Azer-dili 5s Derslik 2016 Layout 1


 Qış fəsli haqqında atalar sözləri toplayın və dəftərinizdə yazın. BUNLARI BİLİRSİNİZMİ?



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə21/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

7. Qış fəsli haqqında atalar sözləri toplayın və dəftərinizdə yazın.
BUNLARI BİLİRSİNİZMİ?
Uşaqlar, bilirsinizmi, əşyanın əlamət və keyfiyyəti dedikdə nə başa
düşülür? 
Əlamət  əşyanın zahiri görünüşü: rəngi, ölçüsü, forması, həcmi
(sarı yarpaq, yumru top, hündür ağac, uzun yol və s.), keyfiyyət isə
onun gözlə görünməyən daxili  xüsusiyyətləri ilə (acı bibər, şirin
çörək, soyuq su, dadlı xörək və s.) bağlı olur.
         
8. Aşağıda verilmiş sözləri tərcümə edib, dəftərinizə yazın, əlamət və
ya keyfiyyət bil dir di yini təyin edin.
древний, интересный, высокий, голубой, грамотный, кислый,
современ ный, соленый, пожилой, молодой
9.  Şəkildəki əşyaların adlarını deyin. Sonra şəkillərə baxın və həmin
söz lə ri əlamət bildirən sözlərlə müxtəlif birləşmələrdə işlədib yazın.
77
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
Qarlı qış barlı olar.
Əlamət
Keyfiyyət
rəng
daxili keyfiyyət
dad
həcm
forma
zahiri görünüş
xasiyyət
Çap üçün deyil
Çap üçün deyil


78
GÖYƏRÇİN  VƏ QARIŞQA 
Meşə göyərçini bir yaz günü su içməyə
getdi. Gördü, bir qarışqa suya düşüb ça pala ­
yır. Göyərçin tez qarışqanın kö məyi nə gəldi.
Dimdiyinə bir yarpaq alıb suya atdı.
Göyərçin sülh quşudur. Amma yarpaq
qarışqadan xeyli aralı düşdü. Çayın axarı
qarışqanı xeyli uzağa apardı. Bu zaman göyərçin caynağına çöp alıb
onu suya atdı. Qarışqa tez çöpə dır maş dı. Beləliklə, o, ölümdən qur­
tardı. Sahilə çıxanda qarışqa gö yər çinə dedi:
– Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm.
Göyərçin qarışqanın sözünə güldü:
– Sən çox kiçiksən, mənə necə kömək edəcəksən?
Göyərçin uçub getdi. Həmin vaxtdan xeyli keçdi. Göyərçin ağacın
başında yuvasında rahatca yatmışdı. Bir ovçu onu çoxdan güdürmüş.
İstəyirmiş ki, göyərçini diri­diri tutsun. Fürsət idi. Göyərçini yatdığı
yerdən götürmək istədi. Ayaq barmağının ucunda ağaca yaxınlaşdı.
Əlini yuvaya uzadanda qarışqa ovçunun boynundan bərk dişlədi. Ovçu
qışqırdı və əlini çəkdi. O, göyərçini tuta bilmədi. Ovçunun səsinə
göyərçin oyandı. Qarışqanı görüb dedi:
– Çox sağ ol, dost. Yaxşılığa yaxşılıq deyiblər.                                                      
Azərbaycan xalq nağılı   
Çap üçün deyil
Çap üçün deyil


10. Hansı sual mətnin məzmununa uyğun deyil?
A) Qarışqaya hansı quş kömək etdi?
B) Göyərçini kim güdürdü?
C) Göyərçin yarpağı hansı ağacdan qırdı?
11. Mətndə hansı cümlə artıqdır? Həmin cümləni tapıb səsləndirin.
12. Göyərçin nə üçün sülhün rəmzi sayılır? Bəlkə, bu haqda nə isə
bilir si niz? Müzakirəyə qoşulun. Müəlliminiz  sizə  kömək edər.
13. Mətnin məzmununa hansı atalar sözü daha çox uyğundur?
A) Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik. 
B) Dost dostu dar gündə sınayar.
C) Nə əkərsən, onu biçərsən.
14. Mətnə aid suallar tərtib edin və onları dəftərinizdə yazın.
15. “İzləyirmiş” sözünü mətndəki hansı sözlə əvəz etmək olar?
16. Hər cərgədəki sözlərdən biri fərqlidir. Düzgün cavabları səsləndirin.
a) ağıllı
b) göygöz
c) hazırcavab
d) ucaboy
a) enli
b) uzun
c) zəhmətkeş
d) hirsli
a) zərif    
b) dayaz
c) sarışın
d) gen
17. Aşağıdakı sözlərdən hansı sifətdir?
         a) yaxşılıq           b) kiçik                c) xeyli               ç) sən
18. Sol sütundakı sözlərin əks mənalı qarşılıqlarını sağ sütundan seçin.
Sonra antonim cütlükləri dəftərinizə yazın:
sakit  
mülayim
iri
böyük
         uzun
nazik
balaca
qısa
         qalın
xırda
acıqlı 
coşqun
79
SÖZ EHTİYATI
çayın axarı – течение реки
güdmək – следить
ölümdən qurtarmaq – спасти от 
         
смерти
SÖZLÜK
çapalamaq – метаться
caynaq – коготь
dırmaşmaq – лазить 
diri – живой
boyun – шея
fürsət – подходящий момент
Çap üçün deyil
Çap üçün deyil


§ 17. ƏSL DOST
Anası artıq qapıdan
çıxırdı. Adəti üzrə bir də
səsləndi:
– Elvin, əl çək o gö yər ­
çinlərdən! Get, otur dərs ­
lərini hazırla!
– Ana, məktəb yoxdur
axı. Hansı dərsləri eləyim?
– Götür bədii kitab
oxu. Lap quşbaz olub get ­
misən. Qoy atan gəl 
sin,
de yəcəyəm, aparıb o göyərçinləri Qarqardan o yana uçurtsun.
Elvini fikir apardı: “Görəsən, atam göyərçinləri Qarqardan o yana
uçurtsa, gəlib məni tapa bilərlər?” Anasının sözlərindən çox narahat idi.
Bir istədi, göyərçinləri qolunun üstünə alıb aparsın qonşu kənddəki Qar­
qar çayına tərəf  ki, qoy yolu öyrənsinlər. Amma qorxdu.  Axı onların
kəndləri ermənilərlə sərhəddə idi. Düşmən tez­tez kəndi bombalayırdı.
Qonşu kəndə isə xeyli yol getməliydi.
Elvinin atası cəbhədə idi. Kəndə gec­gec gəlirdi. “O gələnə qədər quşlarla
az oynayaram, anamın da hirsi soyuyar”, – deyə öz­özünə fikirləşdi.
Belə düşüncələrlə həyətin kənarındakı quş damına girdi. Göyərçinlər
uçuşub çiyninə, başına qondular. Elvin onlara dən, su töküb, içəridəki
kötüyün üstündə oturdu. Ovcunu açıb dedi:
– Gəl, Cığalı, gəl sən də ye.
Cığalı onun ən sevimli göyərçini idi. Onu həmişə ovcundan yemlə yir ­
di. Elvin yuxulu idi. Bütün gecəni yatmamışdı. Anası ilə həyətin o başında
qazdıqları qazmada oturmuşdu. Ermənilər səhərədək kəndi bombalamış,
sə hərə yaxın dayanmışdılar. Ona görə də Elvinin  oturduğu yerdəcə göz ­
ləri yumulurdu:
– Cığalı, doydun? Doydunsa, düş, mən gedim bir az dincəlim.
Cığalı dil bilirmiş kimi yerə düşdü. Elvin qalxıb tez evə yollandı.
Yatağına girib, yorğanı başına çəkdi.
Nə qədər yatdığını özü də bilmədi. Birdən kiminsə üzünü qıdıqladığını
hiss etdi. Amma gözünü aça bilmədi. Onu yenə qıdıqladılar. Gözünü zorla
açdı. Cığalı idi. Quş qəribə səslər çıxarır, qanadlarını qabardıb açır, nara­
hat­narahat dostunun üzünü dimdikləyirdi:
– Nə istəyirsən? Heç adamı da belə şirin yuxudan oyadarlar?
Bu sözləri deyəndə Elvin hələ də yuxulu idi. Birdən çöldən gələn gurultu
80
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə