Azərbaycan atatürk məRKƏZİ


Türk ədəbi dillərinin birliyinə doğru



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə17/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
53 
ġumer  dilində  yaranıb  ki,  daha  sonralar  bu  yazıların  dilini  də 
onların  (ġumerlərin.-M.Ç.)  dili  də  adlandırıblar.  Bu  dil,  hələlik, 
yeganə  dildir  ki,  Babil  mədəniyyətini  yaradanlardan,  oxĢəkilli 
yazıları icad edənlərdən - ġumerlərdən bizə qədər gəlib çatmııĢdır, 
bunu  onların  (ġumerlərin.  -    M.Ç.)  dili  də  adlandırırıq‖.  Bu  dil 
əsas  (linqvistik  .M.Ç.)  əlamatlərinə  görə  Türk    dillərinə  uyğun  
iltisaqi quruluĢlu dildir...‖ 
Azərbaycan  ġumerĢünası  R.Cəbiyev  ġumer  tarixindən 
bəhs  edərək  yazmıĢdır:  ‖ġumer  dili  Yer  üzündə  heç  bir  tayfanın 
dilinə bənzəmir, amma həm də bu dil hamımızın ortaq dilimizdir‖. 
Dövrümüzün tanınmıĢ alimi, ġumeroloq E.Əlibəyzadə_də_Türkiyə_alimi_A.Cavatın'>E.Əlibəyzadə də 
Türkiyə  alimi  A.Cavatın  yuxarıda  qeyd  olunan  fikir  və  müla-
hizələrini dəstəkləyir. O, bu münasibətlə  yazmıĢdır: ‖ Üc min ilə 
yaxin  bir  müddət  ərzində  dünyanın  qüdrətli  alim  və  yazarlarının 
qələmindən  düĢməyən  iskit  türk  tayfa  birləĢmələri    göydən 
düĢməmiĢlər.  Onlar  ġumerlərin  güclü  axını  və  varisləri  idi 
...‖Müəllif  mülahizələrini  ümümiləĢdirib  belə  qənaətə  gəlir  ki, 
―...ġumerlər müasir türk xalqlarının əcdadları, ulu babalarıdır‖ 
Əgər nəzərə alsaq ki, hər bir millətin milliliyini müəyyən 
etmək  üçün    hər  bir  xalqın  ərazi,  iqtisadiyyat,  dil  və  mədəniyyət 
birliyi  baĢlıca  Ģərtlər  hesab  olunur...Çünki  hər  bir  dilin  tarixini 
müəyyən  etmək  üçün  onun  mənĢəyi  və  tipologiyası,  əsas  lüğət 
fondu  və  qrammatik  quruluĢunun  bənzərliyi  və  ya  eyniliyi  kifa-
yətdir... 
Həmçinin,  Türkiyə  tarixçisi  O.N.Tuna  da  ġumer  -  türk 
dillərinin yaxınlığından bəhs edərək yazmıĢdir ki, Dünyada möv-
cud olan heç bir dil ġumer dilinə Türk dilləri qədər yaxın deyildir. 
XIX  əsrdə  yaĢamıĢ  alman alimi  F.Hommel  də  ġümer və 
türk dillərinin mənĢəyindən bəhs edərək 1891– ci ildə  yazmıĢdır 
ki , ġümer dili Altay - Türk dili ailəsinə qohumdur ...ġumer xalqı 
Mərkəzi Asiyadan  Ġkicayarasına köçən Altay-Türklərindən baĢqa 
birisi deyildir ...   
Dövrümüzün  məĢhur  alimi  E.Əlibəyzadə  ġumer  dilinin 
tarixini  araĢdırarkən  ―Azərbaycan  xalqının  mənəvi  mədəniyyət 


Mədəd Çobanov 
 
 
54 
tarixi‖ kitabında yazmıĢdır: ‖ġumerlər Dəclə - Fəratı  elliliklə tərk 
etdikdən  sonra  belə,  ġumer  dili  Babilistanda  din,  elm  və 
mədəniyyət dili sayılmıĢdır‖ (səh.61) 
Nizami  Cəfərov:    ―Azərbaycan:  tarixi  –  kulturoloji 
mülahizələr‖dən  bəhs  edərək  yazmıĢdır:  ―Ən  qədim  Azərbaycan 
mədəniyyətinin  tipologiyası  arxeoloji  tədqiqatlar  əsasında 
müəyyən  olunur,  -  əlbəttə,  həm  maddi,  həm  də  mənəvi  mədə-
niyyətin  öz  arxeologiyası  var,  maddi  arxeologiya  göstərir  ki, 
Azərbaycan  xalqı  ən  qədim  dövrlərdən  bütün  maddi  –  mənəvi 
varlığı ilə indiki Azərbaycan ərazisinə (tarixi Azərbaycana  M.Ç.) 
bağlıdır,  mənəvi  arxeologiya–folklorĢünaslıq  da  eyni  həqiqəti 
təsdiq  edir:  erkən  orta  əsrlərdə  (V  –X  əsrlərdə.  –  M.Ç.) 
formalaĢmıĢ  (lakin,  çox  –çox  qədim  dövrlərin  dünyagörüĢünü 
daĢıyan)  ―Kitabi  –  Dədə  Qorqud‖  qədim  Azərbaycan 
mədəniyyətinin  faktı  kimi  universal  məzmuna  malikdir,  burada 
həm  elmi,  həm  də  ədəbi  –  bədii  təfəkkür  əks  olunur.  ―Kitabi  – 
Dədə  Qurqud‖da  azərbaycançılıq (etikasından tutmtĢ estetikasına 
qədər)  ümumtürk  konteksti  ilə  birlikdə  təqdim  edilir,  burada  bir 
neçə  min  ilin  təfəkkür  enerjisi  tarixi  əlaqələnmə  qanuna 
uyğunluğu ilə süxurlaĢır...‖ (əbədiləĢir. -  M.Ç.) (səh.16). 
Amerika  ġumerĢünası  A.Oppenheym  ġumer  dilindən 
bəhs  edərək,‖Drevnyaya  Mesopatomiya‖  əsərində  yazmıĢdir: 
‖Akkad dili ġumer dilini sıxıĢdırmağı davam etdirir və ya, hər hal-
da, onlarla  rəqabət aparırdı, canlı həyatda, xüsusilə, ədəbi janrlar-
da və s. Onun iĢlənmə və nüfuz dairəsini sıxıĢdırırdı‖ (səh.40). Bu 
mülahizədən belə qənaətə gəlmək olur ki, Akkad dili ġumer  dilini 
nə qədər sıxıĢdırsa da, yenə də ‖elm‖ və ―müqəddəs din‖ dili kimi 
öz varlığını qoruyub saxlayırdı… 
ġumerĢünaslıqla  yaxından  məĢğul  olan  H.Vinkler  də  öz 
araĢdırmalarında  yazmıĢdır ki, ġumer  dili  əsas linqvistik  əlamət-
lərinə görə, Türk dillərinə uyğun aqqlütinativ – iltisaqi (söz kökü 
dəyiĢməyən,  Ģəkilçilər  artırmaqla  yeni  sözlər  yaradılan  -  M.Ç.) 
quruluĢlu dildir.  


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
55 
 ġumer  mədəniyyətinin  araĢdırıcılarından  biri  də  PolĢa 
alimi Z. Kosidovskiy ―Bibliya  rəvayətləri‖  kitabında yazmıĢdır 
ki,  ―…bir çox sahədə biz o mədəniyyətin varisləriyik ki, beĢ min 
il bundan əvvəl onu ġumer xalqının dühası yaratmıĢdır‖ (səh.25)  
XX - XXI əsrlərin görkəmli yazıçısı və  Türkoloq – ġume-
roloq alimi  Oljas Süleymanov  da ġumer xalqı və ġumer dili ilə 
yaxından  maraqlanmıĢ  və  özünün  məĢhur  ―ġumernamə‖əsərini 
yazmıĢdır.  Müəllif  həmin  əsərində  yazmıĢdır  ki,  ġumer  və  Türk  
dilləri qohumdur. Ancaq bu qohumluq genetik deyil… 
Yuxarıda  qeyd etdiyimiz kimi, dillərin  qohumluğu xalq-
ların  genetik    qohumluğu  ilə  deyil,  dillərin  geneoloji  və  tipoloji, 
lüğət və qrammatik  quruluĢu ilə müəyyən edilir. 
ġumer  və  Türk  dillərinin  tarixi  ilə    məĢğul  olan  Elize 
Reklü  öz  araĢdırmalarında  yazmıĢdır  ki,  ‖ən  qədim  ox  Ģəkilli 
yazıların    dilində…Turan  və  Ural  -  Altay  dilləri  ilə  birbaĢa  qo-
humluq  vardır‖.  Bu    mülahizədən  belə    qənaətə  gəlmək  olur  ki, 
dilçilik baxımdan  ġumer dili Turan və Ural-Altay dilləri ilə bir-
baĢa  qohumdur.(səh.147.) 
ġumer    tarixi  və  mədəniyyəti  ilə  yaxından  məĢğul  olan 
D.Q.Reder  də  ġumer  dilinin  baĢqa  dillərlə  əlaqələrindən  bəhs 
edərkən yazmıĢdır ki,‖ġumerlərin dili ayrıca bir dildir…, o aqqlü-
tinativ   dillər ailəsinə daxildir və öz quruluĢuna görə, ən çox türk 
dilləri ilə müqaisə edilə bilər‖(səh.15) 
ġumer mənbələrindən aydın olur ki, qədim ġumerdə ‖Ana 
dili‖ deyilən  bir termin də iĢlədilmiĢdir.Çox güman ki, Ģumerlər 
―Ana dili‖ ifadəsini ya ―ədəbi dil‖, ya da ―rəsmi  dil‖ mənalarında 
iĢlədiblər…(səh.159) 
Müasir  Ģumeroloq  Rizvan  Cəbiyev  ġumerlərin  tarixinə 
həsr  etdiyi  ―ġumer  kilidi‖adlı  monoqrafiyasında  yazır  :  ‖E.ə.V 
minillikdə və hələ ondan  xeyli əvvəl bu ərazilərdə - Dəclə və Fə-
rat çaylarının həm yuxarı, həm də aĢağı axınında  bu gün ―türk‖ 
adi ilə tanınan tayfalar yaĢayırdılar, tədricən bu yerlərə  digər tay-
falar da köçüb gəldilər …‖(səh.154) 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə