Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə23/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

Nəbiyə hay verir obalar, ellər,
El gücüdür daşqın çaylar, gur sellər.
El­obadan kənar bükülür bellər,
Alar 
qüvvət

gücü
elindən Nəbi!
El­obanı salmaz dilindən Nəbi!
Xalq Nəbini sevdiyi və ona kömək etdiyi kimi, Nəbi də onların köməyinə
çatırdı. O zaman zalım bəylər və çar hökumətinin qulluqçuları–naçalniklər,
pristavlar Nəbinin qorxusundan rahat otura bilmirdilər. Nəbi əlində tüfəng,
Bozatın belində camaatın köməyinə çatır, zalımları cəzalandırırdı. Xalq isə
onun bu yaxşılığını unutmur, öz mahnılarında ona məhəbbətini bildirirdi.
Uzun illər çar hökuməti idarələrinin başçılarını qorxudan Nəbini 
1896­cı ildə gecə yatdığı yerdə xaincəsinə öldürdülər. O vaxtdan çox illər
keçsə də, xalqımız Nəbini unutmur. Onun haqqında qoşulan mahnılar hələ
də dillər əzbəridir.
1. Hansı sual mətnə uyğun deyil?
1) Nəbi çar hökumətinin hansı zabitini öldürmüşdü?
2) Xalq nə üçün Nəbini sevirdi?
3) Nəbini qaçaq edən hansı səbəblər idi?
4) Hökumət adamları niyə Həcəri tutub həbsxanaya saldılar?
5) Nəbini necə öldürdülər? 
2. Xalq Nəbini çox sevdiyi üçün onun haqqında “Qaçaq Nəbi” dastanını
yaratmışdı. Bu dastanı hamı sevə­sevə oxuyur. Sizcə, xalq necə insanlar
haqqında dastanlar qoşur? Bu barədə fikirlərinizi yoldaşlarınızla bölüşün.
85
SÖZLÜK
təxminən – приблизительно
qaçaq – беглец
qudurğan – обнаглевший
həbsxana – темница, тюрьма
qulluqçular – здесь: служащие
xaincəsinə – предательски
zalım – злодей
SÖZ EHTİYATI
dillər əzbəri olmaq – стать известным
çar hökuməti – царское правительство
intiqam almaq – мстить
qazamat – тюрьма
qandalaq – кандалы
Çap üçün deyil
Çap üçün deyil


3.  Daha hansı xalq qəhrəmanlarını tanıyırsınız? Onların haqqında
haradan məlumat almısınız? Bildiklərinizi yazın.
4. Aşağıdakı cümləni necə davam etdirmək olar? 
Düşmənlər Nəbidən ona görə qorxurdular ki, ...
A) Aşıqlar hər yerdə onu tərif edirdilər.
B) Nəbi həbsxana keşikçilərini qırıb Həcəri xilas etmişdi.
C) Xalq onun qaçaq düşdüyünü bilir, ondan kömək istəyirdi.
Ç) Nəbi sakit oturmur, zalımlardan intiqam alırdı.
5. Hansı atalar sözləri mətnin məzmununa uyğun deyil?
A) İgid ölər, adı qalar.
B) El gücü, sel gücü.
C) Ehtiyat igidin yaraşığıdır.
D) Qorxan gözə çöp düşər.
6. Aşağıdakı cümlələri oxuyun, tərcümə edin, sonra dəftərinizə yazın.
1) Приблизительно 150 лет тому назад в Карабахе жил смелый 
человек по имени Наби. 2) Наби мстил богатым людям за их неспра­
ведливое отношение к народу. 3) Народ любил Наби за его честность
и справедливость.
7. Nəbiyə aid olan keyfiyyətləri dəftərinizə yazın. “Ən, lap, çox, az,
ala, daha, təhər, açıq, tünd” sözlərindən hansılarını tapdığınız sözlərə
əlavə etsəniz, Nəbini daha güclü qəhrəman kimi təsəvvür etmək olar?
Nəbi qoçaqdır, ..., ... , ... , ... , ... , ...
Nümunə:
qoçaqdır­lap qoçaqdır
8.  Aşağıdakı cərgələrdən hər birində sifətlərdən biri digərlərindən
fərqlənir. Fərqli olanı göstərin.
a) daşqın çaylar
b) gur sellər
c) ən böyük
a) bomboz at
b) yamyaşıl çəmən
c) güclü düşmən
a) xain düşmən
b) vəfalı dost
c) çox yaxşı adam
a) açıq­sarı        
b) uzunsov           
c) tünd­göy
9. Mətndə qırmızı rəngdə verilmiş ifadələri bir sözlə əvəz edib cüm­
lələri yenidən oxuyun və hər iki variantı müqayisə edin. Hansı variantı
işlətmək istərdiniz?
10. Mətndə yaşıl rəngdə verilmiş “qırmaq” sözünü hansı sözlə əvəz
etmək olar? Bəs aşağıdakı cümlələrdə bu sözün əvəzinə hansı sözləri
işlədə bilərsiniz? Həmin sözləri tapıb qarşılarında yazın:
1) Ayxan özü də bilmədən pəncərənin şüşəsini qırdı ( – ).
2) Ülkər heyva ağacından bir heyva qırdı (– ). 
86
Çap üçün deyil
Çap üçün deyil


3) Nənəm bayaqdan mağazadan aldığı qəndi qırır ( – ).
4) Bu xəstəlik çöl quşlarının bəzi növlərini qırdı ( – ).
5) Odunçu hər gün səhər qalxıb meşəyə gedər, axşama qədər odun qırardı ( – ).
Əl
Rafiq Yusifoğlu  
11. Şeiri oxudunuz. İnsan əli nələri bacarır? Şeirdən istifadə etməklə
sxem ləri tamamlayın və cümlələri dəftərinizə köçürün.
12. Sualların yerinə uyğun gələn sözləri qoymaqla, dəftərinizə köçürün.
Bəstəkar               nə?                      nə edir?
Şair                       nə?                      nə edir?
Balıqçı 
nə?                      nə edir?
Rəssam                 nə?                     nə edir?
87
SÖZLÜK
yumruq – кулак
şapalaq – пощечина
biçmək – косить
dəstələmək – собрать в букет
çıraqban etmək – ярко освещать
SÖZ EHTİYATI
qurub­yaratmaq – строить
əl­ələ vermək – дружно браться 
за руки
Gül dərib dəstələyir.
Əl yazır, şəkil çəkir,
Əl mahnı  
.
Güc çatmaz gücümüzə
Vermişiksə əl­ələ.
Əl çıraqban, eləyib
Neçə şəhəri, kəndi.
Əl bizi yedirəndi,
Əl bizi geydirəndi.
Əl havadı, əl sudu,
Əl 
işıqdı
elə bil.
Ömrüm­günüm, əl təkcə
Yumruq, şapalaq deyil... 
Oğlum deyir:– Ay ata,
Bir mənim əlimə bax:
Yumanda 
yumruq
olur,
Açandasa 
şapalaq
.
Ata gülür, üzündən 
Nur tökülür elə bil.
Deyir: – Oğlum, əl təkcə
Yumruq, şapalaq deyil.
Əl qurub yaradandı, 
Əl biçəndi, əkəndi.
Əl körpülər salandı, 
Əl kanallar çəkəndi.
Əl dosta vermək üçün
Əl
...
...
qurub­yarandandır.
...
Əl
...
...
...
...
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə