Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə24/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

Bağban                nə?                       nə edir?
Bənna                  nə?                       nə edir?
Dərzi                   nə?                       nə edir?
Əkinçi                 nə?                       nə edir?
13. Sizin valideynləriniz nə ilə məşğul olurlar? Bu haqda danışın.
14. Şeirdə dialoq kimlərin arasında gedir?
A) müəllim və şagird
B) ata və oğul
C) ana və qız
15. “Güc çatmaz gücümüzə
Vermişiksə  əl­ələ” – misraları ilə şair nə demək istəyir?
 
Müzakirəyə qoşulun. Müəllim sizə kömək edəcək.
16. Aşağıdakı cümlələri köçürün. Lazım olan yerdə verğül işarəsini
qoymağı unutmayın.
1) Qonaqlar bu görüşdən razı qaldılar.
2) Bu şəhərin ən hündür binasıdır.
3) Evdəki o əşyaların yerini dəyişin.
4) Sinifdə o birinci cərgədə oturur.
17.  Aşağıdakı cümlədə “o” sözü həm kim? həm də hansı? sualına
cavab verə bilərmi? Fikirlərinizi əsaslandırın.
O çiçəklərdən gözəl bir çələng hördü.
18. Şeirdə qırmızı hərflərlə verilmiş sözlərin ümumi cəhətləri hansılardır?
1) Hər üçü necə? sualına cavab verir.
2) Hər üçünə saitlə başlanan şəkilçi əlavə etdikdə “q”­“ğ” əvəzlənməsi
baş verir.
3) Hər üçü yiyəlik haldadır.
4) Hər üçü ümumi isimdir və nə? sualına cavab verir.
a) 1, 4                  b) 2, 4                 c) 3, 4                   ç) 2, 3 
88
NİZAMİNİN HİKMӘT XӘZİNӘSİNDӘN
Bu nə tənbəllikdir, giriş tez işə,
Bikarlıq insanı sıxar həmişə.
Әl­ayaq qulundur, işlətsən, yəqin,
Çıxmazlar heç zaman əmrindən sənin.
Minlərlə xidmətçin olsa da, hökmən,
Öz əl­ayağını qoyma heç işdən.
Çap üçün deyil
Çap üçün deyil


19. Şeirdəki sarı boşluğun yerinə hansı söz yazılmalıdır?
a) yaradır               b) bəstələyir             c) söyləyir         d) bəhs edir                    
20. Cümlələri Azərbaycan dilinə tərcümə edin və dəftərinizə yazın.
1) Каждый должен защищать свою Родину.
2) Солдаты стоят на страже Родины.
21. Hansı atalar sözünə əlavə edilən sifət ismin sualına cavab verə bilər?
A) Elmsiz insan – kimidir.
B) Ehtiyat – yaraşığıdır.
C) Dostu – gündə sınayarlar.
22. Aşağıdakı variantlardan hansı fərqlidir? Nə üçün?
a) çox böyük
b) ən ağıllı
c) qırmızıtəhər         d) tərtəmiz
✿ Seçdiyiniz sözə aid cümlə qurun və dəftərinizə yazın.
§ 19. XOŞBƏXTLİK  BARƏSİNDƏ
İstirahət evində, nədənsə, adamın dili açılır. Çox danışmaq, hər işə
qarışmaq istəyirsən.  Pensiyaçılardan biri–qoca müəllim nərdtaxta oy­
nayanların içinə mübahisə saldı:
– Ay camaat, yığışdırın bu şartaşartı, sözüm var sizə.
Oynayanlar müəllimin söhbətini maraqla dinlədilər. Nərdtaxtanı qat­
layıb kənara qoydular.
Müəllim “Cavanlar” jurnalının yeni nömrəsini göstərib soruşdu:
– Yəqin oxuyursunuz bu jurnalları?
– Oxuyanımız var!
– Burda mübahisə açıblar. Bəlkə, buna sizdən cavab verən ola?
– Nə mübahisədir?
– Nə soruşurlar?
– Soruşurlar ki, xoşbəxtlik nədir?
– Xoşbəxtlik barəsində danışmaq özü 
şirin
söhbətdir.
Bu söhbəti salan, deyəsən, özü xoşbəxtdir.
– Yox, oxuculardan fikir soruşurlar.
– Xoşbəxtlik nəyə deyilir?
Müəllimi dinləyənlərin hamısı söhbətə qarışmaq istədi:
– Burada çətin nə var! Kim nə cür, hərənin öz fikri var.
– Məsələ odur ki, hansı fikir düzdür? Bunu cavanlar bilmək istəyirlər.
– Məncə, birinci xoşbəxtlik sağlamlıqdır.
– Cavanların çoxu bunu bilməz. Çünki hamısı buz baltası kimidir.
89
Çap üçün deyil
Çap üçün deyil


Sağlamlıq əldən çıxandan sonra, əl­ayağın əsəndə qədrini bilirsən.
– Məncə, xoşbəxtlik odur ki, yaxşı bir evin ola!
– Xoşbəxtlik ona deyərəm ki, vəfalı ürək dostun ola, sadiq, etibarlı.
Hər kəs başqasını dinləmədən, təsdiq etmədən öz fikrini deyirdi:
– Şirin yuxun ola, özü də məsum uşaq yuxusu!
– Əsil övladın ola!
– El içində hörmət ayrı nemətdir!
– Sandıq dolusu pulun ola!
Böyük qulluğun, nazirlikdə də adamın, arxan ola!
– ...
Qoca müəllim sanki hamıya bir cavab verib söhbəti 
kəsmək
istədi:
– Bilmədiniz, qardaş! Yemək, içmək, gəzmək, firavan yaşamaq insanı
cismən təmin edər. Amma xoşbəxtlik ayrı şeydir. Siz deyənlərin hamısı,
bəlkə, nemət sayılır, ancaq həqiqi xoşbəxtlik onunla əmələ gəlməz.
– Bəs xoşbəxtlik nəyə deyirsən, ay müəllim?
Xoşbəxtlik, əsl xoşbəxtlik nə siz deyənlərdir, nə də bu cavanların jur­
nalında yazılanlar! Mənim aləmimdə, dünyada xoşbəxtlik odur ki,
həmişə, hər yerdə, hər kəsə ürəyindəkini, başındakını deyə biləsən! Bax
bundan böyük xoşbəxtlik yoxdur.   
         
Mir Cəlal
1. Aşağıdakı fikirlərdən hansı mətnin məzmununa uyğun gəlir?
A) Həmişə hər kəsə ürəyindəkini deyə bilirsənsə, bu, əsl xoşbəxtlikdir.   
B) Biz azad, demokratik ölkədə yaşayırıq və söz azadlığının olması
böyük xoşbəxtlikdir.
C) Xoşbəxt olmaq üçün xoşbəxtlikdən çox danışmaq lazımdır.
D) Xoşbəxt olmaq üçün yaxşı oxumaq lazımdır. 
2.  Dialoqda iştirak edənlərin əksəriyyəti hansı nəslin nümayən də ­
ləridir? Fikrinizi mətnə istinad etməklə əsaslandırın.
90
SÖZ EHTİYATI
dili açılmaq – начать говорить
işə qarışmaq – вмешиваться
təmin etmək – обеспечивать
buz baltası kimi – крепкий, 
         
здоровый
SÖZLÜK
pensiyaçı – пенсионер
nemət – здесь: богатство, благо
məsum – невинный
firavan – счастливый
arxa – здесь: опора
cismən – телесно, физически
vəfalı, sadiq – верный
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə