Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

Viktoriya və Albert Muzeyindəki Şeyx Səfi xalçası nadir ekspo nat  kimi
şüşə örtük altında saxlanılır. Xalçanın rəngləri xarab olmasın de yə şü şənin
altındakı işığı yalnız hər saatın 10 dəqiqəsi müddətinə yan dırırlar.
Rafiq İsmayılov
Söz ehtiyatı
3. Lüğ td n istifad  ed r k “t b
”, “miniatür”, “kolleksioner” sözl  ri -
nin m nalarını araşdırın.
Yazı
4. Verilmiş m lumatlardan çıxış ed r k m tnin hansı m qs dl  yazıl -
dı ğını mü yy n edin. G ldiyiniz n tic l ri m tnin sonluq hiss si
kimi ifad  edib yazın.
Dil qaydaları
5. M tnd  göy r ngl  verilmiş cüml ni el  d yişin ki, sonu “lazımdır”
sözü il  bitsin. Sizc , m na d yişdimi?
6. Fonetik baxımdan eyni sonluğa malik olan sözl ri qruplaşdırın v
nümun y  uyğun olaraq t hlil edin.
Nümun :
qurtarasıdır: qurtar – sözün kökü, -ası – feilin lazım ş klinin ş  kil -
çisi, 
-dır – ş xs ş kilçisi
s dasıdır: s da – sözün kökü, -sı – m nsubiyy t ş kilçisi, -dır – x   -
b rlik ş kilçisi
1. Kitabı sabah g tir sidir.
2. G l n il  sg rliy  ged sis n.
3. Biz X z r Universitetinin t l b siyik.
4. Bakının  n q dim memarlıq abid l rind n biri d  Qız qalasıdır.
5. Qonağımız bu gün mehmanxanada qalasıdır.
6. Bu, Zakirin  n böyük q l b sidir.
7. Biz bu mübariz d  qalib g l siyik.
Feilin lazım ş kli h r k tin icrasının lazım olduğunu bildirir v
feilin kökün  v  ya başlanğıc formasına 
-ası
2
ş kilçisi artırmaqla
düz lir: 
gör- si, baxıl-ası. 
Lazım ş klinin inkarı feil  
deyil sözü artırmaqla düz lir. Bu
zaman ş xs ş kilçisi 
deyil sözün  artırılır: gör- si deyil- m, qal-ası
deyil-siniz.
Yadda saxla!     
FEİLİN LAZIM  Ş KLİ
129
İNCƏSƏNƏT
 Çap üçün deyil


QƏDİM MUSİQİ ALƏTLƏRİ
Görkəmli musiqişünas Məc nun
Kəri mov uzun illər ərzində qədim
musiqi alətlərimizin bərpası ilə məş -
 ğul olmuşdur. O, orta əsr lər də isti -
fa  də edilmiş, sonradan tədricən
unu   du laraq dövrümüzə gəlib çat -
ma mış çəng, bər bət, çəqanə, ço ğur,
səntur, tənbur, rü bab, rud, qo   puz
kimi musiqi alət lərimizi elmi şəkildə
araş dı raraq bu alətlərə yeni həyat
vermişdir. 
Məcnun Kərimovun xatirələrindən:
Alətlər üzərində iş heç də asan getmirdi. Onlardan bir çoxu haqqında
mənbələrdə verilmiş məlumat tam olmurdu. Miniatürlərdə də alətlərin
yalnız ümumi görünüşü verildiyindən, bir çox detalların necə düzəldiyi
məlum deyildi. Həmin hissələr uzunmüddətli axtarışlar, eksperimentlər
hesabına əldə edilirdi. Bəzən hansısa ilahi qüvvə köməyə gəlirdi. Beləcə,
çəngin bərpası üzərində aylarla düşündükdən sonra bir gecə onun sim -
lərinin gövdəyə necə bərkidildiyi mənə yuxuda əyan oldu
Qədim musiqi alətləri arasında məni daha çox simli musiqi alətləri cəlb
edirdi. İstifadə olunan materialların müxtəlifliyi baxımından onların bərpası
daha mürəkkəb idi. Alətlərin ayrı-ayrı hissələri üçün müxtəlif ağac və dəri
növlərindən istifadə etmək lazım gəlirdi. Ağacın yaşının, onun alət üçün
ilin hansı mövsümündə kəsilməsinin, kəsilmiş hissənin qurudulması və
emalının böyük əhəmiyyəti var idi. Lazım olan ağacları tapmaq üçün çox
zaman ölkənin müxtəlif bölgələrinə səfər etməli olurdum. 
Çətinliklə əldə edilən digər material alətlərin simləri üçün lazım olan
ipək sap və qoyun bağırsağı idi. 
Yadımdadır, bir dəfə qoyun bağırsağı əldə etmək üçün Bakı ət kom bi -
natına üz tutdum. Qapıçıya gəlişimin məqsədini bildirdikdə o, şübhə ilə
mənə nəzər salıb bir başqa adamı çağırdı. Bu şəxsə ba ğır sağın musiqi
alətlərinə sim düzəltmək üçün lazım olduğunu bildirdim. De yə sən, o da
məndən şübhələndiyindən, bağırsağın, az qala, strateji məh sul olduğunu,
kənara bir qram belə çıxarmağa icazə verilmədiyini söy lə di. Әlacsız qalıb
kombinatın direktoru ilə görüşmək istədiyimi bildirdim. Məni onun yanına
apardılar.
130
IV BÖLMƏ
 Çap üçün deyil


