6
İcmal
•
Tədqiqat Dünya Ticarət Təşkilatının Subsidiyalar və Kompensəedici addımlar haqqında
Razılaşmasındakı subsidiyanın tərifindən (anlayışından) istifadə edərək Azərbaycan
Respublikasında yanacaqla bağlı müxtəlif növ subsidiyaları təhlil edir. Həmçinin, tədqiqat daha
geniş miqyasda enerji ilə əlaqədar qiymət və vergi siyasətini də nəzərdən keçirir, enerji səmərəliliyi
v
ə bərpa olunan enerji mənbələrinə dövlət dəstəyini araşdırır.
•
Azərbaycanda təbii qaz, elektrik, istilik və neft məhsullarının tənzimlənmiş qiymətləri vasitəsilə
t
əmin edilən əhəmiyyətli istehlak subsidiyaları mövcuddur. Azərbaycanda təbii qaz və elektrik
enerjisi istehlakı ilə bağlı subsidiyaların həcmi 2014-cü ildə 1.7 milyard ABŞ dolları və ya həmin il
üzr
ə ÜDM-in 2.3%-i olaraq qiymətləndirilmişdir. Bu subsidiyalar təbii qaz
və elektrik enerjisinin
(
əsasən gas-fired) yerli istehlakçılarına fayda vermək xarakteri daşıyır.
•
Tənzimlənmiş istehlak qiymətləri “Azərenerji” ASC (dövlət elektrik inhisarçısı), Azəriqaz IB
(dövl
ət qaz inhisarçısı) və Azəristiliktəchizat (dövlət rayon istilik təchizatçısı) xərclərini ödəmək
imkanlarını məhdudlaşdırır. Beləliklə, bu üç şirkətin zərərləri Azərbaycan dövlət büdcəsi hesabına
qarşılanır.
•
Azərbaycan hökuməti iki potensial həssas sosial qrupun enerji istifadəsi ilə bağlı xərcini ödəmək
m
əqsədilə birbaşa büdcə transfertləri təmin edir: məcburi köçkünlər (elektrik enerjisi üçün) və
fermerl
ər (neft məhsulları üçün).
•
Azərbaycanda beynəlxalq şirkətlərlə saziş sistemi və ölkəsinin əsas sektoru olan neft qaz
sektorunun inkişafını dəstəkləyən maliyyə stimullarının mürəkkəb olması ilə səciyyələnir.
M
əlumatın məhdudluğu səbəbindən bu dəstəyin miqdarını təyin etmək mümkün olmamışdır, lakin
yüks
ək olduğu ehtimal edilir. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF),
büdc
ədənkənar olsa da, neft və qaz sektoruna birbaşa transfertlər təmin edir. ARDNF-in 2016-cı il
büdc
əsinə əsasən, Cənub Qaz Dəhlizinin tikintisində Azərbaycanın iştirak payı 1.8 milyard
manatdır (1.1 milyard ABŞ dolları).
•
Azərbaycanda Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi fəaliyyət
göst
ərir və 2020-ci ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 20%-ə
q
ədər artırmaq nəzərdə tutulmuşdur. Lakin, enerji səmərəliliyi və bərpa olunan enerjinin inkişafına
dövl
ət dəstəyi məhdud olaraq qalır. Bərpa olunan enerji mənbələrinə “yaşıl tariflər” (feed-in
tarriffs) t
ətbiq edilmir. Enerji səmərəliliyi və bərpa olunan enerji istehsalı üçün idxal edilən
avadanlıq və texnologiyalara tətbiq edilən ƏDV və gömrük rüsumundan azadolmalar, bu
istiqam
ətdə neft və qaz sənayesinə tətbiq edilən siyasətdən fərqlənmir.
•
Enerji subsidiyaları və tarif təyinatı ilə bağlı şəffaflığın və maraqlı tərəflər arasında dialoqun
artırılması Azərbaycanda enerji siyasətinin səmərəliləşdirilməsi və beynəlxalq enerji bazarlarına
inteqrasiyası istiqamətində mühüm addım olacaq. Həssas sosial qruplara dəstəyin yaxşılaşdırılması
dig
ər önəmli islahat istiqaməti hesab edilir – məsələn, bu məqsədlə tarif artımının dondurulması
(m
əsələn elektrik enerjisində tarifləri).
7
Az
ərbaycanda Enerji Subsidiyaları
Əhməd Əlili, Vüqar Bayramov (İqtisadi və Sosial İnkişaf Mərkəzi) və Daniel Fjaertoft (Siqra Qrupu)
t
ərəfindən hazırlanmış, Ivetta Gerasimchuk (Dayanıqlı İnkişaf üzrə Beynəlxalq İnstitutun Qlobal
Subsidiyalar T
əşəbbüsü) tərəfindən redaktə edilmişdir, 20 Sentyabr 2016-cı il versiyası
Az
ərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri arasında yeganə xalis enerji ixracatçısı olması
ölk
ənin enerji subsidiyalarının strukturunu təyin edir. Bu struktur daha çox Mərkəzi Asiyanın neft istehsal
ed
ən ölkələrinə və qismən də Körfəz ölkələrinə bənzəyir. Azərbaycanda enerji subsidiyalarını təhlil
etm
əkdə əsas maneə şəffalığın aşağı olması və ölkədə yanacağın istehsalı və istehlakına dəstəyin səviyyəsi
bar
ədə ictimai məlumatın məhdud olmasıdır. Subsidiyaları qəbul edən, eləcə də enerji istehlakçılarına
dövl
ət dəstəyi təmin edən qurum olaraq, dövlət enerji şirkətlərinin də müvafiq məlumat açıqlaması kifayət
q
ədər deyil.
1.
Giriş
Uzun müdd
ətdir, dövlətlər inkişafla bağlı hədəflərinə çatmaq və ya bazar uğursuzluğu kimi qiymətləndirilə
bilin
əcək halların öhdəsindən gəlmək məqsədilə enerji subsidiyalarından istifadə etmişlər. Kəndlərin və
s
ənayenin inkişafı, enerjidən istifadənin yaxşılaşdırılması, enerji təhlükəsizliyi və müstəqilliyi və ya
yoxsulluğun azaldılması kimi mühüm daxili siyasət hədəflərini dəstəkləməsi enerji subsidiyalarının daxil
edilm
əsi və saxlanılması lehinə əsas arqument hesab edilir. Bütün iddia edilən faydalarla yanaşı, enerji
subsidiyaları bir çox hallarda ölkənin dövlət maliyyəsinə yük hesab edilir, artım potensialını zəiflədir və
enerji istehlakında israfçılığa səbəb olur.
Bi
r sıra tədqiqatçıların araşdırmaları göstərir ki, enerji subsidiyaları qeyri-mütənasib olaraq, cəmiyyətin ən
z
əngin və güclü nümayəndələrinə yönəlir və beləliklə, yaxşı əlaqələndirilmiş investorlar və sənaye
sektorunun m
ənfəətini artırır. Xüsusilə daha təmiz alternativlərdən deyil, məhz yanacaq istifadəsini
stimullaşdırmaqla yanacaqla bağlı bəzi subsidiya növləri, həmçinin, karbon dioksid və digər istixana
qazlarının emissiyalarını artıra bilər. Empirik tədqiqatlara əsasən, enerji istehlakında israfçılığı təşviq edən
subsidiyaları ləğv etməklə emissiyaları azaltmaq, eləcə də ekoloji, iqtisadi və sosial faydalar əldə etmək
mümkündür.
Aİ-nın Şərq Tərəfdaşlığı (ŞT) ölkələrini mövcud enerji-subsidiya sxemləri və onların iqtisadi, sosial və
ekoloji t
əsirləri barədə məlumatlandırmaq məqsədilə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ŞT
ölk
ələrində subsidiyalar mövzusunda regional tədqiqat təşkil etmişdir. Tədqiqat enerji subsidiyaları ilə
bağlı regionda ilk hərtərəfli və ardıcıl araşdırma təqdim edərək, bu ölkələrdə şəffaflığın artırılmasını və
islahatı dəstəkləmək məqsədilə əsaslı analitik baza yaratmağı nəzərdə tutur.
Bu t
ədqiqat Ermənistan, Belarusiya, Gürcüstan, Moldova və Ukrayna ilə yanaşı Azərbaycanı da əhatə edir.
T
əhlil zamanı İƏİT-nın yanacaq istehlakı və istehsalına dövlət dəstəyini müəyyən etmək və miqdarını
ölçm
ək məqsədilə 35 üzv ölkədə və bir sıra böyük inkişaf etməkdə olan G20 iqtisadiyyatlarının (Braziliya,
Çin, Hindistan, İndoneziya, Rusiya Federasiyası və Cənubi Afrika) istifadə etdiyi metod əsas götürülür.
Bu t
ədqiqatda təqdim edilən təhlil neft və əlaqədar neft məhsulları, təbii qaz, eləcə də bu yanacaq növləri
əsasında istehsal edilmiş elektrik enerjisi və istiliyin istehlakçı və istehsalçılarına tətbiq edilən subsidiyaları
əhatə edir. Həmçinin qısaca olaraq, alternativ enerji mənbələrinə tətbiq edilən subsidiyalar nəzərdən
keçirilir. T
əhlil zamanı ictimaiyyət üçün açıq mənbələrdən istifadə edilir və Azərbaycanda enerji
subsidiyalarının konteksti, hal-hazırki durum, mürəkkəb və sürətlə dəyişən enerji subsidiyaları
mexanizml
əri ümumiləşdirilir.
Analiz olunmuş materialların ilkin versiyası Azərbaycanda çoxsaylı insanlarla müzakirə olunmuşdur. Bu
konsultasiya görüşləri 2016-cı ilin oktyabr ayında Bakıda keçirilib və hökumət (İqtisadiyyat Nazirliyi,
Enerji Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi və Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi), Azərbaycanda
fəaliyyət göstərən beynəlxalq partnyorlar (Aİ-nin Azərbaycandakı nümayəndəliyi, Asiya İnkişaf Bankı,