Türk ədəbi dillərinin birliyinə doğru
59
Müəlliflər qeyd edirlər ki, Dionis təmizqanlı türk olub,
eramızın V-VI əsrlərində yaĢayıb. Onu Avropada ―skifdən (skif
türk tayfalarıdır. -M.Ç.) olan abbat‖ (katolik kilsəsində monastır
rahibi ; ruhani rütbəli Ģəxs. -M.Ç.) adlandırıblar. Mənbələrdə qeyd
olunduğu kimi, elə həmin dövrdən Avropada ilk vaxtlar xristianla-
rın ibadət qaydaları Türk Tanrıçılıq dininə uyğun olaraq aparılma-
ğa baĢlamıĢdır. Burada yeri gəlmiĢkən onu da qeyd etmək lazım-
dır ki, eramızın 301-ci ilindən etibarən Albaniya kilsələrində də
bütün dini ayinlər Türk dilində oxunmağa baĢlamıĢdır. Deməli,
xristianlar dini ibadət etməyi sivlizasiyanın yaradıcısı olan türk-
lərdən öyrənmiĢlər...
Mədəd Çobanov
60
ġUMER-ALTAY DĠLLƏRĠ AĠLƏSĠ
Dilçilik elminin müəyyən etdiyinə görə, müasir dünyada 3
mindən artıq müxtəlif dillər vardır. Dilçilik ədəbiyyatında qeyd
olunduğuna görə, Dünya dillərinin 2500-ə qədəri ümumi dilçilik
elmi tərəfindən araĢdırmalara cəlb edilmiĢ, yerdə qalan dillər isə
siyahıya alınmıĢdır. Yəni, araĢdırılan dillərin fonetik və lüğət tər-
kibi, morfoloji və sintaktik əlamətləri , orfoepik və orfoqrafik
xüsusiyyətləri, tarixi və s. əsasən öyrənilmiĢdir.
Dünya xalqları planetimizin müxtəlif bölgələrində
məskunlaĢıb yaĢadığı kimi, həmin xalqlara ünsiyyət vasitəsi kimi
xidmət edən dillər də müxtəlif bölgələrdə, o cümlədən, ingilis dili
Avropa və Amerika ölkələrində, çin, hind, türk, ərəb, fars, yapon
və s. dillər isə Asiya ölkələrində yayılmıĢdır. Dünya dillərinin
bəzisi yüz milyonlarla adama xidmət etdiyi halda, bəzisi bir neçə
milyon, bəzisi bir necə yüz min və hətta, bir necə yüz adama xid-
mət edir. Məsələn, çin dilində 1 milyard 300 milyon, ingilis dilin-
də 300 milyon, fransiz dilində 60 milyon, Azərbaycan-türk dilində
50 milyondan çox, gürcü dilində 3 milyon, avar dilində 400 min,
saxur dilində 11 min, man dilində 6 min, toflar dilində isə 600
nəfərə yaxın adam danıĢır.
Elmi ədəbiyyatın verdiyi məlumatlara görə, Dünyada
dillərin miqdarı ilə həmin dillərin yayildığı ölkələrin sayı bir-
birinə uyğun deyildir. BaĢqa sözlə desək, bəzi ölkələrdə bir və ya
bir necə, bəzi ölkələrdə onlarla, bəzi ölkələrdə isə, yüzlərlə dildən
istifadə olunur. Məsələn, Konqoda 500-ə, Ġndoneziyada 250-yə,
Rusiyada 100-dən çox, Azərbaycanda 10-dan çox, Gürcüstanda
isə 10-a yaxın dildə danıĢan xalq və ya milli qruplar vardır.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ayrı-ayrı
ölkələrdə müxtəlif dillər çoxluğu vardır. Həmin dilləri nə ayrı-
ayrılıqda, nə də qrup halında öyrənmək, araĢdırmaq qeyri – müm-
kün edir və ya çox çətinlik törədir... məhz bu çətinlikləri nəzərə
alaraq, müxtəlif ölkələrdə yaĢayan və müxtəlif dillərdə danıĢılan
Türk ədəbi dillərinin birliyinə doğru
61
dillər geneoloji və tipoloji cəhətdən bir – birinə uyğun olan dillər
ayrı – ayrı qruplarda birləĢdirilərək, dil ailələri üzrə təsnif olun-
muĢlar...
Müasir dünyamızda mövcud olan dillər geneoloji təsnifə
görə aĢağıdakı dil ailələrinə bölünmüĢdür:
1.
Hind – Avropa dilləri ailəsi
2.
Türk dilləri ailəsi
3.
Uqor – Fin dilləri ailəsi
4.
Mancur – Tunqus dilləri ailəsi
5.
Çin – Tibet dilləri ailəsi
6.
Sami – hami dilləri ailəsi
7.
Iber – Qafqaz dilləri ailəsi
8.
Malay – polinez dilləri ailəsi
9.
Dravid dilləri ailəsi
Xalqımızın min illər boyu ünsiyyət vasitəsi kimi istifadə
etdiyi Azərbaycan – türk dili (indi azəbaycan dili) geneoloji təs-
nifə görə Türk dilləri ailəsinə daxildir. Türk dilləri ailəsinin tarixi
inkiĢaf yolu barədə son vaxtlara qədər yekdil fikir olmadığına gö-
rə, Dünya dillərinin geneoloji təsnifində gah Türk dilləri ailəsi,
gah da Altay dilləri ailəsi adları altında iki müxtəlif fikir və ya iki
mülahizə indi də qalmaqdadır. BaĢqa bir mülahizəyə görə, Altay
dilləri linqvistik baxımdan bir – birinə çox yaxın olduğuna görə,
onları Türk dilləri ailəsi və Monqol – tunquĢ – mancur dilləri ailə-
si adı altında iki ailə olduğu fikirlərini irəli sürürlər. (Bu mülahizə
XVIII əsrdən bəri, hələ də mübahisəli olaraq qalmaqdadır).
XX əsrin ortalarından isə, bir sıra alimlər Koreya, qismən
də qədim ġumer və Yapon dillərinin də Altay dilləri ailəsinə daxil
olduğunu qeyd edirlər. Bu mülahizədə də bir həqiqət vardır. Tarixi
mənbələrə və tarixi qaynaqlara, həmçinin, linqvistik xüsusiyyətlə-
rə görə, qədim ġumer dilinin qismən yox, Türk – Altay dilləri ailə-
sinə daxil edilməsi tamamilə ağılabatandır.
Yuxarıda qeyd olunanları və dünya ĢumerĢünaslarının
―Tarixə öz imzasını atmıĢ qədim xalqlar: Türklər, ġumerlər‖
mövzusunda qeyd olunan fikir və mülahizələrinə əsaslanaraq, belə
Mədəd Çobanov
62
qənaətə gəlmək olur ki, qədim Ģumer dili də və qədim Türk dilləri
də linqvistik baxımdan (fonetik, geneoloji və tipoloji, lüğət tərkibi
və qrammatik əlamətlərinə görə) bir – birinə tamamilə yaxın və
oxĢar dillərdir. Bütün bu xüsusiyyətlərdə qədim ġumer və qədim
Türk dillərinin eyni bir dil ailəsində birləĢdirməyə tam əsas verir.
Odur ki, bu dillərin bir – birinə yaxınlığını və uyğunluğunu nəzərə
alaraq, onları vahid bir dil ailəsində - ―ġumer – Altay dilləri ailə-
si‖ndə birləĢdirmək tarixilik, elmilik və məntiqi baxımdan daha
düzgün olardı...
Buraya kimi, qeyd olunanları nəzərə alaraq, Altay-Türk
dillərinin təsnifi tarixinə qısaca nəzər salmaq yerinə düĢərdi. Doğ-
rudur, Türk dillərinin öyrənilməsinə, hələ, X – XI əsrlərdən baĢ-
lansa da, bu araĢdırmalar, əsas etibarı ilə, elmi yox, tətbiqi xarak-
ter daĢıyırdı. Yəni, Türk dillərinin öyrənilməsinə ticarət, diplo-
matik və hərbi yürüĢlərlə əlaqədar olaraq, qısa sahə danıĢıq lü-
ğətləri xarakteri daĢıyırdı... Türk dillərinin elmi xarakterdə araĢ-
dırılmasının tarixi - özülü XI əsrdə görkəmli alim Mahmud KaĢ-
ğarlı tərəfindən qoyulmuĢdur. Onun təxminən 1000 illik tarixə
malik olan ―Divani-lüğəti-it-türk‖ kitabı indi də elmi əhəmiyyətini
itirməmiĢ, bir növ, türkĢünasların masaüstü kitabına çevrilmiĢdir...
Türk dillərinin əsaslı elmi xarakterdə araĢdırılması, demək
olar ki, XIX əsrin əvvəllərindən sonra geniĢ vüsət alsa da, XIX
əsrin ortalarından sonra Türk dillərinin tarixi yönümdə (təhriflərlə)
araĢdırılması, bir növ, yeni və aktual mövzuya çevrilir, hətta, Türk
dillərinin geneoloji istiqamətdə təsnifi türkoloqların daimi diqqət
mərkəzində olur...
Burada yeri gəlmiĢkən, onu da qeyd etmək lazımdır ki,
Qərbin və Rusiyanın türkĢünas alimləri ġumer və Türk dillərinin
öyrənilməsinə baxıĢlarında müxtəlif mövqedən çıxıĢ edirdilər. Bu
baxımdan, həmin türkoloqları iki qrupa bölmək olar:
1.
ġumer və Altay – Türk dillərinin araĢdırılmasına, əsil
mənada, elmi və elmi-tarixi müqayisəli metodla yana-
Ģanlar, tarixi, maddi-mədəniyyət və mənəvi mədəniy-
Dostları ilə paylaş: |