Direktor məndən bir qədər yaşlı idi. Nə istədiyimi soruşdu. Mən dedim:
– Bilirsiniz, mən qədim musiqi alət lərinin bərpası ilə məşğulam...
Mən qədimdə Azərbaycanda möv cud olmuş musiqi alətlərindən, onları
yenidən yaratmağın vacibliyindən, bu işin nə qədər çətin olduğundan da -
nış mağa başladım. Direktor mənə diq qət lə qulaq asırdı. Ancaq onun de   -
dik lə rimə münasibətini heç cür başa düşə bil mir dim: ya danışdıqlarım onu
çox maraq lan dırırdı, ya da o mənim ağıldan bir qədər kəm olduğumu zənn
edirdi. Hər halda, iyirmi-iyirmi beş dəqiqə ərzində direktor mənim sözümü
kəsmədən səbirlə dinlədikdən sonra soruşdu:
– Sizin dedikləriniz çox maraqlıdır. Siz çox böyük işlə məşğul olursu -
nuz. Ancaq mən başa düşmədim, sizə nə köməyim dəyə bilər. Bəlkə...
O, əlini cibinə saldı. Deyəsən, pul çıxarmaq istəyirdi. Mən yalnız indi
anladım ki, bayaqdan əsas xahişimdən başqa hər şeydən danışmışam.
Tez dilləndim:
– Məsələ burasındadır ki, qədim alətlərin simləri, əsasən, qoyun ba ğır -
 sağından düzəldilir. Mənə qoyun bağır sağı lazımdır. İşçiləriniz dedilər ki,
bunu yalnız siz həll edə bilərsiniz.
Kişi əsəbi şəkildə yerindən qalxıb var-gəl etməyə başladı.
– Elə belə də dedilər, hə? Yalnız mən həll edə bilərəm?!
O, katibəyə kimi isə çağırmağı tap şırdı. Bir azdan bağırsağı strateji
məh sul kimi qələmə verən şəxs otağa daxil oldu. Direktor mənə işarə edib
zəhmlə soruşdu:
– Sən bilirsən, bu kişi kimdir?
İşçi bir qədər əzilib-büzüldü:
– Yox, bağışlayın, tanımadım.
– Tanımazsan da! Millətin mədəniyyəti üçün çalışanları tanımazsan.
Ba ğır saq nədir ki, bu incəsənət adamına qıymırsan?  Get, bağırsağın
hansı yerin dən istəyirsə, nə qədər istə yirsə, ver. Bundan sonra da bu kişi
nə 
istəsə
, əliboş qaytarma.
Beləliklə, bu problem də həll olundu. Məlum oldu ki, kombinatda ba -
ğırsağı xüsusi texnologiya ilə yuyur və qurudurlar. Mənim bir aya
gördüyüm iş burada bir neçə dəqiqəyə başa çatırdı. O əhvalatdan sonra
kombinatın direktorunu 
görməsəm
də, onu həmişə minnətdarlıq hissi ilə
xatırlayıram.
Məcnun Kərimovun “Azərbaycan musiqi alətləri” kitabından
1. “Strateji m hsul” n  dem kdir?
2. Qapıçı v  onun çağırdığı adam n  üçün musiqişünasdan
şübh l ndil r?
131
İNCƏSƏNƏT
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə