Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

Cənubi Azərbaycanın strateji üstünlüyündən faydalanmaq istəyirdilər. Rus qoşunlarının 
komandınlığı isə bu cinahda Türkiyəni qabaqlamaq istəyirdi.
2
 
Müharibə başlamazdan xeyli əvvəl çar Rusiyası özünün Yaxın  Şərq siyasətində azsaylı 
xalqlar faktorundan məharətlə istifadə etmişdi. Türkiyədə yaşayan ermənilər, aysorlar, yunanlar 
Rusiyanın simasında Osmanlı imperiyasını diz çökdürəcək bir qüvvəni görürdülər. “Birinci 
Dünya müharibəsi  ərəfəsində bu xalqların nümayəndələri rus hökumətindən onları 
silahlandırmağı xahiş edir və vəd verirdilər ki, ilk çağırışda türklərə qarşı könüllü dəstələr təşkil 
edəcəklər.”
3
 A.Lalayan “Əksinqilabçı “Daşnaksutyun” və 1914-1918-ci illər imperialist 
mühəribəsi” məqaləsində yazırdı ki, 
 

Качазнуни Ов., Дашнакцутюн больюе нечего делать!, B.1990, səh.14. 

Готлиб В.В., göstərilən əsəri, səh.97-98. 
3
 Aрутюнян A., göstərilən əsəri, səh 52. 
 
“Daşnaksutyun” partiyasının 1912-ci ildə  təşkil etdiyi Erməni milli bürosu 1914-cü il 
imperialist müharibəsi zamanı ermənilərin çar Rusiyası  tərəfindən müharibəyə  cəlb edilməsi 
üçün geniş kampaniya aparırdı.”Milli büro”nun tərkibi aşağıdakılardan ibarət idi: Yepiskop 
Mesrop -Tiflis erməni burjuaziyasının rəhbəri və çarın Qafqazdakı canişini Vorontsov-Daşkovun 
arvadının məşuqu, “Daşnaksutyun” partiyasının fəal xadimi, Al.Xatisov -erməni xalqının qatili, 
1918-1920-ci illərdə daşnak hökumətinin başcısı, doktor Zavriyev-“Daşnaksutyun” partiyasının 
xarici işlər müdiri, Samson Harutyunov, xmbapet Dro (Drastamat Kananyan) -sonralar 
“Daşnaksutyun”un hərbi diktatoru və avantürist Andranik. 
“Milli büro”nun üzvləri Vorontsov-Daşkovla görüşdükdən sonra Rusiyanın Türkiyə ilə 
müharibə aparacaqı təqdirdə hər biri 400 nəfərdən ibarət dörd erməni könüllü dəstəsi hazırlamaq 
üçün razılıq almışdılar.
1
 
1914-cü il avqustun 10-da Qafqaz çanişini, Qafqaz çəbhəsinin baş komandanı Vorontsov-
Daşkov hərbi nazir Suxomlinova müraciət etmişdi ki, Qafqaz dairəsinə 5000 tüfənk və 50 
milyon güllə göndərsin. Bununla o, Zaqafqaziyada yerli könüllüləri silahlandırmaq istəyirdi. 
Bundan əlavə olaraq, o, Türkiyədəki antitürk ünsürləri (ermənilər və yunanları) silahlandırmaq 
üçün 25 min tüfəng və 12 milyon güllə gətirtmişdi.
2
 
 
Rusiyanın xarici işlər naziri Vorontsov-Daşkova göndərdiyi məktubunda bildirirdi ki, kürdlərə 
Kürdüstan dövləti yaradılacağı  vədini verməkdə ehtiyatlı olsunlar. Bununla belə, silah və 
güllələri hazırlamaq tapşırılırdı. Göründüyü kimi, çar Rusiyası Türkiyə ilə müharibə təqdirində 
etnik xristianlar arasında hazırlıq işlər aparırdı. 
 

”Революционный Восток” jurnalı-1936, №23; Bax: История Азербайджана по документам 
и публикациям. Bakı, 1990, səh. 94-95. 
2
 Aрутюнян A., göstərilən əsəri, səh 52-53. 
 
 Avqustun 16-da Qafqaz ordusunun səhra kəşfiyyat idarəsinin rəisi kapitan Dratsenko öz 
məruzəsində Türkiyə ermənilərinin silahlandırmağın zəruri olduğunu göstərmişdi. Sonralar 
Daşnak hökumətinin baş naziri olmuş Ov.Kaçaznuninin yazdığına görə, 1914-cü payızında hələ 
ki, Türkiyə müharibə edən ölkələr ailəsinə daxil olmadığı  və buna hazırlaşmadığı vaxtda, 
Zaqafqaziyada böyük hay-küylə  və böyük enerji ilə erməni könüllü dəstələri təşkil etməyə 
başlamışdılar.
1
 
Qafqaz hərbi dairəsinin qarargah rəisi Yudeniç avqustun 16-da Baş  Qərargahın rəisi 
general Yanuşkeviçə göndərdiyi gizli teleqramda göstərmişdi ki, əgər Türkiyədəki ermənilər, 
aysorlar və kürdlər arasında üsyan qaldırmaq lazımdırsa,bunun üçün 25 min tüfəng, 12 milyon 
güllə  və 25 min rubl lazımdır.
2
 Bütün bunlarla yanaşı, Qafqazda yaşayan ermənilərdən ibarət 
könüllü silahlı  dəstələr təşkil edilir, onlar nizami ordunun tərkibində deyil, türk qoşunlarına 
arxadan zərbə vurmaq üçün təlim-məşqlər keçirirdilər. Rəsmi dairələr bu cür könüllü dəstələr 


haqqında mətbuatda məlumat verməyi qadaqan etmişdilərsə də, müharibənin gedişində hər şey 
aydın olmuşdu.
3
 
Könüllü dəstələr həm də xaricdə hazırlanır, Rusiyanın rəsmi dairələrinin köməyi ilə 
indiki Ermənistan  ərazisinə  çıxarılırdı. Qafqaz cəbhəsində  hərbi  əməliyyatların iştirakçısı, 
general-mayor Q.Korqanyan təsdiq edir ki, ilk vaxtlar erməni könüllüləri sırasında 2500 nəfər 
olmuş, sonralar 6000-ə çatmışdır. 
Bəzi müəlliflər bu rəqəmin 9000 olduğunu göstərirlər.
4
 
Yuxarıda qeyd etdiyimiz kimi, “Erməni milli bürosu”nun Qafqaz canişini ilə danışıqları 
zamanı 1600 nəfərdən ibarət könüllü dəstələr təşkil etməyə 
 

Oв. Качазнуни, göstərilən əsəri, səh. 10. 

Aрутюнян  A., göstərilən əsəri, səh. 56. 

Yenə orada, səh. 315. 

Yenə orada, səh. 287. 
 
 razılıq verildiyi halda, “Milli büro” Türkiyənin  Şərq vilayətlərini sürətlə  ələ keçirmək üçün 
10000 nəfərlik dəstə  təşkil etmişdi. “Milli büro” öz xmbabetlərini (dəstəbaşları) toplayaraq bu 
dəstələrə komandanlığı həvalə etmiş, türk əhalisini qəddarcasına məhv etməyi tapşırmışdı.
1
 
Rusiyanın dəmiryol naziri 1915-ci il noyabrın 15-də xarici işlər naziri S.Sazonova 
bildirmişdi ki, Bolqarıstandan erməni könüllü dəstələri pulsuz olaraq Qafqaza gətirilmişdir ki, 
türklərə qarşı vuruşsunlar. 
Rusiyanın Misirdəki nümayəndəsi Smirnov 22 fevral 1915-ci ildə Petroqrada vurduğu 
teleqramında göstərmişdi ki, Fransadan, Amerikadan və digər ölkələrdən 1000-ə yaxın erməni 
gəlib, könüllü olaraq Qafqaza getmək istəyirlər və bunun üçün maddi yardım xahiş edirlər.
2
 
ABŞ-dan ilk könüllülər dəstəsi 12 mart 1915-də yola düşərək Arxangelskə, oradan da 
Qafqaz cəbhəsinə yollanmışdılar. İkinci dəstə mayın 10-da, üçüncü dəstə isə noyabrın 21-də yola 
düşmüşdü. 
Könüllülərin təchizatı üçün hər yerdə vəsait toplanırdı. Təkcə 1915-ci ildə 1444000 rubl 
toplanmışdı.
3
 
1914-cü ilin sonunda artıq dörd könüllü drujina yaradılmışdı  və onlar aşağıdakı 
istiqamətdə hücuma keçməli idilər. 
I drujina - İran-Başqala-Van istiqamətində (komandir Andranik Ozanyan) 
II drujina İydir-Bayazid-Berkri-Van istiqamətində (komandir general Nikolayev). 
III drujina  -  Qağızman-Ələşkert-Manazkert-Bidlis istiqamətində (general Prcevalskinin 
tabeliyində). 
IV drujina - Sarıqamış-Qaracaörən-Körpüköy-Ərzurum istiqamətində (polkovnik Kulebyakinin 
tabeliyində). 
 

История  Азербайджана по документам и публикациям. Bakı, 1990, s. 95. 

Aрутюнян  A., göstərilən əsəri, səh. 297.  

Yenə orada, səh. 298. 
 
  
1915-ci il aprelin 16-da Vorontsov-Daşkov erməni drujinalarının  ştat cədvəlini təsdiq 
etmişdi. hər bir drujina dörd rotadan ibarət olmaqla, hər rotada 234 nəfər olmalı idi. Əlavə 
ştatlarla birlikdə hər drujinada 985 nəfər nəzərdə tutulurdu. 
1915-ci ilin yanvarında isə  Kənəkerdə quldurbaşı Vardanın rəhbərliyi ilə drujina 
formalaşdırılmışdı. 2-ci, 3-cü, 4-cü drujinalar onun tabeleyinə verilmişdi və “Araratyan 
zoraxumb” adlanırdı. Andranikin başçılıqı ilə 1-ci drujina İranda-Cənubi Azərbaycanda idi və 
orada qırğınlar törədirdi. Aprelin 15-də  İrəvanda drujinalara baxış keçirilmiş, Eçmiədzində 
təntənəli şənlik olmuş, katolikos V. Kevorqun xeyir-duası ilə “qədim erməni torpaqlarını yadelli 
əsarətdən qurtarmaq üçün” İydir istiqamətində yola düşmüşdülər.
1
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə