hansı söz necə? sualına cavab verir?
a) bizim
b)  ağ
c) qanad         
d) qırğı
27. Turacdan əlavə, şeirdə neçə quşun adı çəkilib?
a)  dörd   
b) üç     
c) səkkiz    
d) beş 
28. Verilmiş saylardan hansılar ancaq sözlə yazıla bilər?
bir, yüzlərlə, xeyli, beş, çox, on beş, bir neçə, əlli, otuz, az, çoxlu 
§ 22. NİGARIN SEVİNCİ
Nigarın babası xəstələnmişdi. Qız babasının yatağına tərəf gəlib,
üzündən öpdü:
– Baba, özünü ələ al, atam gələr, yaxşı olarsan, xəstəliyin keçib gedər. 
Baba Nigarın sözlərindən kövrəldi. Nigarın  babasına yazığı gəldi.
Dəsmalı ilə onun gözlərini sildi, pıçıltı ilə babasına dedi:
– Ay baba, niyə özünü üzürsən? 
Dərdini
mənə de, axı mən səni çox
istəyirəm.
– Ay bala, nə deyim,  başımıza  bəla gəldi. Ermənilər doğma ocağımızı,
bağ­bağatımızı, mal­qaramızı dağıdıb, bizi didərgin saldılar. Heç bir gü­
nahı olmayan körpələri, uşaqları, ana­bacıları öldürdülər.  Cəbhəyə
könüllü gedən yeganə oğlumdan, sənin atandan neçə vaxtdır ki, xəbər­
ətər yoxdur. Anan  dözməyib  onun dalınca getdi. Qardaşın və bacınla tək
qalmışam. Bu ağır dərdə dözmək olmur, mənim balam..    
Nigar  babasını 
bərk­bərk
qucaqladı . 
– Baba, atam niyə didərgin düşüb?
– Qızım, ermənilər hücum edib, Xocalı kimi gözəl  bir yurdu dağı­
danda  nələr çəkdik. Neçə gün ac­susuz qaldıq, nə qədər uşaq, böyük tələf
oldu. Sizi 
xilas edəndə
əl­ayağımız dondu. Atan 
mərdliklə
vuruşdu.
Qarabağın neçə kəndinin 
azad edilməsində
əsl qəhrəmanlıq göstərdi.
Lakin ağır döyüşlərdə itkin düşdü.
Nigar soruşdu: 
– Axı  bu ermənilər  bizdən nə istəyirlər?
– Qızım, Vətəni, yurdu olmayan ermənilər həmişə Azərbaycan tor­
paqlarına göz dikiblər.  Torpağımızı ələ keçirməyə can atıblar. Həmişə də
qeyrətli xalqımız onlara qalib gəlib...
Baba  daha danışa bilmədi, dərindən nəfəs alsa da, havası çatmadı.     
103
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə